< Ikinci Padşahlar 21 >

1 Menaşşe padşah olduğu vaxt on iki yaşında idi və Yerusəlimdə əlli beş il padşahlıq etdi. Anasının adı Xefsivah idi.
בן שתים עשרה שנה מנשה במלכו וחמשים וחמש שנה מלך בירושלם ושם אמו חפצי בה
2 O, İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin etdikləri iyrənc işlər kimi Rəbbin gözündə pis olan işlər etdi.
ויעש הרע בעיני יהוה--כתועבת הגוים אשר הוריש יהוה מפני בני ישראל
3 Atası Xizqiyanın dağıtdığı səcdəgahları yenidən tikdi. İsrail padşahı Axav kimi Baal bütü üçün qurbangahlar qurdu və Aşera bütü düzəltdi, bütün səma cisimlərinə səcdə və qulluq etdi.
וישב ויבן את הבמות אשר אבד חזקיהו אביו ויקם מזבחת לבעל ויעש אשרה כאשר עשה אחאב מלך ישראל וישתחו לכל צבא השמים ויעבד אתם
4 Rəbbin «adımı Yerusəlimdə qoyacağam» dediyi məbədində Menaşşe qurbangahlar tikməyə başladı.
ובנה מזבחת בבית יהוה אשר אמר יהוה בירושלם אשים את שמי
5 Rəbbin məbədinin hər iki həyətində bütün səma cisimlərinə qurbangahlar düzəltdi.
ויבן מזבחות לכל צבא השמים בשתי חצרות בית יהוה
6 O, oğlunu oda qurban verdi, gələcəyi dedi, baxıcılıq edib cindarlara və ruhçağıranlara müraciət etdi. Beləliklə, Rəbbin gözündə çoxlu pis işlər görərək Onu qəzəbləndirdi.
והעביר את בנו באש ועונן ונחש ועשה אוב וידענים הרבה לעשות הרע בעיני יהוה--להכעיס
7 Düzəltdiyi oyma Aşera bütünü məbədə qoydu. Rəbb Davuda və oğlu Süleymana demişdi: «Bu məbəddə və bütün İsrail qəbilələrindən seçdiyim Yerusəlimdə Öz adımı əbədi qoyacağam.
וישם את פסל האשרה אשר עשה--בבית אשר אמר יהוה אל דוד ואל שלמה בנו בבית הזה ובירושלם אשר בחרתי מכל שבטי ישראל אשים את שמי לעולם
8 Əgər Mənim onlara buyurduqlarıma və qulum Musanın onlara əmr etdiyi bütün Qanuna əməl etsələr, İsrailliləri atalarına verdiyim torpaqdan didərgin düşməyə qoymayacağam».
ולא אסיף להניד רגל ישראל מן האדמה אשר נתתי לאבותם רק אם ישמרו לעשות ככל אשר צויתים ולכל התורה אשר צוה אתם עבדי משה
9 Ancaq onlar bu sözlərə qulaq asmadılar. İsrail övladlarının önündə Rəbbin məhv etdiyi millətlərdən də çox pis işlər etmək üçün Menaşşe onları yoldan çıxartdı.
ולא שמעו ויתעם מנשה לעשות את הרע מן הגוים אשר השמיד יהוה מפני בני ישראל
10 Rəbb Öz qulları peyğəmbərlər vasitəsilə dedi:
וידבר יהוה ביד עבדיו הנביאים לאמר
11 «Yəhuda padşahı Menaşşe bu iyrənc işləri etməklə özündən əvvəlki Emorluların etdiklərindən də çox pislik etdi və bütləri ilə Yəhudalılara da günah etdirdi.
יען אשר עשה מנשה מלך יהודה התעבות האלה--הרע מכל אשר עשו האמרי אשר לפניו ויחטא גם את יהודה בגלוליו
12 Buna görə də İsrailin Allahı Rəbb belə deyir: “Mən Yerusəlimin və Yəhudanın üzərinə elə bir bəla gətirəcəyəm ki, bunu eşidən hər kəsin qulaqları cingildəyəcək.
