< Daniel 2 >

1 Navuxodonosor padşahlığının ikinci ilində bir yuxu gördü, buna görə ürəyi sıxıldı və yuxusu qaçdı.
In the second year of the reign of Nebuchadnezzar, Nebuchadnezzar had dreams; and his spirit was troubled, and his sleep went from him.
2 Padşah əmr etdi ki, yuxusunu yozmaq üçün onun yanına sehrbazlar, ruhçağıranlar, cadugərlər və Xaldeyli müdriklər çağırılsın. Onlar gəlib padşahın hüzurunda dayandı.
Then the king commanded to call the magicians, and the enchanters, and the sorcerers, and the Chaldeans, to tell the king his dreams. So they came in and stood before the king.
3 Padşah onlara dedi: «Bir yuxu görmüşəm və ürəyim sıxılır. İstəyirəm ki, bu yuxunun yozumunu bilim».
The king said to them, "I have had a dream, and my spirit is anxious to understand the dream."
4 Xaldeyli müdriklər Arami dilində padşaha dedi: «Padşah sağ olsun, yuxunu bu qullarına danış, biz də onu yozaq».
Then spoke the Chaldeans to the king in the Aramaic language, "O king, live forever: tell your servants the dream, and we will show the interpretation."
5 Padşah Xaldeyli müdriklərə cavab verdi: «Mən belə qərara gəlmişəm: əgər siz mənə həm yuxunu, həm də yozumunu söyləməsəniz, parça-parça ediləcəksiniz və evləriniz də viran ediləcək.
The king answered the Chaldeans, "The thing is gone from me: if you do not make known to me the dream and its interpretation, you shall be cut in pieces, and your houses shall be made a rubbish heap.
6 Əgər yuxunu və yozumunu söyləsəniz, məndən hədiyyələr, mükafatlar və böyük hörmət görəcəksiniz. İndi isə mənə yuxunu və yozumunu söyləyin».
But if you show the dream and its interpretation, you shall receive from me gifts and rewards and great honor: therefore show me the dream and its interpretation."
7 Onlar yenə cavab verdi: «Padşah yuxunu bu qullarına danışsın, biz də onu yozaq».
They answered the second time and said, "Let the king tell his servants the dream, and we will show the interpretation."
8 Padşah cavab verdi: «Yəqin bilirəm ki, siz vaxt qazanmaq istəyirsiniz, çünki görürsünüz ki, mənim qərarım qətidir.
The king answered, "I know of a certainty that you would gain time, because you see the thing is gone from me.
9 Əgər yuxunu mənə söyləməsəniz, sizin üçün yalnız bir cəza olacaq. Siz mənə yalan və uydurma sözlər demək üçün sözləşmisiniz ki, bəlkə vəziyyət dəyişdi. İndi isə mənə yuxunu söyləyin, onda bilərəm ki, siz onu yozmağa qadirsiniz».
But if you do not make known to me the dream, there is but one law for you; for you have prepared lying and corrupt words to speak before me, until such time that things might change. Therefore tell me the dream, and I shall know that you can show me its interpretation."
10 Xaldeyli müdriklər padşaha cavab verdi: «Yer üzündə padşahın tələbini yerinə yetirə bilən adam yoxdur. Ən əzəmətli və qüdrətli padşah da bir sehrbazdan, ruhçağırandan yaxud Xaldeyli müdrikdən belə bir şey istəməyib.
The Chaldeans answered before the king, and said, "There is not a man on the earth who can show the king's matter, because no king, lord, or ruler, has asked such a thing of any magician, or enchanter, or Chaldean.
11 Padşahın istədiyi şey elə çətindir ki, allahlardan başqa heç kəs bunu padşaha aşkar edə bilməz. Onların da məskəni insanlar arasında deyil».
It is a rare thing that the king requires, and there is no other who can show it before the king, except the gods, whose dwelling is not with flesh."
12 Padşah bu sözə özündən çıxıb bərk qəzəbləndi və əmr etdi ki, bütün Babil müdriklərini məhv etsinlər.
For this cause the king was angry and very furious, and commanded to destroy all the wise men of Babylon.
