< Ikinci Padşahlar 19 >

1 Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi.
And it came to pass, when king Hezekiah heard it, that he rent his clothes, and covered himself with sackcloth, and went into the house of the LORD.
2 O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi.
And he sent Eliakim, which was over the household, and Shebna the scribe, and the elders of the priests, covered with sackcloth, to Isaiah the prophet the son of Amoz.
3 Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulması vaxtı çatıb, ancaq doğmağa güc yoxdur.
And they said unto him, Thus says Hezekiah, This day is a day of trouble, and of rebuke, and blasphemy; for the children are come to the birth, and there is not strength to bring forth.
4 Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin bütün sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”».
It may be the LORD your God will hear all the words of Rabshakeh, whom the king of Assyria his master has sent to reproach the living God; and will reprove the words which the LORD your God has heard: wherefore lift up your prayer for the remnant that are left.
5 Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə
So the servants of king Hezekiah came to Isaiah.
6 Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma.
And Isaiah said unto them, Thus shall all of you say to your master, Thus says the LORD, Be not afraid of the words which you have heard, with which the servants of the king of Assyria have blasphemed me.
7 Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”».
Behold, I will send a blast upon him, and he shall hear a rumour, and shall return to his own land; and I will cause him to fall by the sword in his own land.
8 Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi.
So Rabshakeh returned, and found the king of Assyria warring against Libnah: for he had heard that he was departed from Lachish.
9 Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O, Xizqiyanın yanına yenidən qasidlər göndərib dedi:
And when he heard say of Tirhakah king of Ethiopia, Behold, he has come out to fight against you: he sent messengers again unto Hezekiah, saying,
10 «Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın.
Thus shall all of you speak to Hezekiah king of Judah, saying, Let not your God in whom you trust deceive you, saying, Jerusalem shall not be delivered into the hand of the king of Assyria.
11 Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi?
Behold, you have heard what the kings of Assyria have done to all lands, by destroying them utterly: and shall you be delivered?
12 Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardımı?
Have the gods of the nations delivered them which my fathers have destroyed; as Gozan, and Haran, and Rezeph, and the children of Eden which were in Thelasar?
13 Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”»
Where is the king of Hamath, and the king of Arpad, and the king of the city of Sepharvaim, of Hena, and Ivah?
14 Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi.
And Hezekiah received the letter of the hand of the messengers, and read it: and Hezekiah went up into the house of the LORD, and spread it before the LORD.
15 Xizqiya Rəbbin önündə dua edib dedi: «Ey keruvlar üstündə əyləşən İsrailin Allahı Rəbb! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan.
And Hezekiah prayed before the LORD, and said, O LORD God of Israel, which dwell between the cherubims, you are the God, even you alone, of all the kingdoms of the earth; you have made heaven and earth.
16 Ya Rəbb, qulağın eşitsin, gözün görsün, Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi sözlərə qulaq as.
LORD, bow down your ear, and hear: open, LORD, your eyes, and see: and hear the words of Sennacherib, which has sent him to reproach the living God.
17 Ya Rəbb, doğrudur, Aşşur padşahları millətləri və onların torpaqlarını talan etdilər,
Truthfully, LORD, the kings of Assyria have destroyed the nations and their lands,
18 allahlarını oda atıb məhv etdilər. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdilər.
And have cast their gods into the fire: for they were no gods, but the work of men's hands, wood and stone: therefore they have destroyed them.
19 Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsinlər ki, ya Rəbb, Sən, yalnız Sən Allahsan!»
Now therefore, O LORD our God, I plead to you, save you us out of his hand, that all the kingdoms of the earth may know that you are the LORD God, even you only.
20 Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə etdiyin duanı eşitdim”.
Then Isaiah the son of Amoz sent to Hezekiah, saying, Thus says the LORD God of Israel, That which you have prayed to me against Sennacherib king of Assyria I have heard.
21 Onun haqqında Rəbbin söylədiyi söz budur: “Bakirə Sion qızı Sənə xor baxıb lağ edir, Yerusəlim qızı Sənin arxanca başını bulayır.
This is the word that the LORD has spoken concerning him; The virgin the daughter of Zion has despised you, and laughed you to scorn; the daughter of Jerusalem has shaken her head at you.
22 Kimi söyüb küfr etdin? Kimə qarşı səsini qaldırdın? Kimə lovğalıqla baxdın? İsrailin Müqəddəsinə!
Whom have you reproached and blasphemed? and against whom have you exalted your voice, and lifted up your eyes on high? even against the Holy One of Israel.
23 Qasidlərinin vasitəsilə Rəbbi təhqir edib dedin: ‹Çoxlu döyüş arabalarımla Dağların zirvəsinə, Livanın ən uca yerlərinə çıxdım. Uca sidr ağaclarını, Gözəl sərv ağaclarını kəsdim, Ən son məskəninə, Yaşıl meşələrinə girdim.
