< 2 Korinflilərə 3 >
1 Özümüz barədə yenə zəmanət veririkmi? Yoxsa bəziləri kimi sizə yazılan və yaxud sizin yazdığınız zəmanət məktublarına ehtiyacımız var?
asi, musagha kuuti tutengwile kange kukughinia? jeeje, usue natulindavule avaanhu avange vano vikuvaletela ikalata isa kujoleka kulyumue, nambe kusuma ikalata kulyumue isa kuvoleka ku vaanhu avange.
2 Bütün insanların tanıdığı, oxuduğu, ürəklərimizə yazılmış məktubumuz sizsiniz.
umue mwemue kalata jinojikutwoleka usue, jino jilembilue mu moojo ghiitu, jino jikagulika na kukwimbua na vaanhu vooni.
3 Xidmətimizin nəticəsi olan bir Məsih məktubu olduğunuz aydın görünür; bu məktub mürəkkəblə yox, var olan Allahın Ruhu ilə daş lövhələrə deyil, ət ürəklərə yazılıb.
kange muhufia kuuti, umue mwemue kalata jino jihumule kwa Kilisite, jino tuvaletiile usue. najilembilue ni kilembilue, looli jilembilue nu Mhepo ghwa Nguluve juno mwumi. kange namuli ndavule ikalata jino jilembilue mu kiseghu, looli jino jilembilue mumoojo gha vaanhu.
4 Məsih sayəsində Allah hüzurunda belə etibarımız var.
tujova isio ulwakuva uluo lwe luhuviilo lwitu kwa Nguluve vwimila sino uKilisite atuvombile usue.
5 Özümüzdən yaranan qabiliyyətimiz yoxdur və bunu iddia da edə bilmərik. Bizə qabiliyyət verən Allahdır.
nakwekuuti tusaagha kuuti tuvomba kimonga mu ngufu siitu ulweene ingufu siitu sihuma kwa Nguluve.
6 O bizi Yeni Əhdin xidmətçiləri olmaq üçün qabiliyyətli etdi. Bu Yeni Əhd yazılı Qanuna deyil, Ruha əsaslanır. Çünki yazılı Qanun öldürür, Ruh isə həyat verir.
unguluve ghwe juno atupeliile ingufu isa kuuva vavombi va lufingo ulupia kuhuma kwa Mhepo uMwimike. ulufungo uluo nase ndaghilo sino silembilue, ulwene lwa Mhepo uMwimike, ulwakuva indaghilo sino silembilue sileeta uvufue, looli uMhepo uMwimike ileeta uvwumi.
7 Ölümlə nəticələnən xidmət, yəni daş lövhələr üzərində həkk olunan yazılı Qanun elə ehtişamla gəldi ki, Musanın üzündən parlayan ehtişam ötəri olduğu halda İsrail övladları onun üzünə baxa bilmirdilər.
indaghilo sino silyalembilue mufiseghu, sino sinosilyaletile uvufue, silisile muvuvaha vuno vuvalatika, kuhanga avaislaeli vakakunua kukumulola uMoose kumaaso ulwakuva uvuvaha uvuo vulyavalatiike unsiki ndebe vuvule.
8 Onda Ruha əsaslanan xidmət daha da ehtişamlı olmazmı?
asi lino imbombo ija Mhepo uMwimike na je jiiva nu vuvaha kukila?
9 Əgər insanı məhkum edən xidmətin ehtişamı varsa, salehlik qazandıran xidmətin ehtişamı nə qədər çoxdur.
nave imbombo jiva jipelelela avaanhu kuhighua jili nu vuvaha, lino imbombo jino jipelelela kuuva vagholofu pamaaso gha Nguluve najiiva nu vuvaha kukila?
10 Çünki əvvəllər ehtişamlı olanın indi hədsiz ehtişamı olanla müqayisədə ehtişamı yoxdur.
lino uvuvaha vwa lufingo ulukuulu, navuling'hana nu vuvaha ulwa lufingo ulupia,
11 Əgər ötəri olan ehtişamla gəldisə, daimi olanın ehtişamı daha da böyükdür.
ulwakuva vwa lufingo ulupia vukome kukila. nave kino kyale kya nsiki n'debe vuvule kulyale nu vuvaha, lino kya jaatu kiiva nu vuvaha kukila
12 Belə bir ümidə sahib olduğumuz üçün böyük cəsarətlə danışa bilərik.
lino tuvomba kisila vwoghofi, ulwakuva ulwakuva uluo lwe luhuviilo lwitu.
13 İsrail övladları onun üzündəki ötəri ehtişamın keçib-getməsinə baxmasın deyə üzünə niqab çəkən Musa kimi deyilik.
kange usue natuvomba ndavule uMoose juno alisighile kumaaso ni kitambala, kuuti aVaisilaeli valeke kukuvwagha uvusililo uvwa luvalatiko.
14 İsrail övladları fikirlərində inadkar oldu. Bu günə qədər Köhnə Əhd oxunarkən onları eyni niqab qapayır, açılmır, çünki bu yalnız Məsih vasitəsilə götürülür.
neke avaisilaeli uluhala lwave lulyadindilue. umpaka lino pano vikwimba ifilembua fya lufingo ulukuulu, vikunua kukagula uvwakyang'haani, viiva hwene vasighilue ikyenda ikio. uvwakyang'haani uvuo vukagulika vwimila kukumwitika uKilisite, ulwakuva ndavule kukusivua ikyenda ikio.
15 Hətta bu günə qədər Musanın Yazıları nə vaxt oxunursa, onların ürəklərini bir niqab qapayır.
se seene, kuhanga kufika umusyughu, pano vikwimba ifilembua ifya ndaghilo sa Moose, amoojo ghaave ghasighilue vikunua kukulutang'hania.
16 Amma kim Rəbbə tərəf dönürsə, o vaxt niqab aradan qaldırılır.
neke umuunhu ghweni juno ikumwitika uMutwa, uMutwa ikum'busia ikyenda ikio.
17 Rəbb Ruhdur, Rəbbin Ruhu haradadırsa, azadlıq da oradadır.
lino, uMutwa ghwe Mhepo, pano pwale uMhepo ghwa Mutwa pali nu vwavuke.
18 Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətinə dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır.
liino usue tweni twe vano natusighilue kumaaso ni kyenda tukuvwagha uvuvaha vwa Mutwa. UMutwa juno ghwe Mhepo, ghwe ikutuhambusia tuhwanane nu mwene, ikutuhambusyagha kuhuma uvuvaha kufikila uvuvaha uvukome kukila.