< Həvarilərin Işləri 19 >
1 Apollo Korinfdə olarkən Paul daxili bölgələrdən keçərək Efesə gəldi və orada bir neçə şagirdlə rastlaşdı.
I stalo se, když Apollo byl v Korintu, že Pavel prošed vrchní krajiny, přišel do Efezu, a nalezna tu některé učedlníky,
2 Onlara dedi: «İman etdiyiniz zaman Müqəddəs Ruhu aldınızmı?» Onlar dedilər: «Müqəddəs Ruhun mövcudluğundan belə, xəbərimiz yoxdur».
Řekl jim: Přijali-li jste Ducha svatého, uvěřivše? A oni řekli jemu: Ba aniž jsme slýchali, jest-li Duch svatý.
3 Paul onlardan soruşdu: «Elə isə nəyə əsasən vəftiz oldunuz?» Onlar cavab verdilər: «Yəhyanın vəftizinə əsasən».
Tedy řekl jim: Načež tedy pokřtěni jste? A oni řekli: Křtěni jsme křtem Janovým.
4 Paul dedi: «Yəhyanın etdiyi vəftiz tövbə ilə bağlı bir vəftiz idi. Xalqı özündən sonra Gələnə, yəni İsaya iman etməyə çağırdı».
I řekl Pavel: Janť zajisté křtil křtem pokání, pravě lidu, aby v toho, kterýž měl po něm přijíti, věřili, to jest v Krista Ježíše.
5 Onlar bunu eşidən kimi Rəbb İsanın adı ilə vəftiz oldular.
Kteříž pak uposlechli, pokřtěni jsou ve jméno Pána Ježíše.
6 Paul əllərini onların üzərinə qoyanda Müqəddəs Ruh onların üzərinə endi və onlar başqa dillərdə danışmağa və peyğəmbərlik etməyə başladılar.
A když vzkládal na tyto ruce Pavel, sstoupil Duch svatý na ně, i mluvili jazyky, a prorokovali.
7 Onlar təxminən on iki kişi idi.
A bylo všech spolu okolo dvanácti mužů.
8 Sinaqoqa daxil olan Paul cəsarətlə danışmağa başladı. Üç ay ərzində onlarla mübahisələr aparır və Allahın Padşahlığı barədə onları inandırırdı.
Tedy všed do školy, svobodně mluvil za tři měsíce, hádaje se, a uče o království Božím.
9 Bəziləri inadkar olub inanmaq istəmir və xalqın qarşısında İsa yolunu pisləməyə başlayırdı. Buna görə Paul onlardan ayrılıb şagirdlərini də götürüb apardı. O, Tiranın mühazirə otağında hər gün mübahisələr edirdi.
A když se někteří zatvrdili a nepovolovali, zle mluvíce o cestě Boží přede vším množstvím, odstoupiv od nich, oddělil učedlníky, na každý den kázaní čině v škole nějakého Tyranna.
10 Bu vəziyyət iki il davam etdi. Nəhayət, istər Yəhudi, istərsə də Yunan – bütün Asiya vilayəti əhalisi Rəbbin kəlamını eşitdi.
A to se dálo za dvě létě, tak že všickni, kteříž přebývali v Azii, poslouchali slova Pána Ježíše, i Židé i Řekové.
11 Allah Paul vasitəsilə fövqəladə möcüzələr yaradırdı.
A divy veliké činil Bůh skrze ruce Pavlovy,
12 Belə ki Paulun bədəninə toxunan dəsmallar və belinə bağladığı önlüklər belə, götürülüb xəstələrin üstünə qoyulanda insanların xəstəlikləri yox olur, şər ruhlar çıxırdı.
Tak že i na nemocné nosívali od jeho těla šátky a fěrtochy, a odstupovaly od nich nemoci, a duchové nečistí vycházeli z nich.
13 Bəzi ətrafı gəzib-dolaşan Yəhudi cindarlar da şər ruhlara əsir olanlara Rəbb İsanın adını çəkərək deyirdilər: «Paulun vəz etdiyi İsanın adı ilə sizə əmr edirəm!»
Tedy pokusili se někteří z Židů tuláků, kteříž se s zaklínáním obírali, vzývati jméno Pána Ježíše nad těmi, kteříž měli duchy nečisté, říkajíce: Zaklínáme vás skrze Ježíše, kteréhož káže Pavel.
14 Yəhudilərin Skeva adlı başçı kahinin yeddi oğlu bu işlə məşğul idi.
A bylo jich sedm synů jednoho Žida, jménem Scevy, předního kněze, kteříž to činili.
