< Daniel 3 >

1 Padşah Navuxodonosor bir qızıl heykəl düzəltdi. Onun hündürlüyü altmış qulac, eni altı qulac idi. Onu Babil vilayətində olan Dura çölündə qoydu.
נבוכדנצר מלכא עבד צלם די דהב רומה אמין שתין פתיה אמין שת אקימה בבקעת דורא במדינת בבל׃
2 Sonra padşah Navuxodonosor canişinləri, əmirləri, valiləri, müşavirləri, xəzinədarları, hakimləri, vəkilləri, xülasə, bütün vilayətlərin məmurlarını toplamaq üçün xəbər göndərdi ki, qoyduğu heykəlin həsretmə mərasiminə gəlsinlər.
ונבוכדנצר מלכא שלח למכנש לאחשדרפניא סגניא ופחותא אדרגזריא גדבריא דתבריא תפתיא וכל שלטני מדינתא למתא לחנכת צלמא די הקים נבוכדנצר מלכא׃
3 O zaman padşah Navuxodonosorun qoyduğu heykəlin həsretmə mərasiminə canişinlər, əmirlər, valilər, müşavirlər, xəzinədarlar, hakimlər, vəkillər, xülasə, bütün vilayətlərin məmurları toplaşdı.
באדין מתכנשין אחשדרפניא סגניא ופחותא אדרגזריא גדבריא דתבריא תפתיא וכל שלטני מדינתא לחנכת צלמא די הקים נבוכדנצר מלכא וקאמין לקבל צלמא די הקים נבוכדנצר׃
4 Carçı ucadan elan etdi: «Ey müxtəlif xalqlara, millətlərə və dillərə mənsub adamlar, sizə əmr olunur ki,
וכרוזא קרא בחיל לכון אמרין עממיא אמיא ולשניא׃
5 şeypur, zurna, lira, arfa, səntur, tuluq zurnası və hər cür musiqi alətlərinin səsini eşidən vaxt yerə əyilib padşah Navuxodonosorun qoyduğu qızıl heykələ səcdə edəsiniz.
בעדנא די תשמעון קל קרנא משרוקיתא קיתרס סבכא פסנתרין סומפניה וכל זני זמרא תפלון ותסגדון לצלם דהבא די הקים נבוכדנצר מלכא׃
6 Kim yerə əyilib səcdə etməsə, o saat odla qızmış sobanın içinə atılacaq».
ומן די לא יפל ויסגד בה שעתא יתרמא לגוא אתון נורא יקדתא׃
7 Beləliklə, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar şeypur, zurna, lira, arfa, səntur, tuluq zurnası və hər cür musiqi alətlərinin səsini eşidən zaman yerə əyilib padşah Navuxodonosorun qoyduğu qızıl heykələ səcdə etdi.
כל קבל דנה בה זמנא כדי שמעין כל עממיא קל קרנא משרוקיתא קיתרס שבכא פסנטרין וכל זני זמרא נפלין כל עממיא אמיא ולשניא סגדין לצלם דהבא די הקים נבוכדנצר מלכא׃
8 Elə bu vaxt bəzi Xaldeyli müdriklər Yəhudiləri ittiham etdi.
כל קבל דנה בה זמנא קרבו גברין כשדאין ואכלו קרציהון די יהודיא׃
9 Onlar padşah Navuxodonosora dedi: «Qoy padşah həmişə sağ olsun,
ענו ואמרין לנבוכדנצר מלכא מלכא לעלמין חיי׃
10 sən əmr etmisən ki, şeypur, zurna, lira, arfa, səntur, tuluq zurnası və hər cür musiqi alətlərinin səsini eşidən hər kəs yerə əyilib qızıl heykələ səcdə etsin.
אנתה מלכא שמת טעם די כל אנש די ישמע קל קרנא משרקיתא קיתרס שבכא פסנתרין וסיפניה וכל זני זמרא יפל ויסגד לצלם דהבא׃
11 Kim yerə əyilib səcdə etməsə, odla qızmış sobanın içinə atılacaq.
ומן די לא יפל ויסגד יתרמא לגוא אתון נורא יקדתא׃
12 Sənin Babil vilayətinə məmur qoyduğun Şadrak, Meşak və Aved-Neqo adlı Yəhudilər var. Ey padşah, bu adamlar sənə itaət etmir, sənin allahlarına xidmət etmir və qoyduğun qızıl heykələ səcdə etmir».
