< Ikinci Salnamələr 20 >

1 Bundan sonra Moavlılar və Ammonlular, onlarla bərabər Maonlulardan bəzisi Yehoşafata qarşı döyüşmək üçün gəldi.
[聯軍進襲猶大]此後,摩阿布人、阿孟人,還有一些瑪紅人前來供打約沙法特。
2 Adamlar gəldi və Yehoşafata bildirib dedi: «Dənizin o biri tərəfindən, Aramdan sənə qarşı böyük bir izdiham gəlir. İndi onlar Xaseson-Tamardadır. Bura En-Gedidir».
有人來告訴約沙法特說:「由海那邊,由厄東有一支大軍前來攻擊你;他們現已到達哈匝宗塔瑪爾,即恩革狄。」
3 Yehoşafat qorxdu və üzünü Rəbbi axtarmağa döndərdi və bütün Yəhuda üçün oruc elan etdi.
約沙法特害了怕,一面懇求上主,一面宣佈全猶大禁食。
4 Yəhudalılar Rəbdən kömək diləmək üçün toplandı, Yəhudanın bütün şəhərlərindən də Rəbbi axtarmaq üçün gəldilər.
猶大人遂集會,求上主援助;猶大各城的人也前來祈求上主。[約沙法特的禱詞]
5 Yehoşafat Rəbbin məbədində, yeni həyətin qabağında, Yəhuda və Yerusəlim camaatının önündə durub dedi:
約沙法特在猶大和耶路撒冷的會眾中,站在上主殿宇的新院前,
6 «Ya Rəbb, atalarımızın Allahı, göylərdə olan Allah Sən deyilsənmi? Bütün millətlərin padşahlıqları üzərinə hakim olan Sən deyilsənmi? Qüdrətlə qüvvət Sənin əlindədir və heç kim Sənə qarşı dura bilməz.
說「上主,我們祖先的天主! 你不是天上的天主嗎﹖你不是治理萬國萬民的麼﹖你手中有能力和權威,沒有誰能抵抗你。
7 Ey Allahımız, bu torpaqda yaşayanları xalqın İsrailin önündə qovan və onu dostun İbrahimin nəslinə əbədi olaraq verən Sən deyilsənmi?
我們的天主! 不是你將這地方的居民,在你百姓以色列面前趕走,將這地方永遠賜給了你友人亞巴郎的後代嗎﹖
8 Orada məskən saldılar, orada Sənin adına müqəddəs bir məbəd tikdilər və dedilər:
他們現在住在這地方,並在這地方為你的名建造了聖殿說:
9 “Əgər üzərimizə bəla, cəza qılıncı, vəba və ya aclıq gələrsə, adın bu məbəddə olduğuna görə bu məbədin önündə, yəni Sənin önündə də duracağıq və çətin günlərdə Sənə fəryad edəcəyik, onda Sən eşidəcəksən və xilas edəcəksən”.
如果我們遭遇了禍患,刀兵災害,或瘟疫饑饉,我們站在這殿前和你面前,在災難中向你呼籲,你必予以垂聽,施行拯救,因為你的名在這殿內。
10 İndi bax Ammonlular, Moavlılar, Seir dağının sakinləri nə edir! Misirdən gələrkən İsrailliləri onların torpağına girməyə qoymadın, İsraillilər də dönüb onları məhv etmədi.
現在你看,阿孟人、摩阿布人以及色依爾山中的人,這些人是以色列出離埃及時,你曾禁止以色列侵犯,以色列便繞道遠離,未加消滅的人。
11 Budur, bizə irs olaraq verdiyin Sənin mülkündən bizi qovmağa gələrək əvəzini necə ödəyirlər.
你看他們如何報復我們要來驅逐我們離開你賜予我們為基業的地方。
12 Ey Allahımız, onlara hökm etməyəcəksənmi? Çünki üzərimizə gələn bu böyük qoşuna qarşı gücümüz yoxdur və biz nə edəcəyimizi bilmirik, ancaq gözlərimiz Sənin üzərindədir».
我們的天主,你不懲罰他們麼﹖我們實在沒有力量抵抗來攻擊我們的這支龐大的軍隊,我們也不知道該作什麼,我們的眼睛惟有仰望你。」
13 Bütün Yəhudalılar uşaqları, qadınları və oğulları ilə birgə Rəbbin önündə durmuşdu.
當時全猶大民眾,連他們全家妻子兒女,都立在上主面前。[先知預報勝利]
14 Camaatın arasında olanda Asəf nəslindən olan bir Levili, Mattanya oğlu Yeiel oğlu Benaya oğlu Zəkəriyyə oğlu Yaxazielin üzərinə Rəbbin Ruhu gəldi.
