< Birinci Şamuel 29 >

1 Filiştlilər bütün ordularını Afeqdə topladılar. İsraillilər isə İzreeldəki bulağın yanında ordugah qurdular.
А Филистеји скупише сву војску своју код Афека, а Израиљ стаде у логор код извора у Језраелу.
2 Filiştlilərin ağaları yüz və min nəfərlik dəstələrlə irəliləyirdilər. Davudla adamları isə Akişlə birlikdə arxadan gəlirdilər.
И кнезови филистејски иђаху са стотинама и хиљадама; а Давид и његови људи иђаху најпосле с Ахисом.
3 Filiştlilərin ağaları dedilər: «Bu İbranilərin burada nə işi var?» Akiş onlara belə cavab verdi: «Bu adam bu günlərdə yaxud daha doğrusu, bu illərdə yanımda olan İsrail padşahı Şaulun qulu Davud deyilmi? Mənim yanıma gələn gündən bəri onda pis bir şey görmədim».
И рекоше кнезови филистејски: Шта ће ти Јевреји? А Ахис рече кнезовима филистејским: Није ли ово Давид слуга цара израиљског Саула, који је код мене толико времена, толико година, и не нађох на њему ништа откако је добегао до овог дана?
4 Filiştlilərin ağaları Akişin üstünə qəzəblənib dedilər: «Bu adamı geri qaytar, qoy o təyin etdiyin yerə qayıtsın və bizimlə döyüşə getməsin, yoxsa döyüşdə bizə düşmənçilik edər. Çünki o, ağasının rəğbətini qazanmaq üçün buradakı adamların başını kəsib ona aparmaqdan daha yaxşı yol taparmı?
Али се расрдише на њ кнезови филистејски, и рекоше му кнезови филистејски: Пошљи натраг тог човека, нека се врати у своје место, где си га поставио, и нека не иде с нама у бој, да се не окрене на нас у боју; јер чим би се опет умилио господару свом ако не главама ових људи?
5 Rəqslərdə “Şaul qırdı minləri, Davudsa on minləri” deyə haqqında tərənnüm sözləri söylənən Davud bu deyilmi?»
Није ли то Давид о коме се певало играјући и говорило: Згуби Саул своју хиљаду, али Давид својих десет хиљада?
6 Akiş Davudu çağırıb ona dedi: «Var olan Rəbbə and olsun, sən düz adamsan. Orduda mənimlə yürüşə çıxmağın gözümdə xoşdur, çünki yanıma gəldiyin gündən bu günə qədər səndə pis bir şey tapmadım. Lakin ağaların gözünə xoş görünmürsən.
Тада Ахис дозва Давида, и рече му: Тако био жив Господ, ти си поштен, и мило ми је да ходиш са мном у бој; јер не нађох никаквог зла на теби откако си дошао до овог дана; али ниси по вољи кнезовима.
7 İndi sağ-salamat öz yerinə qayıt. Filiştlilərin ağalarının gözündə pis olanı etmə».
Него врати се и иди с миром да не учиниш шта што не би било мило кнезовима филистејским.
8 Davud Akişə dedi: «Axı mən nə etmişəm? Yanına gələn gündən bu günə qədər qulunda nə tapdın ki, ağam padşahın düşmənlərinə qarşı gedib vuruşmayım?»
А Давид рече Ахису: Али шта сам учинио? Шта ли си нашао на слузи свом откако сам код тебе до овог дана, да не идем да се бијем с непријатељима господара свог цара?
9 Akiş Davuda cavab verdi: «Bilirəm ki, mənim gözümdə sən Allahın mələyi kimi yaxşısan, amma Filiştlilərin başçıları dedilər: “O bizimlə bir döyüşə çıxmasın”.
А Ахис одговарајући рече Давиду: Знам; доиста си ми мио као анђео Божји; али кнезови филистејски рекоше: Нека не иде с нама у бој.
10 İndi səninlə gələn ağanın qulları ilə birgə səhər tezdən qalxın. Sübh tezdən qalxın və dan yeri ağarar-ağarmaz buradan gedin».
Него устани сутра рано са слугама господара свог које су дошле с тобом; устаните рано чим сване, па идите.
11 Səhəri yola çıxmaq üçün Davud özü və adamları qalxıb Filiştlilərin torpağına qayıtdı. Filiştlilər isə İzreelə getdilər.
И урани Давид и људи његови, и отиде рано, и врати се у земљу филистејску; а Филистеји отидоше у Језраел.

< Birinci Şamuel 29 >