< Birinci Şamuel 27 >

1 Davud ürəyində düşündü: «Bir gün Şaulun əlində öləcəyəm. Mənim üçün Filiştlilərin ölkəsinə qaçmaqdan yaxşı çarə yoxdur. Şaul da məni bütün İsrail torpağında axtarmaq fikrindən əl çəkər və mən onun əlindən qurtararam».
Davud ürəyində düşündü: «Bir gün Şaulun əlində öləcəyəm. Mənim üçün Filiştlilərin ölkəsinə qaçmaqdan yaxşı çarə yoxdur. Şaul da məni bütün İsrail torpağında axtarmaq fikrindən əl çəkər və mən onun əlindən qurtararam».
2 Davud durub yanındakı altı yüz kişi ilə Qat padşahı Maok oğlu Akişin tərəfinə keçdi.
Davud durub yanındakı altı yüz kişi ilə Qat padşahı Maok oğlu Akişin tərəfinə keçdi.
3 Davud həm özü, həm də adamlarının hər biri külfəti ilə – Davudun iki arvadı İzreelli Axinoam və Karmelli Navalın dul arvadı Aviqaillə birlikdə Qatda, Akişin yanında qaldı.
Davud həm özü, həm də adamlarının hər biri külfəti ilə – Davudun iki arvadı İzreelli Axinoam və Karmelli Navalın dul arvadı Aviqaillə birlikdə Qatda, Akişin yanında qaldı.
4 Davudun Qata qaçdığını Şaula xəbər verdilər və o da bir daha onu axtarmadı.
Davudun Qata qaçdığını Şaula xəbər verdilər və o da bir daha onu axtarmadı.
5 Davud Akişə dedi: «Əgər indi sənin gözündə lütf tapmışamsa, qoy ətraf şəhərlərin birində mənə yer verilsin və mən də orada qalım. Axı nə üçün bu qulun padşah şəhərində sənin yanında qalsın?»
Davud Akişə dedi: «Əgər indi sənin gözündə lütf tapmışamsa, qoy ətraf şəhərlərin birində mənə yer verilsin və mən də orada qalım. Axı nə üçün bu qulun padşah şəhərində sənin yanında qalsın?»
6 O gün Akiş ona Ziqlaqı verdi. Bu günə qədər Ziqlaq Yəhuda padşahlarına məxsusdur.
O gün Akiş ona Ziqlaqı verdi. Bu günə qədər Ziqlaq Yəhuda padşahlarına məxsusdur.
7 Davudun Filiştlilərin ölkəsində qaldığı müddət bir il dörd ay idi.
Davudun Filiştlilərin ölkəsində qaldığı müddət bir il dörd ay idi.
8 Davudla adamları gəlib Geşurlulara, Girzlilərə və Amaleqlilərə basqın etdilər. Bu xalqlar qədim zamanlardan bəri Şura çatanadək – Misir ölkəsinə qədər olan ərazidə məskən salmışdılar.
Davudla adamları gəlib Geşurlulara, Girzlilərə və Amaleqlilərə basqın etdilər. Bu xalqlar qədim zamanlardan bəri Şura çatanadək – Misir ölkəsinə qədər olan ərazidə məskən salmışdılar.
9 O hücum etdiyi bu yerlərdə nə kişi, nə də qadınlardan heç kimi sağ buraxmazdı. Onların qoyunlarını, öküzlərini, eşşəklərini, dəvələrini və geyimlərini götürüb Akişin yanına qayıdırdı.
O hücum etdiyi bu yerlərdə nə kişi, nə də qadınlardan heç kimi sağ buraxmazdı. Onların qoyunlarını, öküzlərini, eşşəklərini, dəvələrini və geyimlərini götürüb Akişin yanına qayıdırdı.
10 Akiş ondan soruşanda ki bu gün hara basqın etdiniz, Davud belə cavab verirdi: «Yəhudanın, Yeraxmeellilərin və Qenlilərin cənub bölgəsinə basqın etdik».
Akiş ondan soruşanda ki bu gün hara basqın etdiniz, Davud belə cavab verirdi: «Yəhudanın, Yeraxmeellilərin və Qenlilərin cənub bölgəsinə basqın etdik».
11 Davud belə edirdi. Filiştlilərin ölkəsində qaldığı müddət ərzində onun iş üsulu belə idi: «Bizim haqqımızda qoy xəbər verməsinlər» deyərək nə kişi, nə də qadınlardan heç kimi sağ buraxmaz və onlardan heç birisini Qata gətirməzdi.
Davud belə edirdi. Filiştlilərin ölkəsində qaldığı müddət ərzində onun iş üsulu belə idi: «Bizim haqqımızda qoy xəbər verməsinlər» deyərək nə kişi, nə də qadınlardan heç kimi sağ buraxmaz və onlardan heç birisini Qata gətirməzdi.
12 Akiş Davuda inanaraq belə düşünürdü: «Artıq o öz xalqının – İsrailin gözündən tamamilə düşüb və bundan sonra həmişəlik qulum olacaq».
Akiş Davuda inanaraq belə düşünürdü: «Artıq o öz xalqının – İsrailin gözündən tamamilə düşüb və bundan sonra həmişəlik qulum olacaq».

< Birinci Şamuel 27 >