< Birinci Şamuel 3 >

1 Gənc Şamuel Elinin başçılığı altında Rəbbə xidmət edirdi. O vaxt Rəbbin sözünün nazil olması və görüntülərin görülməsi nadir hallarda baş verirdi.
והנער שמואל משרת את יהוה לפני עלי ודבר יהוה היה יקר בימים ההם אין חזון נפרץ׃
2 Bir gecə Eli yatağında uzanmışdı. Onun gözləri zəif olduğuna görə yaxşı görmürdü.
ויהי ביום ההוא ועלי שכב במקמו ועינו החלו כהות לא יוכל לראות׃
3 Şamuel isə Rəbbin məbədində – Allahın sandığı olan yerdə uzanmışdı və Allahın çırağı hələ sönməmişdi.
ונר אלהים טרם יכבה ושמואל שכב בהיכל יהוה אשר שם ארון אלהים׃
4 Rəbb Şamueli çağırdı. O «buradayam» deyə cavab verdi.
ויקרא יהוה אל שמואל ויאמר הנני׃
5 Sonra da Elinin yanına qaçıb «məni çağırdın, mən buradayam» dedi. Amma Eli «mən çağırmamışam, get yat» deyə cavab verdi. Şamuel gedib yatdı.
וירץ אל עלי ויאמר הנני כי קראת לי ויאמר לא קראתי שוב שכב וילך וישכב׃
6 Rəbb «Şamuel!» deyə yenidən çağırdı. Şamuel yenə qalxıb Elinin yanına getdi və «Məni çağırdın? Mən buradayam!» dedi. Eli yenə də «mən çağırmadım oğlum, get yat» deyə cavab verdi.
ויסף יהוה קרא עוד שמואל ויקם שמואל וילך אל עלי ויאמר הנני כי קראת לי ויאמר לא קראתי בני שוב שכב׃
7 Şamuel Rəbbi hələ tanımırdı və Rəbbin sözü ona açılmamışdı.
ושמואל טרם ידע את יהוה וטרם יגלה אליו דבר יהוה׃
8 Rəbb üçüncü dəfə Şamueli çağırdı və Şamuel yenə qalxaraq Elinin yanına gedib dedi: «Bax buradayam, məni sən çağırdın». O anda Eli anladı ki, gənc Şamueli çağıran Rəbdir.
ויסף יהוה קרא שמואל בשלשית ויקם וילך אל עלי ויאמר הנני כי קראת לי ויבן עלי כי יהוה קרא לנער׃
9 Buna görə də Şamuelə dedi: «Get uzan, yenə səni çağırarsa, belə deyərsən: “Danış, ya Rəbb, qulun Səni eşidir”». Şamuel gedib yerində yatdı.
ויאמר עלי לשמואל לך שכב והיה אם יקרא אליך ואמרת דבר יהוה כי שמע עבדך וילך שמואל וישכב במקומו׃
10 Rəbb gəlib orada durdu və əvvəlki kimi «Şamuel! Şamuel!» deyə çağırdı. Şamuel dedi: «Danış, ya Rəbb, qulun Səni eşidir».
ויבא יהוה ויתיצב ויקרא כפעם בפעם שמואל שמואל ויאמר שמואל דבר כי שמע עבדך׃
11 Rəbb Şamuelə belə dedi: «Bax İsraildə elə bir iş görəcəyəm ki, eşidənin qulaqları cingildəyəcək.
ויאמר יהוה אל שמואל הנה אנכי עשה דבר בישראל אשר כל שמעו תצלינה שתי אזניו׃
12 Həmin gün Elinin evi haqqında dediklərimin hamısını əvvəldən axıra qədər yerinə yetirəcəyəm.
ביום ההוא אקים אל עלי את כל אשר דברתי אל ביתו החל וכלה׃
13 Çünki ona çatdırmışdım ki, özü bildiyi günahlarına görə onun evini əbədi məhkum edəcəyəm. Oğulları özlərini alçaltdılar. Eli isə onların qarşısını almadı.
והגדתי לו כי שפט אני את ביתו עד עולם בעון אשר ידע כי מקללים להם בניו ולא כהה בם׃
14 Buna görə də and içmişəm ki, Elinin ailəsinin günahı heç vaxt nə qurban, nə də başqa təqdimlərlə bağışlanmayacaq».
ולכן נשבעתי לבית עלי אם יתכפר עון בית עלי בזבח ובמנחה עד עולם׃
15 Şamuel səhərə qədər uzandı, sonra Rəbbin ibadətgahının qapılarını açdı. Eşitdiyi görüntünü isə Eliyə bildirməyə qorxdu.
וישכב שמואל עד הבקר ויפתח את דלתות בית יהוה ושמואל ירא מהגיד את המראה אל עלי׃
16 Amma Eli onu «Şamuel, oğlum» deyə səslədi. Şamuel cavab verib dedi: «Bəli, buradayam».
ויקרא עלי את שמואל ויאמר שמואל בני ויאמר הנני׃
17 Eli ondan soruşub dedi: «Rəbb sənə nə dedi? Rica edirəm, məndən gizlətmə. Əgər sənə dediklərindən birini belə, məndən gizlətsən, Allah sənə beləsini və bundan betərini etsin».
ויאמר מה הדבר אשר דבר אליך אל נא תכחד ממני כה יעשה לך אלהים וכה יוסיף אם תכחד ממני דבר מכל הדבר אשר דבר אליך׃
18 Bundan sonra Şamuel heç nə gizlətmədi və ona hər şeyi danışdı. Eli də dedi: «O, Rəbdir, gözündə nə xoşdursa, onu da etsin».
ויגד לו שמואל את כל הדברים ולא כחד ממנו ויאמר יהוה הוא הטוב בעינו יעשה׃
19 Şamuel böyüdü. Rəbb onunla idi və Rəbb onun sözlərindən heç birini boşa çıxartmadı.
ויגדל שמואל ויהוה היה עמו ולא הפיל מכל דבריו ארצה׃
20 Rəbbin Şamueli peyğəmbər kimi təsdiq etdiyini Dandan Beer-Şevaya qədər bütün İsrail bildi.
וידע כל ישראל מדן ועד באר שבע כי נאמן שמואל לנביא ליהוה׃
21 Rəbb yenə Şiloda görünməyə başladı. O Özünü Şamuelə kəlamı ilə göstərmişdi.
ויסף יהוה להראה בשלה כי נגלה יהוה אל שמואל בשלו בדבר יהוה׃

< Birinci Şamuel 3 >