< Ikinci Şamuel 12 >

1 Rəbb Natanı Davudun yanına göndərdi. Natan onun yanına gəlib belə nəql etdi: «Bir şəhərdə iki adam var idi. Onlardan biri varlı, o biri isə kasıb idi.
و خداوند ناتان را نزد داود فرستاد و نزدوی آمده، او را گفت که «در شهری دومرد بودند، یکی دولتمند و دیگری فقیر.۱
2 Varlı adamın çoxlu sürüləri və naxırı var idi.
ودولتمند را گوسفند و گاو، بی‌نهایت بسیار بود.۲
3 Lakin kasıb adamın satın alıb bəslədiyi bir körpə dişi quzudan başqa heç nəyi yox idi. O, quzusunu öz yanında uşaqları ilə bərabər böyütmüş, ona öz yeməyindən yedirtmiş, öz içdiyi qabdan su içirtmiş və qoynunda yatırtmışdı. Quzu ona doğma qızı kimi idi.
وفقیر را جز یک ماده بره کوچک نبود که آن راخریده، و پرورش داده، همراه وی و پسرانش بزرگ می‌شد، از خوراک وی می‌خورد و از کاسه او می‌نوشید و در آغوشش می‌خوابید و برایش مثل دختر می‌بود.۳
4 Bir gün varlı adamgilə yadelli bir qonaq gəlir. Varlı adam onlara gələn qonağa yemək hazırlamaq üçün öz sürüsündən və naxırından heyvan götürüb kəsməyə qıymadı. O gedib kasıbın quzusunu götürüb kəsdi və yanına gələn qonağa yemək hazırladı».
و مسافری نزد آن مرددولتمند آمد و او را حیف آمد که از گوسفندان وگاوان خود بگیرد تا به جهت مسافری که نزد وی آمده بود مهیا سازد، و بره آن مرد فقیر را گرفته، برای آن مرد که نزد وی آمده بود، مهیا ساخت.»۴
5 O adama qarşı Davudun qəzəbi alovlandı və Natana dedi: «Var olan Rəbb haqqı, bunu edən adam ölümə layiqdir.
آنگاه خشم داود بر آن شخص افروخته شده، به ناتان گفت: «به حیات خداوند قسم، کسی‌که این کار را کرده است، مستوجب قتل است.۵
6 Bu işi gördüyünə və rəhmsizliyinə görə o, quzunun əvəzini dördqat verəcək».
وچونکه این کار را کرده است و هیچ ترحم ننموده، بره را چهار چندان باید رد کند.»۶
7 Natan Davuda dedi: «O adam sənsən! İsrailin Allahı Rəbb belə deyir: “Mən səni İsrailin üzərində padşah olaraq məsh etdim və səni Şaulun əlindən qurtardım.
ناتان به داود گفت: «آن مرد تو هستی، ویهوه، خدای اسرائیل، چنین می‌گوید: من تو را براسرائیل به پادشاهی مسح نمودم و من تو را ازدست شاول رهایی دادم.۷
8 Sənə ağanın evini verdim. Ağanın arvadlarını qoynunda yatırıb İsraillə Yəhuda nəslini sənə verdim. Əgər bu sənə azlıq edirdisə, Mən sənə daha nələri, nələri əlavə edərdim.
و خانه آقایت را به تودادم و زنان آقای تو را به آغوش تو، و خاندان اسرائیل و یهودا را به تو عطا کردم. و اگر این کم می‌بود، چنین و چنان برای تو مزید می‌کردم.۸
9 Nə üçün Rəbbin gözündə pis olan işi etdin? Niyə Onun sözünə xor baxdın? Xetli Uriyanın arvadını özünə arvad etmək üçün onu qılıncla öldürtdürdün. Uriyanı Ammon övladlarının qılıncı ilə öldürtdürdün.
پس چرا کلام خداوند را خوار نموده، در نظروی عمل بد بجا آوردی و اوریای حتی را به شمشیر زده، زن او را برای خود به زنی گرفتی، واو را با شمشیر بنی عمون به قتل رسانیدی.۹
10 Bundan sonra heç vaxt qılınc sənin evindən ayrılmayacaq, çünki sən Mənə xor baxdın və Xetli Uriyanın arvadını özünə arvad etdin”.
