< Ikinci Şamuel 15 >

1 Bir müddət keçəndən sonra Avşalom özü üçün bir döyüş arabası ilə atlar və onun qabağında qaçmaq üçün əlli adam hazırladı.
Sometime later, Absalom got himself a chariot with horses, and fifty men as bodyguards to run ahead of him.
2 Avşalom tezdən durub darvaza yolunun kənarında dayanardı. O, hökm almaq üçün padşahın yanına aparılacaq davası olan hər adamı öz yanına çağırar, «Sən hansı şəhərdənsən?» deyə ondan soruşardı. O adam da deyərdi ki, qulun İsrailin filan qəbiləsindəndir.
He used to get up early and stand by the main road that led to the city gate. When people brought a case to the king for his decision, Absalom would call out and ask them, “What town are you from?” If they replied, “Your servant is from this particular tribe of Israel,”
3 Avşalom ona belə deyərdi: «Bax sənin işin yaxşı və düzgündür, lakin padşah tərəfindən heç kim sənə qulaq asmayacaq».
Absalom would tell them, “Look, you're in the right and you've got a good case. It's such a shame there's no one from the king to hear you.”
4 Avşalom deyərdi: «Kaş bu ölkəyə məni hakim qoyaydılar. O zaman mənim yanıma davası və yaxud da iddiası olub gələn hər adamın işinə ədalətlə baxardım».
Then he would say, “If only there was someone to appoint me as judge for the country. Then everyone could come to me with their case or complaint, and I would give them justice.”
5 Bir nəfər ona təzim etmək üçün yaxınlaşanda o əl uzadıb onu qucaqlayar və öpərdi.
When anyone came to bow down before him, Absalom would stop them by reaching out his hand, taking hold of him, and kissing him.
6 Avşalom hökm üçün padşahın yanına gələn bütün İsraillilərlə belə rəftar edərdi. İsraillilərin könlünü bu surətdə ələ alardı.
This is how Absalom treated all the Israelites who came to the king for his judgment. So he captured the loyalty of the men of Israel.
7 Dörd il keçəndən sonra Avşalom padşaha dedi: «Rica edirəm, izin ver, gedib Xevronda Rəbbə əhd etdiyim qurbanı təqdim edim.
Four years later Absalom asked the king, “Please let me go to Hebron to fulfill a promise I made to the Lord.
8 Çünki qulun Aram torpağının Geşur şəhərində qalanda belə əhd etmişdi: “Əgər Rəbb məni Yerusəlimə geri qaytarsa, Ona qulluq edəcəyəm”».
For I, your servant, made this promise while living at Geshur in Aram, saying: ‘If the Lord does bring me back to Jerusalem, I will worship the Lord in Hebron.’”
9 Padşah ona «salamat get» dedi. Avşalom qalxıb Xevrona getdi.
“Go in peace,” said the king. So Absalom went to Hebron.
10 Avşalom İsrail qəbilələrinin hamısına gizli qasidlər göndərərək onlara tapşırdı: «Şeypur səsini eşidəndə “Avşalom Xevronda padşah oldu” deyin».
Then Absalom sent his accomplices among all the tribes of Israel, saying, “When you hear the sound of the ram's horn, you shout, ‘Absalom is king at Hebron!’”
11 Yerusəlimdən çağırdığı iki yüz nəfər də Avşalomla getdi. Onlar pak niyyətlə onun arxasınca gedirdi və heç bir şeydən xəbərləri yox idi.
Two hundred men from Jerusalem went with Absalom. They had been invited and went in all innocence, because they didn't know anything about what was planned.
12 Avşalom qurbanları təqdim edərkən Davudun müşaviri Gilolu Axitofeli öz şəhərindən – Gilodan öz yanına gətirtdi. Fitnəkar dəstə qüvvətli idi, çünki Avşalomun yanında olan xalq get-gedə çoxalırdı.
While Absalom was offering sacrifices, he sent for Ahithophel the Gilonite, David's advisor, asking him to come from Giloh, the town where he lived. The conspiracy grew stronger, and Absalom's followers went on increasing.
