< Birinci Şamuel 17 >
1 Filiştlilər müharibə üçün ordularını toplayıb Yəhudaya mənsub Soko şəhərində cəmləşdilər. Soko ilə Azeqa şəhəri arasında olan Efes-Dammimdə ordugah qurdular.
Now the Philistines gathered together their armies to battle; and they were gathered together at Socoh, which belongs to Judah, and camped between Socoh and Azekah, in Ephes Dammim.
2 Şaulla İsraillilər toplaşıb Ela vadisində ordugah qurdular və Filiştlilərə qarşı döyüş üçün düzüldülər.
Saul and the men of Israel were gathered together, and camped in the Valley of Elah, and set the battle in array against the Philistines.
3 Filiştlilər bir təpənin üstündə, İsraillilər isə o biri təpədə dayanmışdılar, aralarında vadi var idi.
The Philistines stood on the mountain on the one side, and Israel stood on the mountain on the other side: and there was a valley between them.
4 Qat şəhərindən olan Qolyat adlı bir cəngavər Filiştlilərin ordugahından irəli çıxdı. Onun boyu altı qulac bir qarış idi.
There went out a champion out of the camp of the Philistines, named Goliath, of Gath, whose height was six feet eight inches.
5 Başında tunc dəbilqəsi vardı, əyninə beş min şekel ağırlığında tuncdan pullu zireh geymişdi.
And he had a helmet on his head, and wore bronze scale-armor. And the weight of the bronze armor was five thousand shekels.
6 Baldırlarına tunc zireh taxmışdı, kürəyində isə tunc mizraq vardı.
And he had bronze armor on his shins, and a bronze javelin was slung over his shoulders.
7 Nizəsinin sapı toxucu dəzgahının əriş ağacı boyda olub dəmir ucu altı yüz şekel ağırlığında idi. Qalxan daşıyan silahdarı isə onun qabağında gedirdi.
Now the shaft of his spear was like a weaver's beam, and its blade weighed six hundred iron shekels, and his shield bearer went in front of him.
8 Qolyat İsrail alaylarının qarşısında dayanaraq qışqıra-qışqıra dedi: «Niyə döyüşə çıxıb düzülmüsünüz? Mən Filiştli, siz də Şaulun qulları deyilsinizmi? Aranızdan bir kişi tapın, qoy yanıma gəlsin.
He stood and shouted to the armies of Israel, and said to them, "Why have you come out to set your battle in array? Am I not a Philistine, and you servants to Saul? Choose a man for yourselves, and let him come down to me.
9 Əgər mənimlə vuruşanda o məni öldürərsə, onda biz sizə qul olarıq, yox əgər mən onu vurub öldürsəm, onda siz bizə qul olub qulluq edəcəksiniz».
If he is able to fight with me and kill me, then we will be your servants; but if I prevail against him, and kill him, then you will be our servants, and serve us."
10 Sonra Filiştli sözünü belə davam etdirdi: «Bu gün mən İsrail alaylarına meydan oxuyuram. Mənim qarşıma təkbətək vuruşmaq üçün bir kişi çıxarın!»
The Philistine said, "I defy the armies of Israel this day. Give me a man, that we may fight together."
11 Filiştlinin bu sözlərini eşidən Şaul və bütün İsraillilər vahiməyə düşüb çox qorxdu.
When Saul and all Israel heard those words of the Philistine, they were dismayed, and greatly afraid.
12 Davud Yəhudanın Bet-Lexem şəhərindən olan Yessey adlı bir Efratlının oğlu idi. Yesseyin səkkiz oğlu var idi. Şaulun dövründə Yessey qocalıb yaşa dolmuşdu.
Now David was the son of that Ephrathite of Bethlehem in Judah, whose name was Jesse; and he had eight sons. And in the days of Saul the man was old and advanced in years.
13 Onun üç böyük oğlu Şaulun ardınca döyüşə getmişdi. Döyüşə gedən üç oğlunun adı belə idi: birincisi Eliav, ikincisi Avinadav və üçüncüsü Şamma.
The three eldest sons of Jesse had gone after Saul to the battle. And the names of his sons who went to the battle were Eliab, the firstborn, and Abinadab, the second, and Shimeah, the third.
14 Davud Yesseyin ən kiçik oğlu idi. Üç böyük oğlu isə Şaulun ardınca gedirdi.
David was the youngest; and the three eldest followed Saul.
15 Davud da atasının sürüsünü otarmaq üçün Şaulun yanından Bet-Lexemə gedər və geri qayıdardı.
Now David went back and forth from Saul to feed his father's sheep at Bethlehem.