איתי גברין יהודאין די מנית יתהון על עבידת מדינת בבל שדרך מישך ועבד נגו גבריא אלך לא שמו עליך מלכא טעם לאלהיך לא פלחין ולצלם דהבא די הקימת לא סגדין׃
13 O zaman Navuxodonosor qızğın qəzəblə əmr etdi ki, Şadrakı, Meşakı və Aved-Neqonu gətirsinlər. Bu adamlar padşahın hüzuruna gətirildi.
באדין נבוכדנצר ברגז וחמה אמר להיתיה לשדרך מישך ועבד נגו באדין גבריא אלך היתיו קדם מלכא׃
14 Navuxodonosor onlara dedi: «Ey Şadrak, Meşak və Aved-Neqo, bu doğrudur ki, siz mənim allahlarıma qulluq etmirsiniz? Mənim qoyduğum qızıl heykələ səcdə etmirsiniz?
ענה נבכדנצר ואמר להון הצדא שדרך מישך ועבד נגו לאלהי לא איתיכון פלחין ולצלם דהבא די הקימת לא סגדין׃
15 Yaxşı olar ki, indi şeypur, zurna, lira, arfa, səntur, tuluq zurnası və hər cür musiqi alətlərinin səsini eşidən zaman yerə əyilib düzəltdiyim heykələ səcdə edəsiniz. Əgər səcdə etməsəniz, o saat odla qızmış sobaya atılacaqsınız. O zaman sizi hansı allah mənim əlimdən qurtara bilər?»
כען הן איתיכון עתידין די בעדנא די תשמעון קל קרנא משרוקיתא קיתרס שבכא פסנתרין וסומפניה וכל זני זמרא תפלון ותסגדון לצלמא די עבדת והן לא תסגדון בה שעתה תתרמון לגוא אתון נורא יקדתא ומן הוא אלה די ישיזבנכון מן ידי׃
16 Şadrak, Meşak və Aved-Neqo padşaha cavab verdi: «Ey Navuxodonosor, bizim bu iş üçün sənin önündə özümüzü müdafiə etməyimizə ehtiyac yoxdur.
ענו שדרך מישך ועבד נגו ואמרין למלכא נבוכדנצר לא חשחין אנחנה על דנה פתגם להתבותך׃
17 Ey padşah, əgər belə olsa, qulluq etdiyimiz Allahımız bizi odla qızmış sobadan xilas etməyə qadirdir və sənin də əlindən qurtaracaq.
הן איתי אלהנא די אנחנא פלחין יכל לשיזבותנא מן אתון נורא יקדתא ומן ידך מלכא ישיזב׃
18 Sənə məlum olsun ki, ey padşah, əgər belə olmasa da, biz sənin allahlarına qulluq edən deyilik və sənin qoyduğun qızıl heykələ də səcdə etməyəcəyik».
והן לא ידיע להוא לך מלכא די לאלהיך לא איתנא פלחין ולצלם דהבא די הקימת לא נסגד׃
19 O zaman Navuxodonosor bərk qəzəbləndi və Şadraka, Meşaka, Aved-Neqoya qarşı siması dəyişdi. O əmr etdi ki, sobanı adətən qızdırdıqlarından yeddi dəfə artıq qızdırsınlar.
באדין נבוכדנצר התמלי חמא וצלם אנפוהי אשתנו על שדרך מישך ועבד נגו ענה ואמר למזא לאתונא חד שבעה על די חזה למזיה׃
20 Ordusunun ən güclü əsgərlərinə əmr etdi ki, Şadrakın, Meşakın və Aved-Neqonun əl-qolunu bağlayıb onları odla qızmış sobaya atsınlar.
ולגברין גברי חיל די בחילה אמר לכפתה לשדרך מישך ועבד נגו למרמא לאתון נורא יקדתא׃
21 Onda əyinlərində cübbə, şalvar, çalma və başqa paltarlar olan bu adamların əl-qolunu bağladılar və odla qızmış sobaya atdılar.
באדין גבריא אלך כפתו בסרבליהון פטישיהון וכרבלתהון ולבשיהון ורמיו לגוא אתון נורא יקדתא׃
22 Padşahın əmri qəti idi. Soba həddindən artıq qızdırıldığı üçün alovun dilləri Şadrakı, Meşakı və Aved-Neqonu oda atan adamları öldürdü.
