< Ikinci Salnamələr 36 >

1 Ölkə xalqı Yoşiyanın oğlu Yehoaxazı götürüb atasının yerinə Yerusəlimdə padşah etdi.
ויקחו עם הארץ את יהואחז בן יאשיהו וימליכהו תחת אביו בירושלם
2 Yehoaxaz padşah olduğu vaxt iyirmi üç yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi.
בן שלוש ועשרים שנה יואחז במלכו ושלשה חדשים מלך בירושלם
3 Misir padşahı onu Yerusəlimdə taxtdan saldı və ölkə üzərinə bir talant qızıl və yüz talant gümüş miqdarında xərac qoydu.
ויסירהו מלך מצרים בירושלם ויענש את הארץ מאה ככר כסף וככר זהב
4 Misir padşahı onun qardaşı Elyaqimi Yəhuda və Yerusəlim üzərində padşah etdi və adını dəyişdirib Yehoyaqim qoydu. Neko onun qardaşı Yehoaxazı götürüb Misirə apardı.
וימלך מלך מצרים את אליקים אחיו על יהודה וירושלם ויסב את שמו יהויקים ואת יואחז אחיו לקח נכו ויביאהו מצרימה
5 Yehoyaqim padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. O, Allahı Rəbbin gözündə pis olan işlər etdi.
בן עשרים וחמש שנה יהויקים במלכו ואחת עשרה שנה מלך בירושלם ויעש הרע בעיני יהוה אלהיו
6 Babil padşahı Navuxodonosor onun üstünə hücum etdi. Tunc zəncir vurub onu əsir etdi və Babilə apardı.
עליו עלה נבוכדנאצר מלך בבל ויאסרהו בנחשתים להליכו בבלה
7 Navuxodonosor Rəbbin məbədinin əşyalarından bəzilərini Babilə apardı və onları Babildəki öz məbədinə qoydu.
ומכלי בית יהוה הביא נבוכדנאצר לבבל ויתנם בהיכלו בבבל
8 Yehoyaqimin qalan işləri, etdiyi iyrənc işlər və onun təqsiri İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır. Onun yerinə oğlu Yehoyakin padşah oldu.
ויתר דברי יהויקים ותעבתיו אשר עשה והנמצא עליו--הנם כתובים על ספר מלכי ישראל ויהודה וימלך יהויכין בנו תחתיו
9 Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay on gün padşahlıq etdi. O, Rəbbin gözündə pis olan işlər etdi.
בן שמונה שנים יהויכין במלכו ושלשה חדשים ועשרת ימים מלך בירושלם ויעש הרע בעיני יהוה
10 Bahar gələndə Navuxodonosor onu Rəbbin məbədinin qiymətli əşyaları ilə birgə Babilə gətirtdi və Yehoyakinin qohumu Sidqiyanı Yəhuda və Yerusəlim üzərində padşah etdi.
ולתשובת השנה שלח המלך נבוכדנאצר ויבאהו בבלה עם כלי חמדת בית יהוה וימלך את צדקיהו אחיו על יהודה וירושלם
11 Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi.
בן עשרים ואחת שנה צדקיהו במלכו ואחת עשרה שנה מלך בירושלם
12 O, Allahı Rəbbin gözündə pis olan işlər etdi, Rəbbin dili ilə danışan peyğəmbər Yeremyanın önündə özünü aşağı tutmadı.
ויעש הרע בעיני יהוה אלהיו לא נכנע מלפני ירמיהו הנביא--מפי יהוה
13 Həm də Allahın adı ilə onu and içdirmiş padşah Navuxodonosora qarşı üsyan etdi, dikbaşlıqla İsrailin Allahı Rəbbə tərəf dönmək istəməyib ürəyini inadkar etdi.
וגם במלך נבוכדנאצר מרד אשר השביעו באלהים ויקש את ערפו ויאמץ את לבבו משוב אל יהוה אלהי ישראל
14 Kahinlərin bütün rəhbərləri də xalqla birgə başqa millətlərin bütün iyrənc işlərinə görə davranaraq böyük xainlik etdilər və Rəbbin Yerusəlimdə təqdis etdiyi məbədini murdarladılar.
