< Ikinci Salnamələr 13 >

1 Yarovamın padşahlığının on səkkizinci ilində Aviya Yəhuda üzərində padşah oldu.
בשנת שמונה עשרה למלך ירבעם וימלך אביה על יהודה
2 O, Yerusəlimdə üç il padşahlıq etdi. Anasının adı Givealı Urielin qızı Maaka idi. Aviya ilə Yarovamın arasında müharibə gedirdi.
שלוש שנים מלך בירושלם ושם אמו מיכיהו בת אוריאל מן גבעה ומלחמה היתה בין אביה ובין ירבעם
3 Aviya dörd yüz min seçmə igid döyüşçüdən ibarət olan bir ordu ilə hərbə girişdi. Yarovam isə səkkiz yüz min seçmə igid döyüşçünü ona qarşı döyüş üçün düzdü.
ויאסר אביה את המלחמה בחיל גבורי מלחמה ארבע מאות אלף איש בחור וירבעם ערך עמו מלחמה בשמונה מאות אלף איש בחור גבור חיל
4 Aviya Efrayimin dağlıq bölgəsində olan Semarayim dağına qalxıb dedi: «Ey Yarovam və bütün İsraillilər, məni dinləyin!
ויקם אביה מעל להר צמרים אשר בהר אפרים ויאמר שמעוני ירבעם וכל ישראל
5 Bilmirsiniz ki, İsrailin Allahı Rəbb İsrail üzərində padşahlığı əbədi olaraq Davuda və onun oğullarına vermişdir? Bunu duzla əhd etmişdir.
הלא לכם לדעת כי יהוה אלהי ישראל נתן ממלכה לדויד על ישראל לעולם לו ולבניו ברית מלח
6 Ancaq Davudun oğlu Süleymanın qulu Nevat oğlu Yarovam qalxıb ağasına qarşı üsyan etdi.
ויקם ירבעם בן נבט עבד שלמה בן דויד וימרד על אדניו
7 Onun ətrafına boş və yaramaz adamlar yığılıb Süleyman oğlu Rexavama qarşı çıxdılar. Rexavam gənc və zəif iradəli olduğu üçün onlara qarşı dura bilmədi.
ויקבצו עליו אנשים רקים בני בליעל ויתאמצו על רחבעם בן שלמה ורחבעם היה נער ורך לבב ולא התחזק לפניהם
8 İndi siz Davud oğullarının əlində olan Rəbbin padşahlığına qarşı durmağı düşünürsünüz və siz böyük bir kütləsiniz. Yarovamın allahlar deyə sizə düzəltdiyi qızıl danalar da aranızdadır.
ועתה אתם אמרים להתחזק לפני ממלכת יהוה ביד בני דויד ואתם המון רב ועמכם עגלי זהב אשר עשה לכם ירבעם לאלהים
9 Amma Harun nəslindən olan Rəbbin kahinlərini və Levililəri qovmadınızmı? Başqa ölkələrin xalqlarının qaydasına görə özünüzə kahinlər qoymadınızmı? Buğa və yeddi qoçla təqdis olunmaq üçün gələn hər kəs yalançı allahların kahini ola bilər.
הלא הדחתם את כהני יהוה את בני אהרן והלוים ותעשו לכם כהנים כעמי הארצות--כל הבא למלא ידו בפר בן בקר ואילם שבעה והיה כהן ללא אלהים
10 Amma Rəbb Allahımız olduğuna görə biz Onu tərk etməmişik və bizdə Rəbbin xidmətində Harun nəslindən olan kahinlər və onlara kömək edən Levililər vardı.
ואנחנו יהוה אלהינו ולא עזבנהו וכהנים משרתים ליהוה בני אהרן והלוים במלאכת
11 Onlar hər səhər-axşam Rəbbə yandırma qurbanları və xoş ətirli buxur yandırar, təmiz masa üzərində çörək təqdimi verər və hər axşam qızıl çıraqdanda çıraqları yandırar. Çünki biz Allahımız Rəbbin qoyduğu qaydalara əməl edirik, siz isə Onu tərk etdiniz.
