< Birinci Şamuel 9 >

1 Binyamindən Afiah oğlu Bekorat oğlu Seror oğlu Aviel oğlu Qiş adlı bir adam var idi. Binyaminli bu adam cəsur cəngavər idi.
本雅明支派有個人名叫克士,他是阿彼耳的兒子,阿彼耳是責洛爾的兒子,責洛爾是貝苛辣特的兒子,貝苛辣特是阿非亞的兒子;這本雅明人是個英勇的戰士。
2 Onun Şaul adlı gənc, yaraşıqlı oğlu var idi və İsrail övladları arasında ondan yaraşıqlısı yox idi. O, xalqın hamısından bir çiyin hündür idi.
他有個兒子名叫撒烏耳,魁梧英俊,在以色列人中沒有比他更俊美的,比所有的人高出一肩。
3 Şaulun atası Qişin eşşəkləri itmişdi. Qiş oğlu Şaula dedi: «Qalx nökərlərdən birini yanına al, get, eşşəkləri axtar».
撒烏耳的父親克士有幾匹母驢,走迷了路,克士遂對兒子撒烏耳說:「你帶一個僕人,起身去尋找那些驢。」
4 Onlar Efrayimin dağlıq bölgəsini gəzdilər və Şalişa diyarından keçdilər, lakin eşşəkləri tapa bilmədilər. Şaalim diyarını dolandılar, eşşəklər orada da yox idi. Sonra Binyamin torpağını gəzdilər, lakin eşşəkləri tapa bilmədilər.
他們走過了厄弗辣因山地和沙里地方,卻沒有找著;又過了沙阿林地方,也沒有找到;最後經過耶米尼地方,也不見蹤影。
5 Bundan sonra Suf bölgəsinə gəldilər və Şaul yanındakı nökərinə dedi: «Gəl qayıdaq, yoxsa atam eşşəkləri yaddan çıxarıb bizim üçün narahat olacaq».
當他們來到族弗地方時,撒烏耳對跟隨自己的僕人說:「我們回去罷! 免得我父親不掛念驢,反而掛慮我們。」
6 Nökəri isə ona dedi: «Bax bu şəhərdə bir Allah adamı var. O, möhtərəm bir adamdır və nə deyirsə, hamısı mütləq doğru çıxır. Gəl oraya gedək, bəlkə bizə gedəcəyimiz yolu o göstərdi».
僕人回答他說:「請看,這城裏有一位天主的人,很受敬重;凡他說的,必定應驗;現在我們往那裏去,或許他會告訴我們應走的路。」
7 Şaul nökərinə dedi: «Əgər getsək, o adama nə aparaq? Artıq torbalarımızda çörək qurtarmış və Allah adamına vermək üçün bir hədiyyəmiz belə, yoxdur. Axı nəyimiz var?»
撒烏耳回答僕人說:「好! 我們可以去,但是給那人送什麼呢﹖我們袋裏的乾糧已經用盡,沒有禮物可送給天主的人了。我們還有什麼呢﹖」
8 Nökər Şaula cavab olaraq belə dedi: «Bax əlimdə dörddə bir şekel gümüş var. Mən onu Allah adamına verərəm, qoy o bizə yolumuzu göstərsin».
僕人回答撒烏耳說:「看,我手裏還有四分之一「協刻耳」銀子,你可把它送給天主的人,請他把我們當走的路告訴我們。」
9 Əvvəllər İsraildə Allahın iradəsini öyrənmək üçün gedəndə adamlar belə deyərdilər: «Gəl görücünün yanına gedək». O vaxt peyğəmbərləri görücü adlandırırdılar.
撒烏耳對他的僕人說:「你說的對,來,我們去罷! 」他們就往天主的人所住的城裏去了。
10 Şaul isə nökərinə dedi: «Yaxşı deyirsən, gəl gedək». Onlar Allah adamının olduğu şəhərə getdilər.
當他們上那城的山坡時,遇見一些少女出來打水,就問她們說:「先見者在這裏嗎﹖」──
11 Yoxuşdan şəhərə qalxanda su çəkmək üçün şəhərdən çıxan gənc qızlara rast gəldilər və onlara dedilər: «Görücü buradadırmı?»
過去在以色列,如果有人去求問天主,常說:「來,我們到先見者那裏去! 」現今所稱的「先知,」就是從前稱的「先見者。」──
12 Onlara cavab verdilər: «Buradadır, sizdən qabaqdadır. Tələsin, elə bu gün şəhərə gəlib, çünki xalq bu gün səcdəgahda qurban kəsəcək.
她們回答說:「是。看,先見者就在你們前面,剛剛進了城,因為今天百姓要在高丘上舉行祭獻。
13 Şəhərə girən kimi onu yemək üçün səcdəgaha qalxmazdan əvvəl taparsınız, ona görə ki o gəlməyincə xalq yeməyə başlamaz. O, qurbana xeyir-dua verəndən sonra çağırılanlar yeyər. Tez qalxsanız, ona çatarsınız».
你們進了城,在他上到高丘進食以前,一定會遇見他,因為人民在他來以前,不先吃什麼,因他要祝福犧牲,然後賓客纔進食。你們現在上去,立刻會遇見他。」
14 Onlar şəhərə qalxdılar. Şaul da təpədə yerləşən şəhərin mərkəzinə çatanda Şamuellə rastlaşdı, çünki o da səcdəgaha çıxırdı.
他們於是上到那城,剛進城門,看,撒慕爾就朝著他們出來,要上高丘去。
15 Şaul gəlməmişdən bir gün əvvəl Rəbb Şamuelə bunu bildirərək qulağına demişdi:
在撒烏耳來的前一日,上主曾啟示給撒慕爾說:「
16 «Sabah bu vaxtlar sənin yanına Binyamin torpağından bir adam göndərəcəyəm və onu Mənim xalqım İsraillilərə başçı olaraq məsh edəcəksən. Filiştlilərin əlindən xalqımı o qurtaracaq, çünki xalqımın halına yanıram. Ona görə ki fəryadı gəlib Mənə çatdı».
明日大約這時,我打發一個本雅明地方的人到你這裏來,你要給他傅油,立他當我民以色列的首領,他要從培肋舍特人手中拯救我的百姓,因我已看到我百姓的痛苦,他們的哀號已上達於我。」
17 Şamuel Şaulu görəndə Rəbb ona dedi: «Bax sənə dediyim bu adam xalqıma hökmranlıq edəcək».
撒慕爾一看見撒烏耳,上主就提醒他說:「看,這就是我曾對你提及的那人,他要統治我的百姓。」
18 Şaul darvazada Şamuelə yaxınlaşıb dedi: «Rica edirəm, görücünün evinin harada olduğunu mənə göstərəsiniz».
撒烏耳走到撒慕爾跟前,在城門洞中問他說:「請你告訴我,先見者的家在那裏﹖」
19 Şamuel Şaula cavab verdi: «Görücü mənəm, qarşımca səcdəgaha qalx. Bu gün mənimlə bərabər yemək yeyəcəksiniz, sabah açılanda isə ürəyində olanların hamısını sənə bildirib yola salaram.
撒慕爾回答撒烏耳說:「我就是先見者;請你在我以前上高丘去;你們今天要同我一起吃飯,明天早晨我打發你去,你心中所懷念的事,我會全告訴你。
20 Üç gün əvvəl itən eşşəklərinə gəlincə, onların fikrini çəkmə, artıq tapılıblar. Bütün İsrail nəyin həsrətindədir? Bu sənə və ata nəslinə aid deyilmi?»
至於三天以前你所失的母驢,不必擔心,都已找著了。此外,以色列所有的至寶是誰的呢﹖豈不是你和你父親全家的嗎! 」
21 Şaul cavab verdi: «Mən İsrail qəbilələrinin ən kiçiyi olan Binyamindən deyiləmmi? Nəslim isə Binyamin qəbiləsinin nəsillərinin ən kiçiyi deyilmi? Axı nə üçün mənə belə söz söyləyirsiniz?»
撒烏耳回答說:「我豈不是一個本雅明人,屬於以色列最小的一支派嗎﹖我的家族在本雅明家族中,不也是最小的嗎﹖你怎能向我說出這樣的話﹖」
22 Şamuel Şaul ilə nökəri götürüb otağa apardı və otuz nəfərə qədər çağırılmış adamların arasında baş tərəfdə ona yer verdi.
以後撒慕爾將撒烏耳和他的僕人領到餐廳內,叫他們坐在賓客的首位上,賓客約有三十人。
23 Şamuel aşpaza dedi: «“Bir yana ayrı qoy” deyib sənə verdiyim payı bura gətir!»
撒慕爾對廚師說:「將我交給你的那份,即對你說:暫且留下的那一份,給我拿來。」
24 Aşpaz yağlı budu Şaulun qarşısına qoydu. Şamuel dedi: «Buyur ye, bu sənin üçün ayrılan paydır, bunu sənin üçün saxladım ki, təyin etdiyim gün çağırdığım xalqla birlikdə yeyəsən». O gün Şaul Şamuellə birlikdə yemək yedi.
廚師遂把後腿和肥尾端上來,放在撒烏耳面前。撒慕爾對他說:「看,擺在你面前的,是預先特意保留的一份,請吃罷! 因為特意為你保留下的,叫你好同賓客一起吃。」撒烏耳那天就同撒慕爾一起吃了飯。
25 Onlar səcdəgahdan şəhərə endilər, Şamuel Şaulla evin damında söhbət etdi.
他們從高丘下到城裏,有人在露台上給撒烏耳舖好了臥榻,
26 Onlar erkən qalxdılar. Dan yeri söküləndə damdan Şamuel Şaulu çağırıb dedi: «Dur, səni yola salım». O da qalxıb Şamuellə birlikdə bayıra çıxdı.
撒烏耳就睡在那裏。天一亮,撒慕爾就叫醒在露台上的撒烏耳,對他說:「起來,讓我送你走。」撒烏耳起來,他們二人,即他和撒慕爾,就往城外走;
27 Onlar şəhər kənarına enərkən Şamuel Şaula dedi: «Nökərə de ki, qabaqda getsin». Nökər qabağa keçdi. «Amma sən indi ayaq saxla, qoy Allahın sözünü sənə bildirim».
當他們下到城邊時,撒慕爾對撒烏耳說:「你吩咐僕人,叫他在我們前面先走,你暫且停留一會,我要把天主話告訴你。」

< Birinci Şamuel 9 >