< Ikinci Şamuel 2 >

1 Bundan sonra Davud «Yəhuda şəhərlərindən birinə qalxımmı?» deyə Rəbbə müraciət etdi. Rəbb «ora qalx» deyə cavab verdi. Davud dedi: «Hara qalxım?» Rəbb dedi: «Xevrona».
這事以後,達味求問上主說:「我是否可以上猶大的一座城中去﹖」上主對他說:「可以。」達味又問說:「我上何處去﹖」答說:「往赫貝龍去。」
2 Davud iki arvadı – İzreelli Axinoam və Karmelli Navalın dul arvadı Aviqaillə birlikdə Xevrona qalxdı.
於是達味帶著他兩個妻子:依次勒耳人阿希諾罕和作過加爾默耳人納巴耳妻子的阿彼蓋耳,上那裏去了。
3 Davudun yanında olan adamları öz külfətlərini götürüb Xevronun ətraf məhəllələrində yaşamağa başladı.
凡跟隨達味的人,他也叫他們各帶家眷一起上去,住在赫類龍城各區內。
4 Yəhuda adamları isə gəlib Davudu orada Yəhuda nəslinin padşahı olaraq məsh etdilər. O vaxt Davuda bildirdilər ki, Şaulu Yaveş-Gilead əhalisi dəfn edib.
以後,猶大人來,在那裏給達味傅油,立他作猶大家族的君王。有人告訴達味,基肋阿得雅貝士人埋葬了撒烏耳。
5 Davud Yaveş-Gilead sakinlərinin yanına qasidlər göndərib belə dedi: «Rəbb sizə xeyir-dua versin, çünki ağanız Şaula sədaqətli oldunuz və onu dəfn etdiniz.
達味就派遣使者到基肋阿得雅貝士人那裏,向他們說:「願上主祝福你們! 因為你們對你們的主上撒烏耳行了這件善事,將他埋葬了。
6 Bu işinizin əvəzini indi Rəbb sizə qoy xeyirxahlıq və sədaqətlə versin! Bu işinizin və bu yaxşılığınızın əvəzini mən də sizə ödəyəcəyəm.
願上主對你們顯示他的慈愛和忠信! 因為你們作了這事,我也要恩待你們。
7 Ağanız Şaul öldüyü üçün qoy indi qollarınız qüvvətdən düşməsin və cəsur olun, çünki Yəhuda nəsli məni öz üzərində padşah olaraq məsh edib».
現在你們要加強自己的力量,作勇敢的人,因為你們的主上撒烏耳已經陣亡,但猶大家族已給我傅油,立我做了他們的君王。」
8 Şaulun ordu başçısı Ner oğlu Avner Şaulun oğlu İş-Boşeti götürüb Maxanayimə aparmışdı.
那時,撒烏耳的軍長,乃爾的兒子阿貝乃爾,已帶領撒烏耳的兒子依市巴耳過河,到了瑪哈納殷,
9 Orada Avner onu Gilead, Aşuri, İzreel, Efrayim, Binyamin və bütün İsrailin üzərində padşah etdi.
立他為基肋阿得、革叔爾、依次勒耳、厄弗辣因、本雅明,全以色列的君王。
10 Şaul oğlu İş-Boşet İsrailin padşahı olan zaman qırx yaşında idi. O, cəmi iki il padşahlıq etdi. Yəhuda nəsli isə Davudun tərəfində idi.
撒烏耳的兒子依市巴耳為以色列王時,已四十歲,為王兩年。此時隨從達味的,只有猶大家族。
11 Davud Xevronda, Yəhuda nəsli üzərində yeddi il altı ay idi ki, padşahlıq edirdi.
達味在赫貝龍作猶大家族君王的年數,共七年零六個月。
12 Bir gün Ner oğlu Avner, Şaul oğlu İş-Boşetin əyanları ilə Maxanayimdən Giveona getdi.
乃爾的兒子阿貝乃爾和撒烏耳的兒子依市巴耳的臣僕,從瑪哈納殷來到基貝紅。
13 Seruya oğlu Yoav isə Davudun adamları ilə çıxıb Giveon gölməçəsi yanında onları qarşıladı. Yoav adamları ilə gölməçənin bir tərəfində, Avner isə adamları ilə gölməçənin o biri tərəfində əyləşdi.
責魯雅的兒子約阿布和達味的臣僕,也從赫貝龍出發,彼此在基貝紅池旁相遇,雙方就都停下,各立在水池一邊。
14 Avner Yoava dedi: «Qoy cavanlar qalxıb qarşımızda təkbətək döyüşsün». Yoav dedi: «Qalxsınlar».
阿貝乃爾對約阿布說:「讓青年人出來,在我們面前比比武! 」約阿布答說:「好,叫他們出來! 」
15 Onlar qalxdılar. Binyamin və Şaul oğlu İş-Boşet tərəfindən on iki nəfər və Davudun adamlarından da on iki nəfər qalxıb sayı-hesabı ilə yerlərinə keçdilər.
他們就出來,點了人數,十二個本雅明人在撒烏耳的兒子依市巴耳一面,由達味的僕味的僕從中,也出來十二個人。
16 Onlar bir-birinin başından tutub hər biri öz qılıncını qarşısında olanın böyrünə sapladı. Hamısı birlikdə yerə yıxıldı. Buna görə də Giveonda olan o yerə Xelqat-Hassurim deyilir.
