< Amos 4 >
1 Ey sizlər, Samariya dağında bəslənən Başan inəkləri! Bu sözü dinləyin, ey yoxsullara zülm edən, Möhtacları sıxışdıran, ərlərinə “gətir içək” deyən qadınlar!
你們住撒馬利亞山如巴珊母牛的啊, 當聽我的話- 你們欺負貧寒的,壓碎窮乏的, 對家主說:拿酒來,我們喝吧!
2 Xudavənd Rəbb Öz müqəddəsliyi naminə belə and içmişdir. “Budur, üstünüzə elə vaxt gəlir ki, Hamınız balıq kimi çəngəllərlə çəkiləcəksiniz, Tilovlarla tutulacaqsınız.
主耶和華指着自己的聖潔起誓說: 日子快到,人必用鉤子將你們鉤去, 用魚鉤將你們餘剩的鉤去。
3 Hər biriniz qarşısındakı dəlmə-deşikdən çıxarılacaq, Harmona tərəf atılacaqsınız” Rəbb belə bəyan edir.
你們各人必從破口直往前行, 投入哈門。 這是耶和華說的。
4 “Bet-Elə gedib günah işlədin! Qilqala gəlib günahlarınızı çoxaldın! Hər səhər qurbanlarınızı gətirin, Hər üç gündən bir qazancınızın onda birini verin.
以色列人哪,任你們往伯特利去犯罪, 到吉甲加增罪過; 每日早晨獻上你們的祭物, 每三日奉上你們的十分之一。
5 Təşəkkür üçün mayalı çörək yandırıb təqdim edin, Öz könüllü təqdimlərinizlə öyünün. Ey İsraillilər, sizin xoşunuza gələn budur!” Xudavənd Rəbb belə bəyan edir.
任你們獻有酵的感謝祭, 把甘心祭宣傳報告給眾人, 因為是你們所喜愛的。 這是主耶和華說的。
6 “Mən bütün şəhərlərinizdə ağzınızı boş qoydum. Hər yerdə sizə çörək qıtlığı verdim. Lakin yenə Mənim tərəfimə dönmədiniz” Rəbb belə bəyan edir.
我使你們在一切城中牙齒乾淨, 在你們各處糧食缺乏, 你們仍不歸向我。 這是耶和華說的。
7 “Mən biçin vaxtına üç ay qalmış sizdən yağışı kəsdim. Bir şəhərin üzərinə yağış yağdırdım, o birinin isə üzərinə yağdırmadım. Yağış bir əkin üzərinə yağdı, o birinin isə üzərinə yağmadığına görə o qurudu.
在收割的前三月,我使雨停止, 不降在你們那裏; 我降雨在這城, 不降雨在那城; 這塊地有雨, 那塊地無雨; 無雨的就枯乾了。
8 İki-üç şəhər su içmək üçün bir şəhərə getdi, doyunca su içmədi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
這樣,兩三城的人湊到一城去找水, 卻喝不足; 你們仍不歸向我。 這是耶和華說的。
9 “Əkininizə səmum küləyi və kif göndərərək sizə zərər vurdum. Bağlarınızı və üzümlüklərinizi, əncir və zeytun ağaclarınızı çəyirtkə yedi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
我以旱風、霉爛攻擊你們, 你們園中許多菜蔬、葡萄樹、 無花果樹、橄欖樹都被剪蟲所吃; 你們仍不歸向我。 這是耶和華說的。
10 “Misirdə olduğu kimi aranıza vəba göndərdim. Cavanlarınızı qılıncla öldürtdüm. Atlarınızı sürüb apartdırdım. Ordunuzdan meyit iyini burnunuza çatdırdım. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
我降瘟疫在你們中間, 像在埃及一樣; 用刀殺戮你們的少年人, 使你們的馬匹被擄掠, 營中屍首的臭氣撲鼻; 你們仍不歸向我。 這是耶和華說的。
11 “Mən Sodomla Homorranı necə dağıtdımsa, sizdən bəzilərini də elə məhv etdim. Siz oddan götürülən odun kimi sağ qaldınız. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
我傾覆你們中間的城邑, 如同我從前傾覆所多瑪、蛾摩拉一樣, 使你們好像從火中抽出來的一根柴; 你們仍不歸向我。 這是耶和華說的。
12 “Ey İsraillilər, buna görə də sizinlə belə rəftar edəcəyəm. Bu rəftarıma görə Allahınızı qarşılamağa hazır olun, ey İsraillilər!”
以色列啊,我必向你如此行; 以色列啊,我既這樣行, 你當預備迎見你的上帝。
13 Odur dağlara quruluş verən, küləyi yaradan, Nə düşündüyünü insana bildirən, Dan işığını qaranlıq edən, Yer üzünün yüksək yerlərinə ayaq basan – Onun adı Ordular Allahı Rəbdir.
那創山、造風、將心意指示人、 使晨光變為幽暗、腳踏在地之高處的, 他的名是耶和華-萬軍之上帝。