< Ikinci Padşahlar 17 >

1 Yəhuda padşahı Axazın padşahlığının on ikinci ilində Ela oğlu Huşə Samariyada İsrail üzərində padşah oldu və doqquz il padşahlıq etdi.
猷大王阿哈次十二年,厄拉的兒子曷舍亞在撒瑪黎雅登極為以色列王,在位凡九年。
2 O, Rəbbin gözündə pis olan işlər etdi, ancaq özündən əvvəlki İsrail padşahları kimi deyildi.
他行了上主視為惡的事,但不像他以前的以色列列王。
3 Aşşur padşahı Şalmaneser Huşənin üstünə hücum etmişdi və Huşə ona tabe olub xərac vermişdi.
亞述王沙耳瑪乃色上來攻打曷舍亞,他便向亞述王稱臣納貢。
4 Amma Aşşur padşahı Huşənin xəyanət etdiyini gördü, çünki o həm Misir padşahı Sonun yanına qasidlər göndərmişdi, həm də hər il olduğu kimi Aşşur padşahına xərac verməmişdi. Buna görə də Aşşur padşahı onu tutub zindana saldı.
後來亞述王發覺曷舍亞企圖造反。原來曷舍亞曾派使者去見埃及王索阿,就不再向亞述王每年納貢,所以亞述王將他拘捕,囚在監裡。
5 Aşşur padşahı bütün ölkəyə hücum etdi. O, Samariyaya yaxınlaşdı və oranı üç il mühasirədə saxladı.
隨後,亞述王進軍侵入全國,直逼撒瑪黎雅,圍攻了三年。
6 Huşənin padşahlığının doqquzuncu ilində Aşşur padşahı Samariyanı aldı və İsrailliləri Aşşur torpağına sürgün etdi. Onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi.
曷舍亞九年,亞述王攻陷了撒瑪黎雅,把以色列人擄往亞述,把他們安置在哈拉黑和靠近哥倉河的哈波爾,以及瑪待各城。
7 Bu iş ona görə İsrail övladlarının başına gəldi ki, onları Misir padşahı fironun əsarəti altından, Misir torpağından çıxaran özlərinin Allahı Rəbbə qarşı günah etmişdilər. İsrail övladları başqa allahlara səcdə etmişdilər.
這是因為以色列子民犯罪,得罪了領他們離開埃及地,擺脫埃及王法郎之手的上主,他們的天主,而去敬拜了別的神,
8 Onların önündən Rəbbin qovduğu millətlərin adətlərinə və İsrail padşahlarının qoyduğu qanunlara görə davranmışdılar.
隨從了上主由以色列子民面前,所驅逐的異民的習俗,和以色列列王所規定的律例。
9 Gizlində özlərinin Allahı Rəbbə qarşı doğru olmayan işlər etmişdilər. Məskən saldıqları hər yerdə keşikçi qülləsindən qalalı şəhərə qədər özləri üçün səcdəgahlar tikmişdilər.
以色列子民作了不義的事,得罪了上主他們的天主:在他們所有的城中,從守望台直到設防的城,到處建有高丘;
10 Hər hündür təpənin üstündə, hər kölgəli ağacın altında sütunlar və Aşera bütləri qoymuşdular.
在各高崗上,在所有的綠樹下,豎有石柱和木偶;
11 Onların önündən Rəbbin qovduğu millətlərin etdiyi kimi bütün bu səcdəgahlarda buxur yandırmış və pis işlər görüb Rəbbi qəzəbləndirmişdilər.
在高丘上,依照上主從他們面前所驅逐的異民的習俗,焚香獻祭,作惡激怒上主;
12 Rəbb onlara «belə etməyin» söylədiyinə baxmayaraq, onlar bütlərə qulluq etmişdilər.
又敬拜偶像,雖然天主曾明明吩咐他們說:你們不可行這樣的事!
13 Rəbb bütün peyğəmbərləri və görücüləri vasitəsilə İsraillilərə və Yəhudalılara xəbərdarlıq edib demişdi: «Pis yolunuzdan dönün. Atalarınıza buyurduğum və qullarım peyğəmbərlər vasitəsilə sizə öyrətdiyim Qanunda olan bütün əmrlərimə və qanunlarıma əməl edin».
上主曾藉眾先知和先見者警告以色列和猶大說:「你們應離棄你們的邪道,按照我給你們祖先所規定的,藉我的僕人,眾先知給你們傳授的一切法律,遵守我的誡命和我的法令。」
14 Ancaq onlar bu sözlərə qulaq asmamışdılar və iman etməyən ataları kimi özlərinin Allahı Rəbbə boyun əyməmişdilər.
他們卻不聽從,如同他們的祖先一樣執拗,不肯相信上主他們的天主,
15 Onun qanunlarını, ataları ilə bağladığı əhdini və onlara etdiyi xəbərdarlıqları rədd etmişdilər. Boş şey dalınca gedib boş adamlar olmuşdular. Rəbb «ətrafınızdakı millətlər kimi etməyin» deyib əmr etdiyi halda onlar kimi davranmışdılar.
