< Birinci Şamuel 18 >

1 Davud Şaulla danışığını qurtaran kimi Yonatanın qəlbi Davudun qəlbinə bağlandı və Yonatan onu öz canı kimi sevdi.
大卫对扫罗说完了话,约拿单的心与大卫的心深相契合。约拿单爱大卫,如同爱自己的性命。
2 Şaul o gündən sonra Davudu öz yanında saxlayıb bir daha atasının evinə qayıtmağa qoymadı.
那日扫罗留住大卫,不容他再回父家。
3 Yonatan isə Davudla əhd bağladı, çünki onu öz canı kimi sevirdi.
约拿单爱大卫如同爱自己的性命,就与他结盟。
4 Yonatan cübbəsini əynindən çıxarıb qılınc, ox-kaman və kəməri ilə birlikdə zirehini Davuda verdi.
约拿单从身上脱下外袍,给了大卫,又将战衣、刀、弓、腰带都给了他。
5 Şaul Davudu hansı işə göndərirdisə, o uğur qazanırdı. Ona görə də Şaul Davudu döyüşçülərinin başçısı etdi və bu da həm xalqın, həm də Şaulun əyanlarının gözünə xoş göründü.
扫罗无论差遣大卫往何处去,他都做事精明。扫罗就立他作战士长,众百姓和扫罗的臣仆无不喜悦。
6 Davud Filiştli Qolyatı öldürüb qayıdanda əsgərlər geri gələrkən İsrailin bütün şəhərlərindən qadınlar dəflərlə, üçsimli alətlərlə şənlik mahnısı oxuyaraq və rəqs edərək padşah Şaulu qarşılamaq üçün çıxırdılar.
大卫打死了那非利士人,同众人回来的时候,妇女们从以色列各城里出来,欢欢喜喜,打鼓击磬,歌唱跳舞,迎接扫罗王。
7 Qadınlar rəqs edə-edə belə mahnı oxuyurdular: «Şaul qırdı minləri, Davudsa on minləri».
众妇女舞蹈唱和,说:“扫罗杀死千千,大卫杀死万万。”
8 Şaul bundan çox qəzəbləndi, çünki bu söz onun gözündə pis göründü və dedi: «Davud üçün on minləri, mənim üçünsə ancaq minləri deyirlər. Təkcə padşahlıq qaldı, bundan başqa nə var ki, ona verilsin?»
扫罗甚发怒,不喜悦这话,就说:“将万万归大卫,千千归我,只剩下王位没有给他了。”
9 O gündən sonra Şaul Davuda çəp-çəp baxmağa başladı.
从这日起,扫罗就怒视大卫。
10 Ertəsi gün Allahın izni ilə şər ruh Şaulun üstünə qüvvə ilə gəldi və o, evinin ortasında sayıqlamağa başladı. Davud isə hər gün etdiyi kimi yenə də əlində lira çalırdı. Şaulun nizəsi əlində olardı.
次日,从 神那里来的恶魔大大降在扫罗身上,他就在家中胡言乱语。大卫照常弹琴,扫罗手里拿着枪。
11 Şaul «qoy Davudu bu nizə ilə divara yapışdırım» deyərək nizəni atdı. Lakin Davud onun qabağından iki dəfə kənara çəkildi.
扫罗把枪一抡,心里说,我要将大卫刺透,钉在墙上。大卫躲避他两次。
12 Şaul Davuddan qorxdu, çünki Rəbb Davudla idi və Şauldan ayrılmışdı.
扫罗惧怕大卫;因为耶和华离开自己,与大卫同在。
13 Ona görə də Şaul onu öz yanından uzaqlaşdırıb minbaşı etdi və Davud xalqı döyüşə aparıb-gətirməyə başladı.
所以扫罗使大卫离开自己,立他为千夫长,他就领兵出入。
14 Davud bütün yürüşlərində uğur qazanırdı, çünki Rəbb onunla idi.
大卫做事无不精明,耶和华也与他同在。
15 Şaul Davudun böyük uğurlar qazandığını görüb çox qorxdu.
扫罗见大卫做事精明,就甚怕他。
16 Bütün İsrail və Yəhuda xalqı isə Davudu çox sevirdi, çünki onları döyüşlərə aparıb-gətirirdi.
但以色列和犹大众人都爱大卫,因为他领他们出入。
17 Şaul Davuda dedi: «Bax, budur böyük qızım Merav, onu sənə ərə verəcəyəm. Ancaq sən uğrumda cəsur ol və Rəbbin döyüşlərini apar». Çünki Şaul «qoy o mənim yox, Filiştlilərin əlində ölsün» deyə fikirləşdi.
