< Həvarilərin Işləri 21 >
1 Onlardan ayrılıb dənizə çıxanda birbaşa Kosa getdik, səhəri gün isə Rodosa, oradan da Pataraya keçdik.
Kun olimme eronneet heistä ja lähteneet purjehtimaan, laskimme suoraan Koossaareen ja seuraavana päivänä Rodoon ja sieltä Pataraan.
2 Finikiyaya gedən bir gəmi tapdıq və ona minib dənizlə getdik.
Siellä tapasimme Foinikiaan menevän laivan, astuimme siihen ja lähdimme purjehtimaan.
3 Kipri gördük və onun cənubundan keçdik. Suriya istiqamətinə getdik və Sur şəhərində sahilə çıxdıq. Gəmi yükünü orada boşaltmalı idi.
Ja kun Kypro rupesi näkymään ja oli jäänyt meistä vasemmalle, purjehdimme Syyriaan ja nousimme maihin Tyyrossa; siellä näet laivan oli määrä purkaa lastinsa.
4 Orada şagirdləri axtarıb tapdıq və yanlarında bir həftə qaldıq. Şagirdlər Ruhun təsiri ilə Paula xəbərdarlıq etdilər ki, Yerusəlimə getməsin.
Ja tavattuamme opetuslapset me viivyimme siellä seitsemän päivää. Ja Hengen vaikutuksesta he varoittivat Paavalia menemästä Jerusalemiin.
5 Amma oradakı günlərimiz başa çatanda bu şəhərdən çıxıb yolumuza davam etdik. İmanlıların hamısı öz arvad-uşaqları ilə bərabər bizi şəhərin kənarına qədər ötürdü və sahildə diz çökərək dua etdik.
Mutta kun olimme viettäneet loppuun ne päivät, lähdimme matkalle, ja kaikki saattoivat vaimoineen ja lapsineen meitä kaupungin ulkopuolelle saakka. Ja me laskeuduimme rannalla polvillemme ja rukoilimme;
6 Bir-birimizlə vidalaşandan sonra biz gəmiyə mindik, onlar da evlərinə qayıtdılar.
ja sanottuamme jäähyväiset toisillemme astuimme laivaan, ja he palasivat kotiinsa.
7 Surdan dəniz səyahətimizə davam edərək Ptolemaisə gəldik və orada imanlı bacı-qardaşlara baş çəkib bir gün yanlarında qaldıq.
Tyyrosta me saavuimme Ptolemaikseen, ja siihen päättyi purjehduksemme. Ja me tervehdimme veljiä siellä ja viivyimme päivän heidän luonansa.
8 Ertəsi gün onlardan ayrılıb Qeysəriyyəyə gəldik. Yeddi köməkçidən biri olan müjdəçi Filipin evinə gedib orada qaldıq.
Mutta seuraavana päivänä me lähdimme sieltä ja tulimme Kesareaan, jossa menimme evankelista Filippuksen tykö, joka oli yksi niistä seitsemästä, ja jäimme hänen tykönsä.
9 Bu kişinin peyğəmbərlik edən dörd subay qızı var idi.
Ja hänellä oli neljä tytärtä, neitsyttä, joilla oli profetoimisen lahja.
10 Oraya çatandan bir neçə gün sonra Yəhudeyadan Aqab adlı bir peyğəmbər gəldi.
Siellä me viivyimme useita päiviä. Niin tuli sinne Juudeasta eräs profeetta, nimeltä Agabus.
11 O bizə yaxınlaşıb Paulun kəmərini götürüb öz əllərini və ayaqlarını bağlayaraq dedi: «Müqəddəs Ruh belə deyir: “Yəhudilər bu kəmərin sahibini Yerusəlimdə belə bağlayıb başqa millətlərə təslim edəcəklər”».
Ja tultuaan meidän luoksemme hän otti Paavalin vyön, sitoi sillä jalkansa ja kätensä ja lausui: "Näin sanoo Pyhä Henki: 'Sen miehen, jonka vyö tämä on, juutalaiset näin sitovat Jerusalemissa ja antavat pakanain käsiin'."
12 Bu sözləri eşidəndə həm biz, həm də oranın sakinləri Paula yalvardıq ki, Yerusəlimə getməsin.
Kun sen kuulimme, pyysimme, sekä me että ne, jotka siellä asuivat, ettei hän menisi Jerusalemiin.
13 Buna cavab olaraq Paul belə dedi: «Nə olub? Niyə ağlayıb ürəyimi sızladırsınız? Mən Rəbb İsanın adı uğrunda Yerusəlimdə təkcə əl-ayağımın bağlanmasına deyil, ölümə də hazıram».
Silloin Paavali vastasi ja sanoi: "Mitä te teette, kun itkette ja särjette minun sydäntäni. Sillä minä olen valmis, en ainoastaan käymään sidottavaksi vaan myöskin kuolemaan Jerusalemissa Herran Jeesuksen nimen tähden."
14 Paulu razı sala bilmədikdə «Qoy Rəbbin iradəsi olsun!» deyərək susduq.
Ja kun hän ei taipunut, niin me rauhoituimme ja sanoimme: "Tapahtukoon Herran tahto".
15 Bir müddət keçəndən sonra biz hazırlıq işlərini görüb Yerusəlimə tərəf getdik.
Niiden päivien kuluttua me hankkiuduimme ja menimme ylös Jerusalemiin.
16 Qeysəriyyədə yaşayan şagirdlərin bəzisi də bizimlə birgə gəldi. Onlar bizi ilk şagirdlərdən biri olan Kiprli Minasonun evinə apardı, çünki biz onların evində qalacaqdıq.
Ja meidän kanssamme tuli myös opetuslapsia Kesareasta, jotka veivät meidät majapaikkaamme, erään vanhan opetuslapsen, kyprolaisen Mnasonin, tykö.
17 Yerusəlimə çatanda imanlı bacı-qardaşlar bizi sevinclə qarşıladılar.
Ja saavuttuamme Jerusalemiin veljet ottivat meidät iloiten vastaan.
18 Ertəsi gün Paulla birlikdə Yaqubu görməyə getdik. Cəmiyyət ağsaqqallarının hamısı oraya yığılmışdı.
Seuraavana päivänä Paavali meni meidän kanssamme Jaakobin tykö, ja kaikki vanhimmat tulivat sinne saapuville.
19 Paul onlardan hal-əhval tutandan sonra öz xidməti ilə əlaqədar olaraq Allahın başqa millətlər arasında gördüyü işlərdən ətraflı məlumat verdi.
Ja kun hän oli heitä tervehtinyt, kertoi hän kohta kohdalta kaikki, mitä Jumala hänen palveluksensa kautta oli tehnyt pakanain keskuudessa.
20 Bunları eşidəndə Allahı izzətləndirdilər. Paula dedilər: «Görürsənmi, qardaş, Yəhudilər arasında on minlərlə imanlı var və hamısı Qanunun qeyrətini çəkir.
Sen kuultuaan he ylistivät Jumalaa ja sanoivat Paavalille: "Sinä näet, veli, kuinka monta tuhatta juutalaista on tullut uskoon, ja he ovat kaikki lainkiivailijoita.
21 Onlar sənin barəndə xəbər tutublar ki, başqa millətlər arasında yaşayan bütün Yəhudilərə oğullarını sünnət etməyib adət-ənənələrimizə görə yaşamamağı və Musadan dönməyi öyrədirsən.
Mutta heille on kerrottu sinusta, että sinä opetat kaikkia pakanain seassa asuvia juutalaisia luopumaan Mooseksesta ja kiellät heitä ympärileikkaamasta lapsiaan ja vaeltamasta säädettyjen tapojen mukaan.
