< Ikinci Padşahlar 6 >
1 Peyğəmbərlər Elişaya dedilər: «Bax indi sənin yanında qaldığımız yer bizə dardır.
先知门徒对以利沙说:“看哪,我们同你所住的地方过于窄小,
2 Qoy İordan çayının kənarına gedək, hərəmiz bir ağac kəsib gətirək və qalmaq üçün orada özümüzə yer düzəldək». Elişa «gedin» dedi.
求你容我们往约旦河去,各人从那里取一根木料建造房屋居住。”他说:“你们去吧!”
3 Onlardan biri dedi: «Xahiş edirəm, sən də bu qullarınla gəl». Elişa «gələrəm» deyib
有一人说:“求你与仆人同去。”回答说:“我可以去。”
4 onlarla getdi. Onlar İordan çayının kənarına gəldilər və ağac kəsməyə başladılar.
于是以利沙与他们同去。到了约旦河,就砍伐树木。
5 Onlardan biri ağac kəsərkən baltanın dəmiri suya düşdü. O qışqırıb dedi: «Vay, ağam! Onu borc almışdım».
有一人砍树的时候,斧头掉在水里,他就呼叫说:“哀哉!我主啊,这斧子是借的。”
6 Allah adamı dedi: «Hara düşdü?» O, Elişaya həmin yeri göstərdi. Elişa bir budaq kəsib oraya atdı və dəmir suyun üzərinə çıxdı.
神人问说:“掉在哪里了?”他将那地方指给以利沙看。以利沙砍了一根木头,抛在水里,斧头就漂上来了。
7 Elişa «onu qaldır» dedi. Həmin adam əlini uzadıb onu qaldırdı.
以利沙说:“拿起来吧!”那人就伸手拿起来了。
8 Aram padşahı İsrailə qarşı vuruşduğu zaman əyanları ilə məsləhətləşib dedi: «Filan yerdə ordugah quracağam».
亚兰王与以色列人争战,和他的臣仆商议说:“我要在某处某处安营。”
9 Allah adamı İsrail padşahına xəbər göndərib dedi: «O yerdən keçmə, çünki Aramlılar oraya enirlər».
神人打发人去见以色列王,说:“你要谨慎,不要从某处经过,因为亚兰人从那里下来了。”
10 İsrail padşahı Allah adamının dediyi yerə xəbər göndərdi. Beləcə padşah onun xəbərdarlıq etdiyi yerlərdə dəfələrlə özünü qorudu.
以色列王差人去窥探神人所告诉所警戒他去的地方,就防备未受其害,不止一两次。
11 Aram padşahı bundan çox qəzəbləndi və əyanlarını çağırıb onlara dedi: «Mənə deyin görək, bizimkilərdən İsrail padşahına tərəfdar olan kimdir?»
亚兰王因这事心里惊疑,召了臣仆来,对他们说:“我们这里有谁帮助以色列王,你们不指给我吗?”
12 Əyanlardan biri dedi: «Heç kim, ağam padşah. Bunları İsrail padşahına bildirən İsraildə olan peyğəmbər Elişadır. O hətta yataq otağında söylədiyin sözləri ona çatdırır».
有一个臣仆说:“我主,我王!无人帮助他,只有以色列中的先知以利沙,将王在卧房所说的话告诉以色列王了。”
13 Padşah dedi: «Gedin görün, o haradadır, mən onu bura gətirtdirəcəyəm». Padşaha «o, Dotandadır» deyə bildirdilər.
王说:“你们去探他在哪里,我好打发人去捉拿他。”有人告诉王说:“他在多坍。”
14 Padşah atlar, döyüş arabaları və çoxlu qoşun göndərdi və onlar gecə ikən gəlib şəhəri əhatəyə aldılar.
王就打发车马和大军往那里去,夜间到了,围困那城。
15 Allah adamının qulluqçusu səhər tezdən durub bayıra çıxdı və şəhərin ətrafında qoşunun, atların və döyüş arabalarının olduğunu gördü. O, Elişaya dedi: «Vay, ağam, nə edəcəyik?»
神人的仆人清早起来出去,看见车马军兵围困了城。仆人对神人说:“哀哉!我主啊,我们怎样行才好呢?”
16 O dedi: «Qorxma, çünki bizimlə olanlar onlarla olanlardan çoxdur».
神人说:“不要惧怕!与我们同在的比与他们同在的更多。”
17 Sonra Elişa dua edib dedi: «Ya Rəbb, onun gözlərini aç ki, görsün». Rəbb nökərin gözlərini açdı və o gördü ki, dağ odlu atlar və döyüş arabaları ilə doludur. Onlar Elişanı əhatəyə almışdı.
以利沙祷告说:“耶和华啊,求你开这少年人的眼目,使他能看见。”耶和华开他的眼目,他就看见满山有火车火马围绕以利沙。
18 Qoşun ona tərəf enəndə Elişa Rəbbə dua edib dedi: «Bu adamları kor et». Elişanın sözünə görə Rəbb onları kor etdi.
敌人下到以利沙那里,以利沙祷告耶和华说:“求你使这些人的眼目昏迷。”耶和华就照以利沙的话,使他们的眼目昏迷。
19 Elişa onlara dedi: «Yol bu deyil, şəhər də bu deyil. Ardımca gəlin, sizi axtardığınız adamın yanına aparım». Elişa onları Samariyaya gətirdi.
