< Ikinci Padşahlar 12 >

1 Yehunun padşahlığının yeddinci ilində Yoaş padşah oldu və Yerusəlimdə qırx il padşahlıq etdi. Anası Beer-Şevadan olub adı Sivya idi.
בִּשְׁנַת־שֶׁבַע לְיֵהוּא מָלַךְ יְהוֹאָשׁ וְאַרְבָּעִים שָׁנָה מָלַךְ בִּירֽוּשָׁלָ͏ִם וְשֵׁם אִמּוֹ צִבְיָה מִבְּאֵר שָֽׁבַע׃
2 Kahin Yehoyada Yoaşı öyrətdiyi dövr ərzində Rəbbin gözündə doğru olan işlər etdi.
וַיַּעַשׂ יְהוֹאָשׁ הַיָּשָׁר בְּעֵינֵי יְהוָה כָּל־יָמָיו אֲשֶׁר הוֹרָהוּ יְהוֹיָדָע הַכֹּהֵֽן׃
3 Ancaq səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.
רַק הַבָּמוֹת לֹא־סָרוּ עוֹד הָעָם מְזַבְּחִים וּֽמְקַטְּרִים בַּבָּמֽוֹת׃
4 Yoaş kahinlərə dedi: «Müqəddəs şeylər kimi Rəbbin məbədinə gətirilən gümüşü, siyahıyaalma zamanı toplanmış gümüşü, hər kəsin öz canı əvəzinə verdiyi gümüşü və Rəbbin məbədinə gətirmək üçün hər kəsin ürəyi istədiyi qədər verdiyi gümüşün hamısını
וַיֹּאמֶר יְהוֹאָשׁ אֶל־הַכֹּהֲנִים כֹּל כֶּסֶף הַקֳּדָשִׁים אֲשֶׁר־יוּבָא בֵית־יְהוָה כֶּסֶף עוֹבֵר אִישׁ כֶּסֶף נַפְשׁוֹת עֶרְכּוֹ כָּל־כֶּסֶף אֲשֶׁר יַֽעֲלֶה עַל לֶב־אִישׁ לְהָבִיא בֵּית יְהוָֽה׃
5 kahinlərin hər biri öz xəzinədarından götürsün və məbəddə harada uçuq bir yer varsa, o uçuqları özləri təmir etsin».
יִקְחוּ לָהֶם הַכֹּהֲנִים אִישׁ מֵאֵת מַכָּרוֹ וְהֵם יְחַזְּקוּ אֶת־בֶּדֶק הַבַּיִת לְכֹל אֲשֶׁר־יִמָּצֵא שָׁם בָּֽדֶק׃
6 Ancaq padşah Yoaşın padşahlığının iyirmi üçüncü ilində kahinlər hələ məbədin uçuqlarını təmir etməmişdilər.
וַיְהִי בִּשְׁנַת עֶשְׂרִים וְשָׁלֹשׁ שָׁנָה לַמֶּלֶךְ יְהוֹאָשׁ לֹֽא־חִזְּקוּ הַכֹּהֲנִים אֶת־בֶּדֶק הַבָּֽיִת׃
7 Padşah Yoaş kahin Yehoyadanı və o biri kahinləri çağırıb onlara dedi: «Nə üçün siz məbədin uçuqlarını təmir etmirsiniz? İndi daha xəzinədarlarınızdan özünüz üçün gümüş almayın, qoy bu gümüş məbədin uçuqlarının təmiri üçün verilsin».
וַיִּקְרָא הַמֶּלֶךְ יְהוֹאָשׁ לִיהוֹיָדָע הַכֹּהֵן וְלַכֹּהֲנִים וַיֹּאמֶר אֲלֵהֶם מַדּוּעַ אֵינְכֶם מְחַזְּקִים אֶת־בֶּדֶק הַבָּיִת וְעַתָּה אַל־תִּקְחוּ־כֶסֶף מֵאֵת מַכָּֽרֵיכֶם כִּֽי־לְבֶדֶק הַבַּיִת תִּתְּנֻֽהוּ׃