پس حال شمشیر از خانه تو هرگز دور نخواهد شد به علت اینکه مرا تحقیر نموده، زن اوریای حتی راگرفتی تا زن تو باشد.۱۰
11 Rəbb belə deyir: “Bax sənə qarşı pisliyi öz nəslindən çıxaracağam və sənin gözünün önündə arvadlarını götürüb yaxınına verəcəyəm. O da göz görə-görə, gündüzün günorta çağı sənin arvadlarınla yatacaq.
خداوند چنین می‌گوید: اینک من از خانه خودت بدی را بر تو عارض خواهم گردانید و زنان تو را پیش چشم تو گرفته، به همسایه ات خواهم داد، و او در نظر این آفتاب، با زنان تو خواهد خوابید.۱۱
12 Bu işi sən gizli etdinsə, Mən bu işi bütün İsraillilərin qarşısında gündüzün günorta çağı etdirəcəyəm”».
زیرا که تو این کار رابه پنهانی کردی، اما من این کار را پیش تمام اسرائیل و در نظر آفتاب خواهم نمود.»۱۲
13 Davud Natana dedi: «Mən Rəbbə qarşı günah etdim». Natan Davuda dedi: «Rəbb sənin günahını sildi, ölməyəcəksən.
و داودبا ناتان گفت: «به خداوند گناه کرده‌ام.» ناتان به داود گفت: «خداوند نیز گناه تو را عفو نموده است که نخواهی مرد.۱۳
14 Lakin bunu etməklə Rəbbin düşmənlərinə böyük fürsət verdin ki, Ona küfr etsinlər. Ona görə də mütləq səndən doğulan uşaq öləcək».
لیکن چون از این امرباعث کفر گفتن دشمنان خداوند شده‌ای، پسری نیز که برای تو زاییده شده است، البته خواهدمرد.»۱۴
15 Sonra Natan evinə qayıtdı. Rəbb Davudun Uriyanın dul arvadından olan uşağını vurdu və uşaq xəstələndi.
پس ناتان به خانه خود رفت.۱۵
16 Davud uşaq üçün Allaha yalvardı və oruc tutaraq otağına girib bütün gecəni quru yerdə uzandı.
پس داود از خدا برای طفل استدعا نمود وداود روزه گرفت و داخل شده، تمامی شب برروی زمین خوابید.۱۶
17 Evinin ağsaqqalları onu yerdən qaldırmaq üçün yanında dayandılar, lakin o qalxmaq istəmədi və onlarla birgə çörək yemədi.
و مشایخ خانه‌اش بر اوبرخاستند تا او را از زمین برخیزانند، اما قبول نکرد و با ایشان نان نخورد.۱۷
18 Yeddinci gün körpə öldü. Davudun əyanları uşağın öldüyünü ona bildirməyə qorxdular və belə düşündülər: «Uşaq sağ ikən onu dilə tutduq, lakin sözümüzə qulaq asmadı. İndi uşağın öldüyünü ona necə söyləyək? Özünə bir xətər yetirər».
و در روز هفتم طفل بمرد و خادمان داود ترسیدند که از مردن طفل اورا اطلاع دهند، زیرا گفتند: «اینک چون طفل زنده بود، با وی سخن گفتیم و قول ما را نشنید، پس اگربه او خبر دهیم که طفل مرده است، چه قدر زیاده رنجیده می‌شود.»۱۸
19 Davud əyanlarının pıçıldaşmasını görəndə başa düşdü ki, uşaq ölüb və əyanlarına «Uşaq öldümü?» dedi. Onlar «öldü» dedilər.
و چون داود دید که بندگانش با یکدیگر نجوی می‌کنند، داود فهمیدکه طفل مرده است، و داود به خادمان خود گفت: «آیا طفل مرده است؟» گفتند: «مرده است.»۱۹
20 Davud yerdən qalxdı, yuyunub başına zeytun yağı sürtdü və paltarlarını dəyişərək Rəbbin evinə gedib səcdə qıldı. Evə qayıdıb yemək istəyəndə qarşısına yemək qoydular və o yedi.
آنگاه داود از زمین برخاسته، خویشتن راشست و شو داده، تدهین کرد و لباس خود راعوض نموده، به خانه خداوند رفت و عبادت نمود و به خانه خود آمده، خوراک خواست که پیشش گذاشتند و خورد.۲۰
21 Əyanları ona dedi: «Bu nə işdir edirsən? Körpə sağ ikən nə üçün oruc tutub ağladın, körpə öləndə isə durub çörək yedin?»
