< Ikinci Şamuel 3 >

1 Şaul nəsli ilə Davud nəsli arasında çəkişmə çox uzun çəkdi. Getdikcə Davud nəsli qüvvətlənir, Şaul nəsli isə zəifləyirdi.
掃羅家和大衛家爭戰許久。大衛家日見強盛;掃羅家日見衰弱。
2 Xevronda Davudun oğulları doğuldu. İlk oğlu İzreelli Axinoamdan doğulan Amnon idi.
大衛在希伯崙得了幾個兒子:長子暗嫩是耶斯列人亞希暖所生的;
3 İkincisi Karmelli Navalın dul arvadı Aviqaildən doğulan Kilav, üçüncüsü Geşur padşahı Talmayın qızı Maakadan doğulan Avşalom,
次子基利押是作過迦密人拿八的妻亞比該所生的;三子押沙龍是基述王達買的女兒瑪迦所生的;
4 dördüncüsü Haqqitdən doğulan Adoniya, beşincisi Avitaldan doğulan Şefatya,
四子亞多尼雅是哈及所生的;五子示法提雅是亞比她所生的;
5 altıncısı isə Davudun arvadı Eqladan doğulan İtream idi. Davudun bu oğulları Xevronda doğulmuşdu.
六子以特念是大衛的妻以格拉所生的。大衛這六個兒子都是在希伯崙生的。
6 Şaul nəsli ilə Davud nəsli arasında olan çəkişmə zamanı Şaul nəslini himayə edən Avner qüvvə toplayırdı.
掃羅家和大衛家爭戰的時候,押尼珥在掃羅家大有權勢。
7 Şaulun Ayya qızı Rispa adlı bir cariyəsi var idi. İş-Boşet Avnerə dedi: «Niyə atamın cariyəsinin yanına girdin?»
掃羅有一妃嬪,名叫利斯巴,是愛亞的女兒。一日,伊施波設對押尼珥說:「你為甚麼與我父的妃嬪同房呢?」
8 İş-Boşetin bu sözlərinə görə Avner çox qəzəbləndi və dedi: «Mən Yəhuda tərəfini saxlayan bir köpək başıyammı? Mən bu gün atan Şaulun nəslinə, onun soydaşlarına və dostlarına havadar olub səni Davuda təslim etmədim, lakin indi sən bir qadından ötrü mənim üstümə günah yıxırsan?
押尼珥因伊施波設的話就甚發怒,說:「我豈是猶大的狗頭呢?我恩待你父掃羅的家和他的弟兄、朋友,不將你交在大衛手裏,今日你竟為這婦人責備我嗎?
9 Rəbb padşahlığı Şaul nəslindən alıb Dandan Beer-Şevaya qədər İsraildə Davudun taxtını quracağına and içdi.
我若不照着耶和華起誓應許大衛的話行,廢去掃羅的位,建立大衛的位,使他治理以色列和猶大,從但直到別是巴,願上帝重重地降罰與我!」
10 Bunu Davud üçün mən də etməsəm, qoy Allah Avnerə beləsini və bundan betərini etsin!»
11 Belə olanda İş-Boşet Avnerdən qorxdu, daha cavab qaytara bilmədi.
伊施波設懼怕押尼珥,不敢回答一句。
12 Sonra Avner Davudun yanına öz adından qasidlər göndərib dedi: «Bu torpaq kimindir? Gəl sən mənimlə əhd bağla və sonra mən bütün İsraili sənin tərəfinə çəkmək üçün səninlə əlbir olacağam».
押尼珥打發人去見大衛,替他說:「這國歸誰呢?」又說:「你與我立約,我必幫助你,使以色列人都歸服你。」
13 Davud dedi: «Lap yaxşı, mən səninlə əhd bağlayaram. Ancaq bir şərtlə ki mənimlə görüşməyə gələn zaman əvvəlcə Şaulun qızı Mikalı yanıma gətirməlisən, yoxsa məni görməyəcəksən».
大衛說:「好!我與你立約。但有一件,你來見我面的時候,若不將掃羅的女兒米甲帶來,必不得見我的面。」
14 Davud Şaul oğlu İş-Boşetin yanına qasidlər göndərib dedi: «Yüz Filiştlinin sünnət ətini gətirib nişanlandığım arvadım Mikalı mənə qaytar».