גם כל שרי הכהנים והעם הרבו למעול (למעל) מעל ככל תעבות הגוים ויטמאו את בית יהוה אשר הקדיש בירושלם
15 Atalarının Allahı Rəbb dəfələrlə Öz elçilərinin vasitəsilə onlara xəbər göndərdi, çünki Öz xalqına və məskəninə rəhmi gəlirdi.
וישלח יהוה אלהי אבותיהם עליהם ביד מלאכיו--השכם ושלוח כי חמל על עמו ועל מעונו
16 Ancaq Rəbbin qəzəbi Öz xalqının üzərinə gəldi və onlara heç bir çarə tapılmadı, çünki Allahın elçilərini lağa qoydular, Onun sözlərinə xor baxdılar və peyğəmbərlərini təhqir etdilər.
ויהיו מלעבים במלאכי האלהים ובוזים דבריו ומתעתעים בנבאיו עד עלות חמת יהוה בעמו--עד לאין מרפא
17 Rəbb onların üzərinə Xaldeylilərin padşahını göndərdi. O da Müqəddəs məkanlarında onların cavanlarını qılıncla öldürdü, yeniyetməyə və bakirə qıza, qocaya və zəifə rəhm etmədi, Rəbb hamısını ona təslim etdi.
ויעל עליהם את מלך כשדיים (כשדים) ויהרג בחוריהם בחרב בבית מקדשם ולא חמל על בחור ובתולה זקן וישש הכל נתן בידו
18 O, Allahın məbədinin bütün böyük və kiçik əşyalarını, Rəbbin məbədinin xəzinələrini, padşahın və onun rəislərinin xəzinələrini – hər şeyi Babilə apardı.
וכל כלי בית האלהים הגדלים והקטנים ואצרות בית יהוה ואצרות המלך ושריו--הכל הביא בבל
19 Xaldeylilər Allahın məbədini yandırdılar, Yerusəlimin divarını uçurdular, onun bütün saraylarına od vurdular və orada olan qiymətli əşyaların hamısını məhv etdilər.
וישרפו את בית האלהים וינתצו את חומת ירושלם וכל ארמנותיה שרפו באש וכל כלי מחמדיה להשחית
20 Xaldeylilərin padşahı qılıncdan qurtaranları Babilə sürgünlüyə apardı. Onlar Fars padşahlarının hökmranlığına qədər ona və onun oğullarına qul oldu.
ויגל השארית מן החרב אל בבל ויהיו לו ולבניו לעבדים עד מלך מלכות פרס
21 Yeremyanın dili ilə deyilən Rəbbin sözü yerinə yetsin deyə yetmiş il bitənə qədər torpaq öz Şənbə vaxtlarını qeyd edərək bütün bu viranəlik müddəti dincəldi.
למלאות דבר יהוה בפי ירמיהו עד רצתה הארץ את שבתותיה כל ימי השמה שבתה למלאות שבעים שנה
22 Rəbb Fars padşahı Kirin hökmranlığının birinci ilində Yeremyanın dili ilə dediyi sözü yerinə yetirmək üçün Kiri ruhlandırdı. Ona görə Kir padşahlığının bütün ərazisində yazılı və şifahi şəkildə elan etdi:
ובשנת אחת לכורש מלך פרס לכלות דבר יהוה בפי ירמיהו--העיר יהוה את רוח כורש מלך פרס ויעבר קול בכל מלכותו וגם במכתב לאמר
23 «Budur, Fars padşahı Kir belə deyir: “Göylərin Allahı Rəbb dünyanın bütün padşahlıqlarını mənə verdi və Yəhudanın Yerusəlim şəhərində Öz məbədini tikməyi mənə əmr etdi. Aranızda Onun xalqına mənsub olanların hamısına qoy Allahı Rəbb yar olsun və oraya getsinlər”».
כה אמר כורש מלך פרס כל ממלכות הארץ נתן לי יהוה אלהי השמים והוא פקד עלי לבנות לו בית בירושלם אשר ביהודה מי בכם מכל עמו יהוה אלהיו עמו--ויעל

< Ikinci Salnamələr 36 >