< Ikinci Salnamələr 1 >
1 Davud oğlu Süleyman öz padşahlığını möhkəmləndirdi, Allahı Rəbb onunla idi və onu çox yüksəltdi.
And strengthen himself doth Solomon son of David over his kingdom, and Jehovah his God [is] with him, and maketh him exceedingly great.
2 Süleyman bütün İsrailliləri, minbaşıları, yüzbaşıları, hakimləri, bütün İsraildə hər bir rəhbəri və nəsil başçılarını çağırdı.
And Solomon saith to all Israel, to heads of the thousands, and of the hundreds, and to judges, and to every honourable one of all Israel, heads of the fathers,
3 Süleyman və onunla bərabər bütün camaat Giveonda olan səcdəgaha getdi, çünki Rəbbin qulu Musanın çöldə qurduğu Allahın Hüzur çadırı orada idi.
and they go — Solomon, and all the assembly with him — to the high place that [is] in Gibeon, for there hath been God's tent of meeting, that Moses, servant of Jehovah, made in the wilderness,
4 Ancaq Davud Allahın sandığını Qiryat-Yearimdən onun üçün hazırladığı yerə gətirmişdi, çünki Davud onun üçün Yerusəlimdə bir çadır qurmuşdu.
but the ark of God had David brought up from Kirjath-Jearim, when David prepared for it, for he stretched out for it a tent in Jerusalem;
5 Xur oğlu Uri oğlu Besalelin düzəltdiyi tunc qurbangah Giveonda, Rəbbin məskəni önündə idi və Süleymanla camaat oraya Rəbdən söz soruşmağa getdi.
and the altar of brass that Bezaleel son of Uri, son of Hur made, he put before the tabernacle of Jehovah; and Solomon and the assembly seek to it.
6 Süleyman oraya – Rəbbin önündə, Hüzur çadırının qarşısındakı tunc qurbangaha qalxdı və onun üzərində min baş yandırma qurbanı təqdim etdi.
And Solomon goeth up thither, on the altar of brass, before Jehovah, that [is] at the tent of meeting, and causeth to ascend upon it a thousand burnt-offerings.
7 Həmin gecə Allah Süleymana görünüb ona dedi: «Nə istəyirsən, sənə verim?»
In that night hath God appeared to Solomon, and saith to him, 'Ask — what do I give to thee?'
8 Süleyman Allaha dedi: «Sən atam Davuda böyük xeyirxahlıq göstərdin və onun yerinə məni padşah etdin.
And Solomon saith to God, 'Thou hast done with David my father great kindness, and hast caused me to reign in his stead.
9 İndi, ya Rəbb Allah, atam Davuda olan vədin yerinə yetsin, çünki Sən məni yerin tozu qədər çox olan bir xalq üzərində padşah etdin.
Now, O Jehovah God, is Thy word with David my father stedfast, for Thou hast caused me to reign over a people numerous as the dust of the earth;
10 İndi mənə hikmət və bilik ver ki, bu xalqa nə edib-etməyəcəyimi bilim, çünki bu qədər böyük olan bu xalqına kim hökm edə bilər?»
now, wisdom and knowledge give to me, and I go out before this people, and I come in, for who doth judge this Thy great people?'
11 Allah Süleymana dedi: «İndi ki ürəyində bu istək var və sən var-dövlət, əmlak, izzət, hətta sənə nifrət edənlərin canını və özünə uzun ömür istəmədin, ancaq səni üzərində padşah etdiyim xalqıma hökm edəsən deyə özün üçün hikmət və bilik istədin,
And God saith to Solomon, 'Because that this hath been with thy heart, and thou hast not asked riches, wealth, and honour, and the life of those hating thee, and also many days hast not asked, and dost ask for thyself wisdom and knowledge, so that thou dost judge My people over which I have caused thee to reign —
12 Mən sənə nəinki hikmət və bilik, həm də var-dövlət, əmlak və izzət verəcəyəm ki, nə səndən əvvəl olan padşahlarda olub, nə də səndən sonrakılarda olacaq».
the wisdom and the knowledge is given to thee, and riches and wealth and honour I give to thee, that there hath not been so to the kings who [are] before thee, and after thee it is not so.'
13 Süleyman Giveonda olan səcdəgahdan, Hüzur çadırının önündən Yerusəlimə gəldi və İsrail üzərində padşahlıq etdi.
And Solomon cometh in [from] the high place that [is] in Gibeon to Jerusalem, from before the tent of meeting, and reigneth over Israel,
14 Süleyman döyüş arabaları ilə süvarilər topladı. Onun min dörd yüz döyüş arabası və on iki min süvarisi var idi. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi.
and Solomon gathereth chariots and horsemen, and he hath a thousand and four hundred chariots, and twelve thousand horsemen, and he placeth them in the cities of the chariots, and with the king in Jerusalem.
15 Padşah Yerusəlimdə çoxluğuna görə qızıl və gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi.
And the king maketh the silver and the gold in Jerusalem as stones, and the cedars he made as sycamores that [are] in the low country, for abundance.
16 Süleymanın atları Misirdən və Quvedən gətirilirdi, padşahın tacirləri onları Quvedən satın alırdı.
And the source of the horses that [are] to Solomon [is] from Egypt and from Keva; merchants of the king from Keva take at a price,
17 Hər bir döyüş arabası altı yüz şekel, hər bir at isə yüz əlli şekel gümüşə başa gəlib Misirdən gətirilirdi. Bütün Xet və Aram padşahları da bunları Süleymanın tacirlərinin vasitəsilə alırdı.
and they come up, and bring out from Egypt a chariot for six hundred silverlings, and a horse for fifty and a hundred, and so for all the kings of the Hittites, and the kings of Aram — by their hand they bring out.