以利沙对他们说:“这不是那道,也不是那城;你们跟我去,我必领你们到所寻找的人那里。”于是领他们到了撒马利亚。
20 Onlar Samariyaya girəndə Elişa dedi: «Ya Rəbb, onların gözlərini aç ki, görsünlər». Rəbb onların gözlərini açdı və onlar gördülər ki, Samariyanın ortasındadırlar.
他们进了撒马利亚,以利沙祷告说:“耶和华啊,求你开这些人的眼目,使他们能看见。”耶和华开他们的眼目,他们就看见了,不料,是在撒马利亚的城中。
21 İsrail padşahı onları görəndə Elişaya dedi: «Mənim atam, onları qırıb məhv edimmi?»
以色列王见了他们,就问以利沙说:“我父啊,我可以击杀他们吗?”
22 Elişa dedi: «Yox, qırma. Məgər bu adamları sən qılıncın və ox-kamanınla əsir etmisən ki, qırmağa haqqın olsun? Onların qabağına çörək və su qoy ki, yeyib-içsinlər və sonra öz ağalarının yanına getsinlər».
回答说:“不可击杀他们!就是你用刀用弓掳来的,岂可击杀他们吗?当在他们面前设摆饮食,使他们吃喝回到他们的主人那里。”
23 O, Aramlılar üçün böyük bir ziyafət verdi və onlar yeyib-içdilər. Sonra onları öz ağalarının yanına göndərdi. Aramlıların dəstələri bir daha İsrail torpağına gəlmədi.
王就为他们预备了许多食物;他们吃喝完了,打发他们回到他们主人那里。从此,亚兰军不再犯以色列境了。
24 Bir müddət sonra Aram padşahı Ben-Hadad bütün ordusunu toplayıb çıxdı və Samariyanı mühasirəyə aldı.
此后,亚兰王便·哈达聚集他的全军,上来围困撒马利亚。
25 Samariyada böyük bir aclıq oldu. Çünki şəhəri o qədər mühasirədə saxlamışdılar ki, bir eşşək başı səksən şekel gümüşə və bir kabın dörddə biri qədər göyərçin peyini beş şekel gümüşə satılırdı.
于是撒马利亚被围困,有饥荒,甚至一个驴头值银八十舍客勒,二升鸽子粪值银五舍客勒。
26 Bir dəfə İsrail padşahı qala divarının üstündən keçəndə bir qadın fəryad edib ona dedi: «Ağam padşah, kömək et!»
一日,以色列王在城上经过,有一个妇人向他呼叫说:“我主,我王啊!求你帮助。”
27 Padşah dedi: «Rəbb sənə kömək etməsə, mən sənə necə kömək edim? Xırmandan yoxsa üzümsıxandan?»
王说:“耶和华不帮助你,我从何处帮助你?是从禾场,是从酒榨呢?”
28 Sonra padşah ona dedi: «Nə istəyirsən?» O dedi: «Bu qadın mənə demişdi: “Sən öz oğlunu ver, bu gün yeyək, mənim oğlumu isə sabah yeyərik”.
王问妇人说:“你有什么苦处?”她回答说:“这妇人对我说:‘将你的儿子取来,我们今日可以吃,明日可以吃我的儿子。’
29 Oğlumu bişirib yedik. Ertəsi gün ona dedim: “Öz oğlunu ver, yeyək”. Ancaq o, oğlunu gizlətdi».
我们就煮了我的儿子吃了。次日我对她说:‘要将你的儿子取来,我们可以吃。’她却将她的儿子藏起来了。”
30 Padşah qadının sözlərini eşidəndə paltarını cırdı. O bu vaxt qala divarının üstündən keçirdi və xalq gördü ki, onun əynində çul var.
王听见妇人的话,就撕裂衣服;(王在城上经过)百姓看见王贴身穿着麻衣。
31 Padşah dedi: «Əgər bu gün Şafat oğlu Elişanın başı çiyni üstündə qalsa, Allah mənə beləsini və bundan betərini eləsin».
王说:“我今日若容沙法的儿子以利沙的头仍在他项上,愿 神重重地降罚与我!”
32 Elişa öz evində oturmuşdu, ağsaqqallar da onun yanında əyləşmişdi. Padşah hüzurundan bir qasid göndərdi. Amma qasid yanına gəlməzdən qabaq Elişa ağsaqqallara dedi: «Görürsünüzmü, bu qatil mənim boynumu vurmaq üçün adam göndərir! Baxın qasid gələndə qapını bağlayın və onu içəri buraxmayın. Onun arxasınca ağasının da ayaq səsləri gələcək!»
那时,以利沙正坐在家中,长老也与他同坐。王打发一个伺候他的人去;他还没有到,以利沙对长老说:“你们看这凶手之子,打发人来斩我的头;你们看着使者来到,就关上门,用门将他推出去。在他后头不是有他主人脚步的响声吗?”
33 Elişa hələ danışarkən qasid onun yanına gəlib dedi: «Bax bu bəlanı göndərən Rəbdir. Nə üçün daha Rəbdən kömək gözləyək?»
正说话的时候,使者来到,王也到了,说:“这灾祸是从耶和华那里来的,我何必再仰望耶和华呢?”