By your messengers you have reproached the LORD, and have said, With the multitude of my chariots I am come up to the height of the mountains, to the sides of Lebanon, and will cut down the tall cedar trees thereof, and the choice fir trees thereof: and I will enter into the lodgings of his borders, and into the forest of his Carmel.
24 Quyu qazdım və özgə sularını içdim, Misirin bütün çaylarını ayağımla qurutdum›.
I have dug and drunk strange waters, and with the sole of my feet have I dried up all the rivers of besieged places.
25 Məgər eşitməmisən ki, Mən çoxdan bu işi hazırladım, Qədimdən bəri müəyyən etdiyimi İndi yerinə yetirirəm ki, Sən qalalı şəhərləri dağıdıb Viranəliyə çevirəsən.
Have you not heard long ago how I have done it, and of ancient times that I have formed it? now have I brought it to pass, that you should be to lay waste fenced cities into ruinous heaps.
26 Bu şəhərlərin sakinləri zəiflədi, Çaşqınlığa və xəcalətə düşdülər. Yetişməmişdən əvvəl yandırılan Çöl otu, göyərti və damda bitən ot kimi oldular.
Therefore their inhabitants were of small power, they were dismayed and confounded; they were as the grass of the field, and as the green herb, as the grass on the house tops, and as corn blasted before it be grown up.
27 Sənin oturuşunu, Girişini-çıxışını, Mənə qarşı hiddətini bilirəm.
But I know your abode, and your going out, and your coming in, and your rage against me.
28 Mənə qarşı hiddətləndiyinə görə, Lovğalığın qulağıma çatdığına görə Halqamı burnuna və yüyənimi ağzına taxacağam, Səni gəldiyin yolla geri qaytaracağam.
Because your rage against me and your tumult has come up into mine ears, therefore I will put my hook in your nose, and my bridle in your lips, and I will turn you back by the way by which you came.
29 Ancaq sənin üçün əlamət budur, ey Xizqiya! Bu il və gələn il özü yetişən barını, Üçüncü il isə taxıl zəmilərini, Üzüm bağları salıb onların bəhrəsini yeyin.
And this shall be a sign unto you, All of you shall eat this year such things as grow of themselves, and in the second year that which springs of the same; and in the third year sow all of you, and reap, and plant vineyards, and eat the fruits thereof.
30 Yəhuda nəslindən xilas olub qalanlar Yenə aşağıya doğru kök atacaqlar, Yuxarıya doğru bəhrə verəcəklər.
And the remnant that is escaped of the house of Judah shall yet again take root downward, and bear fruit upward.
31 Çünki qalanlar Yerusəlimdən, Xilas olanlar Sion dağından çıxacaqlar. Rəbbin qeyrəti bunu edəcək”.
For out of Jerusalem shall go forth a remnant, and they that escape out of mount Zion: the zeal of the LORD of hosts shall do this.
32 Buna görə Aşşur padşahı barədə Rəbb belə deyir: “O bu şəhərə girməyəcək, Oraya ox atmayacaq, Qarşısına qalxanla çıxmayacaq, Qala önündə torpaq qalağı qurmayacaq.
Therefore thus says the LORD concerning the king of Assyria, He shall not come into this city, nor shoot an arrow there, nor come before it with shield, nor cast a bank against it.
33 Ancaq gəldiyi yolla geri qayıdacaq, Bu şəhərə girməyəcək” Rəbb belə bəyan edir.
By the way that he came, by the same shall he return, and shall not come into this city, says the LORD.
34 “Mən bu şəhəri Özüm üçün, Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”».
For I will defend this city, to save it, for mine own sake, and for my servant David's sake.
35 O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb.
And it came to pass that night, that the angel of the LORD went out, and stroke in the camp of the Assyrians an hundred fourscore and five thousand: and when they arose early in the morning, behold, they were all dead corpses.
36 Aşşur padşahı Sanxeriv geri çəkilib getdi və Ninevada qaldı.
So Sennacherib king of Assyria departed, and went and returned, and dwelt at Nineveh.
37 O öz allahı Nisrokun məbədində səcdə edərkən oğulları Adrammelek və Şareser onu qılıncla öldürdülər və Urartu ölkəsinə qaçdılar. Sanxerivin yerinə oğlu Esar-Xaddon padşah oldu.
And it came to pass, as he was worshipping in the house of Nisroch his god, that Adrammelech and Sharezer his sons stroke him with the sword: and they escaped into the land of Armenia. And Esarhaddon his son reigned in his position.

< Ikinci Padşahlar 19 >