< Birinci Şamuel 16 >
1 Rəbb Şamuelə dedi: «İsrail üzərində padşah olmasın deyə Şaulu rədd etdiyim halda sən nə vaxta qədər onun dərdini çəkəcəksən? Yağ buynuzunu yağla doldur və get. Səni Bet-Lexemli Yesseyin yanına göndərirəm. Çünki onun oğulları arasında Özüm üçün padşah təyin etmişəm».
Rəbbee Şamuelik'le eyhen: – Ğu geebne Şaulna haa'as, geedne uts'ur ts'ıts'a'as? Zı mang'usse İzrailyna paççahiyvalla g'avşuna. Gaç q'ışika gyavts'av'u, yəqqı'lqa gixhe. Zı ğu Bet-Lexemğançene Yesseyne k'anyaqa g'ıxele. Zı mang'une dixbışike Yizdemee paççah g'əyxı'.
2 Şamuel dedi: «Necə gedim? Axı Şaul eşitsə, məni öldürər». Rəbb dedi: «Özünlə bir düyə götürüb “Rəbbə qurban kəsmək üçün gəlmişəm” de.
Şamuelee eyhen: – Zı nəxürna ı'qqəs? Şauluk'le g'ayxhee, zı gik'asda. Rəbbee eyhen: – Vaka sa vuç'e vukkee, «Rəbbis q'urban ablyaa'as arıva» eyhe.
3 Yesseyi də qurban mərasiminə dəvət et və sonra nə edəcəyini sənə bildirəcəyəm. Sənə deyəcəyim adamı Mənim üçün məsh edəcəksən».
Yesseyir q'urban ablyaa'asde cigeeqa qot'le, qiyğa hucooyiy ha'as ıkkanva Zı vak'le eyhesın. Zı eyhene insanne vuk'lelqa ğu q'ış qadğvas, mang'uke Yizdemee paççah ha'as.
4 Şamuel Rəbbin söylədiyi kimi Bet-Lexemə getdi. Şəhərin ağsaqqalları onu həyəcanla qarşıladılar və dedilər: «Bu gəlişin xeyirdirmi?»
Şamuelee Rəbbee eyhəxüd ha'a. Mana Bet-Lexemqa qarımee, şaharın ağsaqqalar mang'une ögilqa qəvəyq'ən-qəvəyq'ən qığeepç'ı, eyhen: – Ğu yugvalisne arı?
5 O dedi: «Bəli, xeyirdir. Rəbbə qurban kəsmək üçün gəlmişəm. Özünüzü təqdis edin və mənimlə bərabər qurban mərasiminə gəlin». Şamuel Yesseylə oğullarını da təqdis edərək onları da qurban mərasiminə dəvət etdi.
Mang'vee eyhen: – Ho'o, yugvalis arı. Zı Rəbbis q'urban ablyaa'as arı. Mətteepxha, zakasana q'urban ablyaa'ane cigeeqa able. Şamuelee Yesseyik'leyiy mang'une dixbışik'led mətteepxha q'urban ablyaa'asde cigeeqa ableva eyhe.
6 Onlar gələrkən Şamuel Eliava baxıb dedi: «Doğrudan da, Rəbbin məsh etdiyi Rəbbin qarşısındadır!»
Manbı vüqqəmee, Şamuel Eliavıqa ilyakkı culed-alqa eyhen: «İna Rəbbee paççah ixhes g'əyxı'na vor!»
7 Lakin Rəbb Şamuelə belə dedi: «Onun görünüşünə və uca boyuna baxma, Mən onu rədd etmişəm. Ona görə ki Rəbb insanın gördüyü kimi görməz, çünki insan zahirə, Rəbb isə ürəyə baxar».
Rəbbeemee Şamuelik'le inəxüd eyhe: – Mang'une micagiyvaliqayiy axtıvaliqa ilymakka, Zı mana əq'əna qı'ı. Rəbb, insan ilyakkan xhinne deş ilyakka. İnsan insanne aq'vayqa, tanaqa ilyakka, Rəbbmee insanne yik'eeqa ilyakka.
8 O zaman Yessey Avinadavı çağırdı və onu Şamuelin qarşısından keçirdi. Şamuel dedi: «Rəbb bunu da seçmədi».
Mane gahıl Yesseyee Avinadav qort'ul, mana Şamuelyne ögiyle alğayhe. Şamuelee eyhen: – Rəbbee inar g'əyxı' deş.
9 Yessey Şammanı gətirdi və Şamuel dedi: «Rəbb bunu da seçmədi».
Manke Yesseyee Şamma qort'ul, mana alğayhe Şamuelyne ögeençe. Şamuelee eyhen: – Rəbbee inar g'əyxı' deş.
10 Yessey isə oğlanlarının yeddisini Şamuelin qarşısından keçirdi. Şamuel Yesseyə dedi: «Rəbb bunları seçmədi».
Yesseyee dixbışda yighırsana qort'ul, manbı Şamuelyne ögiyle alğaa'a. Şamuelee Yesseyk'le eyhen: – Rəbbee inbı g'əvxü deş.
11 Sonra Yesseydən soruşdu: «Oğlanlarının hamısı budur?» Yessey cavab verdi: «Lap kiçiyi də var, odur, qoyun otarır». Şamuel Yesseyə dedi: «Bir nəfər göndər, qoy o da buraya gəlsin. Çünki o buraya gəlməsə, biz süfrəyə oturmayacağıq».
