< Ikinci Salnamələr 23 >
1 Yeddinci ildə Yehoyada cəsarətləndi və yüzbaşılar Yeroxam oğlu Azarya, Yehoxanan oğlu İsmail, Oved oğlu Azarya, Adaya oğlu Maaseya və Zikri oğlu Elişafatla əhd etdi.
Sedme se godine Jojada ojunači i poče tražiti satnike: Jerohamova sina Azarju, Johananova sina Jišmaela, Obedova sina Azarju, Adajina sina Maaseju, Zikrijeva sina Elišafata, i sklopi s njima savez.
2 Onlar Yəhudanı gəzib oranın bütün şəhərlərindən Levililəri və İsrailin nəsil başçılarını topladılar və Yerusəlimə gəldilər.
Počeše obilaziti po Judeji i skupiše levite iz svih judejskih gradova i obiteljske glavare u Izraelu te dođoše u Jeruzalem.
3 Bütün camaat Allahın məbədində padşahla əhd bağladı. Yehoyada onlara dedi: «Padşahın oğlu budur. Davud oğulları haqqında Rəbbin söylədiyi kimi padşahlıq edəcək.
Sav zbor sklopi savez s kraljem u Domu Božjem. Jojada im reče: “Gle, kraljev će sin kraljevati kao što je obećao Jahve za Davidove sinove.
4 Siz belə edin: sizdən Şənbə günü növbə çəkən kahinlərin və Levililərin üçdə biri astanada duran qapıçılar olsun,
Evo što valja da učinite: trećina vas koji subotom ulazite u službu, i svećenici i leviti, neka budu vratari na pragovima;
5 üçdə biri padşah sarayında və üçdə biri Bünövrə darvazasında olsun. Bütün xalq isə Rəbbin məbədinin həyətində olsun.
trećina neka bude u kraljevskom dvoru, trećina na Jesodskim vratima, sav narod u predvorjima Doma Jahvina.
6 Ancaq kahinlərdən və xidmət edən Levililərdən başqa Rəbbin məbədinə heç kəs girməsin, onlar girsin, çünki müqəddəsdirlər. Bütün xalq isə Rəbbin buyurduğunu qorusun.
Nitko neka ne ulazi u Dom Jahvin, osim svećenika i levita koji poslužuju; oni neka ulaze jer su posvećeni. Sav narod neka se drži Jahvine naredbe.
7 Levililər hər biri silahı əlində padşahı hər tərəfdən əhatəyə alsınlar, məbədə girən hər kəs öldürülsün. Onlar padşah girib-çıxdığı vaxt onunla olsun».
Leviti neka okruže kralja, svaki s oružjem u ruci, i tko god pokuša ući u Dom neka bude pogubljen. Budite uz kralja kamo god pođe ili izađe.”
8 Levililərlə bütün Yəhudalılar kahin Yehoyadanın əmr etdiyi hər şeyi etdilər. Hər biri öz adamlarını, Şənbə günü növbə çəkənləri və növbədə olmayanları götürdü, çünki kahin Yehoyada bölmələrin heç birini buraxmamışdı.
Leviti i sav judejski narod učinili su sve onako kako je naredio svećenik Jojada. Svaki je uzeo svoje ljude koji subotom ulaze u službu s onima koji subotom izlaze. Jer svećenik Jojada nije otpustio redova.
9 Kahin Yehoyada yüzbaşılara Allahın məbədində olan padşah Davudun nizələrini, qalxanlarını və sipərlərini verdi.
Svećenik Jojada dade satnicima koplja, štitove i oklope kralja Davida što su bili u Božjemu Domu.
10 Bütün xalqı məbədin sağ tərəfindən sol tərəfinə qədər qurbangahın və məbədin yanında, padşahın ətrafında qoydu. Hər kəsin silahı əlində idi.
Postavio je sav narod, svakoga s kopljem u ruci, od južne do sjeverne strane Doma, prema žrtveniku i prema Domu oko kralja unaokolo.
11 Yehoyada ilə oğulları şahzadəni irəli çıxartdılar və tacı başına qoyub şəhadətnaməni ona verdilər. Onu padşah olmaq üçün məsh etdilər və «Yaşasın padşah!» dedilər.