ומקטרים ליהוה עלות בבקר בבקר ובערב בערב וקטרת סמים ומערכת לחם על השלחן הטהור ומנורת הזהב ונרתיה לבער בערב בערב--כי שמרים אנחנו את משמרת יהוה אלהינו ואתם עזבתם אתו
12 Budur, Allah bizimlədir, başımızın üstündədir. Onun kahinləri də bizimlədir. Sizə qarşı çalmaq üçün əllərində yüksək səs verən kərənaylar var. Ey İsrail övladları, atalarınızın Allahı Rəbbə qarşı müharibə etməyin, çünki işiniz yaxşı getməz».
והנה עמנו בראש האלהים וכהניו וחצצרות התרועה--להריע עליכם בני ישראל אל תלחמו עם יהוה אלהי אבתיכם--כי לא תצליחו
13 Yarovam onların arxasından pusqu qurmaq üçün dəstə göndərmişdi. Onun özü Yəhudalılardan qabaqda idi. Pusqu isə onların arxasında idi.
וירבעם הסב את המארב לבוא מאחריהם ויהיו לפני יהודה והמארב מאחריהם
14 Yəhudalılar geriyə baxdıqda gördülər ki, onlara öndən və arxadan hücum olunacaq. Onlar Rəbbə fəryad etdilər və kahinlər kərənayları yüksək səslə çaldılar.
ויפנו יהודה והנה להם המלחמה פנים ואחור ויצעקו ליהוה והכהנים מחצצרים (מחצרים) בחצצרות
15 Yəhudalılar nərə çəkdilər və onlar nərə çəkəndə Allah Yarovamı və bütün İsrailliləri Aviyanın və Yəhudanın önündə qırdı.
ויריעו איש יהודה ויהי בהריע איש יהודה והאלהים נגף את ירבעם וכל ישראל לפני אביה ויהודה
16 İsrail övladları Yəhudalıların önündən qaçdı və Allah onları bunlara təslim etdi.
וינוסו בני ישראל מפני יהודה ויתנם אלהים בידם
17 Aviya ilə xalqı onları böyük tələfata uğratdılar: İsraillilərdən beş yüz min seçmə adam həlak oldu.
ויכו בהם אביה ועמו מכה רבה ויפלו חללים מישראל חמש מאות אלף איש בחור
18 Beləcə o vaxt İsrail övladları sakitləşdilər, Yəhudalılar isə atalarının Allahı Rəbbə güvəndikləri üçün üstün gəldilər.
ויכנעו בני ישראל בעת ההיא ויאמצו בני יהודה כי נשענו על יהוה אלהי אבותיהם
19 Aviya Yarovamı təqib etdi və ondan şəhərləri – Bet-Eli və qəsəbələrini, Yeşananı və qəsəbələrini, Efronu və qəsəbələrini aldı.
וירדף אביה אחרי ירבעם וילכד ממנו ערים את בית אל ואת בנותיה ואת ישנה ואת בנותיה ואת עפרון (עפרין) ובנתיה
20 Aviyanın dövründə Yarovam bir daha güclü olmadı. Rəbb onu vurdu və o öldü.
ולא עצר כח ירבעם עוד בימי אביהו ויגפהו יהוה וימת
21 Ancaq Aviya daha da gücləndi. O, on dörd arvad aldı, iyirmi iki oğul və on altı qız atası oldu.
ויתחזק אביהו--וישא לו נשים ארבע עשרה ויולד עשרים ושנים בנים ושש עשרה בנות
22 Aviyanın qalan işləri, əməlləri və sözləri peyğəmbər İddonun təlimində yazılmışdır.
ויתר דברי אביה ודרכיו ודבריו--כתובים במדרש הנביא עדו

< Ikinci Salnamələr 13 >