< 3 Yəhya 1 >
1 Mən ağsaqqaldan həqiqətə görə sevdiyim əziz Qaya salam!
ο πρεσβυτεροσ γαιω τω αγαπητω ον εγω αγαπω εν αληθεια
2 Ey sevimli, dua edirəm ki, canın uğurlu olduğu kimi özün də hər cəhətdən uğurlu və sağlam olasan.
αγαπητε περι παντων ευχομαι σε ευοδουσθαι και υγιαινειν καθωσ ευοδουται σου η ψυχη
3 Bəzi qardaşlar gəlib sənin həqiqətə bağlılığına, yəni həqiqətə görə həyat sürdüyünə şəhadət edəndə mən çox sevindim.
εχαρην γαρ λιαν ερχομενων αδελφων και μαρτυρουντων σου τη αληθεια καθωσ συ εν αληθεια περιπατεισ
4 Mənim üçün öz övladlarımın həqiqətə görə həyat sürdüyünü eşitməkdən böyük sevinc ola bilməz.
μειζοτεραν τουτων ουκ εχω χαραν ινα ακουω τα εμα τεκνα εν αληθεια περιπατουντα
5 Ey sevimli, sənə hətta yad olduqları halda qardaşlara xidmət etməkdə sədaqət göstərirsən.
αγαπητε πιστον ποιεισ ο εαν εργαση εισ τουσ αδελφουσ και εισ τουσ ξενουσ
6 Onlar cəmiyyətin qarşısında sənin məhəbbətin barədə şəhadət ediblər. Sən onları Allaha layiq bir tərzdə yola salarkən yaxşı iş görəcəksən.
οι εμαρτυρησαν σου τη αγαπη ενωπιον εκκλησιασ ουσ καλωσ ποιησεισ προπεμψασ αξιωσ του θεου
7 Çünki onlar imansız olanlardan heç nə götürmədən Onun naminə yola çıxdılar.
υπερ γαρ του ονοματοσ εξηλθον μηδεν λαμβανοντεσ απο των εθνων
8 Beləcə biz həqiqət işində həmkar olmaq üçün bu cür adamlara dayaq olmalıyıq.
ημεισ ουν οφειλομεν απολαμβανειν τουσ τοιουτουσ ινα συνεργοι γινωμεθα τη αληθεια
9 Cəmiyyətə bir şey yazdım, amma onların arasında başçılıq etməyi sevən Diotref bizim səlahiyyətimizi tanımır.
εγραψα τη εκκλησια αλλ ο φιλοπρωτευων αυτων διοτρεφησ ουκ επιδεχεται ημασ
10 Buna görə də mən gələndə onun etdiyi əməllərlə bağlı məsələ qaldıracağam: o bizim barəmizdə pis sözlərlə qeybət edir, hətta bununla kifayətlənməyərək qardaşları özü qəbul etmir, qəbul etmək istəyənlərə də mane olur və onları cəmiyyətdən qovur.
δια τουτο εαν ελθω υπομνησω αυτου τα εργα α ποιει λογοισ πονηροισ φλυαρων ημασ και μη αρκουμενοσ επι τουτοισ ουτε αυτοσ επιδεχεται τουσ αδελφουσ και τουσ βουλομενουσ κωλυει και εκ τησ εκκλησιασ εκβαλλει
11 Ey sevimli, pislikdən yox, yaxşılıqdan nümunə götür. Yaxşılıq edən Allahdandır, pislik edənsə Allahı görməyib.
αγαπητε μη μιμου το κακον αλλα το αγαθον ο αγαθοποιων εκ του θεου εστιν ο κακοποιων ουχ εωρακεν τον θεον
12 Hamı Dimitrinin yaxşı adam olduğuna şəhadət edir, həqiqətin özü də bunu təsdiq edir. Biz də buna şəhadət edirik və sən də bilirsən ki, bizim şəhadətimiz etibarlıdır.
δημητριω μεμαρτυρηται υπο παντων και υπ αυτησ τησ αληθειασ και ημεισ δε μαρτυρουμεν και οιδατε οτι η μαρτυρια ημων αληθησ εστιν
13 Sənə yazılası çox sözüm var, amma bunları sənə qələm və mürəkkəblə yazmaq istəmirəm.
πολλα ειχον γραφειν αλλ ου θελω δια μελανοσ και καλαμου σοι γραψαι
14 Amma ümid edirəm ki, tezliklə səni görəcəyəm və səninlə üz-üzə söhbət edəcəyəm.
ελπιζω δε ευθεωσ ιδειν σε και στομα προσ στομα λαλησομεν ειρηνη σοι ασπαζονται σε οι φιλοι ασπαζου τουσ φιλουσ κατ ονομα
15 Sənə sülh olsun. Dostlar sənə salam göndərir. Oradakı dostlara bir-bir salam söylə.