< Ikinci Padşahlar 15 >

1 İsrail padşahı Yarovamın padşahlığının iyirmi yeddinci ilində Yəhuda padşahı Amasyanın oğlu Azarya padşah oldu.
בשנת עשרים ושבע שנה לירבעם מלך ישראל מלך עזריה בן אמציה מלך יהודה׃
2 O padşah olduğu vaxt on altı yaşında idi və Yerusəlimdə əlli iki il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yekolya idi.
בן שש עשרה שנה היה במלכו וחמשים ושתים שנה מלך בירושלם ושם אמו יכליהו מירושלם׃
3 Azarya atası Amasyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.
ויעש הישר בעיני יהוה ככל אשר עשה אמציהו אביו׃
4 Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.
רק הבמות לא סרו עוד העם מזבחים ומקטרים בבמות׃
5 Rəbb padşaha bəla göndərdi, o, ölüm gününə qədər cüzamlı oldu. Padşah başqa bir evdə yaşayırdı. Onun oğlu Yotam isə saraya başçılıq edərək ölkə xalqına hökm edirdi.
וינגע יהוה את המלך ויהי מצרע עד יום מתו וישב בבית החפשית ויותם בן המלך על הבית שפט את עם הארץ׃
6 Azaryanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
ויתר דברי עזריהו וכל אשר עשה הלא הם כתובים על ספר דברי הימים למלכי יהודה׃
7 Azarya ataları ilə uyudu və onu Davudun şəhərində, atalarının yanında basdırdılar. Onun yerinə oğlu Yotam padşah oldu.
וישכב עזריה עם אבתיו ויקברו אתו עם אבתיו בעיר דוד וימלך יותם בנו תחתיו׃
8 Yəhuda padşahı Azaryanın padşahlığının otuz səkkizinci ilində Yarovam oğlu Zəkəriyyə Samariyada İsrail üzərində padşah oldu və altı ay padşahlıq etdi.
בשנת שלשים ושמנה שנה לעזריהו מלך יהודה מלך זכריהו בן ירבעם על ישראל בשמרון ששה חדשים׃
9 O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
ויעש הרע בעיני יהוה כאשר עשו אבתיו לא סר מחטאות ירבעם בן נבט אשר החטיא את ישראל׃
10 Yaveş oğlu Şallum ona qəsd hazırladı, onu xalqın qabağında vurub öldürdü və yerinə padşah oldu.
ויקשר עליו שלם בן יבש ויכהו קבל עם וימיתהו וימלך תחתיו׃
11 Zəkəriyyənin qalan işləri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
ויתר דברי זכריה הנם כתובים על ספר דברי הימים למלכי ישראל׃
12 Rəbbin Yehuya «dördüncü nəslinə qədər sənin övladların İsrail taxtında oturacaqlar» deyə söylədiyi sözə görə belə oldu.
הוא דבר יהוה אשר דבר אל יהוא לאמר בני רביעים ישבו לך על כסא ישראל ויהי כן׃
13 Yəhuda padşahı Uzziyanın padşahlığının otuz doqquzuncu ilində Yaveş oğlu Şallum padşah oldu və Samariyada bir ay padşahlıq etdi.
שלום בן יביש מלך בשנת שלשים ותשע שנה לעזיה מלך יהודה וימלך ירח ימים בשמרון׃
14 Qadi oğlu Menaxem Tirsadan çıxıb Samariyaya gəldi. Samariyada Yaveş oğlu Şallumu vurub öldürdü və yerinə padşah oldu.
ויעל מנחם בן גדי מתרצה ויבא שמרון ויך את שלום בן יביש בשמרון וימיתהו וימלך תחתיו׃
15 Şallumun qalan işləri və necə qəsd hazırladığı barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
ויתר דברי שלום וקשרו אשר קשר הנם כתבים על ספר דברי הימים למלכי ישראל׃
16 O vaxt Menaxem Tirsadan çıxıb Tifsahda və onun ətrafında yaşayanların hamısını qırdı. Darvazaları onun üzünə açmadıqlarına görə onları məhv etdi və orada olan bütün hamilə qadınları doğradı.
אז יכה מנחם את תפסח ואת כל אשר בה ואת גבוליה מתרצה כי לא פתח ויך את כל ההרותיה בקע׃
17 Yəhuda padşahı Azaryanın padşahlığının otuz doqquzuncu ilində Qadi oğlu Menaxem İsrail üzərində padşah oldu və Samariyada on il padşahlıq etdi.
בשנת שלשים ותשע שנה לעזריה מלך יהודה מלך מנחם בן גדי על ישראל עשר שנים בשמרון׃
18 O, Rəbbin gözündə pis olan işlər etdi və bütün ömrü boyu Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
ויעש הרע בעיני יהוה לא סר מעל חטאות ירבעם בן נבט אשר החטיא את ישראל כל ימיו׃
19 Aşşur padşahı Pul ölkəyə hücum etdi. Menaxem ona min talant gümüş verdi ki, padşahlığını möhkəmləndirmək üçün Pul onunla müttəfiq olsun.