15 Bir dəfə şər ruh onlara cavab verdi: «İsanı tanıyıram, Paul haqqında da hər şey bilirəm. Bəs siz kimsiniz?»
Tedy odpověděv duch zlý, řekl: Ježíše znám, a o Pavlovi vím, ale vy kdo jste?
16 Daxilində şər ruh olan adam onların üstünə hücum çəkdi, hamısını təpiyinin altına salaraq məğlub etdi. Belə ki onlar o evdən lüt-üryan və yaralı halda qaçdılar.
A obořiv se na ně člověk ten, v kterémž byl duch zlý, opanovav je, zmocnil se jich, tak že nazí a zranění vyběhli z domu toho.
17 Bu xəbər Efesdə yaşayan bütün Yəhudilərə və Yunanlara çatdı. Hamısını bir vahimə bürüdü və Rəbb İsanın adının nüfuzu böyüdü.
A to známo učiněno jest všechněm Židům i Řekům bydlícím v Efezu, a spadla bázeň na ně na všecky. I osloveno jest jméno Pána Ježíše.
18 İman edənlərin çoxu gəlib öz əməllərini açıq etiraf edirdi.
Mnozí pak z věřících přicházeli, vyznávajíce se a zjevujíce skutky své.
19 Cadugərliklə məşğul olan bir dəstə insan da öz kitablarını yığıb hamının qarşısında yandırdı. Kitablarının qiyməti hesablananda məlum oldu ki, əlli min gümüş pula bərabər idi.
Mnozí také z těch, kteříž se s marnými uměními obírali, snesše knihy, spálili je přede všemi; a početše cenu jejich, shledali toho padesáte tisíců peněz.
20 Beləliklə, Rəbbin kəlamı qüdrətlə böyüyüb təsirini artırırdı.
Tak mocně rostlo slovo Páně, a zmocňovalo se.
21 Bunlar baş verəndən sonra Paul qərara gəldi ki, Makedoniya və Axayyadan keçərək Yerusəlimə getsin. O dedi: «Oraya gedəndən sonra gərək Romanı da görəm».
A když se to dokonalo, uložil Pavel v duchu, aby projda Macedonii a Achaii, šel do Jeruzaléma, řka: Když pobudu tam, musímť také i na Řím pohleděti.
22 Xidmətçilərindən ikisini – Timoteylə Erastı Makedoniyaya göndərərək özü bir müddət Asiya vilayətində qaldı.
I poslav do Macedonie dva z těch, kteříž mu přisluhovali, Timotea a Erasta, sám pozůstal v Azii do času.
23 O ərəfədə İsa yolu ilə bağlı böyük bir qarışıqlıq yarandı.
Tedy stala se v ten čas nemalá bouřka pro cestu Boží.
24 Dimitri adlı bir zərgər gümüşdən ilahə Artemidanın ev səcdəgahlarını düzəldirdi və sənətkarlara çoxlu gəlir gətirirdi.
Nebo zlatník jeden, jménem Demetrius, kterýž dělával chrámy stříbrné Diány, nemalý zisk přivodil řemeslníkům.
25 O, sənətkarları və bu cür işlə məşğul olanları bir yerə toplayıb belə dedi: «Ay kişilər, bilirsiniz ki, gəlirimiz bu işdən asılıdır.
Kteréž svolav, i ty, kteříž byli k těm podobných věcí dělníci, řekl: Muži, víte, že z tohoto řemesla jest živnost naše.
26 Amma bu Paul deyir ki, əl işi olan allahlar həqiqi allahlar deyil. Yalnız Efesdə deyil, demək olar ki, bütün Asiya vilayətində nə qədər insanı tovlayıb azdırdığını görmüsünüz və eşitmisiniz.
A vidíte i slyšíte, že netoliko v Efezu, ale téměř po vší Azii tento Pavel svedl a odvrátil veliké množství, pravě: Že to nejsou bohové, kteříž jsou rukama udělaní.
27 Onda böyük bir təhlükə ilə üzləşirik. Bu həm bizim sənətimizin nüfuzunu itirə bilər, həm də ulu ilahə Artemidanın məbədini gözdən sala bilər. Bununla da bütün Asiya vilayətinin və bütün dünyanın ibadət etdiyi Artemidanın ululuğu heçə çıxar».
A protož strach jest, netoliko aby se nám v živnosti přítrž nestala, ale také i veliké bohyně Diány chrám aby za nic nebyl jmín, a aby nepřišlo k zkáze důstojenství její, kterouž ctí všecka Azia i světa okršlek.
