< Birinci Padşahlar 5 >

1 Sur padşahı Xiram atasının yerinə Süleymanın padşah olmaq üçün məsh edildiyini eşidəndə öz adamlarını onun yanına göndərdi, çünki Xiram Davudla bütün ömrü boyu dost olmuşdu.
Hiram, the king of Tyre, also sent his servants to Solomon. For he heard that they had anointed him king in place of his father. Now Hiram had been a friend to David the entire time.
2 Süleyman Xirama xəbər göndərib dedi:
Then Solomon sent to Hiram, saying:
3 «Sən bilirsən ki, atam Davud Allahı Rəbbin adına bir məbəd tikə bilmədi. Çünki Rəbb düşmənlərini onun ayaqları altına atana qədər ətrafında müharibələr gedirdi.
“You know the will of my father David, and that he was not able to build a house to the name of the Lord his God, because of the wars that were imminent all around him, until the Lord set them under the steps of his feet.
4 Ancaq indi Allahım Rəbb mənə hər tərəfdən əmin-amanlıq verib: nə bir düşmən var, nə də bir əngəl.
But now the Lord my God has given rest to me on all sides. And there is no adversary, nor occurrence of evil.
5 Mən Allahım Rəbbin adına bir məbəd tikmək niyyətindəyəm; necə ki Rəbb atam Davuda demişdi: “Sənin yerinə taxtında oturdacağım oğlun Mənim adıma məbəd tikəcək”.
For this reason, I intend to build a temple to the name of the Lord my God, just as the Lord spoke to my father David, saying: ‘Your son, whom I will set in your place, upon your throne, he himself shall build a house to my name.’
6 İndi əmr et ki, mənim üçün Livan dağlarından sidr ağacları kəsilsin. Adamlarım da sənin adamlarınla birgə olacaq və mən sənin adamların üçün nə qədər desən, o qədər zəhmət haqqı verəcəyəm. Çünki bilirsən ki, bizdə Sidonlular kimi ağac kəsməyi bilən adamlar yoxdur».
Therefore, order that your servants may cut down for me cedars from Lebanon. And let my servants be with your servants. Then I will give to you, for the wages of your servants, whatever you will ask. For you know that there is not a man among my people who knows how to cut wood as well as the Sidonians.”
7 Xiram Süleymanın sözlərini eşidəndə çox sevindi və dedi: «Bu gün Rəbbə alqış olsun ki, bu böyük xalqı idarə etmək üçün Davuda belə müdrik oğul verdi!»
Therefore, when Hiram had heard the words of Solomon, he rejoiced greatly, and he said, “Blessed be the Lord God this day, who gave to David a very wise son over this numerous people!”
8 O, Süleymana xəbər göndərib dedi: «Mənə göndərdiyin sözü eşitdim. Mən sənin sidr və şam ağacları barədə hər istəyini yerinə yetirəcəyəm:
And Hiram sent to Solomon, saying: “I have heard the things that you would entrust to me. And I will do your whole will concerning the cedar trees and spruce trees.
9 mənim adamlarım onları Livandan dənizə endirərlər və mən bu ağaclardan sallar düzəldərəm, dəniz yolu ilə təyin edəcəyin yerə apararam və onları orada ayırıb yığaram, sən isə götürərsən. Ancaq sən də mənim istəyimi yerinə yetirib evimi ərzaqla təmin et».
My servants shall bring them down from Lebanon to the sea. And I will arrange them together as rafts on the sea, as far as the place that you will indicate to me. And I will land them there, and you will take them. And you shall offer to me what is necessary to give food to my house.”
10 Xiram Süleymana istədiyi qədər sidr və şam ağacları verirdi.
And so, Hiram gave to Solomon cedar trees and spruce trees, in accord with his whole will.
11 Süleyman isə hər il Xiramın evi üçün ərzaq olaraq iyirmi min kor buğda və iyirmi kor xalis zeytun yağı verirdi.
Then Solomon offered to Hiram twenty thousand cor of wheat, as food for his house, and twenty cor of the purest oil. These things Solomon gave as a tribute to Hiram every year.
12 Rəbb vəd etdiyi kimi Süleymana hikmət verdi. Xiramla Süleyman arasında sülh var idi və onlar bir-biri ilə saziş bağlamışdılar.
And the Lord gave wisdom to Solomon, just as he said to him. And there was peace between Hiram and Solomon, and the two struck a pact.
13 Padşah Süleyman bütün İsraillilər üzərinə əmək mükəlləfiyyəti qoydu. Mükəlləfiyyətçilər otuz min nəfər idi.
And king Solomon chose workers from all of Israel, and the conscription was of thirty thousand men.
14 Hər ay onların on min nəfərini növbə ilə Livana göndərirdi; bir ay Livanda, iki ay evlərində qalırdılar. Onların üzərində Adoniram nəzarət edirdi.
And he sent them into Lebanon, ten thousand each month, in turns, so that for two months they were in their own houses. And Adoniram was over this type of conscription.
15 Süleymanın yük daşıyan yetmiş min və dağlarda daş yonan səksən min adamı var idi.
And Solomon had seventy thousand of those who were carrying burdens, and eighty thousand of those who cut stones from the mountain,
16 Bunlardan başqa, Süleyman işə nəzarət etmək üçün üç min üç yüz nəfər məmur qoymuşdu. Onlar adamlara hökm edir və iş görürdülər.
aside from the commanders who were over each work, in number three thousand and three hundred, who gave orders to the people and to those who were doing the work.
17 Padşahın əmrinə görə işçilər məbədin bünövrəsini yonulmuş daşdan qoymaq üçün böyük və dəyərli daşlar kəsib gətirdilər.
And the king ordered them to bring great stones, precious stones, for the foundation of the temple, and to square them.
18 Süleymanın və Xiramın ustaları Gevallılarla birgə məbədi tikmək üçün taxtalar və daşlar yonub hazırladılar.
And these were shaped by the stoneworkers of Solomon and the stoneworkers of Hiram. And the men of Gebal also prepared the wood and the stones in order to build the house.

< Birinci Padşahlar 5 >