大衛就打發人去見掃羅的兒子伊施波設,說:「你要將我的妻米甲歸還我;她是我從前用一百非利士人的陽皮所聘定的。」
15 İş-Boşet adam göndərib qadını əri Layiş oğlu Paltieldən aldı.
伊施波設就打發人去,將米甲從拉億的兒子、她丈夫帕鐵那裏接回來。
16 Onun əri ağlaya-ağlaya Baxurimə qədər arvadının dalınca getdi. Burada Avner ona dedi: «Geri qayıt». O da geriyə qayıtdı.
米甲的丈夫跟着她,一面走一面哭,直跟到巴戶琳。押尼珥說:「你回去吧!」帕鐵就回去了。
17 Avner İsrail ağsaqqallarına müraciət edib dedi: «Xeyli vaxtdır istəyirsiniz ki, Davud padşahınız olsun.
押尼珥對以色列長老說:「從前你們願意大衛作王治理你們,
18 İndi isə bunu edin! Çünki Rəbb “qulum Davudun əli ilə xalqım İsraili Filiştlilərin və bütün düşmənlərinin əlindən qurtaracağam” sözünü Davud üçün söyləmişdi».
現在你們可以照心願而行。因為耶和華曾論到大衛說:『我必藉我僕人大衛的手,救我民以色列脫離非利士人和眾仇敵的手。』」
19 Avner bunu Binyaminlilərə də söylədi və İsrail ilə bütün Binyamin nəslinin gözündə xoş olan hər şeyi Davuda nəql etmək üçün Xevrona getdi.
押尼珥也用這話說給便雅憫人聽,又到希伯崙,將以色列人和便雅憫全家一切所喜悅的事說給大衛聽。
20 Avner və onunla bərabər iyirmi nəfər Xevrona, Davudun yanına gəldi. Davud Avnerlə adamları üçün ziyafət qurdu.
押尼珥帶着二十個人來到希伯崙見大衛,大衛就為押尼珥和他帶來的人設擺筵席。
21 Avner Davuda dedi: «Qoy gedim, bütün İsraili ağam padşaha tərəfdar edim ki, onlar da səninlə əhd bağlasın. Sən də ürəyin istəyən kimi bütün ölkəyə padşahlıq et». Davud Avneri buraxdı, o da sağ-salamat çıxıb getdi.
押尼珥對大衛說:「我要起身去招聚以色列眾人來見我主我王,與你立約,你就可以照着心願作王。」於是大衛送押尼珥去,押尼珥就平平安安地去了。
22 Bu vaxt Davudun adamları ilə Yoav bir basqından qayıtmışdı. Özləri ilə çoxlu talan malı gətirmişdilər. Avner isə Xevronda Davudun yanında deyildi, çünki Davud onu buraxmışdı, o da sağ-salamat çıxıb getmişdi.
約押和大衛的僕人攻擊敵軍,帶回許多的掠物。那時押尼珥不在希伯崙大衛那裏,因大衛已經送他去,他也平平安安地去了。
23 Yoavla birlikdə bütün ordu gəldi və Yoava bunu xəbər verib dedilər: «Ner oğlu Avner padşahın yanına gəlmişdi və padşah onu buraxdı, o da sağ-salamat çıxıb getdi».
約押和跟隨他的全軍到了,就有人告訴約押說:「尼珥的兒子押尼珥來見王,王送他去,他也平平安安地去了。」
24 Yoav padşahın yanına gəlib dedi: «Sən nə etmisən? Bax Avner sənin yanına gəlmişdi, bəs nə üçün onu buraxdın? O getdi.
約押去見王說:「你這是做甚麼呢?押尼珥來見你,你為何送他去,他就蹤影不見了呢?
25 Sən Ner oğlu Avneri tanıyırsan, bilirsən ki, o səni aldatmaq, hara gedib-gəldiyini öyrənmək və etdiyin hər şeyi bilmək üçün gəlmişdi».
你當曉得,尼珥的兒子押尼珥來是要誆哄你,要知道你的出入和你一切所行的事。」
26 Yoav Davudun yanından çıxıb Avnerin arxasınca çaparlar göndərdi və onu Sira quyusunun yanından geri qaytardılar, lakin Davudun bundan xəbəri yox idi.
約押從大衛那裏出來,就打發人去追趕押尼珥,在西拉井追上他,將他帶回來,大衛卻不知道。
27 Avner Xevrona qayıdanda Yoav təklikdə danışmaq üçün onu darvazanın içinə çəkdi və qardaşı Asahelin qanından ötrü Avneri qarnından vurub öldürdü.