13 Müdrikləri öldürmək barədə əmr çıxanda Danieli və onun yoldaşlarını öldürmək üçün axtardılar.
So the decree went forth, and the wise men were to be killed; and they sought Daniel and his companions to be killed.
14 O zaman Daniel Babil müdriklərini öldürməyə gedən padşahın keşikçilər rəisi Aryokla müdriklik və nəzakətlə danışdı.
Then Daniel returned an answer with counsel and prudence to Arioch the captain of the king's guard, who was gone forth to kill the wise men of Babylon;
15 O, padşahın hərbi rəisi olan Aryokdan soruşdu: «Niyə padşah belə sərt fərman verib?» Onda Aryok əhvalatı Danielə danışdı.
he answered Arioch the king's captain, "Why is the decree so urgent from the king?" Then Arioch made the thing known to Daniel.
16 Daniel içəri girib padşahdan xahiş etdi ki, yuxunun yozumunu padşaha bildirmək üçün ona vaxt versin.
Daniel went in, and desired of the king that he would appoint him a time, and he would show the king the interpretation.
17 Daniel öz evinə qayıdıb əhvalatı dostları Xananya, Mişael və Azaryaya danışdı ki,
Then Daniel went to his house, and made the thing known to Hananiah, Mishael, and Azariah, his companions:
18 bu sirr barədə göylərin Allahından mərhəmət diləsinlər və Daniellə onun yoldaşları başqa Babil müdrikləri ilə birgə məhv olmasın.
that they would seek mercy from the God of heaven concerning this secret; that Daniel and his companions should not perish with the rest of the wise men of Babylon.
19 O zaman bu sirr Danielə gecə gələn görüntüdə aşkar oldu, buna görə də Daniel göylərin Allahına şükür etdi.
Then was the secret revealed to Daniel in a vision of the night. Then Daniel blessed the God of heaven.
20 Daniel söylədi: «Allahın adı əbədi olaraq izzətlənsin! Çünki hikmət və qüdrət Ona məxsusdur.
Daniel answered, "Blessed be the name of God forever and ever; for wisdom and might are his.
21 Vaxtı və dövrü dəyişdirən Odur. O, padşahları taxtdan salar və taxta qoyar, Müdriklərə hikmət, aqillərə ağıl verər.
He changes the times and the seasons; he removes kings, and sets up kings; he gives wisdom to the wise, and knowledge to those who have understanding;
22 Dərin və gizli sirləri O açar, Qaranlıqda qalanı O bilər. İşıqla əhatə olunan Odur.
he reveals the deep and secret things; he knows what is in the darkness, and the light dwells with him.
23 Ey atalarımın Allahı, Sənə şükür və həmd olsun ki, Mənə hikmət və qüdrət verdin, Səndən dilədiyimiz şeyi mənə aşkar etdin. Beləcə padşahın məsələsini bizə bildirdin».
I thank you, and praise you, God of my fathers, who has given me wisdom and might, and has now made known to me what we desired of you; for you have made known to us the king's matter."
24 Bundan sonra Daniel Babil müdriklərini öldürmək üçün padşahın təyin etdiyi Aryokun yanına gəlib ona dedi: «Babil müdriklərini öldürmə. Məni padşahın yanına apar, yuxusunu yozum».
Therefore Daniel went in to Arioch, whom the king had appointed to destroy the wise men of Babylon; he went and said this to him: "Do not destroy the wise men of Babylon; bring me in before the king, and I will show to the king the interpretation."
25 Onda Aryok Danieli tez padşahın yanına gətirib ona dedi: «Mən sürgün olunmuş Yəhudalılar arasından padşaha yuxunu yoza bilən bir adam tapdım».
Then Arioch brought in Daniel before the king in haste, and said this to him, "I have found a man of the children of the captivity of Judah, who will make known to the king the interpretation."
