< Həvarilərin Işləri 5 >

1 Xananya adında bir kişi arvadı Sapfira ilə razılığa gəlib bir mülk satdı.
اما شخصی حنانیا نام، با زوجه‌اش سفیره ملکی فروخته،۱
2 O, pulun bir hissəsini özünə götürüb qalan hissəsini həvarilərin ixtiyarına verdi. Arvadının da bu işdən xəbəri var idi.
قدری از قیمت آن را به اطلاع زن خود نگاه داشت و قدری از آن راآورده، نزد قدمهای رسولان نهاد.۲
3 Peter ona dedi: «Xananya, niyə ürəyinə Şeytanı buraxıb Müqəddəs Ruha yalan söyləyərək torpağın pulunun bir hissəsini özünə götürdün?
آنگاه پطرس گفت: «ای حنانیا چرا شیطان دل تو را پر ساخته است تا روح‌القدس را فریب دهی و مقداری ازقیمت زمین را نگاه داری؟۳
4 Bu torpaq satılmamışdan əvvəl sənin deyildimi? Sən onu satandan sonra da pul sənin ixtiyarında deyildimi? Bu nə niyyətdir, ürəyində tutmusan? Sən insanlara deyil, Allaha yalan satdın».
آیا چون داشتی از آن تو نبود و چون فروخته شد در اختیار تو نبود؟ چرا این را در دل خود نهادی؟ به انسان دروغ نگفتی بلکه به خدا.»۴
5 Xananya bunları eşidən kimi yerə yıxıldı və canı çıxdı. Bunu eşidən hər kəsi böyük bir vahimə bürüdü.
حنانیا چون این سخنان راشنید افتاده، جان بداد و خوفی شدید بر همه شنوندگان این چیزها مستولی گشت.۵
6 Gənclər gəlib Xananyanın meyitini kəfənə bürüdülər və aparıb dəfn etdilər.
آنگاه جوانان برخاسته، او را کفن کردند و بیرون برده، دفن نمودند.۶
7 Bundan təxminən üç saat sonra Xananyanın arvadı içəri daxil oldu. Onun olub-keçənlərdən heç bir xəbəri yox idi.
و تخمین سه ساعت گذشت که زوجه‌اش ازماجرا مطلع نشده درآمد.۷
8 Peter ondan soruşdu: «Mənə söylə, torpağı bu qiymətəmi satdınız?» Qadın cavab verdi: «Bəli, o qiymətə».
پطرس بدو گفت: «مرابگو که آیا زمین را به همین قیمت فروختید؟» گفت: «بلی، به همین.»۸
9 Peter ona dedi: «Niyə əlbir olub Rəbbin Ruhunu sınamaq istədiniz? Budur, ərini dəfn edənlərin ayaq səsləri qapı ağzındadır, indi də səni aparmağa gəlirlər».
پطرس به وی گفت: «برای چه متفق شدید تا روح خداوند را امتحان کنید؟ اینک پایهای آنانی که شوهر تو را دفن کردند، بر آستانه است و تو را هم بیرون خواهندبرد.»۹
10 Qadın həmin an Peterin ayaqları qarşısına yıxıldı və canı çıxdı. İçəri daxil olan gənclər gördülər ki, o da ölüb. Onlar onu götürüb ərinin yanında dəfn etdilər.
در ساعت پیش قدمهای او افتاده، جان بداد و جوانان داخل شده، او را مرده یافتند. پس بیرون برده، به پهلوی شوهرش دفن کردند.۱۰
11 Bütün imanlılar cəmiyyətini və bu hadisəni eşidənlərin hamısını böyük bir vahimə bürüdü.
وخوفی شدید تمامی کلیسا و همه آنانی را که این را شنیدند، فرو گرفت.۱۱
12 Həvarilər vasitəsilə xalq arasında çox əlamətlər və xariqələr göstərilirdi. Bütün imanlılar Süleymanın eyvanına yığılardı.
و آیات و معجزات عظیمه از دستهای رسولان در میان قوم به ظهور می‌رسید و همه به یکدل در رواق سلیمان می‌بودند.۱۲
13 Xalqın gözündə böyük nüfuz qazansalar da, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi.
اما احدی ازدیگران جرات نمی کرد که بدیشان ملحق شود، لیکن خلق، ایشان را محترم می‌داشتند.۱۳
14 Buna baxmayaraq, get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi.
وبیشتر ایمانداران به خداوند متحد می‌شدند، انبوهی از مردان و زنان،۱۴
15 Buna görə də Peter yoldan keçəndə heç olmasa kölgəsi xəstələrin üstünə düşsün deyə xalq öz xəstələrini döşək və çarpayı ilə birlikdə çıxarıb küçələrə qoyardı.