כל קבל דנה מן די מלת מלכא מחצפה ואתונא אזה יתירא גבריא אלך די הסקו לשדרך מישך ועבד נגו קטל המון שביבא די נורא׃
23 Bu üç nəfər – Şadrak, Meşak və Aved-Neqo isə əl-qolları bağlanmış halda odla qızmış sobanın içinə yıxıldı.
וגבריא אלך תלתהון שדרך מישך ועבד נגו נפלו לגוא אתון נורא יקדתא מכפתין׃
24 O zaman padşah Navuxodonosor heyrətə gəlib tez ayağa qalxdı və öz müşavirlərinə dedi: «Biz üç nəfər əl-qolu bağlanmış adamı oda atmadıqmı?» Onlar cavabında padşaha dedi: «Doğrudur, ey padşah!»
אדין נבוכדנצר מלכא תוה וקם בהתבהלה ענה ואמר להדברוהי הלא גברין תלתא רמינא לגוא נורא מכפתין ענין ואמרין למלכא יציבא מלכא׃
25 O dedi: «Budur, mən odun içində əl-qolu bağlanmamış dörd nəfərin gəzdiyini görürəm və onlara heç nə olmur. Onlardan dördüncüsü allahların oğluna bənzəyir».
ענה ואמר הא אנה חזה גברין ארבעה שרין מהלכין בגוא נורא וחבל לא איתי בהון ורוה די רביעיא דמה לבר אלהין׃
26 O zaman Navuxodonosor odla qızmış sobanın astanasına yaxınlaşdı və səsləyib dedi: «Ey Allah-Taalanın qulları Şadrak, Meşak və Aved-Neqo! Çıxın və buraya gəlin». Onda Şadrak, Meşak və Aved-Neqo odun içindən çıxdı.
באדין קרב נבוכדנצר לתרע אתון נורא יקדתא ענה ואמר שדרך מישך ועבד נגו עבדוהי די אלהא עליא פקו ואתו באדין נפקין שדרך מישך ועבד נגו מן גוא נורא׃
27 Ətrafa toplaşmış canişinlər, əmirlər, valilər və padşahın müşavirləri gördü ki, od bu adamların bədəninə heç bir zərər vurmayıb: nə onların saçları yanmış, nə də paltarları dəyişmişdi, hətta odun hisi də onlara hopmamışdı.
ומתכנשין אחשדרפניא סגניא ופחותא והדברי מלכא חזין לגבריא אלך די לא שלט נורא בגשמהון ושער ראשהון לא התחרך וסרבליהון לא שנו וריח נור לא עדת בהון׃
28 Onda Navuxodonosor dedi: «Şadrakın, Meşakın və Aved-Neqonun Allahına şükür olsun ki, Öz mələyini göndərib Ona arxalanan qullarını xilas etdi. Onlar padşahın əmrinə qarşı çıxıb özlərini qurban vermək istədilər ki, özlərinin Allahından başqa bir allaha qulluq yaxud səcdə etməsinlər.
ענה נבוכדנצר ואמר בריך אלההון די שדרך מישך ועבד נגו די שלח מלאכה ושיזב לעבדוהי די התרחצו עלוהי ומלת מלכא שניו ויהבו גשמיהון די לא יפלחון ולא יסגדון לכל אלה להן לאלההון׃
29 Mən fərman verirəm ki, Şadrakın, Meşakın və Aved-Neqonun Allahına küfr edən hər xalqa, millətə və dilə mənsub olan adam parça-parça ediləcək və onların evləri zibilliyə çevriləcək, çünki bu cür xilas edən başqa bir allah yoxdur».
ומני שים טעם די כל עם אמה ולשן די יאמר שלה על אלההון די שדרך מישך ועבד נגוא הדמין יתעבד וביתה נולי ישתוה כל קבל די לא איתי אלה אחרן די יכל להצלה כדנה׃
30 O zaman padşah Babil vilayətində Şadrakın, Meşakın və Aved-Neqonun vəzifələrini yüksəltdi.
באדין מלכא הצלח לשדרך מישך ועבד נגו במדינת בבל׃

< Daniel 3 >