上主的神在會眾中臨於肋未人阿撒夫的後裔,瑪塔尼雅的玄孫,耶依耳的曾孫,貝納雅的孫子,則加黎雅的兒子雅哈齊耳身上,
15 O dedi: «Bütün Yəhudalılar, Yerusəlimdə yaşayanlar və sən padşah Yehoşafat, yaxşı dinləyin! Rəbb sizə belə deyir: “Bu böyük qoşundan qorxmayın və ruhdan düşməyin, çünki döyüş sizin deyil, ancaq Allahındır.
他遂說:「全猶大人耶路撒冷的居民以及約沙法特王,都要靜聽! 上主這樣對你們說:你們不要為這支龐大軍隊害怕,因為戰爭不在乎你們,而在乎天主。
16 Sabah onlara qarşı enin: budur, onlar Sis yoxuşu ilə qalxır və onları vadinin sonunda, Yeruel çölünün önündə tapacaqsınız.
明天你們要下去迎敵,他們要由漆茲山坡上來,你們要在耶魯耳曠野前的谷口遇到他們。
17 Bu səfərdə döyüşmək sizə lazım olmayacaq. Ey Yəhudalılar və Yerusəlimlilər, səf bağlayıb durun, sizinlə bərabər olan Rəbbin xilasını görün. Qorxmayın və ruhdan düşməyin. Sabah onların qarşısına gedin və Rəbb sizinlə olacaq”».
這次你們無須交戰,只須佈陣以待,觀看上主為你們所行的救援。猶大和耶路撒冷,不必畏懼,不必害怕! 明天你們只管出去迎敵,因為上主與你們同在。」
18 Yehoşafat üzüstə yerə qapandı və bütün Yəhudalılar və Yerusəlimdə yaşayanlar Rəbbə səcdə etmək üçün Rəbbin önündə yerə qapandı.
約沙法特遂俯首至地,猶大民眾和耶路撒冷居民也都俯伏在上主面前,朝拜上主。
19 Qohat və Qorah nəsillərindən olan Levililər ayağa qalxıb İsrailin Allahı Rəbbə yüksək səslə şükür etdilər.
刻哈特子孫和科辣黑子孫中的肋未人起立,引吭高歌,讚頌上主以色列的天主。[凱旋歸來]
20 Onlar səhər tezdən qalxdı və Teqoa çölünə çıxdılar. Çıxdıqları zaman Yehoşafat durub dedi: «Ey Yəhuda və Yerusəlimdə yaşayanlar, məni dinləyin: Allahınız Rəbbə inanın, onda qorunacaqsınız, Onun peyğəmbərlərinə inanın və uğur qazanacaqsınız».
次日,他們一早就起來,開往特科亞曠野;在出發時,約沙法特立起來說:「猶大和耶路撒冷的居民,請聽我的話! 你們信賴上主你們的天主,必保生命;相信他的先知,必定勝利。」
21 Xalqla məsləhət etdikdən sonra Rəbbə ilahi oxuyanları irəli qoydu ki, ordusunun önündə gedərək müqəddəs calalına həmd edib oxusunlar: «Rəbbə şükür edin, çünki Onun məhəbbəti əbədidir».
他與百姓商定之後,便派歌詠人員讚頌上主,身穿聖潔服裝,走在軍隊面前,歌頌說:「你們應讚頌上主,因為他的慈愛永遠常存! 」
22 Tərənnümlə həmdə başladıqları zaman Yəhudaya gələn Ammonlulara, Moavlılara və Seir dağının sakinlərinə qarşı Rəbb pusqu qurdu və onlar qırıldı.
他們正歌詠讚美時,上主派出伏兵,襲擊了那些來攻擊猶大的阿孟人、摩阿布人和色依爾山地的居民;他們便被擊敗了。
23 Çünki Ammonlularla Moavlılar Seir dağının sakinlərini qırıb tamam yox etmək üçün onlara qarşı qalxdı və Seir sakinlərini qırandan sonra bir-birlərini məhv etməyə başladı.
