< 1 Timoteyə 2 >

1 Hər şeydən əvvəl xahiş edirəm: möminlik və ləyaqətlə sakit və rahat ömür sürməyimiz üçün, bütün insanlar, o cümlədən, padşahlar və hakimiyyət sahibi olanların hamısı üçün yalvarış, dua, vəsatət və şükürlər edilsin.
ראשית כל אני מבקש מכם להרבות בתפילה בעד כל בני־אדם. התחננו לפני אלוהים ובקשו ממנו שירחם עליהם, ואל תשכחו להודות לו בשם כולם.
2
התפללו בעד המלכים, המנהיגים ואנשי־השלטון למיניהם, כדי שנוכל לחיות בשקט ובשלווה, באורח מכובד וביראת אלוהים.
3 Çünki bu yaxşıdır və Xilaskarımız Allahı razı salır.
זהו רצונו של האלוהים מושיענו,
4 O bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir.
כי הוא חפץ שכולם ייוושעו ויאמינו באמת, כלומר:
5 Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır.
שיש רק אלוהים אחד ומתווך אחד בינו לבין בני־האדם, הלא הוא בן־האדם ישוע המשיח,
6 O hamını satın almaq üçün Özünü fidyə verdi və bu da münasib vaxtda edilən şəhadətdir.
אשר הקריב את נפשו בעד כל בני־האדם, והעדות לכך ניתנה במועד המתאים.
7 Mən də həmin şəhadətin vaizi və həvarisi təyin edildim – yalanı deyil, həqiqəti söyləyirəm. Başqa millətlərə iman və həqiqət öyrədən müəllim oldum.
אני אומר לכם את האמת: נבחרתי לתפקיד שליחו של אלוהים כדי ללמד את הגויים אמת זאת, וכדי להראות להם את תוכניתו של אלוהים לישועה דרך האמונה.
8 Buna görə istəyirəm ki, kişilər qəzəblənmədən, mübahisə etmədən hər yerdə müqəddəs əllər qaldırıb dua etsinlər,
משום כך אני רוצה שהמאמינים יתפללו בכל מקום ויניפו את ידיהם, כשליבם נקי מכל טינה, כעס או ספק.
9 qadınlar da ədəbli görkəmlə, abır-həya və ağıl-kamalla bəzənsinlər. Dəbdəbəli saç düzümü ilə, qızıllarla, mirvarilərlə və yaxud bahalı paltarlarla deyil,
על הנשים להתלבש בצניעות, בתלבושת נאה ופשוטה, ואל להן להתגנדר בתסרוקות המושכות את העין, ולא בתכשיטים או במלבושים יקרים.
10 mömin olduqlarını bəyan edən qadınlara yaraşan tərzdə xeyirli işlərlə bəzənmələrini istəyirəm.
כי על הנשים המשיחיות למשוך תשומת־לב במעשיהן הטובים, כיאה לנשים שבחרו לאהוב את אלוהים ולשרתו.
11 Qadın sakitlik və tam bir tabelik içində öyrənsin;
עליהן להקשיב וללמוד בשקט ובענווה.
12 qadının öyrədib kişiyə ağalıq etməsinə izin vermirəm, qadın sakit olsun.
על הנשים לשבת בשקט באסיפות הקהילה. איני מרשה לנשים ללמד את הגברים או להתנשא עליהם.
13 Çünki ilk yaradılan Adəm oldu, sonra Həvva.
מדוע? מפני שאלוהים ברא לראשונה את אדם, ורק לאחר מכן את חוה.
14 Aldadılan da Adəm deyildi, qadın aldadılıb əmri pozdu;
ולא אדם הוא שרומה על־ידי השטן, כי אם חוה לא עמדה בפיתוי וחטאה.
15 amma qadın doğuşla xilas olacaq, bir şərtlə ki ağıl-kamalla imanda, məhəbbətdə və müqəddəslikdə yaşamağa davam etsin.
מכאן הכאב והסבל של האישה בעת לידת בניה, אך נפשה תיוושע אם תמשיך לחיות באמונה, קדושה, אהבה וצניעות.

< 1 Timoteyə 2 >