< Ikinci Şamuel 23 >

1 Davudun son sözləri bunlardır: Yessey oğlu Davud deyir, Allahın ucaltdığı adam, Yaqubun Allahının məsh etdiyi, İsrailin sevimli məzmur şairi belə söyləyir:
Dette er Davids sidste Ord; Så siger David, Isajs Søn, så siger Manden, Højt ophøjet, Jakobs Guds salvede, Helten i Israels Sange:
2 Rəbbin Ruhu mənim vasitəmlə söylədi, Onun sözü dilimin ucundadır.
Ved mig talede HERRENs Ånd, hans Ord var på min Tunge.
3 İsrailin Allahı belə dedi, İsrailin Qayası mənə belə söylədi: İnsanlar üstündə doğruluqla hökm edən, Allah qorxusu ilə səltənət sürən şəxs
Jakobs Gud talede til mig, Israels Klippe sagde: "En retfærdig Hersker blandt Mennesker, en, der hersker i Gudsfrygt,
4 Buludsuz bir səmada gün doğarkən sübh şəfəqi kimidir, Şüası yağışdan sonra yerdən təzə ot bitirir.
han stråler som Morgenrøden, som den skyfri Morgensol, der fremlokker Urter af Jorden efter Regn."
5 Həqiqətən, mənim evim Allahla belə deyilmi? Çünki O mənimlə əbədi əhd bağladı, Kamil və tam təminatlı əhd bağladı, Qurtuluşumu və arzumu tam həyata keçirməzmi?
Således har jo mit Hus det med Gud. Han gav mig en evig Pagt, fuldgod og vel forvaret. Ja, al min Frelse og al min Lyst, skulde han ikke lade den spire frem?
6 Bütün yaramazlar tikanlar kimi atılacaq. Onlara heç kim əl vurmayacaq.
Men Niddinger er alle som Torne i Ørk, der tages ikke på dem med Hænder;
7 Lakin onlara toxunanlar Dəmirlə və nizə sapı ilə silahlanmalıdırlar. Yaramazlar yerindəcə tamamilə yandırılacaqlar.
ingen rører ved dem uden med Jern og Spydstage, i Ilden brændes de op.
8 Davudun igid döyüşçülərinin adları belədir: Taxkemonlu Yoşev-Başşevet «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb bir hücumda səkkiz yüz nəfəri vurub öldürmüşdü.
Navnene på Davids Helte var følgende: Hakmoniten Isjbosjet, Anføreren for de tre; det var ham, der engang svang sit Spyd over 800 faldne på een Gang.
9 Ondan sonra Axoah nəslindən Dodo oğlu Eleazar idi. O, döyüş üçün orada yığılan Filiştlilərə meydan oxunanda Davudun yanındakı «üç igid»dən biri idi. İsraillilər döyüş meydanından geriyə çəkiləndə
Blandt de tre Helte kom efter ham Ahohiten El'azar, Dodis Søn; han var med David ved Pas-Dammim, dengang Filisterne samlede sig der til Kamp. Da Israels Mænd trak sig tilbage,
10 Eleazar möhkəm dayandı və qılınc çəkib əlləri taqətdən düşənə qədər Filiştliləri qırdı. Rəbb o gün İsraillilərə böyük qələbə bəxş etdi. İsraillilər onun ardınca yalnız talan malı götürmək üçün qayıtdılar.
holdt han Stand og huggede ned blandt Filisterne, til hans Hånd blev træt og klæbede fast ved Sværdet; HERREN gav dem den bag en stor Sejr. Så vendte Folket tilbage og fulgte ham, kun for at plyndre.
11 Ondan sonra Hararlı Age oğlu Şamma idi. Filiştlilər Laxidə yığılmışdılar. Orada mərci əkilən bir tarla sahəsi vardı. Xalq Filiştlilərin önündən qaçdı.
Efter ham kom Harariten Sjamma, Ages Søn. Engang havde Filisterne samlet sig i Lehi, hvor der var en Mark fuld af Linser, og Folket flygtede for Filisterne;
12 Lakin Şamma tarlanın ortasında durub oranı qorudu və Filiştliləri qırdı. Rəbb İsraillilərə böyük bir zəfər verdi.
men han stillede sig op midt på Marken og holdt den og huggede Filisterne ned; og HERREN gav dem en stor Sejr.
13 Biçin zamanı otuz başçı arasından «üç igid» Davudun yanına – Adullam mağarasına getdi. Filiştlilərin bir döyüş dəstəsi Refaim vadisində ordugah qurmuşdu.
Engang drog tre af de tredive ned og kom til David på Klippens Top, til Adullams Hule, medens Filisterskaren var lejret i Refaimdalen.
14 Bu zaman Davud qalada idi. Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi.
David var dengang i Klippeborgen, medens Filisternes Besætning lå i Betlehem.
15 Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazası yanındakı quyudan mənə içmək üçün su gətirəydi!»
Så vågnede Lysten hos David, og han sagde: "Hvem skaffer mig en Drik Vand fra Cisternen ved Betlehems Port?"
