< Həvarilərin Işləri 18 >
1 Bundan sonra Paul Afinadan çıxıb Korinfə getdi.
Ասկէ ետք Պօղոս՝ հեռանալով Աթէնքէն՝ եկաւ Կորնթոս,
2 Orada Pontda doğulan Akila adlı bir Yəhudiyə rast gəldi. O, arvadı Priskila ilə birlikdə İtaliyadan yenicə gəlmişdi. Çünki Klavdi əmr vermişdi ki, Romada olan bütün Yəhudilər oradan çıxsınlar. Paul onların yanına getdi.
գտաւ Հրեայ մը՝ Ակիւղաս անունով, ծնունդով՝ Պոնտացի, որ իր Պրիսկիղա կնոջ հետ նոր եկած էր Իտալիայէն (քանի որ Կղօդիոս պատուիրած էր բոլոր Հրեաներուն՝ հեռանալ Հռոմէն), եւ գնաց անոնց քով:
3 Onların peşəsi çadırçılıq idi və eyni peşə sahibi olan Paul buna görə onların yanında qalıb çalışdı.
Քանի ինք արհեստակից էր, անոնց քով բնակեցաւ եւ աշխատեցաւ, որովհետեւ արհեստով վրանագործ էին:
4 Paul hər Şənbə günü sinaqoqda mübahisə edib həm Yəhudiləri, həm də Yunanları inandırırdı.
Իսկ ամէն Շաբաթ օր կը խօսէր ժողովարանին մէջ, եւ կը համոզէր Հրեաներն ու Յոյները:
5 Sila ilə Timotey Makedoniyadan gələn kimi Paul özünü tamamilə kəlama həsr etdi və Yəhudilərə İsanın Məsih olmasına dair şəhadət edirdi.
Երբ Շիղա եւ Տիմոթէոս իջան Մակեդոնիայէն, Պօղոս հոգիի կսկիծով կը վկայէր Հրեաներուն թէ Յիսուս՝ Քրիստո՛սն է:
6 Amma Yəhudilər onun əleyhinə çıxaraq böhtan atmağa başlayan kimi Paul yaxasını çırpıb onlara dedi: «Qanınız öz başınıza dönsün, mən bu işdə təmizəm. Bundan sonra başqa millətlərdən olanların yanına gedəcəyəm».
Բայց երբ անոնք ընդդիմացան ու կը հայհոյէին, իր հանդերձները թօթուելով՝ ըսաւ անոնց. «Ձեր արիւնը ձեր գլո՛ւխը ըլլայ, ես անպարտ եմ. ասկէ ետք՝ հեթանոսներո՛ւն պիտի երթամ»:
7 Paul oradan çıxdı, Allaha mömin olan Titi Yust adlı bir nəfərin evinə getdi. Onun evi sinaqoqa bitişik idi.
Եւ մեկնելով անկէ՝ մտաւ Յուստոս անունով մէկու մը տունը, որ աստուածապաշտ էր. անոր տունը ժողովարանին կից էր:
8 Sinaqoq rəisi Krisp bütün ev əhli ilə birgə Rəbbə iman etdi. Korinflilərin bir çoxu Paulu dinləyəndə iman gətirərək vəftiz oldu.
Ժողովարանին պետը՝ Կրիսպոս՝ հաւատաց Տէրոջ իր ամբողջ ընտանիքով: Կորնթացիներէն շատեր ալ լսելով՝ հաւատացին ու մկրտուեցան:
9 Bir gecə Rəbb görüntüdə Paula dedi: «Qorxma, danış, susma.
Գիշերը տեսիլքի մէջ Տէրը ըսաւ Պօղոսի. «Մի՛ վախնար, հապա խօսէ՛ եւ լուռ մի՛ կենար.