Tada izvedoše kraljeva sina, staviše mu krunu na glavu, dadoše mu Svjedočanstvo i pomazaše ga za kralja. Tada Jojada i njegovi sinovi povikaše: “Živio kralj!”
12 Atalya qaçışan və padşahı alqışlayan xalqın səsini eşitdikdə xalqın yanına, Rəbbin məbədinə gəldi.
Kad Atalija ču viku naroda koji se skupio i hvalio kralja, dođe k narodu u Jahvin Dom.
13 O baxıb gördü ki, padşah girəcək yerdə öz sütununun yanında dayanmışdır və rəislərlə kərənay çalanlar da padşahın yanındadır. Bütün ölkə xalqı sevinərək kərənay çalırdı. İlahiçilər də musiqi alətləri çalaraq ucadan həmd edirdilər. Atalya paltarını cırıb bağırdı: «Xəyanət! Xəyanət!»
Pogleda bolje, kad gle, kralj stoji na svojem mjestu na ulazu, a pred kraljem zapovjednici i svirači; sav puk kliče od radosti i trubi u trube, pjevači pjevaju uz glazbala i predvode hvalospjeve. Tad Atalija razdrije haljine i povika: “Izdaja, izdaja!”
14 Kahin Yehoyada qoşun üçün cavabdeh olan yüzbaşıları çağırıb dedi: «Onu cərgələrin arasından çıxarın və dalınca gələn qılıncla öldürülsün». Çünki kahin «onu Rəbbin məbədində öldürməyin» demişdi.
Svećenik Jojada naredi satnicima i vojnim zapovjednicima: “Izvedite je kroz redove napolje i tko krene za njom pogubite ga mačem!” Još je svećenik dodao: “Nemojte je smaknuti u Jahvinu Domu!”
15 Atalyanı tutub sarayın atlar darvazasının girəcək yerinə gətirdilər və orada onu öldürdülər.
Staviše ruke na nju i kad je kroz Konjska vrata stigla do kraljevskoga dvora, ondje je pogubiše.
16 Yehoyada özü və bütün xalqla padşah arasında əhd kəsdi ki, onlar Rəbbin xalqı olsun.
Tada Jojada sklopi savez između Jahve, naroda i kralja da narod bude Jahvin.
17 Bütün xalq Baal məbədinə getdi. Onu dağıdıb qurbangahlarını və bütlərini parça-parça etdilər. Baalın kahini Mattanı da qurbangahların önündə öldürdülər.
Potom sav narod otiđe u Baalov hram, razori ga skupa sa žrtvenicima i polomi likove; Baalova svećenika Matana ubiše pred žrtvenicima.
18 Yehoyada Rəbbin məbədi üzərində məsuliyyəti Davudun Rəbbin evində bölmələrə ayırdığı Levili kahinlərə verdi. Davud onları öz qaydasına görə sevinclə və musiqi ilə Musanın Qanununda yazıldığı kimi Rəbbə yandırma qurbanları təqdim etmək üçün Rəbbin məbədinə qoymuşdu.
Zatim Jojada postavi straže kod Jahvina Doma pod nadzorom svećenika i levita, koje David bijaše porazdijelio za službu u Jahvinu Domu da bi Jahvi prinosili paljenice, kao što je pisano u Mojsijevu Zakonu, s veseljem i s pjesmama, kako uredi David.
19 Hər hansı yolla natəmiz bir kəs girməsin deyə Rəbbin məbədinin qapılarına qapıçılar qoydu.
Postavio je i vratare na vratima Jahvina Doma da ne bi ulazio čovjek nečist od bilo čega.
20 O, yüzbaşıları, əyanları, xalqın valilərini, bütün ölkə xalqını özü ilə götürdü. Onlar padşahı Rəbbin məbədindən düşürtdülər və yuxarı darvazadan keçib saraya gəldilər. Padşahı padşahlıq taxtında oturtdular.
Uzevši satnike, odličnike i uglednike u narodu i sav puk, izveo je kralja iz Jahvina Doma, a onda su ušli kroz gornja vrata u kraljevski dvor i posadili kralja na kraljevsko prijestolje.
21 Bütün ölkə xalqı sevindi və şəhər sakitləşdi, çünki Atalyanı qılıncla öldürmüşdülər.
Sav se puk veselio, a grad se umirio, jer su Ataliju ubili mačem.