16 Bu «üç igid» Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdi və onu götürüb Davuda gətirdi. Lakin Davud bu suyu içmək istəmədi və onu Rəbbə təqdim olaraq yerə tökdü.
Da banede de tre Helte sig Vej gennem Filisternes Lejr, øste Vand af Cisternen ved Betlehems Port og bragte David det. Han vilde dog ikke drikke det, men udgød det for HERREN
17 O dedi: «Ya Rəbb, bunu etmək qoy məndən uzaq olsun, canlarını təhlükəyə salaraq gedən adamların qanındanmı içəcəyəm?» Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi.
med de Ord: "HERREN vogte mig for at gøre det! Skulde jeg drikke de Mænds Blod, som har vovet deres Liv!" Og han vilde ikke drikke det. Den Dåd udførte de tre Helte.
18 Yoavın qardaşı Seruya oğlu Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi.
Abisjaj, Joabs Broder, Zerujas Søn, var Anfører for de tredive. Han svang sit Spyd over 300 faldne, og han var navnkundig iblandt de tredive;
19 Əslində «üç igid»dən daha şöhrətli idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi.
iblandt de tredive var han højtæret, og han var deres Anfører; men de tre nåede han ikke.
20 Yehoyada oğlu Benaya da böyük işlər görən igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü.
Benaja, Jojadas Søn, var en tapper Mand fra Kabze'el, der havde udført store Heltegerninger; han fældede de to Arielsønner fra Moah; og han steg ned og fældede en Løve i en Cisterne, en Dag der var faldet Sne.
21 O həm də qədd-qamətli bir Misirlini vurub öldürdü. Misirlinin əlində nizə vardı. Benaya onun üstünə dəyənəklə getdi və Misirlinin əlindən nizəsini çəkib aldı, onu öz nizəsi ilə öldürdü.
Ligeledes fældede han Ægypteren, en kæmpestor Mand. Ægypteren havde et Spyd i Hånden, men han gik ned imod ham meden Stok, vristede Spydet ud af Hånden på ham og dræbte ham med hans eget Spyd.
22 Bunları Yehoyada oğlu Benaya etdi. Buna görə də onun «üç igid» qədər şöhrəti var idi.
Disse Heltegerninger udførte Benaja, Jojadas Søn, og han var navnkundig iblandt de tredive Helte;
23 O, «otuz igid»dən daha məşhur idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu.
iblandt de tredive var han højt æret, men de tre nåede han ikke. David satte ham over sin Livvagt.
24 «Otuz igid»in arasında olanlar: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan,
Til de tredive hørte Asa'el' Joabs Broder; Elbanan, Dodos Søn fra Betlehem;
25 Xarodlu Şamma və Eliqa,
Haroditen Sjamma; Haroditen Elika;
26 Peletli Xeles, Teqoalı İqqeş oğlu İra,
Paltiten Helez; Ira, Ikkesj's Søn fra Tekoa;
27 Anatotlu Aviezer, Xuşalı Mevunnay,
Abiezer fra Anatot; Husjatiten Sibbekaj;
28 Axoahlı Salmon, Netofalı Mahray,
Ahohiten Zalmon; Maharaj fra Netofa;
29 Netofalı Baana oğlu Xelev, Binyamin övladlarından Givealı Rivay oğlu Yettay,
Heled, Ba'anas Søn, fra Nefofa; Ittaj, Ribajs Søn, fra det benjaminitiske Gibea;
30 Piratonlu Benaya, Qaaş vadilərindən Hidday,
Benaja fra Pir'aton; Hiddaj fra Nahale-Ga'asj;
31 Aravalı Avi-Alvon, Barxumlu Azmavet,
Abiba'al fra Araba; Azmavet fra Bahurim;
32 Şaalvonlu Elyaxba, Yaşenin oğulları Yonatan,
Sja'alboniten Eljaba; Guniten Jasjen;
33 Hararlı Şamma, Ararlı Şarar oğlu Axiam,
Harariten Jonatan, Sjammas Søn; Harariten Ahi'am, Sjarars Søn;
34 Maakalı Axasbay oğlu Elifelet, Gilolu Axitofel oğlu Eliam,
Elifelet, Ahazbajs Søn, fra Bet-Ma'aka; Eliam, Akitofels Søn, fra Gilo;
35 Karmelli Xesro, Aravalı Paaray,
Hezro fra Karmel; Pa'araj fra Arab;
36 Sovalı Natan oğlu İqal, Qadlı Bani,
Jig'al, Natans Søn, fra Zoba; Gaditen Bani;
37 Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray,
Ammoniten Zelek; Naharaj fra Be'erot, der var Joabs, Zerujas Søns, Våbendrager;
38 Yeterli İra və Yeterli Qarev,
Ira fra Jattir; Gareb fra Jattir;
39 Xetli Uriya. Hamısı birlikdə otuz yeddi nəfər idi.
Hetiten Urias. I alt syv og tredive.

< Ikinci Şamuel 23 >