< 2 Korinflilərə 4 >
1 Beləliklə, bizə verilən mərhəmətlə bu xidmətə təyin olunduğumuz üçün ümidimizi itirmirik.
Protož majíce toto přisluhování, jakž jsme milosrdenství došli, neoblevujeme.
2 Xəcalət gətirən gizli yolları rədd etmişik. Hiylə işlətmirik, Allahın sözünü təhrif etmirik, amma həqiqəti açıq elan etməklə Allahın önündə, hər insanın vicdanı qarşısında özümüz barədə zəmanət veririk.
Ale odmítáme ukrývání neslušnosti, nechodíce v chytrosti, aniž se lstivě obírajíce s slovem Božím, ale zjevováním pravdy v příjemnost uvodíce sebe u každého svědomí lidského před oblíčejem Božím.
3 Əgər yaydığımız Müjdə qapalıdırsa, yalnız həlak olanlar üçün qapalıdır.
Pakliť zakryté jest evangelium naše, před těmi, kteříž hynou, zakryté jest.
4 Onları bu dövrün allahı korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı Müjdəsinin işığı imansızların üzərinə doğmasın. (aiōn )
V nichž Bůh světa tohoto oslepil mysli, totiž v nevěrných, aby se jim nezasvítilo světlo evangelium slávy Kristovy, kterýž jest obraz Boží. (aiōn )
5 Biz özümüzü yox, İsa Məsihi Rəbb olaraq vəz edirik. Özümüzü isə İsa naminə qullarınız olaraq təqdim edirik.
Neboť ne sami sebe kážeme, ale Krista Ježíše Pána, sebe pak služebníky vašimi pro Ježíše.
6 Çünki «zülmətdən işıq parlayacaq» deyən Allah ürəyimizə nur saçdı ki, İsa Məsihin üzündən saçan Öz ehtişamını tanımağımızdan doğan nuru bizə versin.
Bůh zajisté, kterýž rozkázal, aby se z temností světlo zablesklo, tenť se osvítil v srdcích našich k osvícení známosti slávy Boží v tváři Ježíše Krista.
7 Üstün qüvvənin bizdən yaranmadığı, Allaha aid olduğu bilinsin deyə bu xəzinəni saxsı qablarda saxlayırıq.
Mámeť pak poklad tento v nádobách hliněných, aby důstojnost té moci byla Boží, a ne z nás,
8 Hər tərəfdən əziyyət çəkirik, amma əzilmirik. Çaşqınlıq içindəyik, lakin çarəsiz deyilik.
Když se všech stran úzkost míváme, ale nebýváme cele potlačeni; býváme vrtkáni, ale nebýváme docela zvrtkáni;
9 Təqib olunuruq, amma tərk edilmirik. Yıxıdılırıq, amma yox olmuruq.
Protivenství trpíme, ale nebýváme opuštěni; býváme opovrženi, ale nehyneme.
10 İsanın ölümünü bədənimizdə həmişə daşıyırıq ki, Onun həyatı bədənimizdə aydın görünsün.
Vždycky mrtvení Pána Ježíše na těle nosíme, aby i život Ježíšův na těle našem zjeven byl.
11 Çünki İsanın həyatı fani cismimizdə aydın görünsün deyə biz yaşaya-yaşaya İsa üçün həmişə ölümə təslim edilirik.
Vždycky zajisté my, kteříž živi jsme, na smrt býváme vydáváni pro Ježíše, aby i život Ježíšův zjeven byl na smrtelném těle našem.
12 Beləliklə, ölüm bizdə, həyat isə sizdə fəaliyyət göstərir.
A tak smrt v nás moc provodí, ale v vás život.
13 «İman etdim, buna görə danışdım» deyə yazıldığı üçün eyni iman ruhuna sahib olaraq biz də iman edir və buna görə danışırıq.
Majíce tedy téhož ducha víry, podlé toho, jakž psáno jest: Uvěřil jsem, protož jsem mluvil, i myť věříme, protož i mluvíme,
14 Çünki bilirik ki, Rəbb İsanı dirildən Allah bizi də İsa ilə birlikdə dirildib sizinlə birgə Öz hüzuruna çıxaracaq.
Vědouce, že ten, kterýž vzkřísil Pána Ježíše, i nás skrze Ježíše vzkřísí, a postaví s vámi.
15 Bütün bunlar sizə görədir. Belə ki Allahın lütfü çoxalıb daha çox insana ehsan olunsun və Onun izzəti üçün daha çox şükür edilsin.
Nebo to všecko děje se pro vás, aby ta přehojná milost skrze díků činění od mnohých rozmohla se k slávě Boží.
16 Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir.
Protož neoblevujeme, ale ačkoli ten zevnitřní člověk náš ruší se, však ten vnitřní obnovuje se den ode dne.
17 Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. (aiōnios )
Nebo toto nynější lehoučké ssoužení naše převelmi veliké věčné slávy břímě nám působí, (aiōnios )
18 Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlərsə əbədidir. (aiōnios )
Když nepatříme na ty věci, kteréž se vidí, ale na ty, kteréž se nevidí. Nebo ty věci, kteréž se vidí, jsou časné, ale které se nevidí, jsou věčné. (aiōnios )