< Ikinci Salnamələr 12 >
1 Padşahlığı möhkəmlənib özü qüvvətləndikdə Rexavam, onunla bərabər bütün İsraillilər Rəbbin Qanunundan üz döndərdilər.
cumque roboratum fuisset regnum Roboam et confortatum dereliquit legem Domini et omnis Israhel cum eo
2 Padşah Rexavamın beşinci ilində Rəbbə qarşı vəfasızlıq etdiklərinə görə Misir padşahı Sisaq min iki yüz döyüş arabası və altmış min süvari ilə Yerusəlimə hücum etdi.
anno autem quinto regni Roboam ascendit Sesac rex Aegypti in Hierusalem quia peccaverunt Domino
3 Onunla bərabər Misirdən gələn xalqın, Luvluların, Sukluların və Kuşluların sayı-hesabı bilinmirdi.
cum mille ducentis curribus et sexaginta milibus equitum nec erat numerus vulgi quod venerat cum eo ex Aegypto Lybies scilicet et Trogoditae et Aethiopes
4 O, Yəhudanın qalalı şəhərlərini aldı və Yerusəlimə yaxınlaşdı.
cepitque civitates munitissimas in Iuda et venit usque Hierusalem
5 Peyğəmbər Şemaya Rexavamın və Sisaqdan ötrü Yerusəlimə toplanan Yəhuda rəislərinin yanına gəlib onlara dedi: «Rəbb belə deyir: “Siz Məni tərk etdiniz, buna görə Mən də sizi Sisaqa təslim etdim”».
Semeias autem propheta ingressus est ad Roboam et principes Iuda qui congregati fuerant in Hierusalem fugientes Sesac dixitque ad eos haec dicit Dominus vos reliquistis me et ego reliqui vos in manu Sesac
6 İsrail rəisləri ilə padşah özlərini aşağı tutdular və «Rəbb adildir» dedilər.
consternatique principes Israhel et rex dixerunt iustus est Dominus
7 Rəbb onların özlərini aşağı tutduğunu görəndə Şemayaya Rəbbin bu sözü gəldi: «Özlərini aşağı tutduqları üçün onları məhv etməyəcəyəm, onlara bir az qurtuluş verəcəyəm, Sisaqın əli ilə qəzəbim Yerusəlimin üzərinə tökülməyəcək.
cumque vidisset Dominus quod humiliati essent factus est sermo Domini ad Semeiam dicens quia humiliati sunt non disperdam eos daboque eis pauxillum auxilii et non stillabit furor meus super Hierusalem per manum Sesac
8 Amma Mənə qulluq etməklə dünya padşahlıqlarına qulluq etməyin fərqini başa düşsünlər deyə onun qulları olacaqlar».
verumtamen servient ei ut sciant distantiam servitutis meae et servitutis regni terrarum
9 Misir padşahı Sisaq Yerusəlimə hücum etdi və Rəbbin məbədinin və padşah sarayının xəzinələrini götürdü. Hər şeyi aldı, Süleymanın düzəltdiyi qızıl qalxanları da götürdü.
recessit itaque Sesac rex Aegypti ab Hierusalem sublatis thesauris domus Domini et domus regis omniaque secum tulit et clypeos aureos quos fecerat Salomon
10 Padşah Rexavam onların yerinə tunc qalxanlar düzəltdi və bunları padşah sarayının qapısını qoruyan mühafizə rəislərinin əlinə verdi.
pro quibus fecit rex aeneos et tradidit illos principibus scutariorum qui custodiebant vestibulum palatii
11 Hər dəfə padşah Rəbbin məbədinə gələndə mühafizəçilər onları daşıyır və sonra mühafizəçilərin otağına geri gətirirdilər.
cumque introiret rex domum Domini veniebant scutarii et tollebant eos iterumque referebant ad armamentarium suum
12 Özünü aşağı tutduqda onu büsbütün məhv etməmək üçün Rəbbin qəzəbi üzərindən döndü. Çünki Yəhudada yaxşı işlər də var idi.
verumtamen quia humiliati sunt aversa est ab eis ira Domini nec deleti sunt penitus siquidem et in Iuda inventa sunt opera bona
13 Padşah Rexavam Yerusəlimdə özünü möhkəmləndirərək padşahlıq etdi. Rexavam padşah olan vaxt qırx bir yaşında idi. O, Rəbbin Öz adını qoymaq üçün İsrailin bütün qəbilələrindən seçdiyi şəhərdə – Yerusəlimdə on yeddi il padşahlıq etdi. Anasının adı Ammonlu Naama idi.
confortatus est igitur rex Roboam in Hierusalem atque regnavit quadraginta autem et unius anni erat cum regnare coepisset et decem septemque annis regnavit in Hierusalem urbe quam elegit Dominus ut confirmaret nomen suum ibi de cunctis tribubus Israhel nomenque matris eius Naama Ammanitis
14 O, pis olan işlər etdi, çünki ürəyi Rəbbi axtarmaq istəmədi.
fecit autem malum et non praeparavit cor suum ut quaereret Dominum
15 Rexavamın etdiyi işlər, ilk işlərindən son işlərinə qədər peyğəmbər Şemayanın və görücü İddonun tarix kitablarında nəsil şəcərəsinə görə yazılmışdır. Rexavamla Yarovam arasında həmişə müharibə gedirdi.
opera vero Roboam prima et novissima scripta sunt in libris Semeiae prophetae et Addo videntis et diligenter exposita pugnaveruntque adversum se Roboam et Hieroboam cunctis diebus
16 Rexavam ataları ilə uyudu və Davudun şəhərində basdırıldı. Yerinə oğlu Aviya padşah oldu.
et dormivit Roboam cum patribus suis sepultusque est in civitate David et regnavit Abia filius eius pro eo