< Həvarilərin Işləri 24 >

1 Bundan beş gün sonra baş kahin Xananya, bəzi ağsaqqallar və Tertul adlı bir vəkil Qeysəriyyəyə gəlib Pauldan edilən şikayətləri valiyə çatdırdı.
וירד חנניה הכהן הגדול אחרי חמשת ימים ואתו הזקנים וטרטלוס איש דברים ויודיעו את ההגמון את דבר ריבם עם פולוס׃
2 Paul çağırılanda Tertul onu ittiham etməyə başladı: «Möhtərəm Feliks, sənin sayəndə uzun müddətdir ki, əmin-amanlıq içində yaşamaqdayıq. Sənin uzaqgörənliyinlə bu millət üçün keçirdiyin islahatları
ויהי כאשר קראו לו ויחל טרטלוס לשטנו ויאמר׃
3 hər yerdə, hər zaman dərin minnətdarlıqla qəbul edirik.
את אשר ישבנו על ידך בשלום רב ואשר נעשו תקנות רבות לעם הזה בהשגחתך נקבל על כל פנים ובכל מקום בכל תודה פיליכס האדיר׃
4 Vaxtınızı çox almaq istəmirəm. Rica edirəm, lütfkarlığınla bizi bir qədər dinlə.
אך לבלתי הלאותך הרבה אתחנן אליך אשר תשמענו בקצר דברינו כחמלתך׃
5 Bizim gəldiyimiz nəticəyə görə bu kişi dünyanın hər yerində olan Yəhudilər arasında iğtişaşlar salan bir araqarışdırandır. O, Nəsrani təriqətinin başçılarındandır.
כי מצאנו את האיש הזה כקטב ומגרה מדינים בין כל היהודים על פני תבל והוא ראש כת הנצרים׃
6 Bu insan hətta məbədi murdarlamağa çalışdı, amma biz onu yaxaladıq.
והוא גם נסה לחלל את המקדש ונתפש אותו ונחפץ לשפטו על פי תורתנו׃
7 Onu istintaq etsən, bütün bu ittihamlarımızın doğru olduğunu özündən öyrənə bilərsən».
ויבא עלינו לוסיאס שר האלף ברב כח ויחטפהו מידינו׃
8
ויצו את שטניו כי בוא יבאו לפניך ואתה כי תחקר אתו תוכל לדעת מפיהו את כל הדברים האלה אשר אנחנו טענים עליו׃
9 Oradakı Yəhudilər də deyilənlərin doğru olduğunu təsdiqləyərək bu işə qoşuldu.
וימלאו היהודים את דבריו לאמר כי כן הוא׃
10 Vali Paula işarə verəndə o cavab verdi: «Bilirəm ki, sən neçə illərdir bu millətin hakimisən. Buna görə sənin qarşında özümü müdafiə etməyimə sevinirəm.
וירמז ההגמון אל פולוס לדבר ויען ויאמר יען אשר ידעתי כי זה כמה שנים שופט אתה לעם הזה הנני מצטדק בלב בטוח על עניני׃
11 Sən özün də öyrənə bilərsən ki, ibadət etmək məqsədi ilə Yerusəlimə gedişimdən bu yana sadəcə on iki gün keçib.
אתה תוכל לדעת אשר לא עברו יותר משנים עשר יום מעת עלותי ירושלים להשתחות׃
12 Bu adamlardan heç biri görməyib ki, mən məbəddə, sinaqoqlarda yaxud şəhərin hansısa bir yerində kiminləsə mübahisə edim və yaxud camaatı təşvişə salım.
ולא במקדש מצאוני מתוכח עם איש או מעורר מהומה בעם ולא בבתי הכנסיות ולא בעיר׃
13 Bu anda mənə qarşı etdikləri ittihamları sənin hüzurunda sübut edə bilmirlər.
גם אין ביכלתם להוכיח עלי את אשר עתה הם שטנים אותי׃
14 Lakin ata-babalarımızın Allahına onların təriqət adlandırdığı İsa yolunun ardıcılı olaraq ibadət etdiyimi sənin qarşında iqrar edirəm. Qanunda olan və Peyğəmbərlərin kitablarında yazılan hər şeyə inanıram.
אבל את זאת מודה אני לפניך כי בדרך ההיא אשר יקראוה בשם כת בה אני עבד את אלהי אבותינו בהאמיני בכל הכתוב בתורה ובנביאים׃
15 Eyni ilə bu adamların qəbul etdikləri kimi həm saleh, həm də saleh olmayan insanların diriləcəyinə dair Allaha ümid bəsləyirəm.