בא פול מלך אשור על הארץ ויתן מנחם לפול אלף ככר כסף להיות ידיו אתו להחזיק הממלכה בידו׃
20 Menaxem Aşşur padşahına vermək üçün İsrailin varlı adamlarının hamısından gümüş yığdı, onların hər birindən əlli şekel gümüş aldı. Onda Aşşur padşahı bu ölkədə qalmayıb geri qayıtdı.
ויצא מנחם את הכסף על ישראל על כל גבורי החיל לתת למלך אשור חמשים שקלים כסף לאיש אחד וישב מלך אשור ולא עמד שם בארץ׃
21 Menaxemin qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
ויתר דברי מנחם וכל אשר עשה הלוא הם כתובים על ספר דברי הימים למלכי ישראל׃
22 Menaxem ataları ilə uyudu və yerinə oğlu Peqahya padşah oldu.
וישכב מנחם עם אבתיו וימלך פקחיה בנו תחתיו׃
23 Yəhuda padşahı Azaryanın padşahlığının əllinci ilində Menaxem oğlu Peqahya Samariyada İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi.
בשנת חמשים שנה לעזריה מלך יהודה מלך פקחיה בן מנחם על ישראל בשמרון שנתים׃
24 O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
ויעש הרע בעיני יהוה לא סר מחטאות ירבעם בן נבט אשר החטיא את ישראל׃
25 Peqahyanın mühafizəçilər rəisi Remalya oğlu Peqah ona qəsd hazırladı, Gileadlılardan əlli nəfərin köməyi ilə Samariyada sarayın qalasında onu Arqov və Arye ilə birgə vurub öldürdü və onun yerinə padşah oldu.
ויקשר עליו פקח בן רמליהו שלישו ויכהו בשמרון בארמון בית מלך את ארגב ואת האריה ועמו חמשים איש מבני גלעדים וימיתהו וימלך תחתיו׃
26 Peqahyanın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
ויתר דברי פקחיה וכל אשר עשה הנם כתובים על ספר דברי הימים למלכי ישראל׃
27 Yəhuda padşahı Azaryanın padşahlığının əlli ikinci ilində Remalya oğlu Peqah Samariyada İsrail üzərində padşah oldu və iyirmi il padşahlıq etdi.
בשנת חמשים ושתים שנה לעזריה מלך יהודה מלך פקח בן רמליהו על ישראל בשמרון עשרים שנה׃
28 O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
ויעש הרע בעיני יהוה לא סר מן חטאות ירבעם בן נבט אשר החטיא את ישראל׃
29 İsrail padşahı Peqahın dövründə Aşşur padşahı Tiqlat-Pileser gəlib İyonu, Avel-Bet-Maakanı, Yanoahı, Qedeşi, Xasoru, Gileadı, Qalileyanı və bütün Naftali torpağını tutdu, əhalisini də Aşşura sürgün etdi.
בימי פקח מלך ישראל בא תגלת פלאסר מלך אשור ויקח את עיון ואת אבל בית מעכה ואת ינוח ואת קדש ואת חצור ואת הגלעד ואת הגלילה כל ארץ נפתלי ויגלם אשורה׃
30 Ela oğlu Huşə Remalya oğlu Peqaha qəsd hazırladı, onu vurub öldürdü və Uzziya oğlu Yotamın padşahlığının iyirminci ilində onun yerinə padşah oldu.
ויקשר קשר הושע בן אלה על פקח בן רמליהו ויכהו וימיתהו וימלך תחתיו בשנת עשרים ליותם בן עזיה׃
31 Peqahın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
ויתר דברי פקח וכל אשר עשה הנם כתובים על ספר דברי הימים למלכי ישראל׃
32 İsrail padşahı Remalya oğlu Peqahın padşahlığının ikinci ilində Uzziya oğlu Yotam Yəhuda üzərində padşah oldu.
בשנת שתים לפקח בן רמליהו מלך ישראל מלך יותם בן עזיהו מלך יהודה׃
33 O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoq qızı Yeruşa idi.
בן עשרים וחמש שנה היה במלכו ושש עשרה שנה מלך בירושלם ושם אמו ירושא בת צדוק׃
34 Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.
ויעש הישר בעיני יהוה ככל אשר עשה עזיהו אביו עשה׃
35 Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. O, Rəbbin məbədinin yuxarı darvazasını düzəltdi.
רק הבמות לא סרו עוד העם מזבחים ומקטרים בבמות הוא בנה את שער בית יהוה העליון׃
36 Yotamın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
ויתר דברי יותם אשר עשה הלא הם כתובים על ספר דברי הימים למלכי יהודה׃
37 Rəbb o dövrdə Aram padşahı Resini və Remalya oğlu Peqahı Yəhudalıların üstünə göndərməyə başladı.
בימים ההם החל יהוה להשליח ביהודה רצין מלך ארם ואת פקח בן רמליהו׃
38 Yotam ataları ilə uyudu və babası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Axaz padşah oldu.
וישכב יותם עם אבתיו ויקבר עם אבתיו בעיר דוד אביו וימלך אחז בנו תחתיו׃

< Ikinci Padşahlar 15 >