< Ikinci Şamuel 16 >
1 Davud təpə başından bir az yana keçərkən Mefiboşetin xidmətçisi Siva iki yüz kömbə çörək, yüz salxım quru üzüm, yüz ədəd yay meyvəsi və bir tuluq şərab yüklənmiş bir sürü palanlı eşşəklə onu qarşıladı.
ダビデが山の頂を過ぎて、すこし行った時、メピボセテのしもべヂバは、くらを置いた二頭のろばを引き、その上にパン二百個、干ぶどう百ふさ、夏のくだもの一百、ぶどう酒一袋を載せてきてダビデを迎えた。
2 Padşah Sivaya dedi: «Bunları hara aparırsan?» Siva dedi: «Eşşəkləri padşahın külfətinin minməsi, çörəklə yay meyvələrini nökərlərin yeməsi və bu şərabı isə çöldə olan yorğunların içməsi üçün gətirmişəm».
王はヂバに言った、「あなたはどうしてこれらのものを持ってきたのですか」。ヂバは答えた、「ろばは王の家族が乗るため、パンと夏のくだものは若者たちが食べるため、ぶどう酒は荒野で弱った者が飲むためです」。
3 Padşah Sivaya dedi: «Bəs sənin ağanın oğlu haradadır?» Siva padşaha dedi: «Bax o “bu gün İsrail nəsli atamın padşahlığını mənə geri qaytaracaq” deyərək Yerusəlimdə qaldı».
王は言った、「あなたの主人の子はどこにおるのですか」。ヂバは王に言った、「エルサレムにとどまっています。彼は、『イスラエルの家はきょう、わたしの父の国をわたしに返すであろう』と思ったのです」。
4 Padşah Sivaya dedi: «Belə isə, onda Mefiboşetin hər şeyi sənindir». Siva cavab verdi: «Ayağının torpağı olum, ağam padşah, təki sənin gözündə lütf tapım».
王はヂバに言った、「見よ、メピボセテのものはことごとくあなたのものです」。ヂバは言った、「わたしは敬意を表します。わが主、王よ、あなたの前にいつまでも恵みを得させてください」。
5 Padşah Davud Baxurimə gəldi və oradan Şaulun nəslindən olan Gera oğlu Şimey adlı bir nəfər çıxdı. Şimey Davuda lənət edə-edə çıxırdı.
ダビデ王がバホリムにきた時、サウルの家の一族の者がひとりそこから出てきた。その名をシメイといい、ゲラの子である。彼は出てきながら絶えずのろった。
6 Davuda və Davudun adamlarına daş atırdı. Bütün xalq və igidlərin hamısı Davudun sağında və solunda idi.
そして彼はダビデとダビデ王のもろもろの家来に向かって石を投げた。その時、民と勇士たちはみな王の左右にいた。
7 Şimey Davuda lənət edərkən belə deyirdi: «Rədd ol, rədd ol, ey əliqanlı, yaramaz adam!
シメイはのろう時にこう言った、「血を流す人よ、よこしまな人よ、立ち去れ、立ち去れ。
8 Yerinə padşah olduğun Şaul nəslinin tökülən qan qisasını Rəbb səndən alır. Rəbb padşahlığı oğlun Avşaloma verdi. Budur, sən öz şərinin qurbanısan, çünki sən əliqanlı insansan».
あなたが代って王となったサウルの家の血をすべて主があなたに報いられたのだ。主は王国をあなたの子アブサロムの手に渡された。見よ、あなたは血を流す人だから、災に会うのだ」。
9 Seruya oğlu Avişay padşaha dedi: «Axı nə üçün bu köpək leşi ağam padşaha belə lənət etsin? İzin ver gedim, onun başını üzüm».
時にゼルヤの子アビシャイは王に言った、「この死んだ犬がどうしてわが主、王をのろってよかろうか。わたしに、行って彼の首を取らせてください」。
10 Padşah dedi: «Ey Seruya oğulları, axı məndən sizə nə? Madam ki lənət edir, demək Rəbb ona “Davuda lənət et” deyib. Elə isə kim ona “belə etmə” deyə bilər?»
しかし王は言った、「ゼルヤの子たちよ、あなたがたと、なんのかかわりがあるのか。彼がのろうのは、主が彼に、『ダビデをのろえ』と言われたからであるならば、だれが、『あなたはどうしてこういうことをするのか』と言ってよいであろうか」。
11 Davud Avişaya və bütün əyanlarına dedi: «Bax əgər öz belimdən gələn oğlum canımı almaq istəyirsə, bu Binyaminli bundan daha betərini etməzmi? Buraxın onu, qoy o, lənətini etsin, çünki ona Rəbb belə əmr etmişdir.