לכן כה אמר יהוה אלהי ישראל הנני מביא רעה על ירושלם ויהודה אשר כל שמעיו (שמעה)--תצלנה שתי אזניו
13 Samariyanı ölçdüyüm ipi və Axav nəslinin üstünə çəkdiyim şaqulu Yerusəlimin üzərinə də çəkəcəyəm. Bir nəfər boşqabı necə silib üzüstə çevirirsə, Mən də Yerusəlimi elə siləcəyəm.
ונטיתי על ירושלם את קו שמרון ואת משקלת בית אחאב ומחיתי את ירושלם כאשר ימחה את הצלחת מחה והפך על פניה
14 İrsimin qalanlarından üz döndərəcəyəm, onları düşmənlərinə təslim edəcəyəm və düşmənləri onları soyub talan edəcək.
ונטשתי את שארית נחלתי ונתתים ביד איביהם והיו לבז ולמשסה לכל איביהם
15 Çünki gözümdə pis olan işlər edirdilər və ataları Misirdən çıxdıqları gündən bu günə qədər Məni qəzəbləndirirdilər”».
יען אשר עשו את הרע בעיני ויהיו מכעסים אתי--מן היום אשר יצאו אבותם ממצרים ועד היום הזה
16 Menaşşe Rəbbin gözündə pis olan işlər edərək Yəhudalılara etdirdiyi günahdan başqa çoxlu günahsız qan töküb Yerusəlimi başdan-başa qana buladı.
וגם דם נקי שפך מנשה הרבה מאד עד אשר מלא את ירושלם פה לפה--לבד מחטאתו אשר החטיא את יהודה לעשות הרע בעיני יהוה
17 Menaşşenin qalan işləri, etdiyi hər şey və elədiyi günah barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
ויתר דברי מנשה וכל אשר עשה וחטאתו אשר חטא הלא הם כתובים על ספר דברי הימים--למלכי יהודה
18 Menaşşe ataları ilə uyudu və öz sarayının bağçasında – Uzza bağçasında basdırıldı. Onun yerinə oğlu Amon padşah oldu.
וישכב מנשה עם אבתיו ויקבר בגן ביתו בגן עזא וימלך אמון בנו תחתיו
19 Amon padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə iki il padşahlıq etdi. Anası Yotvalı Xarusun qızı olub adı Meşullemet idi.
בן עשרים ושתים שנה אמון במלכו ושתים שנים מלך בירושלם ושם אמו משלמת בת חרוץ מן יטבה
20 O, atası Menaşşenin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
ויעש הרע בעיני יהוה כאשר עשה מנשה אביו
21 Atasının yolu ilə gedib onun qulluq etdiyi bütlərə səcdə və qulluq etdi.
וילך בכל הדרך אשר הלך אביו ויעבד את הגללים אשר עבד אביו וישתחו להם
22 Atalarının Allahı Rəbbi tərk etdi və Rəbbin yolu ilə getmədi.
ויעזב את יהוה אלהי אבתיו ולא הלך בדרך יהוה
23 Amonun əyanları ona qəsd hazırladılar və padşahı sarayında öldürdülər.
ויקשרו עבדי אמון עליו וימיתו את המלך בביתו
24 Ölkə xalqı padşah Amona qəsd hazırlayanların hamısını qırdı və onun yerinə oğlu Yoşiyanı padşah etdi.
ויך עם הארץ את כל הקשרים על המלך אמון וימליכו עם הארץ את יאשיהו בנו תחתיו
25 Amonun qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
ויתר דברי אמון אשר עשה הלא הם כתובים על ספר דברי הימים--למלכי יהודה
26 O, Uzza bağçasında, öz qəbrində basdırıldı. Onun yerinə oğlu Yoşiya padşah oldu.
ויקבר אתו בקברתו בגן עזא וימלך יאשיהו בנו תחתיו

< Ikinci Padşahlar 21 >