26 Padşah Belteşassar adlanan Danieldən soruşdu: «Gördüyüm yuxunu və yozumunu mənə söyləyə bilərsənmi?»
The king answered Daniel, whose name was Belteshazzar, "Are you able to make known to me the dream which I have seen, and its interpretation?"
27 Daniel padşahın önündə cavab verdi: «Padşahın soruşduğu sirri müdriklər, ruhçağıranlar, sehrbazlar və əlamət baxıcıları ona aça bilməz.
Daniel answered before the king, and said, "The secret which the king has demanded is such that no wise men, enchanters, magicians, nor soothsayers, can show to the king;
28 Ancaq göylərdə sirləri açan bir Allah var və gələcəkdə nə olacağını padşah Navuxodonosora O bildirdi. Yatarkən gördüyün yuxu və görüntü belə idi:
but there is a God in heaven who reveals secrets, and he has made known to king Nebuchadnezzar what shall be in the latter days. Your dream, and the visions of your head on your bed, are these:
29 Ey padşah, sən öz yatağında düşünürdün ki, bundan sonra nə olacaq? Sirləri Açan da nə olacağını sənə göstərdi.
as for you, O king, your thoughts came into your mind on your bed, what should happen hereafter; and he who reveals secrets has made known to you what shall happen.
30 Mənə bu sirr başqa adamlardan müdrik olduğum üçün açılmadı, yalnız yuxu padşaha bildirilsin və sən də öz ürəyinin düşüncələrini biləsən deyə bu sirr mənə açıldı.
But as for me, this secret is not revealed to me for any wisdom that I have more than all the living, but in order that the interpretation may be made known to the king, and that you may know the thoughts of your heart.
31 Ey padşah, sən yuxuda böyük bir heykəl görmüsən. Nəhəng və çox parlaq olan bu heykəl sənin önündə dururdu, onun görünüşü qorxunc idi.
You, O king, saw, and look, a great image. This image, which was mighty, and whose brightness was extraordinary, stood before you; and its appearance was awesome.
32 Bu heykəlin başı xalis qızıldan, sinəsi və qolları gümüşdən, qarnı və budları tuncdan idi.
As for this image, its head was of fine gold, its breast and its arms of silver, its belly and its thighs of bronze,
33 Baldırları dəmirdən, ayaqlarının bir hissəsi dəmirdən, bir hissəsi isə gildən idi.
its legs of iron, its feet part of iron, and part of clay.
34 Sən baxdığın zaman əl dəymədən bir daş yerindən qoparıldı, heykəlin dəmir və gil ayaqlarından vurub onları parça-parça etdi.
You saw until a stone was cut out without hands, which struck the image on its feet that were of iron and clay, and broke them in pieces.
35 O zaman dəmir, gil, tunc, gümüş və qızıl birlikdə parçalandı və yay xırmanlarındakı saman çöpü kimi sovruldu. Külək onları apardı və onlardan əsər-əlamət qalmadı. Heykəli dağıdan daş isə böyük bir dağ oldu və bütün dünyanı tutdu.
Then was the iron, the clay, the bronze, the silver, and the gold, broken in pieces together, and became like the chaff of the summer threshing floors; and the wind carried them away, so that no place was found for them: and the stone that struck the image became a great mountain, and filled the whole earth.
36 Yuxu budur. İndi isə padşahın önündə onu yozaq.
This is the dream; and we will tell its interpretation before the king.
37 Ey padşah, sən şahənşahsan. Göylərin Allahı padşahlığı, qüvvəti, qüdrəti və izzəti sənə verib.
You, O king, are king of kings, to whom the God of heaven has given the kingdom, the power, and the strength, and the glory;
38 O hər yerdə yaşayan bəşər övladlarını, çöl heyvanlarını və göy quşlarını ixtiyarına verməklə səni onlara hökmdar edib. Qızıldan olan baş sənsən!
and wherever human beings dwell, the animals of the field and the birds of the sky has he given into your hand, and has made you to rule over them all: you are the head of gold.
39 Sonra səndən aşağı səviyyədə olan başqa padşahlıq yaranacaq. Ondan sonra isə tuncdan olan, bütün dünyaya hökmranlıq edən üçüncü bir padşahlıq olacaq.