押尼珥回到希伯崙,約押領他到城門的甕洞,假作要與他說機密話,就在那裏刺透他的肚腹,他便死了。這是報殺他兄弟亞撒黑的仇。
28 Sonra Davud bundan xəbər tutanda dedi: «Rəbb qarşısında Ner oğlu Avnerin qanından ötrü əbədi olaraq mən və padşahlığım günahkar deyil.
大衛聽見了,就說:「流尼珥的兒子押尼珥的血,這罪在耶和華面前必永不歸我和我的國。
29 Qoy bu günah Yoavın başına və atasının nəslinin üstünə dönsün. Qoy Yoavın nəslindən yara-xoralı, cüzamlı, qoltuq ağacına söykənən, qılıncdan keçən yaxud aclıq çəkən adamlar heç vaxt əskik olmasın».
願流他血的罪歸到約押頭上和他父的全家;又願約押家不斷有患漏症的,長大痲瘋的,架柺而行的,被刀殺死的,缺乏飲食的。」
30 Beləcə Yoavla qardaşı Avişay Avneri öldürdülər, çünki onların qardaşı Asaheli Giveondakı döyüşdə o öldürmüşdü.
約押和他兄弟亞比篩殺了押尼珥,是因押尼珥在基遍爭戰的時候殺了他們的兄弟亞撒黑。
31 Sonra Davud Yoava və yanında olan bütün xalqa belə dedi: «Paltarlarınızı cırın, çula bürünüb Avner üçün yas qurun». Padşah Davud mafənin ardınca gedirdi.
大衛吩咐約押和跟隨他的眾人說:「你們當撕裂衣服,腰束麻布,在押尼珥棺前哀哭。」大衛王也跟在棺後。
32 Avneri Xevronda dəfn etdilər. Padşah Avnerin qəbri üstündə bərkdən ağladı və bütün xalq ona qoşulub ağladı.
他們將押尼珥葬在希伯崙。王在押尼珥的墓旁放聲而哭,眾民也都哭了。
33 Padşah Avner üçün mərsiyə oxudu: Avner, bir axmaq kimi ölməli idinmi?
王為押尼珥舉哀,說: 押尼珥何竟像愚頑人死呢?
34 Əllərin bağlanmamışdı, Ayaqlarına zəncir vurulmamışdı. Şər adamlar qarşısında yerə düşən bir adam kimi yıxıldın. Bütün xalq bir daha Avner üçün ağladı.
你手未曾捆綁,腳未曾鎖住。 你死,如人死在罪孽之輩手下一樣。 於是眾民又為押尼珥哀哭。
35 Bütün xalq hələ gündüz ikən Davudun yanına gəlib onu çörək yeməyə məcbur edirdi. Lakin Davud and içib dedi: «Əgər gün batmazdan əvvəl çörək yaxud başqa bir şey dilimə vursam, qoy Allah mənə beləsini və bundan betərini etsin!»
日頭未落的時候,眾民來勸大衛吃飯,但大衛起誓說:「我若在日頭未落以前吃飯,或吃別物,願上帝重重地降罰與我!」
36 Bütün xalq buna fikir verdi, əvvəllər padşahın etdiyi hər şey onlara xoş təsir bağışladığı kimi bu iş də gözlərində o cür yaxşı göründü.
眾民知道了就都喜悅。凡王所行的,眾民無不喜悅。
37 O gün xalq – bütün İsraillilər başa düşdülər ki, Ner oğlu Avnerin öldürülməsində günahkar padşah deyil.
那日,以色列眾民才知道殺尼珥的兒子押尼珥並非出於王意。
38 Padşah əyanlarına dedi: «Bu gün İsraildə bir rəhbərin, böyük bir adamın həlak olduğunu bilmirsinizmi?
王對臣僕說:「你們豈不知今日以色列人中死了一個作元帥的大丈夫嗎?
39 Mən məsh edilmiş bir padşah olduğum halda bu gün nə qədər acizəm. Bu adamlar – Seruyanın oğulları məndən çox güclüdür. Qoy Rəbb pislik edənə əvəzini versin!»
我雖然受膏為王,今日還是軟弱;這洗魯雅的兩個兒子比我剛強。願耶和華照着惡人所行的惡報應他。」

< Ikinci Şamuel 3 >