ダビデはまたアビシャイと自分のすべての家来とに言った、「わたしの身から出たわが子がわたしの命を求めている。今、このベニヤミンびととしてはなおさらだ。彼を許してのろわせておきなさい。主が彼に命じられたのだ。
12 Bəlkə Rəbb çəkdiyim əzabı görüb bu gün onun etdiyi lənətlərin əvəzinə mənə yaxşılıq edər».
主はわたしの悩みを顧みてくださるかもしれない。また主はきょう彼ののろいにかえて、わたしに善を報いてくださるかも知れない」。
13 Davud və adamları yolla gedirdi, Şimey isə onun qarşısında dağın yamacı ilə gedir və gedə-gedə lənət edir, ona daş-torpaq atırdı.
こうしてダビデとその従者たちとは道を行ったが、シメイはダビデに並んで向かいの山の中腹を行き、行きながらのろい、また彼に向かって石や、ちりを投げつけた。
14 Padşahla yanındakı bütün xalq yorulmuşdu və bu yerdə dinclərini aldı.
王および共にいる民はみな疲れてヨルダンに着き、彼はその所で息をついだ。
15 Avşalom ilə bütün xalq – İsrail adamları Yerusəlimə gəldilər, Axitofel də onunla idi.
さてアブサロムとすべての民、イスラエルの人々はエルサレムにきた。アヒトペルもアブサロムと共にいた。
16 Davudun dostu Arklı Xuşay Avşalomun yanına gəlib «Yaşasın padşah! Yaşasın padşah!» dedi.
ダビデの友であるアルキびとホシャイがアブサロムのもとにきた時、ホシャイはアブサロムに「王万歳、王万歳」と言った。
17 Avşalom Xuşaya dedi: «Dostuna etibarın budurmu? Niyə dostunla bərabər getmədin?»
アブサロムはホシャイに言った、「これはあなたがその友に示す真実なのか。あなたはどうしてあなたの友と一緒に行かなかったのか」。
18 Xuşay Avşaloma dedi: «Xeyr, mən ancaq Rəbbin, bu xalqın və bütün İsrail adamlarının seçdiyi adamın tərəfində olacağam və onunla da qalacağam.
ホシャイはアブサロムに言った、「いいえ、主とこの民とイスラエルのすべての人々が選んだ者にわたしは属し、かつその人と一緒におります。
19 Bir de görüm, axı mən kimə xidmət edəcəyəm, dostumun oğluna deyilmi? Atana necə qulluq etdimsə, sənə də elə qulluq edəcəyəm».
かつまたわたしはだれに仕えるべきですか。その子の前に仕えるべきではありませんか。あなたの父の前に仕えたように、わたしはあなたの前に仕えます」。
20 Avşalom Axitofelə dedi: «Məsləhətinizi verin görək, nə etməliyik?»
そこでアブサロムはアヒトペルに言った、「あなたがたは、われわれがどうしたらよいのか、計りごとを述べなさい」。
21 Axitofel Avşaloma dedi: «Evə nəzarət etmək üçün atanın qoyub getdiyi cariyələrin yanına gir. Onda atanın nifrətini qazandığını bütün İsraillilər eşidəcək və sənin tərəfində olanların hamısının əl-qolu qüvvətlənəcək».
アヒトペルはアブサロムに言った、「あなたの父が家を守るために残された、めかけたちの所にはいりなさい。そうすればイスラエルは皆あなたが父上に憎まれることを聞くでしょう。そしてあなたと一緒にいる者の手は強くなるでしょう」。
22 Dam üstündə Avşalom üçün çadır qurdular və bütün İsraillilərin gözü qarşısında Avşalom atasının cariyələrinin yanına girdi.
こうして彼らがアブサロムのために屋上に天幕を張ったので、アブサロムは全イスラエルの目の前で父のめかけたちの所にはいった。
23 O zamanlar Axitofelin verdiyi məsləhət Allah kəlamına müraciət edən şəxsin aldığı məsləhətlərlə bərabər sayılırdı. Axitofelin hər məsləhəti Davud üçün də, Avşalom üçün də bu cür idi.
そのころアヒトペルが授ける計りごとは人が神のみ告げを伺うようであった。アヒトペルの計りごとは皆ダビデにもアブサロムにも共にそのように思われた。