< Ikinci Salnamələr 11 >

1 Rexavam Yerusəlimə gəldi. O, İsraillilərlə müharibə edib öz padşahlığını qaytarmaq üçün Yəhuda və Binyamin evini – yüz səksən min seçmə döyüşçünü topladı.
و چون رحبعام وارد اورشلیم شد، صدو هشتاد هزار نفر برگزیده جنگ آزموده را از خاندان یهودا و بنیامین جمع کرد تا بااسرائیل مقاتله نموده، سلطنت را به رحبعام برگرداند.۱
2 Ancaq Allah adamı Şemayaya Rəbbin bu sözü nazil oldu:
اما کلام خداوند بر شمعیا مرد خدانازل شده، گفت:۲
3 «Yəhuda padşahı Süleyman oğlu Rexavama, Yəhuda və Binyamində olan bütün İsraillilərə söylə ki,
«به رحبعام بن سلیمان پادشاه یهودا و به تمامی اسرائیلیان که در یهودا و بنیامین می‌باشند خطاب کرده، بگو:۳
4 Rəbb belə deyir: “Getməyin və soydaşlarınızla müharibə etməyin. Hər kəs öz evinə qayıtsın, çünki bu iş Mənim tərəfimdən oldu”». Onlar Rəbbin sözünə qulaq asdılar və Yarovamın üzərinə getməkdən əl çəkdilər.
خداوند چنین می‌گوید: برمیایید و با برادران خود جنگ منمایید. هرکس به خانه خود برگردد زیرا که این امر از جانب من شده است.» و ایشان کلام خداوندرا شنیدند و از رفتن به ضد یربعام برگشتند.۴
5 Rexavam Yerusəlimdə yaşadı və Yəhudada müdafiə olunmaq üçün bu şəhərləri tikdi.
و رحبعام در اورشلیم ساکن شد و شهرهای حصاردار در یهودا ساخت.۵
6 Bet-Lexem, Etam, Teqoa,
پس بیت لحم و عیتام و تقوع۶
7 Bet-Sur, Soko, Adullam,
و بیت صور و سوکو و عدلام،۷
8 Qat, Mareşa, Zif,
وجت و مریشه و زیف،۸
9 Adorayim, Lakiş, Azeqa,
و ادورایم و لاکیش وعزیقه،۹
10 Sora, Ayyalon və Xevron. O, Yəhuda və Binyamin torpağında olan bu qalalı şəhərləri tikdi.
و صرعه و ایلون و حبرون را بنا کرد که شهرهای حصاردار در یهودا و بنیامین می‌باشند.۱۰
11 Qalaları möhkəmlədib onlara rəislər təyin etdi və ərzaq, yağ, şərab ehtiyatı gördü.
و حصارها را محکم ساخت و در آنها سرداران و انبارهای ماکولات و روغن و شراب گذاشت.۱۱
12 Hər şəhərə sipər və nizələr qoydu, onları çox möhkəmləndirdi. Beləcə Yəhuda ilə Binyamin torpaqları onun tərəfində qaldı.
و در هر شهری سپرها و نیزه‌ها گذاشته، آنها رابسیار محکم گردانید، پس یهودا و بنیامین با اوماندند.۱۲
13 Bütün İsraildə olan kahinlər və Levililər onların bütün mahallarından gəlib Rexavamın yanına toplandı.
و کاهنان و لاویانی که در تمامی اسرائیل بودند از همه حدود خود نزد او جمع شدند.۱۳
14 Levililər otlaqlarını və mülklərini qoyub Yəhudaya və Yerusəlimə gəldilər. Çünki Yarovam onları oğulları ilə birgə Rəbbə kahinlik etməkdən kənar etmişdi.
زیراکه لاویان اراضی شهرها و املاک خود راترک کرده، به یهودا و اورشلیم آمدند چونکه یربعام و پسرانش ایشان را از کهانت یهوه اخراج کرده بودند.۱۴
15 O, səcdəgahlar, təkə bütləri və düzəltdiyi dana bütləri üçün özünə kahinlər qoymuşdu.
و او برای خود به جهت مکان های بلند و دیوها و گوساله هایی که ساخته بود کاهنان معین کرد.۱۵
16 Onların ardınca bütün İsrail qəbilələrindən olan İsrailin Allahı Rəbbi sidq ürəkdən axtarmaq istəyənlər atalarının Allahı Rəbbə qurban təqdim etmək üçün Yerusəlimə gəldilər.
و بعد از ایشان آنانی که دلهای خودرا به طلب یهوه خدای اسرائیل مشغول ساخته بودند از تمامی اسباط اسرائیل به اورشلیم آمدندتا برای یهوه خدای پدران خود قربانی بگذرانند.۱۶
17 Yəhuda padşahlığını möhkəmləndirdilər və üç il Süleymanın oğlu Rexavama kömək etdilər. Çünki üç il Davudun və Süleymanın yolu ilə getdilər.
پس سلطنت یهودا را مستحکم ساختند ورحبعام بن سلیمان را سه سال تقویت کردند، زیراکه سه سال به طریق داود و سلیمان سلوک نمودند.۱۷
18 Rexavam Maxalatı özünə arvad aldı. Maxalat Davudun oğlu Yerimotunla Yesseyin oğlu Eliavın qızı Avihayilin qızı idi.
و رحبعام محله دختر یریموت بن داود وابیحایل دختر الیاب بن یسی را به زنی گرفت.۱۸
19 O, Rexavama oğullar – Yeuşu, Şemaryanı, Zahamı doğdu.
واو برای وی پسران یعنی یعوش و شمریا و زهم رازایید.۱۹
20 Rexavam Maxalatdan sonra Avşalomun qızı Maakanı aldı. O, Aviyanı, Attayı, Zizanı və Şelomiti doğdu.
و بعد از او معکه دختر ابشالوم را گرفت و او برای وی ابیا و عتای و زبزا و شلومیت رازایید.۲۰
21 Rexavam Avşalomun qızı Maakanı bütün arvadları və cariyələrindən daha çox sevirdi. O, on səkkiz arvad və altmış cariyə almışdı, iyirmi səkkiz oğul və altmış qız atası oldu.
و رحبعام، معکه دختر ابشالوم را از جمیع زنان و متعه های خود زیاده دوست می‌داشت، زیرا که هجده زن و شصت متعه گرفته بود و بیست و هشت پسر و شصت دختر تولیدنمود.۲۱
22 Rexavam Maaka oğlu Aviyanı qardaşları arasında padşah etmək üçün ayıraraq vəliəhd təyin etdi.
و رحبعام ابیا پسر معکه را در میان برادرانش سرور و رئیس ساخت، زیراکه می‌خواست او را به پادشاهی نصب نماید.۲۲
23 Ağıllı davranıb bütün Yəhuda və Binyamin torpağında hər qalalı şəhərə oğullarını göndərdi və onlara bol ərzaq verdi, onlar üçün çoxlu arvad aldı.
وعاقلانه رفتار نموده، همه پسران خود را درتمامی بلاد یهودا و بنیامین در جمیع شهرهای حصاردار متفرق ساخت، و برای ایشان آذوقه بسیار قرار داد و زنان بسیار خواست.۲۳

< Ikinci Salnamələr 11 >