و خادمانش به وی گفتند: «این چه‌کار است که کردی؟ وقتی که طفل زنده بود روزه گرفته، گریه نمودی و چون طفل مرد، برخاسته، خوراک خوردی؟»۲۱
22 Davud cavab verdi: «Uşaq sağ olanda oruc tutub ağlayırdım və deyirdim ki, kim bilir, bəlkə Rəbb mənə lütf edər, uşaq sağ qalar.
او گفت: «وقتی که طفل زنده بود روزه گرفتم و گریه نمودم زیرا فکر کردم کیست که بداند که شاید خداوند برمن ترحم فرماید تا طفل زنده بماند،۲۲
23 Lakin indi uşaq ölüb, nə üçün oruc tutum? Məgər onu geri qaytara bilərəmmi? Mən onun yanına gedəcəyəm, o mənim yanıma qayıtmayacaq».
اما الان که مرده است، پس چرا من روزه بدارم؛ آیا می‌توانم دیگر او را باز بیاورم؟! من نزد او خواهم رفت لیکن او نزد من باز نخواهد آمد.»۲۳
24 Davud arvadı Bat-Şevaya təsəlli verdi və yanına girib onunla yatdı. Bat-Şeva bir oğul doğdu və adını Süleyman qoydu. Rəbb bu uşağı sevdi.
و داود زن خود بتشبع را تسلی داد و نزدوی درآمده، با او خوابید و او پسری زاییده، او راسلیمان نام نهاد. و خداوند او را دوست داشت.۲۴
25 O, Natan peyğəmbəri göndərdi və o da Rəbbin naminə uşağın adını Yedidyah qoydu.
و به‌دست ناتان نبی فرستاد و او را به‌خاطرخداوند یدیدیا نام نهاد.۲۵
26 Yoav Ammon övladlarının Rabba şəhərinə hücum edib padşah qalasını aldı.
و یوآب با ربه بنی عمون جنگ کرده، شهرپادشاه نشین را گرفت.۲۶
27 Sonra Yoav Davudun yanına qasidlər göndərib belə dedi: «Rabbaya hücum edib ehtiyat su mənbələrini aldım.
و یوآب قاصدان نزدداود فرستاده، گفت که «با ربه جنگ کردم و شهرآبها را گرفتم.۲۷
28 İndi isə sən xalqın qalan hissəsini topla və şəhərə qarşı ordugah qurub oranı al ki, mən gedib oranı almayım və o yer adımla çağırılmasın».
پس الان بقیه قوم را جمع کن ودر برابر شهر اردو زده، آن را بگیر، مبادا من شهررا بگیرم و به اسم من نامیده شود.»۲۸
29 Davud da bütün xalqı toplayıb Rabbaya getdi və şəhərə hücum edib oranı aldı.
پس داودتمامی قوم را جمع کرده، به ربه رفت و با آن جنگ کرده، آن را گرفت.۲۹
30 Davud onların padşahının başından tacını götürdü. Tac qızıldan olub çəkisi bir talant idi. Onun üzərində qiymətli daş var idi. Bu tac Davudun başına qoyuldu. Davud bu şəhərdən çoxlu qənimət apardı.
و تاج پادشاه ایشان را ازسرش گرفت که وزنش یک وزنه طلا بود وسنگهای گرانبها داشت و آن را بر سر داودگذاشتند، و غنیمت از حد زیاده از شهر بردند.۳۰
31 O, şəhərdə olan xalqı köçürüb mişar, dəmir külüng, dəmir balta ilə görülən işlərdə və kərpic emalında işlətdi. Davud Ammonluların bütün şəhərlərində belə edəndən sonra bütün xalqla birgə Yerusəlimə qayıtdı.
و خلق آنجا را بیرون آورده، ایشان را زیر اره هاو چومهای آهنین و تیشه های آهنین گذاشت وایشان را از کوره آجرپزی گذرانید، و به همین طور با جمیع شهرهای بنی عمون رفتار نمود. پس داود و تمامی قوم به اورشلیم برگشتند.۳۱

< Ikinci Şamuel 12 >