< Ikinci Salnamələr 31 >
1 Bütün bu iş qurtaranda orada olan bütün İsraillilər Yəhuda şəhərlərinə çıxıb daş sütunları sındırdı, Aşera bütlərini kəsdi. Bütün Yəhuda və Binyamin, Efrayim, Menaşşe torpaqlarında olan səcdəgahları və qurbangahları axıra qədər dağıtdılar. Sonra bütün İsrail övladları öz şəhərlərinə, hər kəs öz mülkünə qayıtdı.
[清除偶像]這一切完成以後,所有在場的以色列人就都出去,到猶大各城,將石柱搗碎,將木偶砍倒,將猶大、本雅明、厄弗辣因和默納協各地的高丘和香壇完全拆除;以後,所有的以色列子民各回了本城,各歸己業。[重整神職班次]
2 Xizqiya kahinləri və Levililəri bölmələrə ayırdı və hər kəsi öz işinə uyğun olan bölməyə təyin etdi. O, Rəbbin darvazalarla hasarlanmış yerində yandırma və ünsiyyət qurbanlarını gətirmək, xidmət etmək, şükür və həmd oxumaq üçün kahinləri və Levililəri qoydu.
希則克雅又整編了司祭和肋未人的班次,使司祭和肋未人各照自己的班次,各照自己的任務,獻權燔祭與和平祭,或服務於上主的螢幕門口,稱謝讚頌上主。
3 Rəbbin Qanununda yazıldığına görə yandırma qurbanları – səhər və axşamın yandırma qurbanları, Şənbə günlərinin, Təzə Ay mərasimlərinin və bayramların yandırma qurbanları üçün padşah öz malından pay ayırdı.
君王又由自己的產業中劃出一份,作為早晚的全燔祭,安息日、新月和節期的全燔祭,如上主法律上所規定的;
4 Kahinlər və Levililər özlərini Rəbbin Qanununa həsr etsinlər deyə onların payını verməyi Yerusəlimdə yaşayan xalqa əmr etdi.
又吩咐住在耶路撒冷的百姓,交出司祭和肋未人所應得的一分,令他們堅守上主的法律。
5 Bu əmr hər yana yayılanda İsrail övladları taxılın, təzə şərabın, yağın, balın və bütün tarla məhsullarının nübarından bol-bol verdi. Hər şeyin onda birini bol-bol gətirdilər.
這道諭旨一出,以色列子民便獻了許多初熟的五穀、新酒、蜜,以及田地的出產;同時將所有物的十分之一,也大批的送了來,
6 Yəhuda şəhərlərində yaşayan İsraillilər və Yəhudalılar mal-qaranın və qoyun-keçinin onda birini, özlərinin Allahı Rəbbə təqdis olunan müqəddəs şeylərin onda birini də gətirdilər və qalaq-qalaq verdilər.
連住在猶大各城的以色列和猶大子民,也將牛羊的十分之一,並應獻於上主,他們天主的聖物的十分之一,都送了來,堆積成堆;
7 Üçüncü ayda bunları qalaqlarla üst-üstə yığmağa başladılar və yeddinci ayda qurtardılar.
由三月開始堆積,至七月纔完畢。
8 Xizqiya və rəislər gəlib qalaqları gördülər, Rəbbə və Onun xalqı İsrailə minnətdarlıqlarını bildirdilər.
希則克雅和首領們前來,看見這些堆積之物,便稱讚了上主和他的百姓以色列。
9 Xizqiya bu qalaqlar barədə kahinlərdən və Levililərdən soruşdu.
希則克雅向司祭和肋未人問及這些堆積之物,
10 Sadoqun nəslindən olan başçı kahin Azarya ona belə cavab verdi: «Rəbbin məbədinə nəzirlər gətirilən vaxtdan bəri biz yeyib doyuruq, hələ artıq da qalır. Çünki Rəbb Öz xalqına bərəkət verdi və bu bol şeylər də artıq qaldı».
