< Ikinci Salnamələr 22 >

1 Yerusəlimdə yaşayanlar onun yerinə ən kiçik oğlu Axazyanı padşah etdilər, çünki Ərəblərlə birgə ordugaha girən dəstələr bütün böyükləri öldürmüşdü. Beləcə Yəhuda padşahı Yehoramın oğlu Axazya padşah oldu.
Potem mieszkańcy Jerozolimy ustanowili Achazjasza, jego najmłodszego syna, królem na jego miejscu, gdyż wszystkich starszych [jego braci] wymordowała zgraja, która razem z Arabami wtargnęła do obozu. Tak więc [zaczął] królować Achazjasz, syn Jorama, króla Judy.
2 Axazya padşah olduğu vaxt qırx iki yaşında idi və Yerusəlimdə bir il padşahlıq etdi. Anası Omrinin nəvəsi olub adı Atalya idi.
Achazjasz [miał] czterdzieści dwa lata, kiedy [zaczął] królować, i królował jeden rok w Jerozolimie. Jego matka [miała] na imię Atalia [i była] córką Omriego.
3 Axazya da Axav nəslinin yolları ilə getdi, çünki anası ona pislik etmək öyrədirdi.
On również kroczył drogami domu Achaba, bo jego matka radziła mu, aby postępował niegodziwie.
4 O da Axav nəsli kimi Rəbbin gözündə pis olan işlər etdi. Çünki atasının ölümündən sonra məhvi üçün bu adamlar onun məsləhətçiləri oldu.
Czynił więc to, co złe w oczach PANA, tak jak dom Achaba. Oni bowiem na jego zgubę byli jego doradcami po śmierci ojca.
5 Onların məsləhəti ilə Aram padşahı Xazaelə qarşı vuruşmaq üçün İsrail padşahı Axav oğlu Yehoramla birgə Ramot-Gileada getdi. Aramlılar Yehoramı yaraladı.
Chodził za ich radą i wyruszył z Joramem, synem Achaba, królem Izraela, na wojnę przeciw Chazaelowi, królowi Syrii, do Ramot-Gilead. Tam Syryjczycy zranili Jorama.
6 Ramot-Gileadda Aram padşahı Xazaelə qarşı vuruşarkən aldığı yaraları sağaltmaq üçün İzreelə qayıtdı. Yəhuda padşahı Yehoram oğlu Axazya, Axav oğlu Yehoramı görmək üçün İzreelə gəldi, çünki o yaralı idi.
Wrócił więc, aby się leczyć w Jizreel z ran, które zadano mu w Rama, gdy walczył z Chazaelem, królem Syrii. Wtedy Azariasz, syn Jorama, króla Judy, przybył do Jizreel, aby odwiedzić Jorama, syna Achaba, bo był chory.
7 Axazyanın bu yolla məhv olması Allahdan idi. O, Yehoramın yanına gəldi və oraya gəlib Axav nəslini yox etmək üçün Rəbbin məsh etdiyi Nimşi oğlu Yehuya qarşı Yehoramla birgə çıxdı.
A to, że przybył do Jorama, było od Boga na zgubę Achazjasza. Kiedy bowiem przybył, wyjechał z Joramem przeciw Jehu, synowi Nimsziego, którego PAN namaścił, aby wytracić dom Achaba.
8 Yehu Axav nəslinə hökmü icra edərkən Yəhuda rəislərini və Axazyanın ona xidmət edən qardaşı oğullarını tapdı və onları öldürdü.
I kiedy Jehu dokonywał sądu nad domem Achaba, znalazł [niektórych] książąt Judy i synów braci Achazjasza, którzy służyli Achazjaszowi, i zabił ich.
9 Axazyanı axtardı və onu Samariyada gizləndiyi halda tutdular. Yehunun yanına gətirdilər və onu öldürdülər. Sonra onu basdırdılar, çünki dedilər: «Rəbbi bütün ürəyi ilə axtaran Yehoşafatın oğlu budur». Beləliklə, Axazyanın nəslində padşahlığı əldə saxlaya biləcək adam qalmadı.
Potem szukał Achazjasza i pojmano go, gdy ukrywał się w Samarii. Przyprowadzili go do Jehu i zabili. Potem pogrzebali go, bo mówili: To jest syn Jehoszafata, który szukał PANA całym swoim sercem. I tak już nie było [nikogo] w domu Achazjasza, kto by mógł przejąć królestwo.
10 Axazyanın anası Atalya oğlunun öldüyünü görəndə qalxıb Yəhudanın bütün padşah nəslini məhv etdi.
Kiedy Atalia, matka Achazjasza, zobaczyła, że jej syn umarł, wstała i zgładziła całe potomstwo królewskie z domu Judy.
11 Ancaq padşahın qızı Yehoşeva öldürülən şahzadələr arasından Axazyanın oğlu Yoaşı gizlincə apardı və onu dayəsi ilə birgə yataq otağında yerləşdirdi. Kahin Yehoyadanın arvadı və padşah Yehoramın qızı olan Yehoşeva Axazyanın bacısı olduğu üçün Yoaşı Atalyadan gizlətdi ki, Atalya onu öldürməsin.
Ale Jehoszaba, córka króla, wzięła Joasza, syna Achazjasza, wykradła go spośród synów króla, których [potem] zabito, i ukryła go wraz z jego mamką w pokoju sypialnym. Tak to ukryła go Jehoszaba, córka króla Jorama, żona kapłana Jehojady i siostra Achazjasza, przed Atalią, aby ta go nie zabiła.
12 Yoaş altı il gizli olaraq Allahın məbədində onlarla birgə qaldı. Atalya isə ölkə üzərində padşahlıq etdi.
I przebywał z nimi ukryty w domu Bożym przez sześć lat, podczas gdy Atalia królowała nad ziemią.

< Ikinci Salnamələr 22 >