< Ikinci Şamuel 7 >
1 Rəbb padşah Davuda ətrafında olan bütün düşmənlərinin əlindən rahatlıq verən zamanlarda Davud öz evində oturmuşdu.
王住在自己宫中,耶和华使他安靖,不被四围的仇敌扰乱。
2 O vaxt padşah peyğəmbər Natana belə dedi: «Bax mən sidr ağacından tikilən bir sarayda yaşayıram, lakin Allahın sandığı isə bir çadırda qalır».
那时,王对先知拿单说:“看哪,我住在香柏木的宫中, 神的约柜反在幔子里。”
3 Natan padşaha dedi: «Get, ürəyindəki niyyətini həyata keçir, çünki Rəbb səninlədir».
拿单对王说:“你可以照你的心意而行,因为耶和华与你同在。”
4 Lakin o gecə Natana Rəbbin bu sözü nazil oldu:
当夜,耶和华的话临到拿单说:
5 «Get, qulum Davuda söylə ki, Rəbb belə deyir: “Sənmi Mənə yaşamaq üçün ev tikəcəksən?
“你去告诉我仆人大卫,说耶和华如此说:‘你岂可建造殿宇给我居住呢?
6 İsrail övladlarını Misirdən çıxartdığım gündən ta bu günə qədər Mən heç bir evdə yaşamamışam, ancaq bir səyyar çadırda oraya-buraya köçmüşəm.
自从我领以色列人出埃及直到今日,我未曾住过殿宇,常在会幕和帐幕中行走。
7 Bütün İsrail övladları ilə birgə gəzdiyim o yerlərdə xalqım İsrailin qayğısına qalmağı buyurduğum İsrail qəbilələrindən birinə ‹Niyə Mənə sidr ağacından bir ev qurmadınız?› deyə bir söz söyləmişəmmi?”
凡我同以色列人所走的地方,我何曾向以色列一支派的士师,就是我吩咐牧养我民以色列的说:你们为何不给我建造香柏木的殿宇呢?’
8 İndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otaranda götürüb xalqım İsrailə hökmdar etdim.
“现在,你要告诉我仆人大卫,说万军之耶和华如此说:‘我从羊圈中将你召来,叫你不再跟从羊群,立你作我民以色列的君。
9 Getdiyin hər yerdə səninlə oldum və qarşından bütün düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm.
你无论往哪里去,我常与你同在,剪除你的一切仇敌。我必使你得大名,好像世上大大有名的人一样。
10 Xalqım İsrail üçün bir yer təyin edib onları oraya sakin edəcəyəm ki, öz yurdlarında yaşasınlar və bir daha sarsılmasınlar. Şər adamlar əvvəllər xalqım İsraillilərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onlara zülm etməsinlər.
我必为我民以色列选定一个地方,栽培他们,使他们住自己的地方,不再迁移;凶恶之子也不像从前扰害他们,
11 Sənə bütün düşmənlərinin əlindən rahatlıq verəcəyəm”. Rəbb sənə bildirir ki, Rəbb Özü sənə ev tikəcək.
并不像我命士师治理我民以色列的时候一样。我必使你安靖,不被一切仇敌扰乱,并且我—耶和华应许你,必为你建立家室。
12 “Ömrün başa çatıb atalarınla uyuyanda yerinə sənin toxumundan – belindən gələn övladını çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm.
你寿数满足、与你列祖同睡的时候,我必使你的后裔接续你的位;我也必坚定他的国。
13 O Mənim ismimə ev tikəcək və onun şahlıq taxtını əbədi möhkəm edəcəyəm.
他必为我的名建造殿宇;我必坚定他的国位,直到永远。
14 Mən ona Ata, o isə Mənə oğul olacaq. Günah edəndə onu insanların dəyənəyi ilə, bəşər övladlarının kötəkləri ilə vuracağam.
