< Birinci Şamuel 8 >
1 Şamuel qocalanda oğullarını İsrailə hakim etdi.
And it came to pass, when Samuel was old, that he made his sons judges over Israel.
2 Onun ilk oğlunun adı Yoel, ikincisinin adı isə Aviya idi. Onlar Beer-Şevada hakim idilər.
Now the name of his firstborn was Joel; and the name of his second, Abiah: they were judges in Beersheba.
3 Oğulları onun yolu ilə getməyib şərəfsiz qazanc ardınca düşdülər və rüşvət alıb düzgün olmayan hökmlər verirdilər.
And his sons walked not in his ways, but turned aside after illegal gain, and took bribes, and perverted judgment.
4 Bütün İsrail ağsaqqalları yığılıb Ramaya – Şamuelin yanına gəldilər.
Then all the elders of Israel gathered themselves together, and came to Samuel unto Ramah,
5 Ona dedilər: «Bax sən qocasan və oğulların sənin yolunla getmir. İndi isə digər millətlərdə olduğu kimi bizə bir padşah təyin et ki, bizə hökmranlıq etsin».
And said unto him, Behold, you are old, and your sons walk not in your ways: now make us a king to judge us like all the nations.
6 Lakin Şamuel «bizə bir padşah təyin et ki, hökmranımız olsun» deyilən zaman bu sözlərdən narazı qaldı və Rəbbə dua etdi.
But the thing displeased Samuel, when they said, Give us a king to judge us. And Samuel prayed unto the LORD.
7 Rəbb Şamuelə dedi: «Sənə dedikləri məsələlərlə əlaqədar xalqın hər sözünə qulaq as, çünki rədd etdikləri sən deyilsən, onlar üzərində hökmranlıq etməyim deyə, yalnız Məni rədd edirlər.
And the LORD said unto Samuel, Hearken unto the voice of the people in all that they say unto you: for they have not rejected you, but they have rejected me, that I should not reign over them.
8 Onları Misirdən çıxartdığım gündən bu günə qədər yad allahlara qulluq etməklə Məni tərk edirlər. Mənə etdiklərini indi eyni şəkildə sənə edirlər.
According to all the works which they have done since the day that I brought them up out of Egypt even unto this day, wherewith they have forsaken me, and served other gods, so do they also unto you.
9 Sən onların sözlərinə qulaq as, amma açıqca xəbərdarlıq et ki, onlara hökmdarlıq edəcək padşahın hakimiyyəti necə olacaq».
Now therefore hearken unto their voice: nevertheless yet protest solemnly unto them, and show them the manner of the king that shall reign over them.
10 Şamuel ondan padşah istəyən xalqa Rəbbin bütün sözlərini söylədi.
And Samuel told all the words of the LORD unto the people that asked of him a king.
11 O dedi: «Sizə hökmdarlıq edəcək padşahın hökmranlığı belə olacaq: oğullarınızı döyüş arabaları və süvari qoşununda xidmət etmək üçün aparacaq və döyüş arabalarının qabağında qaçıracaq.
And he said, This will be the manner of the king that shall reign over you: He will take your sons, and appoint them for himself, for his chariots, and to be his horsemen; and some shall run before his chariots.
12 Onlardan bəzisini minbaşı və əllibaşı təyin edəcək, bəzisinə torpaqlarını şumladacaq və əkinini biçdirəcək, bəzisini isə hərbi sursat və döyüş arabalarına ləvazimat hazırlamaq üçün işlədəcək.
And he will appoint him captains over thousands, and captains over fifties; and will set them to ear his ground, and to reap his harvest, and to make his instruments of war, and instruments of his chariots.
13 Qızlarınızı ətir düzəltmək, aşpaz və çörəkçi işlətmək üçün aparacaq.
And he will take your daughters to be confectionaries, and to be cooks, and to be bakers.
14 Ən yaxşı tarlalarınızı, üzüm və zeytun bağlarınızı alıb əyanlarına verəcək.
And he will take your fields, and your vineyards, and your olive yards, even the best of them, and give them to his servants.
15 Taxıllarınızın və üzümlüklərinizin məhsullarından onda birini alıb xadimlərinə və əyanlarına verəcək.
And he will take the tenth of your seed, and of your vineyards, and give to his officers, and to his servants.
16 Qullarınızla qarabaşlarınızı, ən seçmə cavanlarınızı və eşşəklərinizi götürüb öz işində işlədəcək.
And he will take your male servants, and your maidservants, and your best young men, and your asses, and put them to his work.
17 Sürülərinizin onda birini özünə götürəcək və siz onun qulu olacaqsınız.
He will take the tenth of your sheep: and all of you shall be his servants.
18 Gün gələcək ki, seçdiyiniz padşahın əlindən fəryad edəcəksiniz, amma o vaxt Rəbb sizə cavab verməyəcək».
And all of you shall cry out in that day because of your king which all of you shall have chosen you; and the LORD will not hear you in that day.
19 Xalq isə Şamuelin sözünə qulaq asmaq istəməyib dedi: «Yox, mütləq üzərimizdə bir padşah olsun.
Nevertheless the people refused to obey the voice of Samuel; and they said, Nay; but we will have a king over us;
20 Başqa millətlərdə olduğu kimi bizə də padşahımız hökmranlıq etsin, qabağa düşüb döyüşlərimizə başçılıq etsin».
That we also may be like all the nations; and that our king may judge us, and go out before us, and fight our battles.
21 Şamuel xalqın hər sözünü dinləyib Rəbbə söylədi.
And Samuel heard all the words of the people, and he rehearsed them in the ears of the LORD.
22 Rəbb Şamuelə belə dedi: «Onların sözlərinə qulaq as və bir padşah təyin et». Şamuel İsraillilərə «hər kəs öz şəhərinə qayıtsın» dedi.
And the LORD said to Samuel, Hearken unto their voice, and make them a king. And Samuel said unto the men of Israel, Go all of you every man unto his city.