16 Filiştli Qolyat qırx gün səhər-axşam İsraillilərə meydan oxudu.
The Philistine drew near morning and evening, and presented himself forty days.
17 Bir gün Yessey oğlu Davuda dedi: «İndi qardaşların üçün bu bir efa qovurğa və on kömbə çörəyi götür, ordugaha – qardaşlarının yanına tələs.
Then Jesse said to David, "Now take for your brothers an ephah of this parched grain, and these ten loaves, and carry them quickly to the camp and give them to your brothers;
18 Bu on parça pendiri də minbaşı üçün götür, ondan qardaşlarının hal-əhvalını soruş və mənə onlardan bir xəbər gətir».
and bring these ten cheeses to the captain of their thousand, and see how your brothers are doing, and bring back news."
19 Davudun qardaşları Şaul və bütün İsraillilərlə birgə Ela vadisində Filiştlilərlə döyüşdə idi.
Now Saul and they and all the men of Israel were in the Valley of Elah, fighting with the Philistines.
20 Davud səhər tezdən durub qoyunlarını çobana tapşıraraq Yesseyin buyurduğu kimi ərzaqları götürüb getdi. O, ordugaha gələn zaman ordu döyüş meydanına çıxır və nərə çəkərək döyüşə düzülürdü.
So David arose early in the morning and left the flock with a keeper and took and went, as Jesse had commanded him; and he came to the perimeter of the camp as the army was marching out to its battle formation and shouting the war cry.
21 İsraillilərlə Filiştlilər döyüşmək üçün üz-üzə dayandılar.
And Israel and the Philistines lined up in battle formation, army against army.
22 Davud gətirdiyi şeyləri tədarük keşikçisinə verdi, özü isə cəbhəyə qaçdı və qardaşlarının yanına gəlib onları salamladı.
And David left his supplies in the care of the attendant, and ran to the army and came and greeted his brothers.
23 Davud onlarla söhbət edərkən Filiştlilərin Qat şəhərindən olan Qolyat adlı cəngavər öz alaylarının arasından irəli çıxıb yenə əvvəlki kimi sözlər söylədi. Davud bunu eşitdi.
As he talked with them, look, there came up the champion, the Philistine of Gath, Goliath by name, out of the ranks of the Philistines, and spoke according to the same words: and David heard them.
24 Bütün İsraillilər bu adamı görəndə bərk qorxdular və onun qarşısından qaçdılar.
All the men of Israel, when they saw the man, fled from him, and were terrified.
25 İsraillilər dedilər: «Qabağa çıxan bu adamı görürsünüzmü? Doğrudan da, o, İsrailə meydan oxumağa çıxıb. Kim onu öldürsə, padşah onu var-dövlətə çatdıracaq, qızını ona verəcək və atasının ailəsini İsraildəki vergidən azad edəcək».
The men of Israel said, "Have you seen this man who has come up? He has surely come up to defy Israel. It shall be, that the man who kills him, the king will enrich him with great riches, and will give him his daughter, and make his father's house exempt in Israel."
26 Davud yanındakı adamlara dedi: «Bu Filiştlini öldürüb İsraili bu xəcalətdən qurtaran adama nə ediləcək? Axı bu sünnətsiz Filiştli kimdir ki var olan Allahın alaylarına meydan oxuyur?»
David spoke to the men who stood by him, saying, "What shall be done to the man who kills this Philistine, and takes away this disgrace from Israel? For who is this uncircumcised Philistine, that he should defy the armies of the living God?"
27 Xalq onu öldürən adama nə ediləcəyini deyərək eyni sözü təkrar etdi.
The people answered him in this way, saying, "So shall it be done to the man who kills him."
28 Davud adamlarla danışarkən böyük qardaşı Eliav onun səsini eşitdi və qəzəbdən alovlanaraq dedi: «Sən niyə aşağı enmisən? Çöldəki bir neçə qoyunumuzu kimə tapşırmısan? Bilirəm, sən lovğalığından və ürəyinin pis niyyətindən ötrü buraya döyüşə tamaşa etmək üçün gəlmisən».
Eliab his eldest brother heard when he spoke to the men; and Eliab's anger was kindled against David, and he said, "Why have you come down? With whom have you left those few sheep in the wilderness? I know your insolence and the wickedness of your heart; for you have come down that you might see the battle."
29 Davud dedi: «Axı indi mən nə etmişəm? Yəni danışa da bilmərəm?»
David said, "What have I now done? Is there not a cause?"