بقسمی که مریضان رادر کوچه‌ها بیرون آوردند و بر بسترها و تختهاخوابانیدند تا وقتی که پطرس آید، اقلا سایه او بربعضی از ایشان بیفتد.۱۵
16 Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. Onların hamısı şəfa tapardı.
و گروهی از بلدان اطراف اورشلیم، بیماران و رنج دیدگان ارواح پلیده را آورده، جمع شدند و جمیع ایشان شفایافتند.۱۶
17 Bu, baş kahini və yanındakıların hamısını, yəni sadukey təriqətinə mənsub olanları hərəkətə gətirdi, çünki qısqanclıqları aşıb-daşırdı.
اما رئیس کهنه و همه رفقایش که از طایفه صدوقیان بودند، برخاسته، به غیرت پر گشتند۱۷
18 Ona görə də həvariləri tutub ümumi zindana atdılar.
و بر رسولان دست انداخته، ایشان را در زندان عام انداختند.۱۸
19 Amma Rəbbin mələyi gecənin bir vaxtında gəlib zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi:
شبانگاه فرشته خداوند درهای زندان را باز کرده و ایشان را بیرون آورده، گفت:۱۹
20 «Gedin, məbəddə durun və camaata yeni həyatla bağlı sözlərin hamısını deyin».
«بروید و در هیکل ایستاده، تمام سخنهای این حیات را به مردم بگویید.۲۰
21 Həvarilər bunu eşidəndə səhər tezdən məbədə daxil olub təlimlərini öyrətməyə başladılar. Baş kahin və yanındakılar gəlib Ali Şuranı – İsrailin bütün ağsaqqallar məclisini çağırdı ki, bir yerə yığılsınlar. Onlar həvariləri gətirtmək üçün mühafizəçiləri zindana göndərdilər.
چون این را شنیدند، وقت فجر به هیکل درآمده، تعلیم دادند.۲۱
22 Lakin mühafizəçilər gəlib zindanda həvariləri tapa bilmədi və geri qayıdıb belə xəbər verdilər:
پس خادمان رفته، ایشان را در زندان نیافتند و برگشته، خبر داده،۲۲
23 «Gördük ki, zindan bağlıdır, tamamilə nəzarət altındadır və gözətçilər qapıda dayanıb. Amma qapıları açanda içəridə heç kimi tapa bilmədik».
گفتند که «زندان را به احتیاط تمام بسته یافتیم و پاسبانان را بیرون درها ایستاده، لیکن چون باز کردیم، هیچ‌کس را در آن نیافتیم.»۲۳
24 Bu sözləri eşidən məbəd mühafizəçilərinin başçısı ilə başçı kahinlər «Bu işin sonu necə qurtaracaq?» deyə çaşıb-qaldılar.
چون کاهن و سردار سپاه هیکل و روسای کهنه این سخنان را شنیدند، درباره ایشان در حیرت افتادند که «این چه خواهد شد؟»۲۴
25 Elə bu zaman kimsə onların yanına gəlib xəbər verdi: «Baxın, zindana saldığınız adamlar məbəddə dayanıb camaata təlim öyrədir».
آنگاه کسی آمده ایشان را آگاهانید که اینک آن کسانی که محبوس نمودید، در هیکل ایستاده، مردم راتعلیم می‌دهند.۲۵
26 Bu vaxt başçı ilə mühafizəçilər gedib həvariləri gətirdilər. Xalqın onları daşqalaq etməsindən qorxduqları üçün güc tətbiq etmədilər.
پس سردار سپاه با خادمان رفته ایشان را آوردند، لیکن نه به زور زیرا که ازقوم ترسیدند که مبادا ایشان را سنگسار کنند.۲۶
27 Onlar həvariləri Ali Şuranın qarşısına gətirdilər. Baş kahin onlardan soruşdu:
و چون ایشان را به مجلس حاضر کرده، برپابداشتند، رئیس کهنه از ایشان پرسیده، گفت:۲۷
28 «Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim boynumuza yükləmək istəyirsiniz».
«مگر شما را قدغن بلیغ نفرمودیم که بدین اسم تعلیم مدهید؟ همانا اورشلیم را به تعلیم خود پرساخته‌اید و می‌خواهید خون این مرد را به گردن ما فرود آرید.»۲۸
29 Peter və başqa həvarilər belə cavab verdi: «İnsana deyil, Allaha itaət etmək daha vacibdir.
پطرس و رسولان در جواب گفتند: «خدا را می‌باید بیشتر از انسان اطاعت نمود.۲۹
30 Ata-babamızın Allahı sizin çarmıxa çəkib öldürdüyünüz İsanı diriltdi.
خدای پدران ما، آن عیسی را برخیزانیدکه شما به صلیب کشیده، کشتید.۳۰
31 İsrailə günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Bani və Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı.