8 Kahinlər razı oldular ki, daha xalqdan gümüş almasınlar və məbədin uçuqlarını da özləri təmir etməsinlər.
וַיֵּאֹתוּ הַכֹּֽהֲנִים לְבִלְתִּי קְחַת־כֶּסֶף מֵאֵת הָעָם וּלְבִלְתִּי חַזֵּק אֶת־בֶּדֶק הַבָּֽיִת׃
9 Kahin Yehoyada bir sandıq götürdü və onun qapağında dəlik açdı. Onu qurbangahın yanına, Rəbbin məbədinə girən yerdə sağ tərəfə qoydu. Astana keşikçisi olan kahinlər Rəbbin məbədinə gətirilən gümüşün hamısını oraya qoyardı.
וַיִּקַּח יְהוֹיָדָע הַכֹּהֵן אֲרוֹן אֶחָד וַיִּקֹּב חֹר בְּדַלְתּוֹ וַיִּתֵּן אֹתוֹ אֵצֶל הַמִּזְבֵּחַ בימין מִיָּמִין בְּבֽוֹא־אִישׁ בֵּית יְהוָה וְנָֽתְנוּ־שָׁמָּה הַכֹּֽהֲנִים שֹׁמְרֵי הַסַּף אֶת־כָּל־הַכֶּסֶף הַמּוּבָא בֵית־יְהוָֽה׃
10 Sandıqda çoxlu gümüş olduğunu görəndə padşahın mirzəsi və baş kahin gələrək Rəbbin məbədində tapılan gümüşü torbalara doldurub tərəzidə çəkirdilər.
וַֽיְהִי כִּרְאוֹתָם כִּֽי־רַב הַכֶּסֶף בָּֽאָרוֹן וַיַּעַל סֹפֵר הַמֶּלֶךְ וְהַכֹּהֵן הַגָּדוֹל וַיָּצֻרוּ וַיִּמְנוּ אֶת־הַכֶּסֶף הַנִּמְצָא בֵית־יְהוָֽה׃
11 Çəkilən gümüşü Rəbbin məbədinin işinə nəzarət edən rəislərə verirdilər. Onlar da bunu Rəbbin məbədində işləyən dülgərlərə, ustalara,
וְנָתְנוּ אֶת־הַכֶּסֶף הַֽמְתֻכָּן עַל־יד יְדֵי עֹשֵׂי הַמְּלָאכָה הפקדים הַמֻּפְקָדִים בֵּית יְהוָה וַיּוֹצִיאֻהוּ לְחָרָשֵׁי הָעֵץ וְלַבֹּנִים הָעֹשִׂים בֵּית יְהוָֽה׃
12 bənnalara, daşyonanlara, Rəbbin məbədinin uçuqlarını təmir etmək üçün taxta və yonulmuş daşlar satın alan adamlara verir və məbədin bütün təmir işlərinə xərcləyirdilər.
וְלַגֹּֽדְרִים וּלְחֹצְבֵי הָאֶבֶן וְלִקְנוֹת עֵצִים וְאַבְנֵי מַחְצֵב לְחַזֵּק אֶת־בֶּדֶק בֵּית־יְהוָה וּלְכֹל אֲשֶׁר־יֵצֵא עַל־הַבַּיִת לְחָזְקָֽה׃
13 Ancaq Rəbbin məbədinə gətirilmiş gümüşdən məbəd üçün gümüş kasalar, maqqaşlar, piyalələr, kərənaylar və qızıl yaxud gümüş qablar düzəldilmirdi.
אַךְ לֹא יֵעָשֶׂה בֵּית יְהוָה סִפּוֹת כֶּסֶף מְזַמְּרוֹת מִזְרָקוֹת חֲצֹצְרוֹת כָּל־כְּלִי זָהָב וּכְלִי־כָסֶף מִן־הַכֶּסֶף הַמּוּבָא בֵית־יְהוָֽה׃
14 Çünki gümüşü iş görənlərə verirdilər və onunla Rəbbin məbədini təmir edirdilər.
כִּֽי־לְעֹשֵׂי הַמְּלָאכָה יִתְּנֻהוּ וְחִזְּקוּ־בוֹ אֶת־בֵּית יְהוָֽה׃
15 İş görənlərə vermək üçün əllərinə gümüş verdikləri adamlardan hesabat istəmirdilər, çünki onlar sədaqətlə çalışırdılar.