扫罗对大卫说:“我将大女儿米拉给你为妻,只要你为我奋勇,为耶和华争战。”扫罗心里说:“我不好亲手害他,要借非利士人的手害他。”
18 Davud Şaula dedi: «Axı mən kiməm ki? Ailəm kimdir, İsraildə atamın nəsli kimdir ki, padşaha kürəkən olum?»
大卫对扫罗说:“我是谁,我是什么出身,我父家在以色列中是何等的家,岂敢作王的女婿呢?”
19 Şaulun qızı Merav isə Davuda veriləcəyi vaxt Mexolalı Adrielə ərə verildi.
扫罗的女儿米拉到了当给大卫的时候,扫罗却给了米何拉人亚得列为妻。
20 Şaulun o biri qızı Mikal Davuda vurulmuşdu. Bu xəbəri Şaula çatdırdılar və bu onun gözündə xoş göründü.
扫罗的次女米甲爱大卫。有人告诉扫罗,扫罗就喜悦。
21 Şaul «Davuda Mikalı verim ki, bu ona bir tələ olsun. Qoy Davud Filiştlilərin əli ilə öldürülsün» deyə fikirləşdi. Sonra Şaul Davuda dedi: «Bu gün mənə kürəkən olmaq üçün əlində ikinci fürsət var».
扫罗心里说:“我将这女儿给大卫,作他的网罗,好借非利士人的手害他。”所以扫罗对大卫说:“你今日可以第二次作我的女婿。”
22 Şaul əyanlarına əmr etdi ki, Davuda gizlincə belə desinlər: «Bax padşahın səndən xoşu gəlir və bütün əyanları da səni sevir; gəl indi padşaha sən kürəkən ol».
扫罗吩咐臣仆说:“你们暗中对大卫说:‘王喜悦你,王的臣仆也都喜爱你,所以你当作王的女婿。’”
23 Şaulun əyanları bu sözləri Davuda eşitdirəndə o belə dedi: «Kasıb və gərəksiz adam olan mən padşahamı kürəkən olum? Məgər bu sizin gözünüzdə kiçik işdirmi?»
扫罗的臣仆就照这话说给大卫听。大卫说:“你们以为作王的女婿是一件小事吗?我是贫穷卑微的人。”
24 Şaulun əyanları «Davud belə söylədi» deyərək onun sözünü Şaula çatdırdılar.
扫罗的臣仆回奏说,大卫所说的如此如此。
25 Şaul dedi: «Davuda deyərsiniz: “Padşah səndən başlıq pulu istəmir. Ancaq padşahın düşmənlərindən qisas almaq üçün yüz Filiştlinin sünnət ətini istəyir”». Bunu da Şaul Davudu Filiştlilərin əli ilə həlak etmək üçün quraşdırmışdı.
扫罗说:“你们要对大卫这样说:‘王不要什么聘礼,只要一百非利士人的阳皮,好在王的仇敌身上报仇。’”扫罗的意思要使大卫丧在非利士人的手里。
26 Şaulun əyanları bu sözləri Davuda çatdırdılar və padşahın kürəkəni olmaq onun gözündə xoş göründü. Təyin olunan günlər hələ başa çatmamış
扫罗的臣仆将这话告诉大卫,大卫就欢喜作王的女婿。日期还没有到,
27 Davud qalxıb adamları ilə getdi və Filiştlilərdən iki yüz kişini öldürdü. Padşahın kürəkəni olmaq üçün Davud onların sünnət ətini gətirdi və onları tam sayda padşaha verdilər. Şaul qızı Mikalı Davuda ərə verdi.
大卫和跟随他的人起身前往,杀了二百非利士人,将阳皮满数交给王,为要作王的女婿。于是扫罗将女儿米甲给大卫为妻。
28 Şaul Rəbbin Davudla olduğunu görüb başa düşdü. Şaulun qızı Mikal isə Davudu sevirdi.
扫罗见耶和华与大卫同在,又知道女儿米甲爱大卫,
29 Bundan sonra Şaul Davuddan daha da qorxdu və ömrünün sonuna qədər ona düşmən oldu.
就更怕大卫,常作大卫的仇敌。
30 Filiştlilərin başçıları döyüşə çıxırdılar. Onlar hər dəfə döyüşə çıxanda Davud Şaulun əyanlarının hamısından daha çox uğur qazanırdı. Buna görə də onun adı çox şöhrətlənmişdi.
每逢非利士军长出来打仗,大卫比扫罗的臣仆做事精明,因此他的名被人尊重。

< Birinci Şamuel 18 >