< 2 Timoteyə 1 >

1 Məsih İsada olan həyat vədinə görə Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Pauldan
פולוס שליח ישוע המשיח ברצון האלהים לפי הבטחת החיים אשר בישוע המשיח׃
2 mənə sevimli oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun!
אל טימותיוס בנו החביב חסד ורחמים ושלום מאת אלהים אבינו ומאת המשיח ישוע אדנינו׃
3 Durmadan, gecə-gündüz dualarımda səni yada saldığım zaman ata-babalarım kimi təmiz vicdanla ibadət etdiyim Allaha şükür edirəm.
מודה אני לאלהים אשר אני עבד אותו מימי אבותי ברוח טהורה כי תמיד אזכרך בתפלותי לילה ויומם׃
4 Sənin göz yaşlarını xatırlayaraq səni görməyə həsrət çəkirəm ki, sevinclə dolum.
ונכספתי לראותך בזכרי את דמעותיך למען אמלא שמחה׃
5 Səndəki riyasız imanı yadıma salıram. Əvvəlcə nənən Lois və anan Evnikinin saxladığı bu imanı, əminəm ki, sən də saxlayırsan.
כי באתי לזכר את אמונתך בלתי צבועה ששכנה כבר בלואיס זקנתך ובאבניקה אמך ומבטח אני כי תשכן גם בך׃
6 Bu səbəbdən sənin üzərinə əl qoymağımla Allahın sənə verdiyi ənamı alovlandırmağını xatırladıram.
על כן אזכירך שתעורר את מתנת האלהים הנתונה לך בסמיכת ידי׃
7 Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-kamallı olmaq ruhu vermişdir.
כי האלהים לא נתן לנו רוח אימה כי אם רוח גבורה ואהבה ומוסר׃
8 Buna görə Rəbbimiz barədə şəhadət etməkdən və Onun uğrunda məhbus olan məndən utanma. Allahın gücü ilə Müjdə uğrunda mənimlə birlikdə əzaba qatlaş.
לכן אל תבוש לא מעדות אדנינו ולא ממני אסירו כי אם תסבל הרעות גם אתה כמוני על הבשורה כפי כח האלהים׃
9 Allah bizi əməllərimizə görə deyil, öz məqsədinə və lütfünə görə xilas edib müqəddəs olmağa çağırdı. Zaman başlamazdan əvvəl o lütf bizə Məsih İsada verilmişdi, (aiōnios g166)
אשר הוא הושיענו וקראנו בקריאה קדושה לא לפי מעשינו כי אם לפי עצתו וחסדו הנתן לנו במשיח ישוע לפני ימות עולם׃ (aiōnios g166)
10 indi isə Xilaskarımız Məsih İsanın zühuru ilə üzə çıxdı. O, ölümü yox etdi, Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi.
ועתה נגלה בהראות מושיענו ישוע המשיח אשר בטל את המות ויוצא לאור על ידי הבשורה את החיים ואת אשר איננו עובר׃
11 Mən bu Müjdə üçün vaiz, həvari və müəllim təyin olundum.
אשר הפקדתי להיות לה כרוז ושליח ומורה הגוים׃
12 Bu əzabları çəkməyimin səbəbi də budur. Amma bundan utanmıram, çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.
ובעבור זאת אסבל כאלה ולא אבוש כי יודע אנכי במי האמנתי ומבטח אנכי כי היכלת לו לשמר את פקדוני עד היום ההוא׃
13 Məsih İsada olan iman və məhəbbətlə məndən eşitdiyin sağlam sözlərdən nümunə götür.
החזק בתכונת הדברים הבריאים אשר שמעת ממני באמונה ובאהבה אשר במשיח ישוע׃
14 Sənə verilən yaxşı əmanəti bizdə yaşayan Müqəddəs Ruh vasitəsilə saxla.
שמר את הפקדון הטוב בעזרת רוח הקדש השכן בנו׃
15 Bilirsən ki, Asiya vilayətində olanların hamısı məndən üz döndərdi. Həmçinin Figel və Hermogen də bunların sırasındadır.
זאת אתה יודע כי פנו ממני כל אשר באסיא ובתוכם פוגלוס והרמוגניס׃
16 Rəbb Onisiforun ev əhlinə mərhəmət etsin. Çünki dəfələrlə məni ruhlandırdı, mənim zəncirlənməyimdən utanmadı.
יתן האדון רחמים לבית אניסיפורוס כי פעמים רבות השיב את נפשי ולא בוש ממוסרי׃
17 Əksinə, Romada olarkən məni səylə axtarıb tapdı.
כי אם בהיותו ברומי יגע לבקשני עד כי מצאני׃
18 Qoy Rəbb qiyamət günü ona mərhəmət tapmağa imkan versin. Efesdə onun mənə nə qədər xidmət etdiyini sən çox yaxşı bilirsən.
יתן לו האדון למצא רחמים מלפני יהוה ביום ההוא ורב שרותו אשר שרת באפסוס אתה ידעת היטב׃

< 2 Timoteyə 1 >