28 Oradakılar bunu eşidəndə bərk hiddətləndilər və qışqıra-qışqıra dedilər: «Efes ilahəsi Artemida uludur!»
To uslyšavše, a naplněni byvše hněvem, zkřikli, řkouce: Veliká jest Diána Efezských.
29 Şəhər bir-birinə qarışdı. Xalq Paulun yol yoldaşları olan Makedoniyalı Qayla Aristarxı tutub sürüyərək birlikdə teatra doluşdu.
I naplněno jest všecko město rozbrojem, a valili se všickni spolu na plac, pochopivše Gáia a Aristarcha, Macedonské, tovaryše cesty Pavlovy.
30 Paul istədi ki, xalqın arasına girsin, amma şagirdlər onu buraxmadılar.
Pavlovi pak, když chtěl jíti k lidu, nedopustili učedlníci.
31 Hətta Paulun dostları olan Asiya vilayətinin sədrlərinin bəziləri də ona xəbər göndərib yalvardı ki, teatra ayaq basmasın.
Ano i někteří z předních mužů Azianských, kteříž jemu přáli, poslavše k němu, prosili, aby se nedával do toho hluku.
32 Teatrdakı yığıncaqda aləm qarışmışdı, hər ağızdan bir avaz gəlirdi. Onların çoxu isə bilmirdi ki, buraya nə üçün gəlib.
A jedni tak, jiní jinak křičeli; nebo byla ta obec zbouřena, a mnozí nevěděli, proč se zběhli.
33 Yəhudilər İsgəndəri qarşıya çıxaranda izdihamın içərisindən bəziləri hadisəni onunla əlaqələndirdi. O isə xalqın diqqətini cəmləşdirmək üçün əlini qaldırdı və onların qarşısında özünü müdafiə etmək istədi.
Z zástupu pak Alexandra nějakého táhli, kteréhož i Židé nutili. Alexander pak pokynuv rukou, chtěl zprávu dáti lidu.
34 Amma xalq onun Yəhudi olduğunu biləndə bir səslə iki saata yaxın «Efes ilahəsi Artemida uludur!» deyə qışqırışdı.
Ale jakž poznali, že jest Žid, stal se jednostejný všech hlas, jako za dvě hodině volajících: Veliká jest Diána Efezských.
35 İzdihamı sakitləşdirən şəhərin icra məmuru dedi: «Ey Efeslilər, kim bilmir ki, Efes şəhəri ulu Artemida məbədinin və göydən gələn heykəlinin keşikçisidir?
A když písař pokojil zástup, řekl: Muži Efezští, i kdož z lidí jest, ješto by nevěděl, že město Efezské slouží veliké bohyni Diáně a od Jupitera spadlé podobizně?
36 Bunları heç kim inkar edə bilməz. Buna görə sakit olmanız və fikirləşmədən bir iş görməməyiniz lazımdır.
A poněvadž tomu odpíráno býti nemůže, slušné jest, abyste se upokojili, a nic kvapně nečinili.
37 Buraya gətirdiyiniz adamlar nə məbədimizi soydu, nə də ilahəmizi söydü.
Přivedli jste zajisté lidi tyto, kteříž nejsou ani svatokrádcové ani rouhači bohyně vaší.
38 Əgər Dimitrinin və onun sənətkar dostlarının kimdən şikayəti varsa, məhkəmələr açıqdır, valilər də var. Qoy bir-birlərini orada ittiham etsinlər.
Jestliže pak Demetrius, a ti, kteříž jsou s ním, řemeslníci mají s kým jakou při, bývá obecný soud, a jsou konšelé. Nechať jedni druhé viní.
39 Sizin araşdıracağınız başqa hallar varsa, bunun da qanuni bir yığıncaqda həll olması lazımdır.
Pakli čeho jiného hledáte, i toť můž v pořádném svolání obce skoncováno býti.
40 Bugünkü hadisələrə görə üsyan qaldırdığımız üçün ittiham olunmaq təhlükəsi qarşısındayıq. Biz bu səbəbsiz iğtişaşa bəraət qazandıra bilmərik».
Nebo strach jest, abychom nedošli nesnáze pro tu bouřku dnešní, poněvadž žádné příčiny není, kterouž bychom mohli předložiti, proč jsme se tuto zběhli.
41 O bu sözləri deyərək yığıncağı dağıtdı.
A to pověděv, propustil lid.