After you shall arise another kingdom inferior to yours; and another third kingdom of bronze, which shall bear rule over all the earth.
40 Dördüncü padşahlıq isə dəmir kimi möhkəm olacaq, çünki dəmir hər şeyi qırıb-dağıtdığı kimi o da başqalarını hər şeyi əzən dəmir tək qırıb-əzəcək.
The fourth kingdom shall be strong as iron, because iron breaks in pieces and subdues all things; and as iron that crushes all these, shall it break in pieces and crush.
41 Ayaqların və barmaqların bir hissəsinin dulusçu gilindən, bir hissəsinin isə dəmirdən olduğunu görməyinin mənası budur ki, o bölünmüş padşahlıq olacaq. Onda bir qədər dəmir möhkəmliyi qalacaq, necə ki sən dəmiri dulusçu gili ilə qarışıq görmüsən.
Whereas you saw the feet and toes, part of potters' clay, and part of iron, it shall be a divided kingdom; but there shall be in it of the strength of the iron, because you saw the iron mixed with miry clay.
42 Ayaq barmaqlarının bir hissəsi dəmirdən, bir hissəsi gildən olduğu kimi bu padşahlığın da bir hissəsi möhkəm, bir hissəsi kövrək olacaq.
As the toes of the feet were part of iron, and part of clay, so the kingdom shall be partly strong, and partly broken.
43 Dəmiri dulusçu gili ilə qarışıq gördüyünün mənası budur ki, onlar müxtəlif insan nəsilləri vasitəsilə bir-birləri ilə qarışacaq, ancaq dəmir gillə birləşmədiyi kimi onlar da bir-birləri ilə birləşməyəcək.
And whereas you saw the iron mixed with miry clay, they shall mix with one another but they shall not hold together, even as iron does not mix with clay.
44 O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq.
In the days of those kings shall the God of heaven set up a kingdom which shall never be destroyed, nor shall its sovereignty be left to another people; but it shall break in pieces and consume all those kingdoms, and it shall stand forever.
45 Sən gördün ki, dağdan bir daş əl dəymədən qoparıldı, dəmiri, tuncu, gili, gümüşü və qızılı parça-parça etdi. Beləcə böyük Allah bundan sonra nə olacağını padşaha bildirib. Bu yuxu doğrudur və onun yozumu da etibarlıdır».
Because you saw that a stone was cut out of the mountain without hands, and that it broke in pieces the iron, the bronze, the clay, the silver, and the gold; the great God has made known to the king what shall happen hereafter: and the dream is certain, and its interpretation sure."
46 O zaman padşah Navuxodonosor üzüstə düşüb Danielə səcdə etdi, onun üçün təqdim gətirməyi və buxur yandırmağı əmr etdi.
Then king Nebuchadnezzar fell on his face, and worshiped Daniel, and commanded that they should present an offering and incense to him.
47 Padşah Danielə dedi: «İndi ki sən bu sirri aça bildin, həqiqətən, sizin Allahınız allahların Allahı və padşahların Ağasıdır, sirləri açan da Odur».
The king answered Daniel and said, "Surely your God is the God of gods, and the Lord of kings, and a revealer of secrets, seeing you have been able to reveal this secret."
48 Bundan sonra padşah Danieli yüksək vəzifəyə qoydu və ona çoxlu qiymətli hədiyyə verdi. Onu Babil vilayətinin başçısı və bütün Babil müdriklərinin baş rəisi təyin etdi.
Then the king made Daniel great, and gave him many great gifts, and made him to rule over the whole province of Babylon, and to be chief governor over all the wise men of Babylon.
49 Daniel padşahdan xahiş etdi, o da Şadrakı, Meşakı və Aved-Neqonu Babil vilayətinə məmur qoydu. Daniel isə padşah sarayında qaldı.
Daniel requested of the king, and he appointed Shadrach, Meshach, and Abednego, over the affairs of the province of Babylon: but Daniel was in the gate of the king.

< Daniel 2 >