每人抓住對方的頭,用力猛刺對方的腰,雙方都同時倒下;因此那地方叫作匝得平原,離基貝紅不遠。
17 O gün döyüş çox şiddətli oldu və Avnerlə İsraillilər Davudun adamları qarşısında məğlub oldular.
那天也發生了很激烈的戰鬥,阿貝乃爾和以色列人,竟為達味的臣僕打敗。
18 Seruyanın üç oğlu Yoav, Avişay və Asahel də orada idi. Asahel çöl ceyranı kimi ayaqdan iti idi.
責魯雅的三個兒子約阿布、阿彼瑟與阿撒耳,那時都在場,阿撒耳的腿快捷像野羚羊。
19 O, Avnerin dalınca düşüb onu qovurdu və Avnerin arxasınca qaçarkən düz gedərək nə sağa, nə də sola dönürdü.
阿撒耳便去追趕阿貝乃爾,不左不右,直追阿貝乃爾。
20 Avner arxaya baxıb dedi: «Asahel, bu sənsənmi?» O dedi: «Bəli, mənəm».
阿貝乃爾轉過身來問說:「你是阿撒耳嗎﹖」他答說:「我是。」
21 Avner ona dedi: «Bir sağına yaxud soluna dön. O gənclərdən birini tut, onun silahlarını al». Lakin Asahel əl çəkmədən onu qovurdu.
阿貝乃爾對他說:「你轉左或轉右,捉住一個青年,奪取他的裝備罷! 」但阿撒耳卻不肯放鬆他。
22 Avner Asahelə bir də dedi: «Qayıt, əl çək, məni qovma! Axı niyə səni öldürüb yerə sərim? Sonra qardaşın Yoavın üzünə necə baxaram?»
阿貝乃爾就再對阿撒耳說:「你不要再追趕我了,為什麼逼我將你擊倒在地,叫我日後怎有臉再見你的兄弟約阿布﹖
23 Lakin Asahel yolundan dönmək istəmədi. Avner də nizəsinin arxa ucu ilə onun qarnından elə vurdu ki, nizə onun kürəyindən çıxdı. Asahel yerindəcə öldü. Bu hadisədən sonra Asahelin yıxılıb öldüyü yerə gələnlərin hamısı ayaq saxladı.
阿撒耳仍不肯罷休。阿貝乃爾就調過槍來,擊中了他的腹部,槍由背後穿出,他就倒在那裏,當下死了。凡來到阿撒耳倒斃的地方的人,都站住了。
24 Yoavla Avişay Avnerin ardınca qaçdılar və gün batarkən Giveon çölü yolunda Giahla üzbəüz olan Amma təpəsinə çatdılar.
約阿布和阿彼瑟仍在追趕阿貝乃爾,當他們來到往革巴曠野去的路上,基亞前的阿瑪山崗時,太陽就快要西落。
25 Binyamin övladları toplanıb Avnerin ardınca getdilər və yığılıb bir təpənin başında dayandılar.
本雅明人集結成隊,跟在阿貝乃爾後邊,站在一座小山頭上。
26 Avner Yoava üz tutub çığıra-çığıra dedi: «Həmişə bizi qılıncmı yeyib qurtarmalıdır? Bəs bilmirsən ki, bunun sonu acı olacaq? Nə vaxta qədər bu xalqa deməyəcəksən ki, soydaşlarınızdan əl çəkin?»
阿貝乃爾向約阿布喊說:「刀劍豈能永遠擊殺﹖你豈不知結局更為不幸﹖幾時你纔命眾人轉身,不再追趕自己的兄弟﹖」
27 Yoav dedi: «Var olan Allaha and olsun, əgər sən bu sözləri deməsəydin, həqiqətən, sabaha qədər döyüşçülər dayanmadan öz soydaşlarını təqib edəcəkdi».
約阿布答說:「上主永在! 若你不發言,眾人直到早晨,連一個也不會停止追趕自己的兄弟! 」
28 Sonra Yoav şeypur çaldı, hamı dayandı. Artıq İsrailliləri təqib etmədilər və bir daha döyüşmədilər.
約阿布遂吹號,眾人就停下,不再追趕以色列人,不再進攻。
29 Avnerlə adamları bütün gecəni Arava vadisindən ötüb İordan çayını keçdilər və bütün Bitron boyunca irəliləyərək Maxanayimə çatdılar.
阿貝乃爾同他的人,那一整夜走過了阿辣巴平原,過了約但河,以後,又走了一上午,終于到了瑪哈納殷。
30 Yoav Avnerin ardınca düşməkdən vaz keçib qayıtdı və bütün xalqı topladı. Davudun adamlarından Asaheldən başqa on doqquz nəfər də əskik idi.
約阿布追趕阿貝乃爾回來,召集了自己的人,達味僕人中,除阿撒耳外,少了十九人。
31 Davudun adamları isə Binyaminliləri və Avnerin adamlarını vurdu və üç yüz altmış nəfəri öldürdü.
但阿貝乃爾所帶的本雅明人中,有三百六十人,為達味的臣僕殺死。
32 Asaheli götürüb atasının Bet-Lexemdə olan qəbrində dəfn etdilər. Yoavla adamları bütün gecəni yol getdilər və gün doğanda Xevrona çatdılar.
遂將阿撒耳的屍體帶回,埋在白冷他父親的墳墓內。約阿布同他的人走了一夜,天亮時已到赫貝龍。

< Ikinci Şamuel 2 >