10 Bax Mən səninləyəm, heç kimin sənə pisliyi dəyməyəcək, çünki bu şəhərdə xalqım çoxdur».
որովհետեւ ես քեզի հետ եմ, ու ո՛չ մէկը ձեռքը վրադ պիտի դնէ՝ քեզի վնասելու համար. քանի որ ես շատ ժողովուրդ ունիմ այս քաղաքին մէջ»:
11 Paul orada il yarım qaldı və dayanmadan xalqa Allahın kəlamını öyrətdi.
Հոն տարի մը ու վեց ամիս կեցաւ, եւ Աստուծոյ խօսքը կը սորվեցնէր անոնց մէջ:
12 Axayya valisi Qalliyo olan zaman Yəhudilər birləşərək Paula hücum etdilər və onu valinin hökm kürsüsü qarşısına çıxartdılar.
Աքայիայի փոխ-հիւպատոսին՝ Գաղիոնի օրերը, Հրեաները միաբանելով՝ ըմբոստացան Պօղոսի դէմ, եւ դատարանը տարին զայն՝
13 Belə dedilər: «Bu adam Allaha qeyri-qanuni şəkildə ibadət etmək üçün insanları tovlayır».
ըսելով. «Ասիկա կը համոզէ մարդիկը՝ որ պաշտեն Աստուած Օրէնքին հակառակ կերպով»:
14 Paul danışmaq istəyirdi ki, Qalliyo Yəhudilərə dedi: «Ey Yəhudilər, əgər ittihamınız bir haqsızlıq və yaxud ağır cinayət işinə görə olsaydı, sizi səbirlə dinləməyi məsləhət bilərdim.
Երբ Պօղոս պիտի բանար իր բերանը, Գաղիոն ըսաւ Հրեաներուն. «Եթէ անիրաւութեան մը կամ չար լրբութեան մը համար ըլլար, ո՛վ Հրեաներ, կ՚արժէր որ հանդուրժէի ձեզի.
15 Amma məsələlər bir təlimlə, bəzi adlarla və sizin qanununuzla bağlı olduğu üçün bu işi özünüz həll edin. Mən belə şeylərə hakimlik etmək istəmirəm».
բայց եթէ հարցը՝ խօսքի, անուններու եւ ձեր Օրէնքին մասին է, դուք ձեզմէ՛ տեսէք դատը. որովհետեւ ես չեմ փափաքիր այդպիսի բաներու դատաւոր ըլլալ».
16 Beləliklə, onları hökm kürsüsündən qovdu.
ու զանոնք վռնտեց դատարանէն:
17 Hamı sinaqoq rəisi Sosteni tutub hökm kürsüsünün qarşısında döydü. Qalliyo isə bu hadisələrə əhəmiyyət vermədi.
Ուստի բոլոր Յոյները բռնեցին Սոսթենէսը, ժողովարանին պետը, եւ ծեծեցին դատարանին առջեւ: Բայց Գաղիոն բնա՛ւ հոգ չէր ըներ այս մասին:
18 Paul Korinfdə olan imanlı bacı-qardaşların yanında xeyli gün qaldı və sonra onlarla vidalaşıb Priskila və Akila ilə birgə Suriyaya getmək üçün yelkən açdı. O, Kenxreya limanında saçını qırxdırmışdı, çünki bir əhd etmişdi.
Իսկ Պօղոս, տակաւին շատ օրեր հոն մնալէ ետք, հրաժեշտ առաւ եղբայրներէն ու նաւարկեց դէպի Սուրիա - Պրիսկիղա եւ Ակիւղաս ալ իրեն հետ -, նախապէս իր գլուխը խուզած ըլլալով Կենքրեայի մէջ, որովհետեւ ուխտ ըրած էր:
19 Onlar Efesə çatanda Priskila ilə Akiladan ayrılaraq sinaqoqa girdi və Yəhudilərlə mübahisə etməyə başladı.
Երբ հասաւ Եփեսոս՝ հոն ձգեց զանոնք, իսկ ինք մտնելով ժողովարանը՝ կը խօսէր Հրեաներուն հետ:
20 Ondan xahiş edəndə ki burada daha bir müddət qalsın, buna razı olmadı.
Իրեն թախանձեցին որ աւելի՛ երկար ժամանակ մնայ իրենց քով. բայց չհաւանեցաւ,
21 Amma onlarla vidalaşanda belə dedi: «Allah qoysa, yenə yanınıza gələcəyəm». Sonra Efesdən yelkən açıb getdi.
հապա հրաժեշտ առաւ անոնցմէ՝ ըսելով. «Պէտք է որ անպատճառ այս յառաջիկայ տօնը կատարեմ Երուսաղէմի մէջ, բայց՝՝ Աստուծոյ կամքով դարձեալ պիտի վերադառնամ ձեզի»: Ու Եփեսոսէն նաւարկեց
22 Qeysəriyyəyə çatandan sonra Yerusəlimə gedərək imanlılar cəmiyyətinə baş çəkdi və sonra oradan Antakyaya keçdi.
եւ Կեսարիա հասնելով՝ Երուսաղէմ բարձրացաւ, բարեւեց եկեղեցին, ու յետոյ իջաւ Անտիոք:
23 Bir müddət orada qalandan sonra yola çıxdı. Qalatiya və Frigiya bölgələrini gəzib dolaşaraq oradakı şagirdləri ruhən möhkəmləndirdi.
Ժամանակ մը հոն կենալէ ետք՝ մեկնեցաւ, եւ կարգով Գաղատացիներուն երկիրն ու Փռիւգիա կը շրջէր՝ բոլոր աշակերտները ամրացնելով:
24 Bu ərəfədə İsgəndəriyyədə doğulmuş Apollo adlı bir Yəhudi Efesə gəldi. Onun yaxşı natiqliyi var idi və Müqəddəs Yazıları çox yaxşı bilirdi,
Ապողոս անունով Հրեայ մը, ծնունդով՝ Աղեքսանդրացի, ճարտասան մարդ մը՝ որ հմուտ էր Սուրբ Գիրքերուն, եկաւ հասաւ Եփեսոս:
25 Rəbb yolunda da təhsil almışdı. O, ruhda alışıb-yanaraq danışır və yalnız Yəhyanın vəftizindən xəbəri olduğu halda İsa ilə bağlı həqiqətləri doğru öyrədirdi.
Ան կրթուած էր Տէրոջ ճամբային մէջ, ու եռանդուն հոգիով՝ կը խօսէր եւ ճշգրտութեամբ կը սորվեցնէր Տէրոջ մասին. բայց ինք գիտէր միայն Յովհաննէսի մկրտութիւնը:
26 O, sinaqoqda cəsarətlə danışmağa başladı. Ona qulaq asan Priskila ilə Akila onu yanlarına çəkib Allah yolu barədə daha dəqiq izahat verdilər.
Ան սկսաւ ժողովարանին մէջ քարոզել համարձակութեամբ: Երբ Ակիւղաս ու Պրիսկիղա լսեցին զայն՝ իրենց քով առին զինք, եւ աւելի ճշգրտութեամբ բացատրեցին իրեն Աստուծոյ ճամբան:
27 Apollo Axayyaya getmək istəyəndə bacı-qardaşlar onu həvəsləndirdilər və oradakı şagirdlərə məktub yazdılar ki, onu yaxşı qarşılasınlar. Apollo oraya çatanda Allahın lütfü ilə iman edənlərə çox kömək etdi.
Երբ ան փափաքեցաւ երթալ Աքայիա, եղբայրները նամակ գրեցին ու խրախուսեցին այնտեղի աշակերտները՝ որ ընդունին զինք: Եւ հոն հասնելով՝ Աստուծոյ շնորհքով շատ օգտակար եղաւ հաւատացեալներուն.
28 Belə ki Müqəddəs Yazılarla İsanın Məsih olduğunu sübuta yetirərək Yəhudilərin iddialarını açıq şəkildə və güclü surətdə inkar edirdi.
քանի որ հրապարակաւ ուժգնօրէն կը համոզէր Հրեաները, Սուրբ Գիրքերէն ցոյց տալով թէ Յիսուս՝ Քրիստո՛սն է: