< 1 Timoteyə 1 >

1 Xilaskarımız Allahın və ümidimiz olan Məsih İsanın əmrinə görə Məsih İsanın həvarisi mən Pauldan
παυλος αποστολος ιησου χριστου κατ επιταγην θεου σωτηρος ημων και κυριου ιησου χριστου της ελπιδος ημων
2 imanda mənə əsl oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun!
τιμοθεω γνησιω τεκνω εν πιστει χαρις ελεος ειρηνη απο θεου πατρος ημων και χριστου ιησου του κυριου ημων
3 Makedoniyaya gedərkən mən səndən xahiş etdiyim kimi Efesdə qal və bəzi insanlara əmr et ki, yad təlim yaymasınlar,
καθως παρεκαλεσα σε προσμειναι εν εφεσω πορευομενος εις μακεδονιαν ινα παραγγειλης τισιν μη ετεροδιδασκαλειν
4 əfsanə və bitməz-tükənməz nəsil şəcərələri ilə məşğul olmasınlar. Çünki bu şeylər Allahın niyyətinin imanla yerinə yetməsi üçün faydalı deyil, əksinə, boş mübahisələrə səbəb ola bilər.
μηδε προσεχειν μυθοις και γενεαλογιαις απεραντοις αιτινες ζητησεις παρεχουσιν μαλλον η οικονομιαν θεου την εν πιστει
5 Bu əmrin məqsədi pak ürəkdən, təmiz vicdandan və riyasız imandan gələn məhəbbətdir.
το δε τελος της παραγγελιας εστιν αγαπη εκ καθαρας καρδιας και συνειδησεως αγαθης και πιστεως ανυποκριτου
6 Bəzi adamlar isə bunlardan azaraq boşboğazlığa qapıldılar.
ων τινες αστοχησαντες εξετραπησαν εις ματαιολογιαν
7 Qanun müəllimi olmaq istəyirlər, amma nə söylədikləri sözləri, nə də üstündə durduqları mövzuları anlayırlar.
θελοντες ειναι νομοδιδασκαλοι μη νοουντες μητε α λεγουσιν μητε περι τινων διαβεβαιουνται
8 Biz bilirik ki, kimsə Qanundan qanuni şəkildə istifadə edərsə, Qanun yaxşıdır.
οιδαμεν δε οτι καλος ο νομος εαν τις αυτω νομιμως χρηται
9 Bunu da bilirik ki, Qanun saleh üçün deyil, qanunsuzlar və itaətsizlər, allahsızlarla günahkarlar, müqəddəs olmayanlar və Allahla əlaqəsi olmayanlar, ata və analarını öldürənlər, qatillər,
ειδως τουτο οτι δικαιω νομος ου κειται ανομοις δε και ανυποτακτοις ασεβεσι και αμαρτωλοις ανοσιοις και βεβηλοις πατραλοιαις και μητραλοιαις ανδροφονοις
10 əxlaqsızlar, kişibazlar, adam oğruları, yalançılar, andı pozanlar və sağlam təlimə zidd olan bütün başqaları üçün qoyulmuşdur.
πορνοις αρσενοκοιταις ανδραποδισταις ψευσταις επιορκοις και ει τι ετερον τη υγιαινουση διδασκαλια αντικειται
11 Bəxtiyarlıq mənbəyi olan Allahın mənə əmanət etdiyi izzətli Müjdəyə görə bu belədir.
κατα το ευαγγελιον της δοξης του μακαριου θεου ο επιστευθην εγω
12 Mənə qüvvət verən Rəbbimiz Məsih İsaya şükür edirəm ki, məni sadiq sayıb Öz xidmətinə təyin etdi.
και χαριν εχω τω ενδυναμωσαντι με χριστω ιησου τω κυριω ημων οτι πιστον με ηγησατο θεμενος εις διακονιαν
13 Əvvəllər Ona küfr edən, təqibçi və söyüşkən olduğum halda mənə mərhəmət edildi. Çünki nə etdimsə, cahillik və imansızlıq üzündən etdim.
τον προτερον οντα βλασφημον και διωκτην και υβριστην αλλα ηλεηθην οτι αγνοων εποιησα εν απιστια
14 Amma Rəbbimizin lütfü Məsih İsada olan iman və məhəbbətlə birlikdə mənə bol-bol ehsan edildi.
υπερεπλεονασεν δε η χαρις του κυριου ημων μετα πιστεως και αγαπης της εν χριστω ιησου
15 Məsih İsa günahkarları xilas etmək üçün dünyaya gəldi, bu söz etibarlı və tamamilə qəbul olunmağa layiq sözdür. O günahkarlardan ən betəri mənəm.
πιστος ο λογος και πασης αποδοχης αξιος οτι χριστος ιησους ηλθεν εις τον κοσμον αμαρτωλους σωσαι ων πρωτος ειμι εγω
16 Lakin ən betəri olduğum halda mənə buna görə mərhəmət edildi ki, Məsih İsa mənim vasitəmlə hədsiz səbrini göstərsin. Ona görə ki gələcəkdə Ona iman edib əbədi həyata malik olanlara mən nümunə olum. (aiōnios g166)
αλλα δια τουτο ηλεηθην ινα εν εμοι πρωτω ενδειξηται ιησους χριστος την πασαν μακροθυμιαν προς υποτυπωσιν των μελλοντων πιστευειν επ αυτω εις ζωην αιωνιον (aiōnios g166)
17 Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun! Amin. (aiōn g165)
τω δε βασιλει των αιωνων αφθαρτω αορατω μονω σοφω θεω τιμη και δοξα εις τους αιωνας των αιωνων αμην (aiōn g165)
18 Oğlum Timotey, əvvəlcədən sənin haqqında söylənən peyğəmbərlik sözlərinə əsasən bu əmri sənə həvalə edirəm ki, bu sözlərə güvənərək yaxşı mübarizə aparasan,
ταυτην την παραγγελιαν παρατιθεμαι σοι τεκνον τιμοθεε κατα τας προαγουσας επι σε προφητειας ινα στρατευη εν αυταις την καλην στρατειαν
19 imana və təmiz vicdana sarılasan. Bəziləri təmiz vicdanı rədd edərək imanlarını qəzaya uğrayan gəmi kimi batırdılar.
εχων πιστιν και αγαθην συνειδησιν ην τινες απωσαμενοι περι την πιστιν εναυαγησαν
20 Himeney və İsgəndər də onlardandır. Küfr etməməyi öyrənsinlər deyə onları Şeytana təslim etdim.
ων εστιν υμεναιος και αλεξανδρος ους παρεδωκα τω σατανα ινα παιδευθωσιν μη βλασφημειν

< 1 Timoteyə 1 >