22 İndi nə edək? Mütləq sənin bura gəldiyini eşidəcəklər.
Mitä siis on tehtävä? Varmaankin on suuri joukko kokoontuva, sillä he saavat kuulla sinun tulleen.
23 Ona görə sənə dediklərimizə əməl et. Bizim aramızda əhd edən dörd kişi var.
Tee siis tämä, minkä me nyt sinulle sanomme. Meillä on täällä neljä miestä, joilla on lupaus täytettävänä.
24 Bunları yanına al və onlarla birgə paklanma mərasiminə qoşul. Başlarını qırxdırmaq üçün qurban xərclərini sən çək. Bununla da hamı biləcək ki, sənin haqqında eşitdikləri əsassızdır, sən də Qanuna riayət edirsən.
Ota ne luoksesi ja puhdista itsesi heidän kanssansa ja maksa kulut heidän puolestaan, että he saisivat leikkauttaa tukkansa; siitä kaikki huomaavat, ettei ole mitään perää siinä, mitä heille on kerrottu sinusta, vaan että sinäkin vaellat lain mukaan ja noudatat sitä.
25 Başqa millətlərdən olan imanlılara gəlincə, biz qərara alıb onlara məktub vasitəsilə yazmışıq ki, bütlərə təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər, həmçinin özlərini əxlaqsızlıqdan saxlasınlar».
Mutta uskoon tulleista pakanoista me olemme päättäneet ja kirjoittaneet, että heidän on välttäminen epäjumalille uhrattua ja verta ja lihaa, josta ei veri ole laskettu, ja haureutta."
26 Bundan sonra Paul bu dörd kişini yanına alıb ertəsi gün onlarla bərabər özünü pak etdi. Sonra məbədə girərək paklanma dövrünün nə vaxt qurtaracağını, hər birinin adına nə vaxt qurban təqdim ediləcəyini elan etdi.
Silloin Paavali otti ne miehet luokseen, ja kun hän seuraavana päivänä oli puhdistanut itsensä heidän kanssaan, meni hän pyhäkköön ja ilmoitti, milloin heidän puhdistumispäivänsä tulisivat päättymään, jota ennen heidän kunkin edestä oli tuotava uhri.
27 Yeddi günlük müddət qurtarmaq üzrə Asiya vilayətindən olan Yəhudilər Paulu məbəddə görəndə bütün izdihamı təşvişə salaraq onu yaxaladılar
Mutta kun ne seitsemän päivää olivat päättymässä, näkivät Aasiasta tulleet juutalaiset hänet pyhäkössä, kiihoittivat kaiken kansan ja kävivät häneen käsiksi
28 və qışqırdılar: «Ey İsraillilər, kömək edin! Hər yerdə hər kəsə, xalqımıza, Qanuna və bu Müqəddəs məkana qarşı təlim öyrədən adam budur. Həmçinin məbədə bəzi Yunanları gətirərək bu Müqəddəs məkanı murdarladı».
ja huusivat: "Israelin miehet, auttakaa! Tämä on se mies, joka kaikkialla opettaa kaikkia ihmisiä meidän kansaamme ja lakiamme ja tätä paikkaa vastaan, onpa vielä tuonut kreikkalaisia pyhäkköönkin ja saastuttanut tämän pyhän paikan."
29 Bu Yəhudilər Efesli Trofimi əvvəllər şəhərdə Paulun yanında gördükləri üçün elə bilirdilər ki, onu Paul məbədə gətirib.
Sillä he olivat ennen nähneet efesolaisen Trofimuksen kaupungilla hänen kanssaan ja luulivat, että Paavali oli tuonut hänet pyhäkköön.
30 Bütün şəhər oyandı. Camaat hər tərəfdən qaçıb-gələrək Paulu tutub məbəddən bayıra sürüdü. Dərhal məbəd qapıları bağlandı.
