< Ikinci Salnamələr 4 >

1 Süleyman tuncdan bir qurbangah tikdi. Onun uzunluğu və eni iyirmi qulac, hündürlüyü isə on qulac idi.
سلیمان پادشاه یک مذبح مفرغین ساخت به طول بیست ذراع، عرض بیست ذراع و بلندی ده ذراع.
2 O, tökülmüş dairəvi bir hovuz düzəltdi. Onun hündürlüyü beş qulac idi, bir kənarından digər kənarına qədər on qulac idi və otuz qulaclıq bir ip onun ətrafına dolanmışdı.
سپس یک حوض گرد از مفرغ درست کرد که عمق آن پنج ذراع، قطرش ده ذراع و محیطش سی ذراع بود.
3 Altının hər tərəfindən onu buğa təsvirləri əhatə edirdi. Hər qulacda on buğa vardı. Buğalar iki cərgə idi və onlar hovuzla birgə tökülmüşdü.
بر کناره‌های لبهٔ حوض دو ردیف نقشهایی به شکل گاو (در هر ذراع ده نقش) قرار داشتند. این نقشها با خود حوض قالبگیری شده بود.
4 Hovuz on iki tökmə buğanın üstündə dururdu: üçü şimala, üçü qərbə, üçü cənuba, üçü də şərqə baxırdı. Hovuz yuxarıda – onların üzərində idi və buğaların bütün sağrıları içəriyə doğru idi.
این حوض بر پشت دوازده مجسمهٔ گاو قرار داشت. سر گاوها به طرف بیرون بود: سه گاو رو به شمال، سه گاو رو به جنوب، سه گاو رو به مغرب و سه گاو رو به مشرق.
5 Hovuzun qalınlığı bir ovuc idi. Onun kənarı kasa kənarı kimi düzəldilmişdi və açılan zanbağa bənzəyirdi. O, üç min bat su tuturdu.
ضخامت دیوارهٔ حوض به پهنای کف دست بود. لبهٔ آن به شکل جام بود و مانند گلبرگ سوسن به طرف بیرون باز می‌شد. گنجایش آن بیش از شصت هزار لیتر بود.
6 Süleyman on ləyən düzəltdi, onlarda yuyunmaq üçün beşini sağa, beşini sola qoydu. Yandırma qurbanı olacaq şeyləri onların içində yuyardılar. Ancaq hovuz kahinlərin yuyunması üçün idi.
ده حوضچه نیز ساخته شد پنج عدد در طرف شمال خانهٔ خدا و پنج عدد در طرف جنوب آن. از آب این حوضچه‌ها برای شستن قطعه‌های بدن حیوان قربانی که می‌بایست روی مذبح سوزانده شود استفاده می‌شد. کاهنان برای شستن خود از آب حوضچه‌ها استفاده نمی‌کردند، بلکه با آب حوض خود را می‌شستند.
7 O, təsvirinə görə on qızıl çıraqdan düzəltdi, beşi sağda və beşi solda olmaqla onları məbədə qoydu.
ده چراغدان طلا مطابق طرح، ساخته شد و در خانهٔ خدا قرار گرفت. چراغدانها را در دو دستهٔ پنج‌تایی روبروی هم، به طرف شمال و جنوب، نهادند.
8 On masa düzəltdi, beşi sağda və beşi solda olmaqla onları məbədə qoydu. Qızıldan yüz piyalə də düzəltdi.
همچنین ده میز ساختند و پنج عدد از آنها را در طرف شمال و پنج عدد دیگر را در سمت جنوب خانهٔ خدا قرار دادند. صد کاسهٔ طلا نیز درست کردند.
9 Kahinlər həyətini, böyük həyəti, həyətin qapılarını düzəltdi və onların qapılarını tuncla örtdü.
سپس یک حیاط داخلی برای کاهنان و یک حیاط بیرونی ساخته شد و درهای بین آنها را با مفرغ پوشانیدند.
10 Hovuzu məbədin sağında, cənub-şərq küncündə yerləşdirdi.
حوض در گوشهٔ جنوب شرقی خانهٔ خدا بود.
11 Xiram həmçinin qazanlar, kürəklər, piyalələr düzəltdi. Xiram Allahın məbədi üçün padşah Süleymanın əmri ilə bütün bu işləri görüb qurtardı:
حورام سطلها، خاک‌اندازها و کاسه‌های مربوط به قربانیها را هم ساخت. سرانجام حورام این کارهای مربوط به خانهٔ خدا را که سلیمان پادشاه برای او تعیین کرده بود، به پایان رسانید. اشیایی که او ساخت عبارت بودند از:
12 iki sütun; sütunların üstündə iki dəyirmi başlıq; sütunların üstündəki başlıqları örtmək üçün iki hörmə tor;
دو ستون، دو سر ستون کاسه مانند برای ستونها، دو رشته زنجیر روی سر ستونها، چهارصد انار مفرغین برای دو رشته زنجیر (یعنی برای هر رشته زنجیر سر ستون، دویست انار که در دو ردیف قرار داشتند)، میزها و حوضچه‌های روی آنها، حوض بزرگ با دوازده گاو مفرغین زیر آن، سطلها، خاک‌اندازها و چنگکهای مخصوصِ آویزان کردن گوشت قربانیها. حورام، این صنعتگر ماهر، تمام اشیاء خانهٔ خداوند را از مفرغ صیقلی برای سلیمان پادشاه ساخت.
13 sütunların üstündə olan dəyirmi başlıqları örtən hər hörmə torun üzərində iki cərgədə dörd yüz nar;
14 dayaqlar; dayaqların üzərində on ləyən;
15 bir hovuz; onun altında on iki tökmə buğa;
16 qazanlar, kürəklər və piyalələr. Bütün bu əşyaları Xiram-Avi Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə cilalanmış tuncdan tökmüşdü.
17 Padşah bunları İordan çayının kənarındakı düzənlikdə, Sukkot ilə Seredata arasındakı gil torpaqlarda tökmüşdü.
به دستور سلیمان این اشیاء در دشت اردن که بین سوکوت و صرده قرار داشت قالبریزی شده بود.
18 Süleyman bu əşyaların hamısından lap çox düzəltdi və onlara işlədilən tuncun çəkisini müəyyən etmədi.
مقدار مفرغین که استعمال شد، بی‌اندازه زیاد بود و نمی‌شد آن را وزن کرد!
19 Süleyman Allahın məbədindəki bütün əşyaları düzəltdi: qızıl qurbangah; təqdis çörəkləri qoyulan masalar;
در ضمن به دستور سلیمان وسایلی از طلای خالص برای خانهٔ خدا ساخته شد. این وسایل عبارت بودند از: مذبح، میز نان حضور،
20 qaydaya görə iç otağın önündə yandırmaq üçün xalis qızıldan çıraqdanlar və onların çıraqları;
چراغدانها با نقشهای گل و چراغهای روی آنها که مطابق طرح می‌بایست روبروی قدس‌الاقداس قرار می‌گرفت، انبرکها،
21 xalis qızıldan güllər, çıraqlar və maşalar;
22 xalis qızıldan maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar; məbədin qızıl qapıları, yəni Ən Müqəddəs yerə açılan içəri qapı tayları və məbədin böyük otağının qapı tayları.
انبرها، کاسه‌ها، قاشقها و آتشدانها. در ضمن درهای خانهٔ خدا یعنی درهای اصلی و درهای قدس‌الاقداس نیز از طلای خالص بود.

< Ikinci Salnamələr 4 >