< Ikinci Salnamələr 14 >

1 Aviya ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Yerinə oğlu Asa padşah oldu. Onun dövründə ölkə on il rahat yaşadı.
Then Abijah rested with his fathers and was buried in the City of David. And his son Asa reigned in his place, and in his days the land was at peace for ten years.
2 Asa Allahı Rəbbin gözündə yaxşı və doğru olan işlər etdi.
And Asa did what was good and right in the eyes of the LORD his God.
3 Özgə allahların qurbangahlarını və səcdəgahları aradan qaldırdı və sütunları qırdı, Aşera bütlərini kəsdi.
He removed the foreign altars and high places, shattered the sacred pillars, and chopped down the Asherah poles.
4 Asa atalarının Allahı Rəbbi axtarmağı və qanunla əmrlərinə əməl etməyi Yəhudaya söylədi.
He commanded the people of Judah to seek the LORD, the God of their fathers, and to observe the law and the commandments.
5 Yəhudanın bütün şəhərlərindən səcdəgahları və buxur qurbangahlarını aradan qaldırdı. Onun dövründə ölkə rahat yaşadı.
He also removed the high places and incense altars from all the cities of Judah, and under him the kingdom was at peace.
6 O, Yəhudada qalalı şəhərlər tikdi, çünki o illərdə ölkədə əmin-amanlıq idi və orada müharibə yox idi. Rəbb ona dinclik vermişdi.
Because the land was at peace, Asa built fortified cities in Judah. In those days no one made war with him, because the LORD had given him rest.
7 Asa Yəhudalılara dedi: «Bu şəhərləri tikək, ətrafında divarlar və qüllələr, qapılar və sürgülər düzəldək. Ölkə hələ bizimdir, çünki biz Allahımız Rəbbi axtardıq, Onu axtardığımıza görə Allah bizə hər tərəfdən dinclik verdi». Onlar beləcə uğurla tikdilər.
So he said to the people of Judah, “Let us build these cities and surround them with walls and towers, with doors and bars. The land is still ours because we have sought the LORD our God. We have sought Him and He has given us rest on every side.” So they built and prospered.
8 Asanın ordusu Yəhudadan sipər və nizə daşıyan üç yüz min nəfər, Binyamin nəslindən qalxan daşıyan və kaman çəkən iki yüz səksən min nəfərdən ibarət idi. Onların hamısı igid döyüşçülər idi.
Asa had an army of 300,000 men from Judah bearing large shields and spears, and 280,000 men from Benjamin bearing small shields and drawing the bow. All these were mighty men of valor.
9 Bunlara qarşı Kuşlu Zerah milyon əsgərlə və üç yüz döyüş arabası ilə Mareşaya hücum etdi.
Then Zerah the Cushite came against them with an army of 1,000,000 men and 300 chariots, and they advanced as far as Mareshah.
10 Asa onun üzərinə getdi və Mareşada Sefata dərəsində döyüş üçün düzüldü.
So Asa marched out against him and lined up in battle formation in the Valley of Zephathah near Mareshah.
11 Asa Allahı Rəbbi çağırıb dedi: «Ya Rəbb, güclülər arasında gücsüzəm, yardım edəcək Səndən başqası yoxdur. Ya Rəbb Allahımız, bizə yardım et, çünki Sən bizim dayağımızsan və Sənin isminlə bu qoşunun üstünə gəlmişik. Ya Rəbb, Allahımız Sənsən, qoy insan Sənə üstün gəlməsin».
Then Asa cried out to the LORD his God: “O LORD, there is no one besides You to help the powerless against the mighty. Help us, O LORD our God, for we rely on You, and in Your name we have come against this multitude. O LORD, You are our God. Do not let a mere mortal prevail against You.”
12 Asanın və Yəhudalıların önündə Rəbb Kuşluları qırdı və Kuşlular qaçdı.
So the LORD struck down the Cushites before Asa and Judah, and the Cushites fled.
13 Asa və onunla birgə olan xalq onları Gerara qədər təqib etdi. Kuşlulardan o qədər ölən oldu ki, heç kəs salamat qalmadı, çünki Rəbbin və onun ordusunun önündə məhv olmuşdular. Yəhudalılar çoxlu qənimət ələ keçirdilər.
Then Asa and his army pursued them as far as Gerar. The Cushites fell and could not recover, for they were crushed before the LORD and His army. So the people of Judah carried off a great amount of plunder
14 Gerar ətrafındakı bütün şəhərləri dağıtdılar, çünki onların canına Rəbbin qorxusu düşmüşdü. Bütün şəhərləri qarət etdilər, orada çoxlu qənimət vardı.
and attacked all the cities around Gerar, because the terror of the LORD had fallen upon them. They plundered all the cities, since there was much plunder there.
15 Çoban çadırlarını da dağıtdılar, çoxlu qoyun-keçi və dəvə apardılar. Sonra Yerusəlimə qayıtdılar.
They also attacked the tents of the herdsmen and carried off many sheep and camels. Then they returned to Jerusalem.

< Ikinci Salnamələr 14 >