13 Bir adam gəlib Davuda xəbər verərək dedi: «İsraillilər Avşaloma rəğbət bəsləyir».
A messenger came to tell David, “Absalom has the loyalty of the men of Israel.”
14 Davud Yerusəlimdə – yanında olan bütün əyanlarına dedi: «Durun qaçaq, yoxsa Avşalomun qarşısından heç kim qaçıb qurtula bilməz. Cəld olun, gedək, yoxsa o tez gəlib bizə çatar, başımıza bəla açar və şəhəri qılıncdan keçirər».
David said to all the officials with him in Jerusalem, “Quick! Let's go! Otherwise we won't be able to get away from Absalom! We must leave immediately, or he will soon catch up with us, attack us, and kill the people here in the city.”
15 Padşahın əyanları dedilər: «Ağam padşahın istədiyi kimi olsun, bax biz sənin qullarınıq».
“Whatever Your Majesty decides, we'll do what you want,” the king's servants replied.
16 Padşah və onun ardınca bütün külfəti çıxdı. Lakin padşah cariyələrindən on qadını evə nəzarət etmək üçün qoydu.
The king set off with his whole household following him, but he left behind ten concubines to look after the palace.
17 Padşah və ardınca bütün xalq çıxıb şəhərin sonuncu evində dayandı.
The king left with all his soldiers following him. He stopped at the last house,
18 Bütün əyanları onun qarşısından keçdilər və bütün Keretlilər, Peletlilər və Qatdan onun ardınca gəlmiş altı yüz nəfər Qatlı da padşahın qarşısından keçdi.
and all his men marched past him, including all the Cherethites and Pelethites, and six hundred Gittites who had come with him from Gath.
19 Padşah Qatlı Yettaya dedi: «Sən niyə bizimlə gedirsən? Qayıt təzə padşahla qal. Sən ki yadellisən və öz yurdundan sürgünə aparılmış adamsan, qayıt öz yerinə.
The king said to Ittai the Gittite, “Why are you coming with us too? Go back and stay with the new king, because you are a foreigner and an exile a long way from home.
20 Sən bura hələ dünən gəlmisən. Bu gün səni özümüzlə getməyəmi məcbur edim? Mən hara gedə bilsəm, ora gedəcəyəm. Sən isə qayıt, öz soydaşlarını da geri qaytar. Xeyirxahlıq və sədaqət sənə yar olsun!»
You only just got here, so why should I make you wander around with us now when I don't even know where I am going? Go back and take your men with you. May the Lord show you kindness and faithfulness.”
21 Yettay padşaha cavab verdi: «Var olan Rəbbə və ağam padşahımın canına and olsun, padşahım harada olsa, mütləq bu qulun ölsə də, qalsa da, orada olacaq».
But Ittai answered the king, “As the Lord lives, and as Your Majesty lives, wherever Your Majesty may be, whether dead or alive, that's where your servant will be!”
22 Davud Yettaya dedi: «Onda gəl, keç». Qatlı Yettay ilə bütün adamları və yanında olan bütün uşaqlar gəlib onların tərəfinə keçdi.
“Go ahead, march on!” David replied. Ittai the Gittite marched past with all his men and all the families that were with him.
23 Camaat keçərkən bütün bölgə əhalisi bərkdən ağlayırdı. Padşah da Qidron vadisini keçdi və bütün camaat çölə tərəf irəlilədi.
All the people in the countryside were crying aloud as everyone with David passed by. They crossed the Kidron Valley with the king on the way toward the wilderness.
24 Sonra Sadoq Allahın Əhd sandığını daşıyan bütün Levililərlə bərabər gəldi. Allahın sandığını yerə qoydular. Bütün xalq şəhərdən tamamilə çıxandan sonra Evyatar da çıxdı.
Zadok was there too, and all the Levites were with him, carrying the Ark of God's Agreement. They set down the Ark of God, and Abiathar offered sacrifices until everyone had left the city.
25 Padşah Sadoqa yenə dedi: «Allahın sandığını şəhərə qaytar. Əgər mən Rəbbin gözündə lütf tapsam, O məni geri qaytarıb Öz sandığını və məskənini yenə mənə göstərər.
