< Ikinci Salnamələr 17 >

1 Onun yerinə oğlu Yehoşafat padşah oldu və İsrailə qarşı özünü möhkəmləndirdi.
Asa’s son Jehoshaphat reigned in his place, and he strengthened himself against Israel.
2 Yəhudanın hər qalalı şəhərinə qoşun qoydu və Yəhuda torpağına və atası Asanın aldığı Efrayim şəhərlərinə hərbi dəstələr yerləşdirdi.
He stationed troops in every fortified city of Judah and put garrisons in the land of Judah and in the cities of Ephraim that his father Asa had captured.
3 Rəbb Yehoşafatla idi, çünki atası Davudun əvvəlki yolları ilə getdi və Baal bütlərini deyil,
Now the LORD was with Jehoshaphat because he walked in the earlier ways of his father David. He did not seek out the Baals,
4 yalnız atasının Allahını axtardı və İsraillilərin etdiyi işlərə görə deyil, Allahın əmrləri ilə getdi.
but he sought the God of his father and walked by His commandments rather than the practices of Israel.
5 Rəbb padşahlığı onun əlində möhkəmləndirdi və bütün Yəhudalılar Yehoşafata xərac gətirdilər. Onun bol sərvəti və şərəfi vardı.
So the LORD established the kingdom in his hand, and all Judah brought him tribute, so that he had an abundance of riches and honor.
6 Rəbbin yollarında cəsarətləndi. Üstəlik səcdəgahları və Aşera bütlərini Yəhudadan götürdü.
And his heart took delight in the ways of the LORD; furthermore, he removed the high places and Asherah poles from Judah.
7 Padşahlığının üçüncü ilində Yəhuda şəhərlərində xalqa təlim versinlər deyə bunları göndərdi: rəisləri olan Ben-Xayil, Avdiya, Zəkəriyyə, Natanel və Mikeya.
In the third year of his reign, Jehoshaphat sent his officials Ben-hail, Obadiah, Zechariah, Nethanel, and Micaiah to teach in the cities of Judah,
8 Onlarla bərabər Levililər: Şemaya, Netanya, Zevadya, Asahel, Şemiramot, Yonatan, Adoniya, Toviya, Tov-Adoniya və onlarla birgə kahinlər: Elişama və Yehoram.
accompanied by certain Levites—Shemaiah, Nethaniah, Zebadiah, Asahel, Shemiramoth, Jehonathan, Adonijah, Tobijah, and Tob-adonijah—along with the priests Elishama and Jehoram.
9 Onlar Yəhudada xalqa təlim verdilər. Yanlarında Rəbbin Qanun kitabı olmaqla Yəhudanın bütün şəhərlərini dolaşdılar və xalqı öyrətdilər.
They taught throughout Judah, taking with them the Book of the Law of the LORD. They went throughout the towns of Judah and taught the people.
10 Yəhuda ətrafında olan bütün ölkələrin padşahlıqları üzərinə Rəbbin qorxusu düşdü və Yehoşafata qarşı müharibə etmədilər.
And the dread of the LORD fell upon all the kingdoms of the lands that surrounded Judah, so that they did not make war against Jehoshaphat.
11 Filiştlilərdən bəzisi Yehoşafata hədiyyə və xərac olaraq gümüş gətirdi. Ərəblər də ona qoyun-keçi – yeddi min yeddi yüz qoç və yeddi min yeddi yüz təkə gətirdi.
Some Philistines also brought gifts and silver as tribute to Jehoshaphat, and the Arabs brought him 7,700 rams and 7,700 goats from their flocks.
12 Yehoşafat get-gedə əzəmət qazandı. Yəhudada qalalar və anbar şəhərləri tikdi.
Jehoshaphat grew stronger and stronger, and he built fortresses and store cities in Judah
13 Yəhuda şəhərlərində çoxlu ehtiyatları vardı. Yerusəlimdə igid döyüşçülər olan əsgərləri vardı.
and kept vast supplies in the cities of Judah. He also had warriors in Jerusalem who were mighty men of valor.
14 Nəsillərinə görə onların siyahısı bu idi: Yəhudadan minbaşılar: başçı Adna və onunla bərabər üç yüz min igid döyüşçü;
These are their numbers according to the houses of their fathers: From Judah, the commanders of thousands: Adnah the commander, and with him 300,000 mighty men of valor;
15 onun yanında başçı Yehoxanan və onunla birgə iki yüz səksən min nəfər;
next to him, Jehohanan the commander, and with him 280,000;
16 onun yanında könüllü olaraq Rəbbin işini boynuna götürən Zikri oğlu Amasya və onunla birgə iki yüz min igid döyüşçü;
and next to him, Amasiah son of Zichri, the volunteer for the LORD, and with him 200,000 mighty men of valor.
17 Binyamindən igid bir döyüşçü olan Elyada və onunla bərabər ox-kaman və qalxanla silahlanmış iki yüz min nəfər,
From Benjamin: Eliada, a mighty man of valor, and with him 200,000 armed with bows and shields;
18 onun yanında Yehozavad və onunla döyüşə hazır olan yüz səksən min nəfər.
and next to him, Jehozabad, and with him 180,000 armed for battle.
19 Bunlar padşahın bütün Yəhudadakı qalalı şəhərlərə qoyduğu döyüşçülərdən əlavə ona xidmət edənlər idi.
These were the men who served the king, besides those he stationed in the fortified cities throughout Judah.

< Ikinci Salnamələr 17 >