او را خدا بردست راست خود بالا برده، سرور و نجات‌دهنده ساخت تا اسرائیل را توبه و آمرزش گناهان بدهد.۳۱
32 Bu şeylər barədə biz şahidik, Allahın Özünə itaət edənlərə verdiyi Müqəddəs Ruh da şahiddir».
و ما هستیم شاهدان او بر این امور، چنانکه روح‌القدس نیز است که خدا او را به همه مطیعان او عطا فرموده است.»۳۲
33 Onlar bunu eşidəndə çox qəzəbləndi və həvariləri öldürmək istədilər.
چون شنیدند دلریش گشته، مشورت کردند که ایشان را به قتل رسانند.۳۳
34 Lakin bütün xalqın hörmətini qazanmış Qanun müəllimi olan Qamliel adlı bir farisey Ali Şurada ayağa qalxdı və əmr etdi ki, bu adamları qısa müddətə bayıra çıxarsınlar.
اما شخصی فریسی، غمالائیل نام که مفتی و نزد تمامی خلق محترم بود، در مجلس برخاسته، فرمود تارسولان را ساعتی بیرون برند.۳۴
35 O, Ali Şuranın üzvlərinə belə dedi: «Ey İsraillilər, bu insanlara nə edəcəyiniz barədə yaxşı-yaxşı fikirləşin.
پس ایشان راگفت: «ای مردان اسرائیلی، برحذر باشید از آنچه می‌خواهید با این اشخاص بکنید.۳۵
36 Bir qədər bundan əvvəl Tevda özü barəsində yüksək iddiada olaraq ortaya çıxdı və ona təxminən dörd yüz nəfər qoşuldu. Lakin bu kişi öldürüldü, bütün tərəfdarları darmadağın edildi və bu hərəkat yatırıldı.
زیرا قبل ازاین ایام، تیودا نامی برخاسته، خود را شخصی می‌پنداشت و گروهی قریب به چهار صد نفر بدوپیوستند. او کشته شد و متابعانش نیز پراکنده ونیست گردیدند.۳۶
37 Sonra siyahıyaalma zamanı Qalileyalı Yəhuda ortaya çıxdı və camaatı ardınca apardı. O da öldü və tərəfdarlarının hamısı darmadağın edildi.
و بعد از او یهودای جلیلی درایام اسم نویسی خروج کرد و جمعی را در عقب خود کشید. او نیز هلاک شد و همه تابعان اوپراکنده شدند.۳۷
38 İndiki iş barəsində sizə onu deyirəm ki, bu adamlardan əl çəkin və azad buraxın. Əgər bu hərəkat, bu iş insandandırsa, məhv olub gedəcək.
الان به شما می‌گویم از این مردم دست بردارید و ایشان را واگذارید زیرا اگراین رای و عمل از انسان باشد، خود تباه خواهد شد.۳۸
39 Yox, əgər Allahdandırsa, bu adamların işini məhv edə bilməzsiniz. Allaha qarşı çıxanların vəziyyətinə belə, düşə bilərsiniz». Onlar Qamlielin sözünə baxdılar,
ولی اگر از خدا باشد، نمی توانید آن رابرطرف نمود مبادا معلوم شود که با خدا منازعه می‌کنید.»۳۹
40 həvariləri içəri çağırıb qamçılatdılar və əmr etdilər ki, İsanın adını çəkərək heç nə danışmasınlar. Sonra onları azad etdilər.
پس به سخن او رضا دادند و رسولان را حاضر ساخته، تازیانه زدند و قدغن نمودند که دیگر به نام عیسی حرف نزنند پس ایشان رامرخص کردند.۴۰
41 Həvarilər bu ad uğrunda təhqirə layiq görüldükləri üçün sevinərək Ali Şuranın önündən ayrıldılar.
و ایشان از حضور اهل شوراشادخاطر رفتند از آنرو که شایسته آن شمرده شدند که بجهت اسم او رسوایی کشند۴۱
42 Onlar hər gün məbəddə və evlərdə təlim öyrətməkdən, İsanın Məsih olması barədə Müjdəni yaymaqdan əl çəkmədilər.
و هرروزه در هیکل و خانه‌ها از تعلیم و مژده دادن که عیسی مسیح است دست نکشیدند.۴۲

< Həvarilərin Işləri 5 >