Then the king told Zadok, “Take the Ark of God back to the city. If I find the Lord approves of me, he will bring me back and let me see both the Ark and his Tent again.
26 Lakin “səndən razı deyiləm” desə, budur, qoy gözündə nə yaxşı görünsə, mənim üçün elə etsin. Mən hazıram».
But if he says, ‘I'm not happy with you,’ then here I stand. Let him do to me whatever he thinks best.”
27 Padşah kahin Sadoqa dedi: «Sən görücü deyilsənmi? Sən oğlun Aximaas və Evyatarın oğlu Yonatanla bərabər salamat şəhərə qayıt. Sən və Evyatar iki oğlunuzu da özünüzlə aparın.
The king also told Zadok the priest, “You understand the situation, don't you? Go back to the city safely with your son Ahimaaz, and also Jonathan, son of Abiathar. You and Abiathar take both of your sons back with you.
28 Baxın sizdən mənə hal-əhval bildirən söz çatana qədər mən çöldə – çayın dayaz yerində gözləyəcəyəm».
I'll wait at the fords of the wilderness until I hear from you.”
29 Sadoqla Evyatar Allahın sandığını Yerusəlimə geri qaytardı və orada qaldı.
Zadok and Abiathar took the Ark of God back to Jerusalem and remained there.
30 Davud Zeytun dağının yoxuşu ilə çıxır və çıxarkən ağlayırdı. Başıörtülü, ayaqyalın gedirdi. Onunla bərabər gedən bütün xalq da başıörtülü dağı çıxır və gedə-gedə ağlayırdı.
David went on his way up the Mount of Olives, weeping as he did so. He had his head covered, and walked barefoot. All the people with him covered their heads, weeping as they went along.
31 Kimsə «Axitofel Avşalomun yanında – qiyamçılar arasındadır» deyə Davuda xəbər verdi. Davud dedi: «Ya Rəbb, Səndən diləyirəm, Axitofelin məsləhətlərini boşa çıxar».
David was told, “Ahithophel is one of the people conspiring with Absalom.” So David prayed, “Lord, please make Ahithophel's advice worthless.”
32 Davud xalqın Allaha səcdə etdiyi təpənin başına çatanda, budur, Arklı Xuşay paltarı cırılmış və başı toz-torpaq içində onu qarşılamağa gəldi.
When David arrived at the top of the Mount of Olives, where people worshiped God, there to meet him was Hushai the Archite, with his robe torn and with dust on his head.
33 Davud ona dedi: «Əgər sən də mənimlə bərabər getsən, mənə yük olarsan.
David told him, “If you come with me, you'll only be a burden to me,
34 Lakin əgər şəhərə qayıdıb Avşaloma “ey padşah, mən də sənin qulun olacağam. Keçmişdə necə atana qul oldumsa, sənə də indi elə qul olacağam” desən, o zaman mənim xeyrimə Axitofelin məsləhətini poza bilərsən.
but if you go back to the city and tell Absalom, ‘I will be your servant, Your Majesty! Formerly I worked for your father, but now I'll work for you,’ then you can block Ahithophel's advice for me.
35 Kahin Sadoq və kahin Evyatar orada səninlə deyilmi? Padşah sarayından eşidəcəyin hər şeyi kahinlərə – Sadoq və Evyatara bildirəcəksən.
Zadok and Abiathar, the priests, will be there too. Tell them everything you hear in the king's palace.
36 Budur, iki oğlu – Sadoqun oğlu Aximaas, Evyatarın oğlu Yonatan onların yanındadır və eşidəcəyiniz hər şeyi onların əli ilə mənə çatdıracaqsınız».
Their two sons, Ahimaaz and Jonathan, are there with them. Send them to me so they can tell me everything you hear.”
37 Avşalom Yerusəlimə girərkən Davudun dostu Xuşay da şəhərə girdi.
David's friend Hushai arrived back in Jerusalem at the same time Absalom was entering the city.

< Ikinci Şamuel 15 >