Şamuelee Yesseyke qiyghanan: – İnbı yiğne dixbışin gırgınbıne? Yesseyee eyhen: – Nekke k'ınnar vorna, mang'vee vəq'əbı uxhiyxhan. Şamuelee Yesseyk'le eyhen: – Mang'uqar qihna insan g'axıle, hasre manar inyaqa qoracen. Mana inyaqa qalesmee, şi sufranılqa savaales deş.
12 Yessey adam göndərib onu içəri gətirtdi. Oğlan alyanaq, gözləri gözəl, üzü göyçək idi. Rəbb Şamuelə dedi: «Dur, onu məsh et, çünki seçilmiş budur».
Yesseyee mang'uqar qihna insan g'axuvu mana qalya'ana. Mang'uqa ç'ərəxən xhinnen danbı, micagın uleppı, uftanınıd aq'va eyxhe. Rəbbee Şamuelik'le eyhen: – Oza qixhe, mang'ulqa q'ış qadğve, Zı eyhena mana vor.
13 Şamuel yağ buynuzunu götürüb qardaşları arasında onu məsh etdi və o gündən başlayaraq Davudun üzərinə Rəbbin Ruhu qüvvə ilə endi. Sonra Şamuel qalxıb Ramaya getdi.
Şamuelee q'ışnana gaç alyapt'ı, çocaaşine k'ane Davudulqa q'ış qadağva. Manke Rəbbin Rı'h Davudulqa g'eç'e, mane yiğıled mang'ul oğa axva. Şamuel mançe Ramayeeqa siyk'al.
14 Rəbbin Ruhu Şauldan ayrılandan sonra Rəbbin izni ilə şər bir ruh ona əzab verirdi.
Rəbbin Rı'h Şaulule atk'ınmee, Rəbbee mang'ulqa sa medın pisın rı'h g'ıxele ıxha. Mançinıb Şaulus əq'üba hoole vuxha.
15 Şaulun əyanları ona belə dedilər: «Budur, indi Allahın izni ilə şər bir ruh sənə əziyyət verir.
Şaulne insanaaşe mang'uk'le eyhen: – Allahee g'axuvuyne pisde rı'hı'n həşde vas əq'üba hoole.
16 Ey ağamız, qarşında olan qullarına əmr et ki, yaxşı çəng çalan bir adam axtarsınlar. Allahın izni ilə şər ruh sənin üstünə gələn zaman o, lira çalar, sən də ruhlanarsan».
Yişda xərna, yiğne insanaaşilqa əmr hee'e, vas yugba lira əlivxəs vəəxəna insan t'abal he'ecen. Allahee g'axuvuyn pisın rı'h valqa qadımee, mang'vee lira əlivxee, vasıd yugda ixhes.
17 Şaul əyanlarına dedi: «Elə isə mənim üçün yaxşı çəng çalan bir adam tapıb yanıma gətirin».
Şaulee cune insanaaşik'le eyhen: – Manke yizdemee sa yugba lira ilyviyxəna insan t'abal hı'ı zasqa ayre.
18 Gənc əyanlardan biri cavab verdi: «Mən görmüşəm ki, Bet-Lexemli Yesseyin oğlu yaxşı çəng çalır. O, igid, cəsur döyüşçü, müdrikliklə danışan, yaraşıqlı bir oğlandır və Rəbb onunladır».
Mang'une insanaaşine sang'vee alidghıniy qele: – Zak'le Bet-Lexemğançene Yesseyne dixbışde sang'vee yugba lira ilyviyxə g'avcuna. Mana cehil, yik'ekana, yugra siç'ekkvana, k'orara yuşan ha'ana, micagna gadeyiy. Rəbbir mang'ukayiy.
19 Şaul Yesseyin yanına qasidlər göndərib dedi: «Qoyunotaran oğlun Davudu mənim yanıma göndər».
Şaulee, Yesseysqa xabar ana insanar g'axuvu, eyhen: – Vəq'əbı uxhiyxhan ha'ana yiğna dix, Davud, zasqa g'axıle.
20 Yessey bir eşşəyə çörək, bir tuluq şərab, bir oğlaq yüklədi və oğlu Davudun əli ilə Şaula göndərdi.
Yesseyee əməlelqa gıney, çaxıren tuluğ, mısva alivxhu, cune duxayka Davuduka Şaulus g'uxoole.
21 Davud Şaulun yanına gəldi və onun qulluğunda durdu. Davud Şaulun çox xoşuna gəldi və onu öz silahdarı etdi.
Davud Şaulusqa qarı, mang'une ögil ulyoyzar. Şaulus Davud geer ikkiykan, mang'uke cuna silahdar ha'a.
22 Sonra Şaul Yesseyin yanına adam göndərib dedi: «Rica edirəm, qoy Davud yanımda qalsın, çünki o, gözümdə lütf tapıb».
Qiyğa Şaulee, Yesseysqa cuna insan g'axuvu, eyhen: – Hucoona ixhes, hasre Davud yizde k'ane axvecen, mana zasqa yugra qarı.
23 Hər dəfə Allahın izni ilə Şaula şər ruh gələn zaman Davud lirasını götürüb çalar, Şaul sakitləşər, yaxşı olar və şər ruh ondan ayrılardı.
Allahee g'axuvuyn pisın rı'h Şaululqa qadıyne gahbışil, Davudee cuna lira alyapt'ı əlivxümee, mana yug qexhe ıxha. Pisın rı'hı'd mang'uke əq'əna qexhe ıxha.