וְלֹא יְחַשְּׁבוּ אֶת־הָאֲנָשִׁים אֲשֶׁר יִתְּנוּ אֶת־הַכֶּסֶף עַל־יָדָם לָתֵת לְעֹשֵׂי הַמְּלָאכָה כִּי בֶאֱמֻנָה הֵם עֹשִֽׂים׃
16 Təqsir təqdimlərinin və günah təqdimlərinin gümüşü Rəbbin məbədinə gətirilmədi, çünki o, kahinlərin idi.
כֶּסֶף אָשָׁם וְכֶסֶף חַטָּאוֹת לֹא יוּבָא בֵּית יְהוָה לַכֹּהֲנִים יִהְיֽוּ׃
17 O vaxt Aram padşahı Xazael gəldi və Qata hücum edib oranı aldı. Sonra o, Yerusəlimə hücum etməyə yönəldi.
אָז יַעֲלֶה חֲזָאֵל מֶלֶךְ אֲרָם וַיִּלָּחֶם עַל־גַּת וַֽיִּלְכְּדָהּ וַיָּשֶׂם חֲזָאֵל פָּנָיו לַעֲלוֹת עַל־יְרוּשָׁלָֽ͏ִם׃
18 Yəhuda padşahı Yoaş babaları olan Yəhuda padşahları Yehoşafatın, Yehoramın və Axazyanın təqdis etdiyi bütün şeyləri, özünün təqdis etdiyi şeyləri, Rəbbin məbədinin və sarayın xəzinələrində tapılan bütün qızılı götürüb Aram padşahı Xazaelə göndərdi. O da Yerusəlimdən geri çəkildi.
וַיִּקַּח יְהוֹאָשׁ מֶֽלֶךְ־יְהוּדָה אֵת כָּל־הַקֳּדָשִׁים אֲשֶׁר־הִקְדִּישׁוּ יְהוֹשָׁפָט וִיהוֹרָם וַאֲחַזְיָהוּ אֲבֹתָיו מַלְכֵי יְהוּדָה וְאֶת־קֳדָשָׁיו וְאֵת כָּל־הַזָּהָב הַנִּמְצָא בְּאֹצְרוֹת בֵּית־יְהוָה וּבֵית הַמֶּלֶךְ וַיִּשְׁלַח לַֽחֲזָאֵל מֶלֶךְ אֲרָם וַיַּעַל מֵעַל יְרוּשָׁלָֽ͏ִם׃
19 Yoaşın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
וְיֶתֶר דִּבְרֵי יוֹאָשׁ וְכָל־אֲשֶׁר עָשָׂה הֲלוֹא־הֵם כְּתוּבִים עַל־סֵפֶר דִּבְרֵי הַיָּמִים לְמַלְכֵי יְהוּדָֽה׃
20 Əyanları qalxıb ona qəsd hazırladılar və Sillaya enən yoldakı Bet-Milloda Yoaşı vurdular.
וַיָּקֻמוּ עֲבָדָיו וַיִּקְשְׁרֽוּ־קָשֶׁר וַיַּכּוּ אֶת־יוֹאָשׁ בֵּית מִלֹּא הַיּוֹרֵד סִלָּֽא׃
21 Onu vuranlar əyanları Şimeat oğlu Yozakar və Şomer oğlu Yehozavad idi. Yoaş ataları ilə uyudu və onu Davudun şəhərində, atalarının yanında basdırdılar. Onun yerinə oğlu Amasya padşah oldu.
וְיוֹזָבָד בֶּן־שִׁמְעָת וִיהוֹזָבָד בֶּן־שֹׁמֵר ׀ עֲבָדָיו הִכֻּהוּ וַיָּמֹת וַיִּקְבְּרוּ אֹתוֹ עִם־אֲבֹתָיו בְּעִיר דָּוִד וַיִּמְלֹךְ אֲמַצְיָה בְנוֹ תַּחְתָּֽיו׃

< Ikinci Padşahlar 12 >