我要作他的父,他要作我的子;他若犯了罪,我必用人的杖责打他,用人的鞭责罚他。
15 Qarşından götürdüyüm Şauldan lütfümü geri aldığım kimi ondan geri almayacağam.
但我的慈爱仍不离开他,像离开在你面前所废弃的扫罗一样。
16 Sənin nəslin və padşahlığın Mənim qarşımda əbədi əmin-amanlıqda olacaq, taxtın isə əbədi möhkəm qalacaq”».
你的家和你的国必在我面前永远坚立。你的国位也必坚定,直到永远。’”
17 Natan Davuda bütün bu sözləri və bütün bu vəhyi nəql etdi.
拿单就按这一切话,照这默示,告诉大卫。
18 Padşah Davud içəri keçib Rəbbin önündə diz çökərək dedi: «Ya Xudavənd Rəbb, mən kiməm və nəslim kimdir ki, Sən məni bu yerə çıxartdın?
于是大卫王进去,坐在耶和华面前,说:“主耶和华啊,我是谁?我的家算什么?你竟使我到这地步呢?
19 Ya Xudavənd Rəbb, Sənin gözündə bu da kiçik göründü, hələ bu qulunun nəslinin gələcəyi haqqında xəbər verdin. Bu insanlar üçün bir təlimdirmi, ya Xudavənd Rəbb?
主耶和华啊,这在你眼中还看为小,又应许你仆人的家至于久远。主耶和华啊,这岂是人所常遇的事吗?
20 Davud Sənə daha nə deyə bilər? Ya Xudavənd Rəbb, bu qulunu Sən tanıyırsan!
主耶和华啊,我还有何言可以对你说呢?因为你知道你的仆人。
21 Sən bütün bu böyük şeyləri quluna başa salmaq üçün, həm də Öz sözün uğrunda və Öz ürəyincə etdin.
你行这大事使仆人知道,是因你所应许的话,也是照你的心意。
22 Bunun üçün, ya Rəbb Allah, Sən böyüksən. Axı qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur.
主耶和华啊,你本为大,照我们耳中听见,没有可比你的;除你以外再无 神。
23 Yer üzərində xalqın İsrail kimi bir millət varmı? Ey Allah, Sən onu Özünə xalq etmək üçün satın almağa getdin. Sən Misirdən satın aldığın xalqın önündə onlar və Öz ölkən uğrunda böyük və xariqəli işlər gördün. Belə ki millətləri və onların allahlarını qovub Özünə şöhrət qazandın.
世上有何民能比你的民以色列呢?你从埃及救赎他们作自己的子民,又在你赎出来的民面前行大而可畏的事,驱逐列邦人和他们的神,显出你的大名。
24 Əbədi olaraq xalqın İsraili Özün üçün xalq olaraq təyin etdin və Sən, ya Rəbb, onların Allahı oldun.
你曾坚立你的民以色列作你的子民,直到永远;你—耶和华也作了他们的 神。
25 İndi isə, ya Rəbb Allah, bu qulun və onun nəsli haqqında söylədiyin sözü əbədi saxla və dediyinə əməl et.
“耶和华 神啊,你所应许仆人和仆人家的话,求你坚定,直到永远;照你所说的而行。
26 Qoy insanlar “Ordular Rəbbi İsrailə hakim olan Allahdır” deyərək Sənin adını əbədi ucaltsınlar və qulun Davudun nəsli Sənin önündə möhkəm qalsın.
愿人永远尊你的名为大,说:‘万军之耶和华是治理以色列的 神。’这样,你仆人大卫的家必在你面前坚立。
27 Çünki Sən Ordular Rəbbi, İsrailin Allahı “sənə ev tikəcəyəm” deyərək bu quluna vəhy göndərdin. Ona görə də qulun Sənə bu duanı etməyə cəsarət tapdı.
万军之耶和华—以色列的 神啊,因你启示你的仆人说:‘我必为你建立家室’,所以仆人大胆向你如此祈祷。
28 Ya Xudavənd Rəbb, Sən Allahsan, Sənin sözlərin haqdır və indi də quluna bu yaxşı şeyi vəd etdin.
“主耶和华啊,惟有你是 神。你的话是真实的;你也应许将这福气赐给仆人。
29 Əbədi olaraq Sənin önündə olsun deyə qulunun nəslinə xeyir-dua vermək qoy Sənə xoş görünsün! Çünki, ya Xudavənd Rəbb, Sən belə söz verdin. Bu qulunun nəsli Sənin xeyir-duanla əbədilik xeyir-dua alsın!»
现在求你赐福与仆人的家,可以永存在你面前。主耶和华啊,这是你所应许的。愿你永远赐福与仆人的家!”