匝多克家的司祭之長阿匝黎雅答說:「自從人民將供物獻入上主的殿內以來,我們不但可以飽食,而且還有許多剩餘,因為上主祝福了他的百姓;這一大堆全是剩餘的。」[儲藏與分配供物]
11 Xizqiya əmr etdi ki, Rəbbin məbədindəki otaqları hazırlasınlar. Onlar hazırladılar.
希則克雅吩咐在上主殿內預備倉房;人便預備了,
12 Nəzirləri, onda birləri və təqdis olunan şeyləri sədaqətlə oraya gətirib saxladılar. Bu şeyləri rəis olan Levili Konanya və müavini olan qardaşı Şimey saxlayırdı.
細心將供物和什一之物,以及奉獻的聖物,都搬入倉內。肋未人苛納尼雅為總管,他的兄弟史米為副。
13 Yexiel, Azazya, Naxat, Asahel, Yerimot, Yozavad, Eliel, İsmakya, Maxat və Benaya da padşah Xizqiyanın və Allahın məbədində rəis olan Azaryanın əmrinə görə Konanyanın və qardaşı Şimeyin əli altında məmur idi.
耶希耳、阿匝齊雅、納哈特、阿撒耳、耶黎摩特、約匝巴得,厄里耳、依斯瑪基雅、瑪哈特和貝納雅,自苛納尼和他兄弟史米之下作督察,全是由君王希則克雅和上主殿宇的主席阿匝黎雅所委任的。
14 Şərq darvazasında qapıçı olan Levili İmna oğlu Qore Rəbbə verilən nəzirlər və ən müqəddəs şeyləri paylamaqdan ötrü Allah üçün verilən könüllü təqdimlərə nəzarət edirdi.
守東門的肋未人,依默納的兒子科勒,掌管自願捐獻於天主的禮品,發放獻於上主的供物和至聖之物;
15 Onun başçılığı altında olan Edenə, Minyaminə, Yeşuaya, Şemayaya, Amaryaya və Şekanyaya bölmələrinə görə kahin şəhərlərində böyükdən kiçiyə qədər bu qohumlarına paylarını bölmək işi tapşırılmışdı:
他以下有厄登、本雅明、耶叔亞、舍瑪雅、阿瑪黎雅和舍加尼雅,在各司祭城內,按照班次,不分老幼,將物品細心分發給他們的弟兄。
16 nəsil şəcərələrinə baxmayaraq, üç yaşında və ondan yuxarı yaşda olan, vəzifələrinə və bölmələrinə görə gündəlik xidmət işi üçün Rəbbin məbədinə girən kişilərin hamısı;
此外,又登記了每日進上主殿,依照班次盡職,三十歲以上的男子:
17 nəsil şəcərələrində yazıldığı kimi nəsillərinə görə kahinlər, vəzifələrinə, həm də bölmələrinə görə iyirmi yaşında və ondan yuxarı yaşda olan Levililər;
司祭依照家族登記;二十歲以上的肋未人,依照職分班次登記。
18 nəsil şəcərələrinə görə bütün camaatın uşaqları, arvadları, oğul və qızları – çünki onlar özlərini sədaqətlə müqəddəs xidmət üçün təqdis etmişdilər –
登記時,他們全家妻子兒女,都應包括在內,因為他們都應自潔成聖。
19 öz şəhərlərinin ətraf çöllərində yaşayan Harun nəslindən kahinlər. Hər şəhərdə adları çəkilən adamlar qoyulmuşdu ki, kahinlər arasındakı bütün kişilərə və Levililər arasında nəsil şəcərələrində yazılanların hamısına pay versinlər.
至於那住在各城郊外作司祭的亞郎子孫,在各城內有指定的人,給司祭中的男子及登記的肋未人,發放應得的一份。
20 Xizqiya bütün Yəhudada belə etdi, Allahı Rəbbin önündə yaxşı, doğru və sədaqətli işlər gördü.
希則克雅在全猶大行事都是如此:行了上主他的天主視為善,視為正義的事。
21 O öz Allahını axtararaq Allahın məbədinin xidmətində, qanuna və əmrlərə əməl etməkdə başladığı hər işi bütün qəlbi ilə icra etdi və uğur qazandı.
凡他著手所行的,不論是關於上主殿內的敬禮,或關於法律和誡命,都是為了尋求他的天主;凡他誠心所行的,無不順利。