ותקותי לאלהים אשר גם הם יחכו לה זאת היא כי עתידה להיות תחית המתים לצדיקים ולרשעים׃
16 Bu məqsədlə mən istər Allah, istərsə də insanların qarşısında hər zaman vicdanımın təmiz olması üçün çalışıram.
ובזאת גם עמלתי להיות תמים לב לאלהים ולאדם תמיד׃
17 Uzun illərdən sonra millətimə yardım və hədiyyələr vermək üçün Yerusəlimə gəldim.
ומקץ שנים רבות באתי להביא נדבות לעמי ולהקריב קרבן׃
18 Bununla məşğul olarkən məni məbəddə paklanmış olaraq tapdılar. Ətrafımda nə izdiham, nə də hay-küy var idi.
ואהי מטהר במקדש לא בהמון עם ולא במהומה וכן מצאוני אנשים יהודים מאסיא׃
19 Lakin Asiya vilayətindən bəzi Yəhudilər orada idi. Onlar buraya – sənin hüzuruna gəlməli və məndən şikayətləri varsa, ittihamlarını göstərməlidirlər.
אשר עליהם היה לעמד הנה לפניך ולענות בי אם היה להם דבר נגדי׃
20 Yaxud özləri desinlər ki, Ali Şuranın qarşısında dayandığım vaxt hansı haqsızlığı üzə çıxartdılar.
או אלה ידברו נא המה מה מצאו בי עול בעמדי לפני הסנהדרין׃
21 Onların qarşısında dayananda nida edərək belə demişdim və yalnız bunda mənim haqsız olduğumu hesab edə bilərlər: “Bu gün mən ölülərin dirilməsi məsələsinə görə önünüzdə mühakimə olunuram”».
בלתי אם הדבר האחד ההוא אשר קראתי בעמדי בתוכם כי על תחית המתים אני נדון היום לפניכם׃
22 İsa yolu barədə dəqiq məlumatı olan Feliks bu işi təxirə salıb dedi: «İşiniz barədə minbaşı Lisiya gələndən sonra qərarımı verəcəyəm».
ויהי כשמע פיליכס את הדרים האלה ויאחר את דינם לעת אחרת כי עניני הדרך הזאת נודעו לו היטב ויאמר ברדת אלי לוסיאס שר האלף אשפט על דברכם׃
23 Oradakı yüzbaşıya əmr verdi ki, Paulu nəzarət altında saxlasın, lakin sərbəstlik versin və ona xidmət edən dostlarına maneçilik yaratmasın.
ויצו את שר המאה לשום אתו במשמר ולתת לו רוחה ולבלתי מנע איש ממידעיו משרת אתו ומבוא אליו׃
24 Bir neçə gün keçəndən sonra vali Feliks Yəhudi arvadı Drusilla ilə birlikdə gəlib Paulu çağırtdırdı və onun Məsih İsaya olan imanından danışdıqlarına qulaq asdı.
ואחרי ימים אחדים בא פיליכס עם אשתו דרוסלה והיא יהודית וישלח לקרא לפולוס וישמע אתו על דבר האמונה במשיח׃
25 Paul salehlik, nəfsə hakim olma və gələcək mühakimədən söhbət edəndə Feliks qorxuya düşdü və dedi: «Bəsdir, indi get, imkan olanda yenə səni çağırtdıracağam».
ויהי כדברו על הצדק והפרישות ועל הדין העתיד לבוא ויחרד פיליכס ויען עתה זה לך ולכשאפנה אשוב לקרא לך׃
26 Digər tərəfdən də Pauldan rüşvət umurdu. Ona görə tez-tez Paulu yanına çağırtdırır və onunla söhbət edirdi.
והוא מקוה כי פולוס יתן לו שחד למען יתירהו ובעבור זה קרא לו פעמים הרבה וידבר עמו׃
27 İki il keçəndən sonra Feliks öz vəzifəsini Porki Festə təhvil verdi. Feliks Yəhudilərin rəğbətini qazanmaq üçün Paulu həbsdə qoyub getdi.
ויהי מקץ שנתים ימים ויקם פרקיוס פסטוס תחת פיליכס ופיליכס חפץ להתרצות אל היהודים ויעזב את פולוס חבוש בבית האסורים׃

< Həvarilərin Işləri 24 >