拒絕了上主的法律和他與他們祖先所訂立的盟約,以及對他們所發出的警告;隨從他們四周上主曾命令他們不可效法的異民,追求虛無,自己成為虛無;
16 Özlərinin Allahı Rəbbin bütün əmrlərindən üz döndərib iki tökmə dana bütü və Aşera bütü düzəltmişdilər, bütün səma cisimlərinə səcdə etmişdilər və Baala qulluq etmişdilər.
拋棄了上主他們天主的一切命令,為自己鑄造神像,即兩個牛犢,製造木偶,敬拜天上萬象,事奉巴耳,
17 Oğullarını və qızlarını oda qurban vermişdilər, falçılıq və baxıcılıq etmişdilər. Rəbbin gözündə pis olan işlərə özlərini təslim edib Onu qəzəbləndirmişdilər.
使兒女經火獻神,行占卜和法術,出賣自己,行上主視為惡的事,激怒上主;
18 Buna görə də Rəbb İsraillilərə qəzəblənib onlardan üz döndərdi. Yalnız Yəhuda qəbiləsindən başqa heç biri qalmadı.
因此,上主對以色列大發憤怒,將他們從自己面前趕走,只留下了猶大支派。
19 Yəhudalılar da özlərinin Allahı Rəbbin əmrlərinə əməl etməmişdilər və İsraillilərin qoyduğu adətlərlə davranmışdılar.
但是,猶大也沒有遵守上主,他們天主的命令,反而也隨從了以色列所行的習俗。
20 Rəbb bütün İsrail nəslindən üz döndərərək onları alçaldıb soyğunçulara təslim etdi və nəhayət, onları hüzurundan kənara atdı.
為此,上主拋棄了以色列所有的後裔,使他們受壓迫,任人宰割,終於將他們從自己面前趕走。
21 Rəbb İsraili Davud sülaləsindən alıb ayırmışdı və İsraillilər Nevat oğlu Yarovamı padşah etmişdilər. Yarovam onları Rəbbin yolundan azdırmışdı və onlara böyük günahlar etdirmişdi.
的確,自從上主使以色列與達味家分裂以後,以色列便立了乃巴特的兒子雅洛貝罕為王;雅洛貝罕即引以色列遠離了上主,使他們陷於重罪。
22 İsrail övladları Yarovamın etdiyi bütün günahlara görə davranmışdılar və bu günahlardan əl çəkməmişdilər.
以色列子民遂追隨雅洛貝罕所犯的一切罪惡,始終沒有離開,
23 Rəbb Öz qulu olan bütün peyğəmbərlər vasitəsilə söylədiyi kimi, nəhayət, İsraillilərdən üz döndərdi. Onlar öz torpaqlarından Aşşur torpağına sürgün olundular və bu günə qədər belədir.
直到上主將以色列從自己面前趕走,正如上主藉自己的僕人眾先知所說的話。因此,以色列由本國被擄往亞述,直到今日。
24 Aşşur padşahı Babildən, Kutadan, Avvadan, Xamatdan və Sefarvayimdən adamlar gətirib İsrail övladlarının yerinə Samariyanın şəhərlərində yerləşdirdi. Onlar Samariyaya sahib oldular və oranın şəhərlərində yaşadılar.
亞術王從巴比倫、雇特、阿瓦、哈瑪特和色法瓦因徙置一些人民,住在撒瑪黎雅各城,以代替以色列人;這些人佔據了撒瑪黎雅,就住在各城內。
25 Onlar orada yaşamağa başlayanda Rəbbə sitayiş etmirdilər. Rəbb də üstlərinə şirlər göndərdi və şirlər onları öldürməyə başladı.
他們起初住在那裡的時候,因為不敬畏上主,所以上主打發獅子來,咬死了他們一些人。
26 Onlar Aşşur padşahına dedilər: «Sürgün edib Samariyanın şəhərlərində yerləşdirdiyin millətlər bu ölkə Allahının adətlərini bilmirlər. O Allah da üstlərinə şirlər göndərdi və şirlər onları öldürür, çünki bu adamlar ölkə Allahının adətlərini bilmirlər».
有人報告亞述王說:「你在撒瑪黎雅各城徙置的人民,不知敬拜土神的禮儀,因此那神打發獅子來咬死了他們一些人,因為他們不知敬拜土神的禮儀。」
27 Aşşur padşahı əmr edib dedi: «Oradan sürgün etdiyiniz kahinlərdən birini geri qaytarın, adamları ilə gedib orada yaşasın və ölkə Allahının adətlərini onlara öyrətsin».
