< Birinci Şamuel 21 >

1 Davud Nov şəhərinə – kahin Aximelekin yanına gəldi. Aximelek qorxudan əsərək Davudu qarşılayıb dedi: «Niyə tənhasan, məgər yanında heç kim yoxdur?»
Then David came to Nob to Ahimelech the priest. Ahimelech came to meet David trembling, and said to him, “Why are you alone, and no man with you?”
2 Davud kahin Aximelekə dedi: «Padşah mənə iş buyurub dedi ki, səni nə üçün göndərdiyimi və sənə əmr etdiyim işi heç kim bilməsin. Ona görə də nökərləri müəyyən yerlərə təyin etmişəm.
David said to Ahimelech the priest, “The king has commanded me to do something, and has said to me, ‘Let no one know anything about the business about which I send you, and what I have commanded you. I have sent the young men to a certain place.’
3 İndi yanında yeməyə nə var? Mənə beş kömbə çörək yaxud nə varsa, ver».
Now therefore what is under your hand? Please give me five loaves of bread in my hand, or whatever is available.”
4 Kahin Davuda dedi: «Yanımızda adi çörək yoxdur, ancaq gənclər qadınlarla yaxınlıq etməyiblərsə, müqəddəs çörək var».
The priest answered David, and said, “I have no common bread, but there is holy bread; if only the young men have kept themselves from women.”
5 Davud kahinə belə cavab verdi: «Adətə görə mənim adamlarım adi səfərə çıxanda belə, bədənlərini təmiz saxlayır və qadınlarla yaxınlıq etmirlər. O ki qaldı bugünkü səfərə, sözsüz ki hamı pak olmalıdır».
David answered the priest, and said to him, “Truly, women have been kept from us as usual these three days. When I came out, the vessels of the young men were holy, though it was only a common journey. How much more then today shall their vessels be holy?”
6 Kahin ona müqəddəs çörək verdi, çünki Rəbbə təqdim edilən çörəklərdən başqa, çörək yox idi. O çörəklər Rəbbin önündən götürülmüşdü ki, yerinə isti çörəklər qoyulsun.
So the priest gave him holy bread; for there was no bread there but the show bread that was taken from before the LORD, to be replaced with hot bread in the day when it was taken away.
7 O gün Şaulun əyanlarından bir nəfər orada idi. O, Rəbbin önündə olan dini mərasimə görə yubanmışdı. Bu, Şaulun baş çobanı Edomlu Doeq idi.
Now a certain man of the servants of Saul was there that day, detained before the LORD; and his name was Doeg the Edomite, the best of the herdsmen who belonged to Saul.
8 Davud Aximelekə dedi: «Burada yanınızda bir nizə yaxud bir qılınc varmı? Çünki padşah mənə təcili iş buyurduğu üçün nə qılıncımı, nə də silahlarımı götürə bildim».
David said to Ahimelech, “Isn’t there here under your hand spear or sword? For I haven’t brought my sword or my weapons with me, because the king’s business required haste.”
9 Kahin dedi: «Ela vadisində öldürdüyün Filiştli Qolyatın qılıncı bezə bükülü olaraq orada – efodun arxasındadır. Əgər onu istəyirsənsə, götür, çünki burada ondan başqası yoxdur». Davud dedi: «Onun əvəzi yoxdur, mənə ver».
The priest said, “Behold, the sword of Goliath the Philistine, whom you killed in the valley of Elah, is here wrapped in a cloth behind the ephod. If you would like to take that, take it, for there is no other except that here.” David said, “There is none like that. Give it to me.”
10 O gün Davud Şauldan qaçdı və Qat padşahı Akişin yanına getdi.
David arose and fled that day for fear of Saul, and went to Achish the king of Gath.
11 Akişin əyanları ona dedilər: «Bu öz ölkəsinin padşahı Davud deyilmi? Rəqslərdə qadınlar bunu tərənnüm edib oxumurdularmı? “Şaul qırdı minləri, Davudsa on minləri”».
The servants of Achish said to him, “Isn’t this David the king of the land? Didn’t they sing to one another about him in dances, saying, ‘Saul has slain his thousands, and David his ten thousands’?”
12 Davud bu sözləri ürəyinə salıb Qat padşahı Akişdən çox qorxdu.
David laid up these words in his heart, and was very afraid of Achish the king of Gath.
13 Onların qarşısında görkəmini dəyişdirdi və yanlarında özünü dəli kimi göstərərək darvaza qapısının taylarını cırmaqladı və ağzının suyunu saqqalına axıtdı.
He changed his behaviour before them and pretended to be insane in their hands, and scribbled on the doors of the gate, and let his spittle fall down on his beard.
14 Akiş əyanlarına dedi: «Bax görürsünüz ki, bu adam dəlidir. Nə üçün onu mənim yanıma gətirmisiniz?
Then Achish said to his servants, “Look, you see the man is insane. Why then have you brought him to me?
15 Mənim dəlilərim əskikdir ki, qarşımda dəlilik etmək üçün bunu da gətirdiniz? Heç belə adam da mənim evimə girərmi?»
Do I lack madmen, that you have brought this fellow to play the madman in my presence? Should this fellow come into my house?”

< Birinci Şamuel 21 >