30 Davud oradan qayıdıb başqasından soruşdu və xalq ona yenə də əvvəlki kimi cavab verib eyni sözləri dedi.
Then he turned away from him toward another, and spoke in the same way, and they gave him an answer as before.
31 Davudun bu sözlərini eşidənlər bunu Şaula çatdırdılar. Şaul onu yanına çağırtdırdı.
When the words that David spoke were overheard, they repeated them before Saul; and he sent for him.
32 Davud Şaula dedi: «Bu adamdan ötrü heç kim ürəyini üzməsin. Sənin qulun gedib o Filiştli ilə vuruşacaq».
David said to Saul, "Let not my lord's heart fail because of him. Your servant will go and fight with this Philistine."
33 Şaul Davuda dedi: «Bu Filiştli ilə vuruşmağa hünərin çatmaz, çünki sən hələ uşaqsan, o isə cavanlığından döyüşçüdür».
Saul said to David, "You are not able to go against this Philistine to fight with him; for you are but a youth, and he a man of war from his youth."
34 Davud Şaula dedi: «Sənin qulun atasının qoyunlarını otaranda aslan yaxud da ayı gəlib sürüdən bir quzu götürəndə
David said to Saul, "Your servant was keeping his father's sheep; and when a lion or a bear came, and took a lamb out of the flock,
35 mən arxadan çıxıb onu vurardım və ağzından quzunu qurtarardım. Əgər üstümə atılardısa, mən boğazının tüklərindən tutaraq çırpıb öldürərdim.
I went out after him, and struck him, and rescued it out of his mouth. When he arose against me, I caught him by his beard, and struck him, and killed him.
36 Bu qulun həm aslan, həm də ayı öldürüb, bu sünnətsiz Filiştli də onlardan biri kimi olacaq, çünki o, var olan Allahın alaylarına meydan oxumuşdur».
Your servant struck both the lion and the bear, and this uncircumcised Philistine shall be as one of them. Should I not go and smite him, and remove this day a disgrace from Israel? For who is this uncircumcised one, since he has defied the armies of the living God?
37 Davud sözünə davam etdi: «Məni aslan pəncəsindən, ayı pəncəsindən qurtaran Rəbb bu Filiştlinin də əlindən qurtaracaq». Şaul Davuda dedi: «Get, Rəbb sənə yar olsun!»
The LORD who delivered me out of the paw of the lion, and out of the paw of the bear, he will deliver me out of the hand of this Philistine." Saul said to David, "Go; and the LORD shall be with you."
38 Şaul öz silahlarını Davuda bağladı və başına tunc dəbilqə qoyub əyninə zireh geyindirdi.
And he dressed David in a uniform with a bronze helmet on his head, and he clothed him with a coat of armor.
39 Davud bu zirehin üstündən qılınc taxıb gəzməyə çalışdı, çünki ona alışmamışdı. Sonra Davud Şaula dedi: «Bunlara alışmadığım üçün gəzə bilmirəm». Davud onları əynindən çıxartdı.
And David strapped on his sword over his uniform, and after he had tried once or twice to walk, then David said to Saul, "I can't walk with these, for I am not used to them." So they took them off him.
40 Sonra əlinə dəyənəyini götürüb çaydan özünə beş hamar daş seçdi və onları üstündəki çoban torbasına – dağarcığına qoyub əlində sapand Filiştliyə yaxınlaşdı.
Then he took his staff in his hand and chose for himself five smooth stones from the wadi, and put them in the shepherd's bag, in the pouch. And his sling was in his hand, and he approached the Philistine.
41 Filiştli irəliləyərək Davuda yaxınlaşırdı. Qalxan daşıyan nökəri isə onun qabağında idi.
So the Philistine moved forward and came near to David, and his shield-bearer was in front of him.
42 O nəzər salıb Davudu görəndə ona kinayə ilə baxdı. Çünki Davud gənc, alyanaq, üzügöyçək idi.
When the Philistine looked and saw David, he despised him, for he was but a youth, and ruddy, and handsome in appearance.
43 Filiştli Davuda dedi: «Məgər mən itəm ki, üstümə dəyənəklərlə gəlirsən». Filiştli öz allahları ilə Davudu lənətlədi və dedi:
The Philistine said to David, "Am I a dog, that you come to me with a stick and stones?" And David said, "No, worse than a dog." And the Philistine cursed David by his gods.
44 «Yanıma gəl, sənin ətini göydəki quşlara və çöldəki heyvanlara verim».
The Philistine said to David, "Come to me, and I will give your flesh to the birds of the sky, and to the animals of the field."