亞述王於是下令說:「你們叫一個從撒瑪黎雅擄來的司祭回去,住在那裡,教給他們敬拜土神的禮儀。」
28 Samariyadan sürgün etdikləri kahinlərdən biri gəlib Bet-Eldə yaşadı və Rəbbə necə sitayiş etməyi onlara öyrətməyə başladı.
於是,有一個從撒瑪黎雅擄去的司祭回來,住在貝特耳,教給他們該怎麼敬拜雅威。
29 Ancaq hər millət öz allahının bütünü düzəltdi. Onları yaşadıqları şəhərlərdə Samariyalıların səcdəgahlarda tikdikləri məbədlərə qoydular:
雖然如此,各個民族仍然製造自己的神,供在撒瑪黎雅人所建築的高丘上的廟宇中;各個民族在自己所住的城內,供著自己的神。
30 Babillilər Sukkot-Benot bütünü, Kutalılar Nerqal bütünü, Xamatlılar Aşima bütünü,
巴比倫人製造了穌苛特貝諾特,雇特人製造了乃爾加耳,哈瑪特人製造了阿史瑪,
31 Avvalılar Nivxaz və Tartaq bütlərini düzəltdilər. Sefarvayimlilər isə oğullarını Sefarvayim allahları Adrammelek və Anammelek üçün odda yandırırdılar.
阿瓦人製造了尼貝哈次和塔爾塔克,色法瓦因人使兒女經火,獻於色法瓦因的神阿德辣默肋客和阿納默肋客;
32 Onlar Rəbbə də sitayiş edirdilər. Səcdəgahların məbədlərində xidmət etmək üçün öz aralarından kahinlər seçib qoydular.
同時他們也敬拜上主,從自己中間選派一些人作高丘上的司祭,在高丘上的廟宇內自己獻祭。
33 Onlar həm Rəbbə, həm də aralarından sürgün olunduqları millətlərin adətlərinə görə öz allahlarına sitayiş edirdilər.
這樣,他們也敬拜上主,也奉事自己的神,從那一國徙置而來的,就照那一國的禮儀。
34 Onlar bu günə qədər də əvvəlki adətlərinə görə davranırlar və Rəbbə sitayiş etmirlər, adını İsrail qoyduğu Yaqubun nəslinə Rəbbin buyurduğu qaydalara, hökmlərə, qanunlara və əmrlərə əməl etmirlər.
直到今日,他們仍然依照先前的禮儀而行。雅各伯──上主給他改名為以色列──的子孫,也不全心敬畏上主,也不按照上主給他們所立的條例、禮儀、法律和誡命而行。
35 Rəbb Yaqub övladları ilə əhd etmişdi və onlara əmr edib demişdi: «Başqa allahlara sitayiş və səcdə etməyin, onlara qulluq edib qurban gətirməyin.
上主曾與他們立約,吩咐他們說:「你們不可敬拜別的神,也不可跪拜,也不可事奉,也不可向他們獻祭;
36 Ancaq böyük qüdrəti və uzatdığı əli ilə sizi Misir torpağından çıxaran Rəbbə sitayiş və səcdə edin, Ona qurban gətirin.
只應敬拜那以強力和伸展的手臂,領你們離開埃地的上主,只應向他跪拜,向他獻祭。
37 Sizin üçün yazdığı qaydalara, hökmlərə, qanunlara və əmrlərə həmişə diqqətlə əməl edin və başqa allahlara sitayiş etməyin.
我為你們寫定的條例、禮儀、法律和誡命,要時常謹守遵行,不可敬拜別的神。
38 Sizinlə bağladığım əhdi unutmayın. Başqa allahlara deyil,
我與你們立的盟約,不要忘記,也不要敬拜別的神,
39 yalnız Allahınız Rəbbə sitayiş etsəniz, O sizi bütün düşmənlərinizin əlindən qurtarar».
只應敬拜上主你們的天主,他必拯救你們脫離你們一切仇敵的權勢。」
40 Ancaq onlar bu sözlərə qulaq asmadılar və bu günə qədər də özlərinin əvvəlki adətlərinə görə davranırlar.
然而,他們不聽,仍然依照他們先前的禮儀而行。
41 Beləcə bu millətlər həm Rəbbə, həm də öz bütlərinə sitayiş edirdilər. Ataları necə edirdisə, oğulları və nəvələri də bu günə qədər belə edirlər.
這樣,這些人民敬拜上主,又事奉他們的雕像;他們的子子孫孫也是如此:祖先怎樣行,子孫也怎樣行,直到今日。

< Ikinci Padşahlar 17 >