< Amos 3 >

1 Ey İsraillilər! Rəbbin əleyhinizə dediyi sözü dinləyin! Misir torpağından çıxardığı bu nəslin hamısına belə deyir:
イスラエルの子孫よヱホバが汝らにむかひて言ところ我がエジプトの地より導き上りし全家にむかひて言ところの此言を聽け
2 “Yer üzündəki nəsillərin arasında yalnız sizinlə ünsiyyət yaratmışam. Ona görə Mən bütün cəzanızı öz başınıza gətirəcəyəm”.
地の諸の族の中にて我ただ汝ら而已を知れり 此故に我なんぢらの諸の罪のために汝らを罰せん
3 İki nəfər razılaşıb görüşməsə, Birgə yol gedərmi?
二人もし相會せずば爭で共に歩かんや
4 Şikarı olmayan şir Meşədə nərə çəkərmi? Heç nə ovlamamış gənc aslan Yuvasında nərildəyərmi?
獅子もし獲物あらずば豈林の中に吼んや 猛獅子もし物を攫まずば豈その穴より聲を出さんや
5 Yerdə tələ qurub yem qoyulmazsa, Oraya quş düşərmi? Bir şey tutmayan tələ Yerindən atılarmı?
もし羂の設なくば鳥あに地に張れる網にかからんや 網もし何の得るところも無くば豈地よりあがらんや
6 Şəhərdə şeypur çalınarsa, Xalq qorxuya düşməzmi? Əgər Rəbb bəla göndərməsə, Hansısa bir şəhərə bəla gələrmi?
邑にて喇叭を吹かば民おどらかざらんや 邑に災禍のおこるはヱホバのこれを降し給ふならずや
7 Həqiqətən, Xudavənd Rəbb qulu olan peyğəmbərlərə Öz niyyətini açmadan heç nə etmir.
夫主ヱホバはその隱れたる事をその僕なる預言者に傳へずしては何事をも爲たまはざるなり
8 Şir nərə çəkəndə Kim ondan qorxmaz? Xudavənd Rəbb söyləyəndə Kim peyğəmbərlik etməz?
獅子吼ゆ 誰か懼れざらんや 主ヱホバ言語たまふ 誰か預言せざらんや
9 Aşdodun qalalarında, Misir torpağının qalalarında belə elan edin: “Samariya dağlarının üzərinə yığılın. Oradakı böyük qarışıqlığı, Onun içindəki təzyiqi görün”.
アシドドの一切の殿に傳へエジプトの地の一切の殿に宣て言へ 汝等サマリヤの山々に集りその中にある大なる紛亂を觀その中間におこなはるる虐遇を觀よ
10 Rəbb bəyan edir: “Hətta düz iş görməyi bacarmırlar. Onlar qalalarına zorakılıqla, Soyğunçuluqla qənimət yığır”.
ヱホバいひたまふ 彼らは正義をおこなふことを知ず 虐げ取し物と奪ひたる物とをその宮殿に積蓄ふ
11 Ona görə də Xudavənd Rəbb belə deyir: “Düşmən gəlib ölkəni mühasirəyə alacaq, Səni gücdən salıb qalalarını qarət edəcək”.
是故に主ヱホバかく言たまふ 敵ありて此國を攻かこみ汝の權力を汝より取下さん 汝の一切の殿は掠めらるべし
12 Rəbb belə deyir: “Çoban şir ağzından necə iki bud sümüyü Yaxud qulağın bir parçasını çəkib qurtararsa, Samariyada divan üzərində, Dəməşqdə yataqda oturan İsrail övladları da eləcə xilas olacaq”.
ヱホバかく言たまふ 牧羊者は獅子の口より羊の兩足あるひは片耳を取かへし得るのみ サマリヤに於て床の隅またはダマスコ錦の榻に坐するイスラエルの子孫もその救はるること是のごとくならん
13 “Buna qulaq asın! Yaqub nəslinə xəbərdarlıq edin!” Ordular Allahı Xudavənd Rəbb belə deyir.
萬軍の神 主ヱホバかく言たまふ 汝ら聽てヤコブの家に證せよ
14 “Mən İsraillilərə günahlarına görə cəza verəcəyim gün Bet-Eldəki qurbangahı da cəzalandıracağam. O qurbangahın buynuzları kəsilib yerə tullanacaq.
我イスラエルの諸の罪を罰する日にはベテルの壇を罰せん 其壇の角は折て地に落べし
15 Mən qış sarayı ilə yay sarayını yıxacağam, Fil sümüyü ilə bəzənmiş evlər dağılacaq, Böyük saraylar viran qalacaq” Rəbb belə bəyan edir.
我また冬の家および夏の家をうたん 象牙の家ほろび大きなる家失ん ヱホバこれを言ふ

< Amos 3 >