阿孟人和摩阿布人起來攻擊色依爾山地的居民,決心將他們殺盡滅絕;殲滅了色依爾山地居民以後,他們又自相殘殺。
24 Yəhudalılar çölə baxan gözətçi yerinə çatdıqda qoşuna baxıb yerə yıxılmış meyitlər gördülər. Sağ qalan yox idi.
猶大人到了俯瞰曠野的高崗上,觀望大軍,見伏屍遍野,沒有一個逃脫的。
25 Yehoşafat və onun xalqı onların qənimətini götürməyə gəldi, onların arasında çoxlu mallar, paltarlar və qiymətli şeylər tapdılar. Bunlardan o qədər yığdılar ki, daşıya bilmədilər. Qənimət o qədər çox idi ki, onu üç gün yığdılar.
約沙法特遂帶他的軍民去掠奪敵人的財物,見有大批的牲畜、財物、衣服和寶物;足足掠取了三天,奪得的財物多得不能攜帶,因為實在太多。
26 Dördüncü gün Beraka vadisində Rəbbə həmd etmək üçün toplandılar. Bundan ötrü o yerin adını Beraka vadisi qoydular və bu günə qədər də belədir.
第四天,他們聚集在巴辣加谷,在那裏讚頌了上主,為此給那地起名叫巴辣加谷,直到今天。
27 Bütün Yəhuda və Yerusəlim xalqı Yehoşafatın başçılığı altında sevinclə Yerusəlimə qayıtdı, çünki Rəbb düşmənlərini məhv edərək onları sevindirmişdi.
此後,猶大和耶路撒冷所有的軍民,由約沙法特率領,凱旋回了耶路撒冷,因為上主使他們戰勝仇敵,因而異常歡樂,
28 Çənglər, liralar və kərənaylar çalaraq Yerusəlimə, Rəbbin məbədinə gəldilər.
都彈著琴,鼓著瑟,吹著號,來到耶路撒冷,進了上主的殿。
29 İsrailin düşmənlərinə qarşı Rəbbin döyüşdüyünü eşitdikdə bütün ölkələrdəki padşahlar üzərinə Allahın qorxusu düşdü.
列國的民族一聽說上主擊敗了以色列的敵人,都對天主起了恐怖的心。
30 Yehoşafatın padşahlığında isə əmin-amanlıq oldu, çünki Allahı ona hər tərəfdən dinclik verdi.
約沙法特的王國於是獲享太平,因為上主賜給他四境平安。[對約沙法特的短評]
31 Yehoşafat Yəhuda üzərində padşahlıq etdi. Padşah olduğu zaman otuz beş yaşında idi. O, Yerusəlimdə iyirmi beş il padşahlıq etdi. Anasının adı Şilxi qızı Azuva idi.
約沙法特為猶大王,即位時年三十五歲,在耶路撒冷為王凡二十五年;他的母親名叫阿組巴,是史肋希的女兒。
32 O, atası Asanın yolu ilə getdi və Rəbbin gözündə doğru olan işlər edərək bunlardan kənara çıxmadı.
約沙法特走了他父親阿撒的道路,未偏左右,行了上主視為正義的事;
33 Ancaq səcdəgahlar aradan qaldırılmadı və xalqın ürəyi hələ atalarının Allahı Rəbbə tərəf yönəlməmişdi.
只是丘壇沒有剷除,人民仍沒有全心全意歸向他們祖先的天主。
34 Yehoşafatın qalan işləri, ilk işlərindən son işlərinə qədər İsrail padşahlarının kitabına daxil olan Xanani oğlu Yehunun tarix kitabında yazılmışdır.
約沙法特前後其餘的事蹟,都記載在哈納尼之子耶胡的言行錄上這言行錄收集在以色列列王實錄內。[船遭破毀]
35 Ondan sonra Yəhuda padşahı Yehoşafat pis işlər görən İsrail padşahı Axazya ilə razılığa gəldi.
此後,猶大王約沙法特與作惡多端的以色列王阿哈齊雅聯盟,
36 Tarşişə getməyə gəmilər düzəltmək üçün onunla razılaşdı və gəmiləri Esyon-Geverdə düzəltdilər.
合夥製造船隻,開往塔爾史士去;他們合力在厄茲雍革貝爾製造了一些船。
37 Mareşadan olan Dodavın oğlu Eliezer Yehoşafata qarşı peyğəmbərlik edib dedi: «Axazya ilə razılığa gəldiyin üçün Rəbb sənin işlərini pozdu». Gəmilər parçalandı və Tarşişə gedə bilmədilər.
瑪勒沙人多達瓦的兒子厄里厄則爾講預言攻擊約沙法特說:「因為你與阿哈齊雅聯盟,上主必要破壞你所造的船隻。」後來那些船隻果然遭受破壞,未能開往塔爾史士。

< Ikinci Salnamələr 20 >