45 Davud isə Filiştliyə dedi: «Sən mənim üstümə qılınc, nizə və mizraqla gəlirsən, lakin mən sənin üstünə söydüyün İsrail alaylarının Allahı Ordular Rəbbinin ismi ilə gəlirəm.
Then David said to the Philistine, "You come to me with a sword, and with a spear, and with a javelin: but I come to you in the name of the LORD of hosts, the God of the armies of Israel, whom you have defied.
46 Bu gün Rəbb səni mənə təslim edəcək və mən səni öldürəcəyəm. Başını bədənindən ayıracağam. Bu gün Filişt ordusunun leşlərini göydəki quşlara və yerdəki heyvanlara verəcəyəm. Bundan sonra bütün dünya biləcək ki, İsraildə Allah var.
Today, the LORD will deliver you into my hand; and I will strike you, and take your head from off you. And I will give your corpse and the corpses of the Philistine army this very day to the birds of the air, and to the wild animals of the earth; that all the earth may know that there is a God in Israel,
47 Bütün bu camaat biləcək ki, Rəbb qılıncla və nizə ilə xilas etməz, çünki bu döyüş Rəbbindir və O sizi bizə təslim edəcək».
and that all this assembly may know that the LORD doesn't save with sword and spear: for the battle is the LORD's, and he will give you into our hand."
48 Davudun qabağına çıxmaq üçün Filiştli durub yaxınlaşanda Davud cəld onu qabaqlayıb Filişt alaylarına tərəf qaçdı.
It happened, when the Philistine arose, and came and drew near to meet David, that David hurried, and ran toward the army to meet the Philistine.
49 Davud əl atıb dağarcığından bir daş götürdü, sapandla fırladaraq Filiştlinin alnından vurdu. Daş onun alnına batdı və o, üzüstə yerə yıxıldı.
David put his hand in his bag, took a stone, and slung it, and struck the Philistine in his forehead; and the stone sank into his forehead, and he fell on his face to the ground.
50 Davud Filiştlini sapandla, daşla məğlub etdi və vurub yerə sərdi. Davudun əlində qılınc yox idi.
So David prevailed over the Philistine with a sling and with a stone, and struck the Philistine, and killed him; but there was no sword in the hand of David.
51 O qaçıb bu Filiştlinin üstünə çıxdı. Filiştlinin qılıncını götürdü, qınından çəkib onu öldürdü və sonra başını kəsdi. Filiştlilər öz cəngavərinin öldürüldüyünü görəndə qaçdılar.
Then David ran and stood beside him, and took his sword and drew it out of its sheath and killed him, and cut off his head with it. When the Philistines saw that their champion was dead, they fled.
52 İsraillilərlə Yəhudalılar isə qalxıb nərə çəkdilər və Filiştliləri Qatın girişinə və Eqronun darvazalarına çatana qədər qovdular. Filiştlilərdən ölənlər Şaarayim yolu boyu Qata və Eqrona qədər yerə sərilmişdilər.
The men of Israel and of Judah arose, and shouted, and pursued them as far as Gath, and to the gates of Ekron. The wounded of the Philistines fell down by the way to Shaaraim, even to Gath, and to Ekron.
53 İsrail övladları Filiştliləri arxadan qovandan sonra qayıdıb onların ordugahını talan etdilər.
The children of Israel returned from chasing after the Philistines, and they plundered their camp.
54 Davud Qolyatın başını götürüb Yerusəlimə gətirdi, lakin silahını öz çadırına qoydu.
David took the head of the Philistine, and brought it to Jerusalem; but he put his armor in his tent.
55 Şaul Davudun Filiştliyə qarşı çıxdığını görən zaman ordu başçısı Avnerə «Avner, bu gənc kimin oğludur?» deyə soruşdu. Avner isə dedi: «Padşah sağ olsun, bilmirəm».
When Saul saw David go out to meet the Philistine, he said to Abner, the commander of the army, "Whose son is that boy?" And Abner said, "As your soul lives, O king, I don't know."
56 Padşah dedi: «Öyrən gör, bu cavan kimin oğludur».
The king said, "Inquire whose son that young man is."
57 Davud Qolyatı öldürüb qayıdandan sonra Avner onu götürüb Şaulun qarşısına gətirdi. Filiştlinin başı onun əlində idi.
As David returned from the slaughter of the Philistine, Abner took him, and brought him before Saul with the head of the Philistine in his hand.
58 Şaul ona dedi: «Ey cavan, kimin oğlusan?» Davud cavab verdi: «Qulun Bet-Lexemli Yesseyin oğluyam».
Saul said to him, "Whose son are you, young man?" David answered, "I am the son of your servant Jesse the Bethlehemite."