Ja koko kaupunki tuli liikkeelle, ja väkeä juoksi kokoon; ja he ottivat Paavalin kiinni, raastoivat hänet ulos pyhäköstä, ja heti portit suljettiin.
31 Onlar Paulu öldürməyə çalışırdılar ki, bütün Yerusəlimin təşvişə düşməsi xəbəri Roma alayının minbaşısına çatdırıldı.
Ja kun he tahtoivat hänet tappaa, sai sotaväenosaston päällikkö sanan, että koko Jerusalem oli kuohuksissa.
32 Minbaşı dərhal yüzbaşılarla əsgərləri özü ilə götürərək izdiham olan yerə qaçdı. Minbaşı ilə əsgərləri görən camaat Paulu döyməyi dayandırdı.
Tämä otti heti paikalla mukaansa sotilaita ja sadanpäämiehiä ja riensi alas heidän luoksensa. Kun he näkivät päällikön ja sotilaat, lakkasivat he lyömästä Paavalia.
33 O zaman minbaşı yaxına gəlib Paulu tutdu və əmr etdi ki, onu qoşa zəncirlə bağlasınlar. Sonra soruşdu: «Bu adam kimdir? Nə edib?»
Silloin päällikkö astui esiin, otatti hänet kiinni ja käski sitoa hänet kaksilla kahleilla ja kysyi, kuka hän oli ja mitä hän oli tehnyt.
34 İzdiham içində hər ağızdan bir avaz gəlir, qışqırışırdılar. Hay-küydən minbaşı heç nə müəyyənləşdirə bilmədi, ona görə Paulun qalaya aparılmasını əmr etdi.
Mutta kansanjoukosta huusivat toiset sitä, toiset tätä. Ja koska hän melun tähden ei voinut saada varmaa selkoa, käski hän viedä hänet kasarmiin.
35 Paul pilləkəndə olanda xalq elə qızışmışdı ki, əsgərlər onu əlləri üstündə aparmalı oldular.
Ja kun Paavali tuli portaille, täytyi sotamiesten kantaa häntä kansan väkivallan tähden;
36 Çünki izdiham onun ardınca düşüb qışqırırdı: «Öldürün onu!»
sillä suuri kansanpaljous seurasi perässä ja huusi: "Vie pois hänet!"
37 Paul qalaya gətirilməkdə ikən o, minbaşıdan soruşdu: «Səndən bir söz soruşmaq olar?» Minbaşı dedi: «Sən Yunan dilini bilirsən?
Ja kun oltiin kuljettamassa Paavalia sisälle kasarmiin, sanoi hän päällikölle: "Onko minun lupa sanoa sinulle jotakin?" Niin tämä sanoi: "Osaatko sinä siis kreikkaa?
38 Sən bu yaxınlarda iğtişaş yaratmağa başlayan dörd min qatili səhraya aparan Misirli deyilsənmi?»
Etkö sitten olekaan se egyptiläinen, joka hiljakkoin villitsi ne neljätuhatta murhamiestä ja vei heidät erämaahan?"
39 Paul dedi: «Mən Yəhudiyəm, Kilikiyanın Tarsus şəhərindənəm, məşhur bir şəhərin vətəndaşıyam. Rica edirəm, bu xalqa bir neçə söz deməyə izin ver».
Niin Paavali sanoi: "Minä olen juutalainen mies, Tarson, tunnetun Kilikian kaupungin, kansalainen; pyydän sinua, salli minun puhua kansalle".
40 Minbaşı icazə verəndən sonra Paul pilləkənlərin üstünə çıxıb diqqəti cəlb etmək üçün xalqa əli ilə işarə etdi. Dərin sükut çökəndə İbrani dilində danışmağa başlayaraq dedi:
Ja kun hän sen salli, niin Paavali, seisoen portailla, viittasi kädellään kansalle; ja kun oli syntynyt syvä hiljaisuus, puhui hän heille hebreankielellä ja sanoi: